QƏRİb məMMƏdov, mahmud xəLİlov


Bentos – hövzənin dibinə yapışıb lil çöküntülərində yaşayır və orada sakit dayanır;  Perifiton –



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

Bentos – hövzənin dibinə yapışıb lil çöküntülərində yaşayır və orada sakit dayanır;  Perifiton – su 

bitkilərinin yarpaq və budaqlarına və ya su hövzəsinin digər çıxıntısına yapışmış heyvan və bitkilərPlankton – 

Üzən orqanizmlər, zooplankton hətta özü aktiv yerini dəyişə bilir, lakin əsasən onlar axının köməyi ilə qarışır 

(hərəkət edir); Nekton – suda sərbəst hərəkət edən orqanizmlər – balıqlar, amfibiyalar və b.  

Su hövzələrinin üç zonasında məskunlaşan orqanizmlərin yayılması xüsusi əhəmiyyət daşıyır. Litoral zona 

– günəş şüasının suyun dibinə qədər düşən su qatı. Limnik zona – günəş işığının yalnız 1%-i daxil olan və foto-

sintez prosesinin söndüyü (dayandığı) su qatı. Evfotik zona – litoral və limnik zonalarda işıqlanan (işıq düşən) 

su qatı. Profundal zona – günəş şüası düşməyən su qatı və suyun dibi.  

Axar su hövzələrində son üç zona nəzərə çarpmır, lakin onların elementlərinə rast gəlinir.  Növbəli 



dayazlıqlar – sürətli axını olan dayaz sahələr; dibi lilsiz olur, əksəriyyət halda perifiton və bentos yapışır. 

Növbəli dərinlik (quytul) – dərin sulu sahələr, axın sürəti yavaşdır, dibində yumşaq lil substratı və eşici hey-

vanlar olur.  

Yuxarıda verilən təsnifat qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə 

mühüm rol oynayır.  

 

7.2.1. Lentik ekosistemlər (göllər, nohurlar) 

Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yo-

sunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü 

(susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen 

elementlər isə dib çöküntülərindən alınır; 2) yarpaqları su səthində üzən dibə  bərkimiş bitkilər (su zanbağı) 

zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə bilir; 3) 

sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və mineral 

mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).  

Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə 

seçilir. Perifiton molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları 

atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini 

litoralda keçirir və orada da çoxalırlar.  Zooplankton  xərçəngəbənzərlərdən ibarət olub balıqların 

qidalanmasında böyük əhəmiyyət kəsb edir.  

Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su 

hövzələrində onun populyasiyasının sıxlığı mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya 

uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən göy-


 

116


yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir, 

qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.  



Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən 

(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir 

(konsumentlər). 

Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması  nəticəsində  qırmızı  həlqəli qurdların miqdarı 

çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.  

Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici 

faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.  

Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə 

əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin əksəriyyətində pro-

fundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada oksigenin paylanmasına 

təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 6.14.). 

Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun konveksiya 

(sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır; hipo-



limninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).  

 

Øÿêil 6.14. Ýþëöí ö÷ ÿñàñ çîíàñû 



Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış  hipolimnionda 

tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və 

hipolimnionun oksigenlə zənginləşməsi baş verir. Qışda – buzun altında suyun temperaturu +4

0

C-dən aşağı olur, bu 



onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra 

suyun temperaturu 4

0

C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali 



Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim və 

qeyri müntəzəm olur. 

Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) və 2) 

evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün 

dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur. 



Prudlar – yaxşı inkişaf etmiş litorala malik olub stratifikasiya praktiki olaraq mövcud deyildir. Prudlar 

müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya quraqlıq dövründə quruyur. 

Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa qabildir və ya digər su hövzəsinə (qışda 

suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni prudlarda balıqları insan özü yemləndirir.  



 

117


Su anbarları – hidroenergetik və hidromeliorasiya kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu təbii 

sistem olmayıb təbii-texniki sistem sayılır. Burada istilik və biogenlərin paylanması su anbarı bəndinin tipindən 

asılıdır. Əgər su bəndin dibindən buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr xaric 

olunur, su bəndin üstündən axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su 

hipolimiondan, ikinci halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır, 

biogenlər isə çay sahəsini evtrofikasiyaya uğradır. 



 

7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç əsas  şəraiti ilə  fərqlənir: 1) axın – 

mühüm limitləşdirici və nəzarətedici faktordur; 2) su ilə quru arasında mübadilə daha aktivdir; 3) praktiki olaraq 

stratifikasiya olmadığından daha bərabər paylanır.  

Axının sürəti çayda balıqların paylanmasına təsir göstərir – onlar daşların altında, növbəli dayazlıqların alt 

hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq ekosistem 

olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur. 



Detrit qidalanma – lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%-

dən çoxunu gətirmə materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir.  

 

 


 

118


 

Øÿêil 6.15. Ëåíòèê ãðóïðàøìàëàðûí áÿçè ïðîäóñåíòëÿðè: ñó ùþâçÿëÿðèíèí äèáèíÿ 

áÿðêèìèø ñàùèëéàíû áèòêèëÿð (1-7), ñàïøÿêèëëè éîñóíëàð (8-9) âÿ  ôèòîïëàíêòîí 

(10-20). Ôèòîïëàíêòîíóí òÿðêèáèíäÿ éàøûë (10-13), äèàòîì (14-17) âÿ ýþé-éàøûë 

(18-20) éîñóíëàð 1 - Úèéÿí; 2 - ãàìûø; 3 - îõéàðïàã; 4- ñóçàíáàüû; 5âÿ 6 - 

ñó÷è÷ÿéèíèí èêè íþâö; 7 - Chara. 

  

  



Növbəli dayazlıqların və növbəli dərinliklərin lotik qruplaşmaları ayrılır. Növbəli dayazlıqlarda substrata 

bərkimək (yapışmaq) qabiliyyəti olan orqanizmlər (sapvari yosunlar) və ya yaxşı üzücülər (alabalıq) 

məskunlaşır. Dərinlik qruplaşmaları prud qruplaşmalarını xatırladır. 

 

 



Øÿêtl 6.16. Øèìàl éàðûìêöðÿñèíèí ìöëàéèì çîíàñûíûí ýþëöíäÿ òåìïåðàòóð 

ñòðàòèôèêàñèéàñû (Ëèíñëè ýþëö, Êîííåêòèêóò, ÀÁØ É.Îäóìà ýþðÿ, 1975) 

 

 


 

119


Øÿêil 6.17. Êè÷èê âÿ èðè ýþëëÿðèí ëèòîðàë çîíàñûíûí ôàóíàñûíûí òèïèê 

íöìàéÿíäÿëÿðè (Ï.Ïåííàê, 1950-53) 1-4 - îòéåéÿíëÿðèí ôîðìàëàðû èëêèí 

êîíñóìåíòëÿð; 5-8 - éûðòûúûëàð (èêèíúè êîíñóìåíòëÿð); 1- ãàðûíàéàãëû 

ìîëéóñêà; 2 - õûðäà áóüóìàéàãëûëàð; 3 - òðèàåíîäåñèí ñöðôÿñè; 4 - ìèë÷ÿéèí 

ñöðôÿñè; 5-6 - áèðýöíëöê áþúÿéèí íèìôàñû; 5 - éûðòûúû áþúÿê ùîâóçãóðäó; 6 - 

éûðòûúû òàõòàáèòè; 7 - ýþçÿëãûç èéíÿúÿíèí íèìôàñû; 8 - èyíÿúÿëÿðèí íèìôàñû 

 Böyük çaylarda uzununa zonallıq izlənir: çayın yuxarılarında növbəli dayazlıqların aşağı  və delta 

hissəsində dərinliyin qruplaşmaları məskunlaşır, orta hissədə isə hər iki zonanın orqanizmlərinə rast gəlinə bilər. 

Uzununa zonallıqda balıqların növ tərkibinin dəyişməsi nəzərə çarpır. Aşağıya doğru növ tərkibi kasatlaşır, 

lakin balıqların ölçüsü artır.  

Bataqlaşmış  şirinsulu sahələr, adətən – alt və üst  bataqlıqlar. Alt bataqlıqlar bir qayda olaraq yeraltı 

sularla, üst bataqlıqlar isə atmosfer yağıntıları ilə qidalanır. Üst bataqlıqlara istənilən çökək yerlərdə, hətta 

yamaclarda rast gəlinə bilər, alt bataqlıqlar isə göl və axmazların bitkilərlə örtülməsi nəticəsində  əmələ  gəlir. 

Onlar su makrofitləri, bataqlıq bitkiləri və kollarla örtülə bilər.  

Bataqlıq torpaqları  və torfluqların tərkibində çoxlu karbon olur (14-20%), onların kənd təsərrüfatı üçün 

becərilməsində havaya çoxlu miqdarda CO

2

 ayrılaraq karbon qazı problemini dərinləşdirir.  



 

7.3. Dəniz ekosistemləri 

Dəniz mühitinin xüsusiyyətləri və faktorları 

Məlum olduğu kimi, dəniz mühiti Yer kürəsinin 70%-dən çox hissəsini tutur. Okean olduqca böyük 

dərinliyə malikdir. Onun bütün sahələrində həyat mövcuddur, lakin materiklərə və adalara yaxın yerlərdə o daha 

zəngindir. Okeanda praktiki olaraq abiotik sahə yoxdur, buna baxmayaraq heyvanların hərəkət etməsi üçün 

temperatur, duzluluq, dərinlik maneə ola bilər.  

Daima fəaliyyətdə olan küləklər (passatlar) nəticəsində okean və  dənizlərdə güclü axınlar (qolfstrim – isti, 

kaliforniya – soyuq və s.) hesabına suyun daim sirkulyasiyası baş verir, bu isə okeanların dərinliklərində  də 

oksigen çatışmazlığının qarşısını alır.  

Dünya okeanında  ən məhsuldar sahə  apvellinq hesab olunur. Dik materik yamaclarından küləklər suyu 

kənara (uzağa) apararaq daim onu qarışdırdığı yerdə, okeanın dərinliyindən soyuq suların qalxması prosesi 



apvellinq adlanır, onun əvəzinə  dərinlikdən biogenlərlə  zənginləşmiş su qalxır.  Estuarilərin suları  kənardan 

biogenlərin gətirilməsi hesabına yüksək məhsuldar və  zəngin olur. Y. Odum (1975) bu hadisəni  autvellinq 

adlandırmışdır.  

Sahil zonasında Ay və Günəşin cazibə qüvvəsinin  əmələ  gətirdiyi qabarmaların rolu böyükdür. Onlar 

qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur.  

Okeanın orta duzluluğu 35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar – 

kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır.  

Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin 

nisbəti dəyişir. Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin 

mövsümləri üzrə  kəskin dəyişir. Ona görə  də sahil zonasında  evriqal (mühitin duzluluğuna və kimyəvi 

tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə  stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən) 

orqanizmlər (heyvanlar) məskunlaşır.  



Biogen elementlər – dəniz mühitində mühüm limitləşdirici faktor olub suyun milyard hissəsindən bir 

neçəsini təşkil edir. Biogen elementlər orqanizmlər tərəfindən tez tutulub praktiki olaraq heterotrof zonaya 

(bioloji dövrana) çatmadan onların trofik zəncirinə düşür. Deməli, biogen elementlərin aşağı konsentrasiyası 

onların ümumi defisiti demək deyildir.  

Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur. 

Dəniz ekosistemlərinin xarakteristikası  

Kontinental şelf sahəsi, neritik sahə 

Kontinental  şelf sahəsi 200 m dərinliklə  məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km

2

) və 


okeanda faunistik baxımdan  ən zəngin hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir. Bentos 

faunasının sürfələri hesabına plankton yemi də  zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna 

(bərkimiş, yapışmış), yaxud da infauna (basdırılmış) əmələ gətirir.  


 

120


Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla 

zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin 

inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.  

Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton 

kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır.  

Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotroflar – 

makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların 

yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın 

təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.  



Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik zonası olub biogen elementlərlə kasatdır. Ona görə də sahil 

zona ilə müqayisədə fauna ilə də çox kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti 

dənizlərdən soyuq dənizlərə keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur.  

Pelagik sahənin qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvan-

lar, ilk növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton 

üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır.  

Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı 

abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan 

(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür. 

Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə əlaqədardır, bu isə təkamülü 

ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.  

 

 

Şəkil 6.18. Dənizin şaquli və üfüqi zonallığı (təxmini sxem) 



 

Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda 

yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və  zəhərli metalların konsentrasiyası 

vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), iri ikilaylı molyusklar, 


 

121


krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla simbioz halında yaşayan hidrogen-

sulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları  və  bəzi balıqları 

göstərmək olar.  

Okean planetimizdə  həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda 

olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da 

materik ekosistemləri ilə birlikdə Yerin müasir biosferinin bütövlüyünü (vəhdətini) təyin edir. 


 

122


VIII FƏSİL 

İNSAN EKOLOGİYASI 

 

8.1. İnsanın biososial təbiəti və ekologiyası 

İnsan Yer üzərində canlı orqanizmlərin inkişafının ən yüksək pilləsi sayılır.  

İ.T.Frolova (1985) görə  «İnsan təbii-tarixi proseslərin subyekti, Yer üzərində maddi və  mənəvi 

mədəniyyətin inkişafı, digər həyati formalarla genetik bağlı olub, lakin onlardan əmək alətləri istehsal etmək 

qabiliyyəti, aydın nitqi, aktiv yaradıcılığı və əxlaqi şüuru ilə fərqlənən biososial canlı varlıqdır».  

İnsan həyatının vahid sistemli şəraitlə təyin olunması onun biososial təbiətini əks etdirir. Bura həm bioloji, 

həm də sosial elementlər daxildir. Bu, insanın tək bioloji deyil, həm də sosial adaptasiya olunmasını tələb edir. 

İnsan təbiətinin bu sahəsi sosial fənnlərin böyük qrupu tərəfindən öyrənilir.  

İnsanın bioloji adaptasiyası heyvanat aləmindən olduqca fərqlidir. Belə ki, sosial faktorun artması zamanı o, 

həm  bioloji, həm də  sosial funksiyasını saxlamağa cəhd göstərir. Bu vəziyyət böyük ekoloji əhəmiyyət 

daşıyaraq, «insan» məvhumunun müəyyən edilməsində ekoloji baxımdan yanaşmağı əks etdirir.  

İnsan – heyvanat aləminin bir növü olub, mürəkkəb sosial təşkili və  əmək fəaliyyətinə malik olmaqla, 

orqanizmin bioloji, o cümlədən etoloji (ilkin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» (az nəzərə 

çarpacaq dərəcəyə endirir) (Reymers, 1990).  

 

8.2. İnsan bioloji növ kimi 

İnsan canlı aləmin tərkib hissəsi olub biosferdən kənarda təbii şəraitdə  və müəyyən təkamül tipinin canlı 

maddəsi kimi yaşaya bilməz.  

İnsanın aid olduğu  Hominid ailəsi Yerin ekvatorial hissəsində,  İnsan cinsi isə Afrikanın  şərqində  və 

Cənubi Asiyada yaranmışdır.  İlk dövrlərdə Yer üzərində bir neçə  homid növü mövcud olmuşdur; onlar iki 

yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ – Homo sapiyens – 

şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırır:  neandertals  və  müasir 

insanlar (şəkil 8.1).       

Canlı maddənin təkamülündə planetdə bir sıra dönüş nöqtəsi olmuşdur, bu təkamül suksessiyasının 

sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin 

əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir. Belə ki, canlı aləmin 

inkişafı 4 milyard il əvvəl olmuşdur.  

İbtidai insan yaxın dövrlərə  qədər (kənd təsərrüfatına qədər) təbii ekosistemlərin adi hərşeyyeyən 

konsimenti olub, meyvə və s. yığmaq və xırda heyvanlar ovlamaq yolu ilə uzun sürməyən kiçik məskunlaşmalar 

yaradır, zəngin bitki örtüyü və başqa yem axtarmaq dalınca tez-tez yerini dəyişirdi.  

Bitkilərlə qidalanan adi insanabənzər meymunlardan fərqli olaraq, avstralopiteklər bitkiyeyən 

orqanizmlərin özləri ilə qidalananlara, yəni ətlə qidalanalara qismən keçməklə yırtıcılıq sırasına qoşulurlar.  

Alimlərin tədqiqatları göstərir ki, insan meymunlar «gövdəsindən» 10 mln. il əvvəl ayrılmışdır (şəkil 8.1).  


 

123


 

Şəkil 8.1. Yer üzərində insanın əmələ gəlməsi 

 

Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl 



alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.  

Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına – əlin 

tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət 

funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə 

və beyinciyin böyüməsinə səbəb oldu.  

İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop 

kimi iri heyvanı öldürmək, güclü pələngin hücumunu dəf etmək üçün fərdlər qruplarda birləşməyə başladı. 

Müxtəlif fəaliyyət növləri ilə  məşğul olan qruplarda ünsiyyət vasitəsi olan dil  inkişaf tapdı.  İnsan üçün yeni 

böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.   

Qeyd etmək lazımdır ki, insanın formalaşması prosesi əcdadlarımızın fərdlərinin dəyişkənliyi nəticəsində 

mümkün olmuşdur. Təbii seçmə Homo sapiyensin (insanın) təkamülündə həlledici rol oynamışdır. Müasir insan 

tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu dövr 

ərzində insan ovçuluqla, meyvə  və s. yığmaqla, çox sonralar isə heyvandarlıq,  əkinçiliklə, kustarlıqla məşğul 

olmuşlar. Yalnız son iki-üç əsrlərdə isə  sənaye istehsalı inkişafının rolu artmışdır. Bütün bu tarixi dövr ərzində 

təbii mühitin rolu tədricən azalmış  və insan həyatında süni mühitin rolu artmışdır. Bu zaman təbii seçmənin 

təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.  

Sosial dəyişkənlik və tibbin inkişafı  nəticəsində inkişaf etmiş ölkələrdə  təbii seçmənin təsiri xeyli 

azalmışdır. Bununla belə, insan biososial varlıq olaraq bütün canlılar üçün universal olan ümumi bioloji 

qanunauyğunluqların təsirindən təcrid olunmamışdır. Y.P.Altuxov və O.L.Kurbatovanın (1984) xarici 

məlumatlardan gətirdiyi aşağıdakı rəqəmlər də bunu təsdiq edə bilər: insan enbrionunun 5%-i ontogenizin ilkin 

mərhələlərində  məhv olur (daxili səbəblərdən), 3%-ni ölü doğum təşkil edir, 3% reproduktiv yaşa çatmamış 

ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.  

Beləliklə, ilkin genofondun təxminən 50%-i sonrakı  nəsillərdə  təzələnmir, bu hadisənin  əksər hissəsi 

genetik cəhətdən asılı olur.  



 

124


Bütün digər növlər kimi insan da mühitdən asılı olduğu kimi, özü də mühitə təsir göstərir. Heyvandan fərqli 

olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının 

çatışmazlığını  kənd təsərrüfatı – maldarlıq və  əkinçilikdən istifadə etməklə  tənzimləməkdir. Bu, təxminən 10 

min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.  

İnsanın düşüncə qabiliyyəti, lazımi  əmək alətlərini yaratması müvəqqəti də olsa, adi abiotik və biotik 

faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin 

qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:  

1) Bol ərzaq məhsulu əldə etmək; 

2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq; 

3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;  

4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək; 

5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.  

İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib 

gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava 

ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş 

hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan hələ 

də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.  

Beləliklə, insan sosial varlıq olsa da, əslində  təbiət  həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı 

əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai 

əlaqələr də daxildir. Süni məskunlaşma mühiti də insana təsir göstərir, yaxud burada əks əlaqə yaranır, bu əlaqə 

insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.  

 

8.3. İnsan populyasiyası 

İnsan populyasiyası, yaxud xüsusi növün populyasiyası – Homo sapiyens, heyvan populyasiyalarının 

xassələrinə malikdir, lakin süni mühitin, sosial-iqtisadi şəraitin və sairə faktorların, yəni  sosiumun (bu 

faktorların cəmi sosium adlanır) təsiri nəticəsində bu xassələrin təzahürünün forma və xarakteri olduqca 

fərqlənir.  

Yer üzərində bütün insanlar bəşəriyyət populyasiyası sistemini əmələ gətirir. Bu populyasiyanın artması 

təbii resurslar, həyat  şəraiti sosial-iqtisadi və genetik mexanizmlərlə  məhdudlaşır (Reymers, 1994). İnsan bu 

məhdudlaşdırıcı faktorların  əhəmiyyətini artıq kifayət qədər dərk edir. Sosial-iqtisadi faktorlar artıq müəyyən 

dərəcədə nizamlayıcı kimi görünsə  də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan,  əgər insan 

həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir: 

1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli; 

2) Müəyyən sahənin həcmi ilə  əlaqədar  əhalinin miqdarca optimum ölçüsünü və konfiqurasiyasını  təyin 

etməli; 


3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.  

 

8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi  



Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir 

şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə 

o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s. 

Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır.   

Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi 

istifadə edir. Bu isə  bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də  tədricən həyatın keyfiyyətinin 

yüksəlməsini təmin edir.  

İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə 

üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları 

təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır. 

Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.      

Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər 

və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi və  mənəvi 

nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki 

resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.   



Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar 

 

125


təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan 

metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da 

tikinti materialı kimi istifadə olunur.  

Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə 

edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar 

yanacaq-energetik resurslar adlanır.  



Energetik resurslar. Günəş  və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji 

mənbələrinin məcmusu energetik resurslar adlanır.  



İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: 

- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə 

aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış  məntəqələri, qeyri kənd təsərrüfatı  təyinatlı (sənaye, 

nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı istehsalı 

resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları – 

mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.          

- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu 

ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar 

bioloji resursların bir hissəsi sayılır.    

- Su resursları -  Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu 

(əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).  



- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.  

- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə  və başqa 

yerlərdə məskunlaşan heyvanlar.  



- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında 

mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını  əmələ  gətirir, onların ehtiyatı 

sənaye əhəmiyyəti daşımalıdır.  

İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real re-



surslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk 

növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik 

enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat 

aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış, 

meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom 

enerjisindən istifadə etməyə başlamışdır.  



Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə 

edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma – çəkilmələri, 

külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini də aid etmək 

olar.  


Təbii resurslar elementar  və ya sadə  və  kompleks  və  mürəkkəb resurslara ayrılır. Elementar resurslar 

tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə 

elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b.  

Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu 

azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün 

əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı 



ekoloji təsnifat da adlanır. 

Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 8.2).   

    Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaran-

ma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii 

bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.  

 Tükənən resursların qrupuna müxtəlif sürətlə  və müxtəlif həcmlə  əmələ  gələn resurslar daxildir. Bu 

baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan  və  nisbətən bərpa oluna bilən növlərə 

ayrılır. 

 

 

 



 

 

126


Şəkil  8.2. Bərpa olunmasına görə təbii resursların təsnifatı 

 

    



 

Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir. 

Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu 

resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların təsərrüfat 

baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral resurslar 

tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur.  

 Torpaq 


resursları  təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi sayılır.  Ərazinin 

mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Kar-

xana üçün və ya iri sənaye və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi (torpaq) 

bir daha təbii halında bərpa oluna blməz.  

 

Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində 

(bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.  

 

Nisbi bərpa olunan  və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı  təbii 

sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən quruda 

cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. ha sahə 

tutur (E.P.Romanova və b., 1993). Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, qaratorpaq tipinin 1 



mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla belə, torpaqdan səmərəsiz 

istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalnız bir il ərzində torpağın ən qiymətli üst şum 

Кейфиййятъя ло-

Бярпа олунмай-

Файдалы газын-

 

 



Нисби бярпа 

олунан  


Чох йашлы 

Торпаьын 

Бязи минерал 

Битки юртцйц  

Щейванат алями  

 

Бярпа олунан  



Эцняш енержиси  

Су енержиси  

Кцляк енержиси  

Йер тякинин 

Су  

Атмосфер щавасы 



Кямиййятъя  

 

Т 



ц 

к 

я 



н 

я 

н 



Т

ц

к



я

н

м



я

й

я



н 

Т

я 



б 

и 

и 



 

 

р 



е 

с 

у 



р 

с 

л 



а 

р 

 



 

127


qatının bir neçə santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində  əksər dövlətlərin  ərazisində torpağın 

dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, 

torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas verir.  

 Hazırda sənaye  əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən çox tropik 

meşələrdə müşahidə olunur. Bir çox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, 

İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin 

bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyri-

mümkündür.  

 

Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması  və  məhv edilməsi 



onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər 

mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən 

silinmiş olur.  

 

Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz qabarması 

və dalğaları daxildir.  

 

Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur. Lakin 



Yer səthində su istifadəsi sistemində  şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda 

geniş  ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli istifadə olunması 

nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir.  

 

Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi həcmi 1390 mln. km



3

-a 


yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km

3

) şirin suların payına 



düşür.  

 Duzlu 


dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu 

göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun 

illik miqdarı o qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 …. 45 min km

3

  təşkil edir. Dünya 



təsərrüfatına öz ehtiyacını ödəmək üçün 4,5 min km

3

-ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su resursunun 



təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək  şəraitində, bu su 

resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca 

kəskinləşə bilər və  hətta planetar miqyasda təmiz  şirin su defisiti yarana bilər. Hələ ki, təbii mühit müxtəlif 

məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.  

 

İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür 

(E.P.Romanova və b., 1993). Mövsüm və  ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. 

Havanın temperaturu -90

0

C-dən +80



0

C arasında tərəddüd edir, hərçənd Yer üçün orta temperatur təxminən 

+15

0

C təşkil edir.  



 Quru, 

bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 

min km

3

 yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər 



də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür.  

 

Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar 



keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı 

azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, 

həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər. 


 

128


IX FƏSİL 

ANTROPOGEN EKOSİSTEMLƏR 

 

9.1. İnsan və ekosistemlər 

İnsan təbii  ətraf mühitdə  həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini 

yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə öz 

əmək fəaliyyəti ilə kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq) yaradaraq bu sovqatları özü əldə etməyə başladı. 

Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir 

mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə  və özü istəməsə  də, hətta onu 

dağıtmaq məcburiyyətində qaldı.  

Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur. Bu 

sistemlərin energetik resursları həm tükənməz – Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik 

(daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta 

onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə əsaslanıb, Y.Odum 

(1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:  

1.

 

Günəşlə hərəkətə gətirilən təbii ekosistemlər;    



2.

 

Günəşlə hərəkətə gətirilən və digər təbii mənbələrlə yardım olunan ekosistemlər; 



3.

 

Günəşlə hərəkətə gətirilən və insan tərəfindən yardım olunan ekosistemlər; 



4.

 

Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) hərəkətə gətirilənlər. 

Bu təsnifat prinsipcə biom təsnifatından fərqlənib mühitin xassələrinə əsaslandığından ekosistemin struktu-

runa əsaslanır. Bununla belə, bu təsnifat biom təsnifatını tamamlayır. 1-ci və 2-ci tipləri təbii ekosistemlərə, 3-

cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək lazımdır.  

Birinci  ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid olub Yer Planetində  həyatın təmin 

olunmasının əsası hesab edilir (enerji axını orta hesabla ildə 0,2 kkal/sm

2

). 


İkinci ekosistem tipinə  dənizlərin estuariləri, çay ekosistemləri, «yağışlı» meşələr aiddir. Onlar qabarma 

dalğalarının, axınların və küləyin enerjisi ilə  də qidalanırlar (yararlanırlar). Enerji axını orta hesabla ildə 2 

kkal/sm

2

 təşkil edir. 



Birinci tip ekosistemlər fauna və floranın yüksək sıxlığını saxlamağa qabil olmasalar da, onlar olduqca 

böyük sahə tutur. Yalnız okeanlar Yer kürəsinin 70% ərazisini zəbt edir. Onlar tərəfindən yalnız Günəşin enen-

jisi hərəkətə gətirilir və Planetdə həyatın təminat şəraitini stabilləşdirici və saxlayıcısının əsası sayılır.  

İkinci tipə aid olan ekosistemlər yüksək təbii məhsuldarlığa malikdir, çünki burada yaşayan orqanizmlər 

(məsələn estuarilərdə) qabarma və axınların, yağışlı meşələrdə isə külək və yağışın əlavə enerjisindən istifadə 

etməyə uyğunlaşmışlar. Bu sistemlərin «istehsal etdiyi» ilkin biokütlə onların özlərini saxlamaqlarına çatmaqla 

yanaşı, bu məhsulun bir hissəsi digər sistemlərə aparılır, yaxud toplanır.  

Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı göstərilmədən və  xərc çəkilmədən öz həyat 

qabiliyyətini saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli miqdarda qida məhsulları və digər 

materiallar yaranır, bu isə insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz burada havanın böyük 

həcmi təmizlənir, dövrana şirin su qayıdır, iqlim formalaşır və s.  



Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət göstərir. Bura 3-cü tipə aid olan ekosistemlər 

yalnız Günəş enerjisi hesabına deyil, həmçinin insan tərəfindən təşkil edilmiş (verilmiş) yanacaq formasında 

dotasiyanın hesabına qida məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər, akvakulturlar daxil-

dir.  


Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya dövründə mədəni bitkilərin inkişafı təbii proses olub 

onlara təbii Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, məhsulun yığılması və s. insanın enerji 

sərfidir. Həm də, insan praktiki olaraq təbii ekosistemi bütövlüklə  dəyişir, hər  şeydən  əvvəl ekosistemi 

sadələşdirir, yəni növ müxtəlifliyi azalır və bəzən güclü sadələşmiş monokultura sisteminə çevrilir (cədvəl 9.1).  



 

Cədvəl 9.1 

Təbii və sadələşmiş antropogen ekosistemlərin müqayisəsi 

(Millerə görə, 1993) 

 

Təbii ekosistemlər 

 (bataqlıq, çəmən, meşə) 

Antropogen ekosistemlər  

(tarla, zavod, ev) 

 


 

129


1 2 

Günəş enerjisini alır, dəiyşdirir, 

toplayır 

Qazıntı  və nüvə yanacağının enerjisini 

qəbul edir 

Oksigen hasil edir və kabon qazından 

istifadə edir 

Oksigendən istifadə edir və qazıntı 

yanacağı yandıqda karbon qazı hasil edir 

Münbit torpaq yaradır  

Münbit torpağı kasatlaşdırır və ya onun 

üçün təhlükə yaradır  

 

Rütubət toplayır, onu təmizləyir və 



tədricən ondan istifadə edir 

Çox sü sərf edir və onu çirkləndirir 

Yabanı təbiətin müxtəlif növləri üçün 

məskunlaşma şəraiti yaradır 

Yabanı  təbiətin bir çox növlərinin 

yaşama yerini dağıdır 

Çirkləndirici və tullantıları heç bir 

xərc çəkmədən süzür 

Çirkləndirici və tullantılar hasil edir, 

onların zərərsizləşdirilməsinə  xərc tələb 

olunur 

 

Özünüsaxlama və  bərpa olunma 



qabiliyyətinə malikdir 

Saxlanması  və  bərpasına daima böyük 

xərc tələb olunur 

 

Müasir kənd təsərrüfatı ilbəil ekosistemləri suksessiyanın daim erkən mərhələlərində saxlamağa imkan 



yaradaraq, bir və ya bir neçə bitkidən (məsələn, qarğıdalı, buğda, noxud və s.) maksimal ilkin məhsul  əldə 

etməyə  cəhd göstərir. Kəndli baha qiymətə yüksək məhsul  əldə edə bilir. Belə qiymət alaqlarla mübarizə, 

mineral gübrələr, torpaq hazırlığı və b. işlərlə əlaqədardır (enerji axını orta hesabla 20 kkal/sm

2

⋅ il).  



Yeni davamlı növlərin, məs., ot növlərinin peyda olması təbii suksessiya proseslərinin nəticəsidir. Biz alaq 

adlandırdığımız «pioner» bitki növləridir, ziyanvericilər – həşəratlar və digər heyvanlardır, xəstəlik törədicilər 

isə – mikroorqanizmlərdir. Alaq otları, ziyanvericilər və xəstəlik törədicilərlə aktiv mübarizə aparılmazsa, bütün 

məhsul məhv olar.  



Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol sayılır, insan özü üçün faydalı kənd təsərrüfatı 

heyvanlarını (inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan otyeyən vəhşi heyvanları  və ev 

heyvanlarını məhv edən yırtıcıları yoxa çıxarır.  

Qiymətli balıq növlərinin ovlanması su hövzələrinin ekosistemlərini sadələşdirir. Hava və su hövzələrinin 

çirklənməsi də ağacların, balıqların məhv olmasına səbəb olur və təbii ekosistemlər «talanır».  

Ümumiyyətlə,  əhalinin sayı artdıqca insanlar bütün yetkin (klimaks) ekosistemləri  sadə cavan 

ekosistemlərə (məsələn, tropik meşələri, yetişmiş fıstıq, palıd meşələrini məhv edərək, bataqlıqları qurudaraq və 

s.) çevirir. Bu sistemləri «cavan» yaşında saxlamaq üçün yanacaq-energetik resurslarından istifadə artacaqdır. 

Bununla yanaşı, növ (genetik) müxtəlifliklərində və təbii landşaftlarda itki baş verəcəkdir (cədvəl 9.1).  

Cavan, məhsuldar ekosistemlər monotip növ tərkibinə malik olduğu üçün çox zəif olur. Belə ki, hər hansı 

bir fəlakətli hadisə, məsələn, quraqlıq baş verərsə, genotip dağıldığından belə ekosistemlər bir də  bərpa 

olunmur. Lakin bəşəriyyətin həyatı üçün onları saxlamaq vacibdir. Odur ki, vəzifəmiz, sadələşdirilmiş 

antropogen ekosistemlər və onunla qonşuluqdakı daha mürəkkəb, zəngin genofonda malik olan təbii 

ekosistemlər arasında balansı saxlamaqdır.  



Dördüncü ekosistemlərdə, yəni  sənaye-şəhər sistemlərində hadisə tamamilə başqa cür baş verir. Burada 

yanacaq enerjisi Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə müqayisədə enerji axınının sərfi iki-

üç dəfə artıqdır. Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır. Əgər enerji sərfi əhalinin sayına 

görə hesablanarsa, bu 10 dəfə yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur). Müxtəlif ölkələrdə enerji sərfi 

müxtəlifdir. Varlı ölkələrlə inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu sərflərin fərqi xüsusilə böyükdür 

(bir neçə on dəfələrlə, bəzən 100 dəfəyə  qədər). Bu ölkələr elə bil ki, hələ birinci-ikinci tip ekosistemlər 

mərhələsindədir, lakin inkişaf etmiş ölkələr bütün dörd mərhələni artıq keçmişlər.  

 

9.2. Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər) 

İnsan  kənd təsərrüfatı  fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə 

özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.  

XX  əsrin sonu XXI əsrin  əvvəllərində  hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək, 


 

130


geyindirmək və evlə  təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. 

Yaxın 20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min 

ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.  

Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli 

problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, 

mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə 

aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.  

Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət 

olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas 

mənbəyidir.  Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun  əldə edilməsində 

olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldə 

edir.  

Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi 



ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. 

FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 mln. tona 

yaxın buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış 

(sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 60 

mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.  

Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən bitkilər və heyvanlar 100 mln. 

əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd təsərrüfatı inkişaf etdikcə torpaqların 10%-i insan tərəfindən 

şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu torpaqlar 5 milyard insanın yaşamasını 

təmin edirdi.  

Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə 

təsiri köçəri təsərrüfata nisbətən bir neçə qat yüksəlir.  İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. 

Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları  və mal-qaranın saxlanma texnologiyası 

təkmilləşdirilir. Ötən dövr ərzində baş verimş dəyişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının 

inkişafı çox vaxt geniş  ərazilərdə ilkin bitki örtüyünün tamamilə  məhv edilməsi ilə müşahidə olunurdu. Qida 

üçün faydalı olan bitki növləri olan kiçik sahələr insanlar tərəfindən saxlanılır və bu növlər tədricən 

mədəniləşdirilir və onların daimi yerdə becərilməsi təşkil olunur.  

Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə faciəli təsir göstərir. Geniş 

ərazilərdə meşələrin məhv edilməsi, mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi 

tarixən formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii biosenozların, ekosistemlərin, 

landşaftların yerində aqrosferlər, aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. 



Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş bütün sahələrin məcmusunu əks 

etdirən qlobal sistemdir.  



Aqroekosistemlər – kənd təsərrüfatı  fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemlərdir. 

Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.  

Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.  

Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı  məhsulları  əldə etmək məqsədilə 

yaradılan biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub, 

ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir 

(çeşidlər, cinslər).  



Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə  və s.)  kənd təsərrüfatının təsiri ilə  dəiyşilərək 

formalaşan ekosistemlər aqrolandşaft adlanır.  

XX  əsrin  əvvəllərinə  qədər aqroekosistemlər kifayət qədər müxtəlif olmuşdur: xam torpaqlar, meşələr. 

çoxsahəli oturaq təsərrüfatları olan rayonlar az dəyişikliyə  məruz qalmışdır. Aqroekosistemlər öz ilkin 

nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə ov və ev heyvanlarını yeməklə 

dolayısı yolla qidalanmışlar.  İlkin bitkilər – avtotroflar insanları bitki lifləri və meşə materialları ilə  təmin 

edirdi.  İnsan bu ekosistemlərin  əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi və ev 

heyvanları böyük kütlə  təşkil edirdi, insan tərəfindən istifadə olunan məhsullar tullantılara transformasiya 

olunur, onlar isə redusentlər və ya destruktorlarla parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar, 

fosfatlar, digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən 

istifadə olunur.  

Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə maddələrin dövranı pozulmurdu. 



 

131


İnsanın qidalanması zamanı maddələr mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin 

axını (adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki (çəkici qüvvə)  şəklində 

təxminən istifadə etdiyi enerjinin miqdarına bərabər idi.  

XIX  əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzində ilkin konsumentlər tərəfindən 

toplanan, həmçinin çox illər ərzində ağaclar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu. Bir 

insan tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın neolit dövründə istifadə 

etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə qədər) artıq təşkil edirdi.  

Beləliklə, aqrar sivilizasiya təşəkkül tapdığı zaman insan ekosistemi yüksək səviyyəyə - homeostaza malik 

idi. Ekosistemin antropogen dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və o, 

biosferdə enerji axınını dəyişdirmirdi.  

XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin biosferinin bərpa olunmaz qlobal 

dəiyşməsi kəskin gücləndi. XX əsrin 70-90-cı illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar 

mühafizə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su və külək eroziyası, təkrar 

şorlaşma, torpağın gücdən düşməsi, torpağın deqradasiyası, edafon və mezofaunanın kasatlaşması, meşəlik 

faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.  

 

9.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası  

Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm

2

-a hər dəqiqə                   2 kalori Günəş enerjisi düşür, 



bu  günəş sabiti  və ya konstantı adlanır.  İşıq enerjisinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox 

deyildir. Günəş spektrinin yalnız FAR (dalğasının uzunluğu 380-710 nm, günəş radiasiyasının 21-46%-ni təşkil 

edən  fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi fotosintez prosesində  iştirak edir. Təbii və 

aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir.  



1. Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə xarakterikdir, bu onların əsaslı xassəsi 

– davamlılığa yönəldir, qruplaşanın davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır.  



Aqroekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin başlıca istiqaməti süni üsul 

olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdir.  

İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesabına «təkamül» keçirir və 

insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə girmək qabiliyyətinə malik deyildir.  



2. Təbii ekosistemlərdə fitosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı illərdə hava şəraitinin 

tərəddüdü zamanı onun davamlığını  təmin edir. Bir neçə bitki növünün məhv olması digər növlərin 

məhsuldarlığının yüksəlməsinə  şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fitosenoz 

bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.    

Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur. 

Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə  təsiri eyni cür olur. Əsas bitkinin böyümə  və inkişafının 

sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində 

aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.  



3. Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müxtəlifliyinin mövcudluğu bütün 

vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə, 

istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.  

Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya mövsümündən qısa olur. Təbii 

fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında 

maksimum biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin 

ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.      

Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi 

məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.  

4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddələr mübadiləsinin 

kompensasiya (əvəz) olunma dərəcəsi hesab olunur. Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi 

elementlər) qapalı tsikllə, yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil 

olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu səbəbdən də tsikl daxilində hər 

bloka daxil olan maddə, təxminən oradan çıxan maddəyə bərabər olur.  

Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda maddələrin bir hissəsi 

ekosistemdən birdəfəlik götürülür.  

5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan tərəfindən idarə olunur. 

Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii faktorların təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin 



 

132


böyümə və inkişafına, xüsusilə qida məhsulvermə komponentlərə üstünlük verilir. Bununla əlaqədar əsas vəzifə 

minimal enerji və maddə  sərf etməklə  məhsuldarlığın yüksəlməsinə  şərait tapmaq, torpağın münbitliyini 

artırmaqdır. Bu vəzifənin həlli aqrofitosenozlar tərəfindən təbii resurslardan daha tam istifadə etmək və 

aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır.  

Resurslardan istifadə dolğunluğu sortun (çeşidin) genetik xüsusiyyətləri, vegetasiyanın uzunluğu, birgə 

səpinlərdə komponentlərin müxtəlif cinsliliyi, səpinin yarusluğu və s. ilə müəyyən olunur.  

Buna görə M.S.Sokolov və b. (1994) belə  nəticəyə  gəlir ki, aqrosistemlərin vəziyyətinə  ən ciddi nəzarət 

daha çox enerji sərfi tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. Bu qrupa yarımaçıq sistemlər aiddir, burada 

xarici mühitlə (istixana, heyvandarlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral və 

üzvi maddələrin dövranı  tənzimlənir və yüksək dərəcədə  nəzarət olunur. Bu – idarəolunan 



aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq sistemlərdir.  İnsan tərəfindən effektiv nəzarət nə 

qədər çox olarsa, onlar bir o qədər sadə olar.  

Yarımaçıq və açıq sistemlərdə insanın səyi orqanizmlərin böyüməsinə optimum şəraiti təmin edir və onların 

tərkibinə ciddi bioloji nəzarət olunur. Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir:  

- birincisi, mümkün qədər arzu olunmayan növləri tam kənarlaşdırmaq; 

- ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin seçilməsi; 

- bütövlükdə qurumuş bitkilər və ölmüş fitofaqlarla birlikdə  əvvəl udulmuş enerjinin ¾-ü ölü üzvi 

maddələrin tərkibində saxlanır, ¼-dən bir qədər çoxu isə  tənəffüs zamanı istilik şəklində ekosistemdən kənar 

edilir.  

Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə zəruri olan qida və bir çox texniki 

resursları  əldə edir. Qeyd edildiyi kimi, sayca artan bəşəriyyətin qida (ərzaq) ilə  təmin edilməsi problemi – 

başlıca olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək problemi hesab olunur.  

Ekoloji sistemlərin insanın təsiri ilə  əlaqədar dağılması  və ya çirklənməsi bilavasitə enerji axınının 

maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə 

səbəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə – aqroekosistemin məhsuldarlığının aşağı 

düşməsinin qarşısını almaqdır. Bu məsələ  həll olunduqdan sonra ikinci mühüm vəzifənin – məhsuldarlığın 

artırılması vəzifəsinin həlli mümkün ola bilər.  

XX  əsrin 90-cı illərində  şumlanan torpaqların ilk illik məhsuldarlığı planetimizdə 8,7 mld. ton, enerji 

ehtiyatı isə 14,7

⋅10

16

 kC təşkil etmişdir.  



Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir. Bu hadisəni Ç.Elton «ekoloji 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin