QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

- Biləcəri meşə parkı Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb,  əsasən eldar şamından ibarət olub 

təbii meşəliyə  bənzəyir. Bu meşə-park Bakı  şəhərinə  şimal tərəfindən daxil olub, Biləcəri rayonu əhalisinin 

gözəl istirahət məskənidir.  

- Aeroport meşə parkı. Bakı  şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi  şəhərdən 

kənarda yerləşib  əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin 

yaradılması adi hal olmuşdur.  

- Abşeron yaşıllıqlarını Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı  ərazisində  dənizdən olan 

məsafələrinə görə 2 qrupa bölür:  



1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və 

Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir. 



2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və 

Şüvəlan qəsəbələrində yerləşən 9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən istifadə 

olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları  ərazisinin yaşıllaşdırılmasında 48 növ, Buzovnada 

yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə cəmi 10-16 

ağac və kol növündən istifadə edilmişdir.  

Lakin son illər Bilgəh sanatoriyaları  ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə 

suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.  

Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının  ərazisində apardığımız tədqiqat 

işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan 

istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu 

boyu eldar şamı və sərvdən istifadə olunmuşdur. Qayalar arasında əkilən üzüm kolları da bol məhsul verir. Su-

varma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində  əsasən eldar şamı  və  sərvdən 

istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı 

hiss edir.  

Abşeron yarımadasının  ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri  əkinləri, çoxlu şor göllər, yaşayış 


 

138


sahələri, neft vışkaları və s. olduğundan başdan-başa meşə-parkların yaradılması olduqca vacib məsələdir. Re-

lyef və torpaq şəraiti meşə-parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa 

davamlı olan eldar şamı, püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədə uyğundur.  

Abşeronda çətin iqlim şəraitini, xüsusən  şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə 

(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.  

«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə  əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə 

zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftı kökündən dəyişərək başdan-başa istirahət meşə-

park zonasına çevriləcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib şimal 

küləklərini zəiflədəcəkdir. Bununla yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.  

Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə 

yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə çətin torpaq şəraitinə dözümlü ağaclardan maklüra, ay-

lant, yulğun, amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı, 

amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.  

Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə  ağac-kol bitkilərinin introduksiyası üzrə 

aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində  ağac-kol 

cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.  

Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.) 

yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra ağac cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon 

saforasını, dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və 

qiymətli ağac-kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, 

yapon heyvası, dovşanalması növləri, hind yasəməni, ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, ev-

kalipt və maqnoliyanı göstərmək olar.  

Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqaynı, göyrüşyarpaq ağcaqayın, meliya, 

maklüra və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma, 

maqnoliya, himalay sidri, evkalipt, yapon əzgili və daş palıda üstündük verilməlidir.  

Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən 

dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.  

Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki 

bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.  

Azqiymətli ağacları rekonstruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq 

verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.  

Respublikanın digər rayon və şəhərlərində də (Gəncə, Şəmkir, Tovuz, Qazax, Zaqatala, Qax, Şəki, Göyçay 

və b. şəhərlər) mikroiqlimi yaxşılaşdıran, havanı  təmizləyən və oksigenlə  zənginləşdirən yaşıllıqlar təqdirə 

layiqdir. 



 

139


X FƏSİL 

EKOLOGİYA VƏ İNSAN SAĞLAMLIĞI 

 

10.1. Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri  

Əzəl dövrdən Homo sapiyens (insan) ekosistemlərin bütün konsumentləri kimi ətraf təbii mühitdə yaşamış 

və praktiki olaraq limitlənmiş ekoloji faktorların təsirindən mühafizə olunmamışdır. İbtidai insan da bütün hey-

vanat aləmi kimi ekosistemin nizamlanma və özününizamlama faktorlarının təsirinə məruz qalmış, onun ömrü 

çox olmamış, populyasiyanın sıxlığı olduqca aşağı olmuşdur. Başlıca məhdudlaşdırıcı faktorlar hipodinamiya 

və  yarımaclıqdan ibarət olmuşdur. Ölüm səbəbləri arasında birinci yerdə  təbii səciyyəli  patogen (xəstəlik 

törədən) təsirdər dururdu. Onlar arasında bir qayda olaraq təbii mənbəyə (ocağa) malik olan yoluxucu 

xəstəliklər xüsusi yer tuturdu. Bir çox yoluxucu xəstəliklərin mahiyyəti onların törədicilərinin təbiətdə insan və 

ev heyvanları ilə  əlaqəsi olmadan müəyyən  ərazilərdə (ocaqlarda) yayılmasıdır. Onlar vəhşi heyvanların 

orqanizmində parazitlik edirlər. Təbii mənbə (ocaq) xəstəlik törədiciləri vəhşi heyvanlar, xüsusən gəmiricilər, 

quşlar, həşərat və gənələr hesab olunur.  

Bütün heyvanlar ekosistemin biosenozunun tərkibinə daxil olub müəyyən biotopla əlaqədardır. Buna görə 

də, təbii mənbə (ocaq) xəstəlikləri müəyyən ərazi, bu və ya digər landşaft tipi, deməli, oranın iqlimi ilə sıx bağlı 

olub mövsümi xarakter daşıyır. Y.P.Pavlovski (1938) «təbii ocaq» (mənbə) anlayışını ilk olaraq tövsiyə etmiş və 

taun, tülyaremiya, gənə və ağcaqanad ensefaliti, səpmə yatalağı, bəzi helmin tozları təbii ərazi xəstəliklərinə aid 

etmişdir. Tədqiqatlar göstərir ki, bir təbii ərazidə (ocaqda) bir neçə xəstəlik ola bilər.  



Təbii mənbə xəstəlikləri XX əsrə qədər insanların ölümünün əsas səbəbi olmuşdur. Bu xəstəliklərdən ən 

dəhşətlisi  taun  xəstəliyi sayılır. Bu xəstəlikdən orta əsrlərdə  və bir qədər sonrakı dövrlərdə arası  kəsilməyən 

müharibələrdə olduqca çox insan ölmüşdür.  

Taun insan və heyvanlarda kəskin yoluxucu xəstəlik olub karantin hesab olunur. Bu xəstəliyin törədicisi 

taun mikrobu sayılır. Taunun epidemiyası dünyanın bir sıra ölkələrində yayılmışdır. Eramızdan əvvəl VI əsrdə 

Şərqi Roma İmperiyasında 50 il ərzində bu xəstəlikdən 100 mln.-dan artıq adam ölmüşdür. XIV əsrdən etibarən 

taun xəstəliyi dəfələrlə Rusiyada, o cümlədən Moskvada qeydə alınmışdır. XIX əsrdə bu xəstəlikdən Zabay-

kalye, Cənubi Qafqaz, Xəzəryanı ölkələrdə, XX əsrin əvvəlində Qara dənizin liman şəhərlərində, o cümlədən 

Odessada olduqca çoxlu insan tələfatı olmuşdur. XX əsrdə  ən böyük taun epidemiyaları Hindistanda qeydə 

alınmışdır.  

İnsanı əhatə edən ətraf mühitlə bağlı olan xəstəliklərə qarşı daim mübarizə aparılsa da hazırda da baş verir. 

Onların baş verməsi qismən son dərəcə ekoloji təbii səbəblərlə, məsələn xəstəlik törədicilərin daşıyıcılarının və 

özlərinin rezistentliyi (müxtəlif təsir faktorlarının təsirinə qarşı davamlılığı) ilə aydınlaşdırılır. Bu proseslərə 

malyariya (qızdırma) ilə mübarizəni səciyyəvi misal göstərmək olar.  



Malyariya plasmodeum cinsindən olan parazitlə yoluxur, bu xəstəliyə yoluxan ağcaqanadın dişləməsi ilə 

keçirilir. Bu xəstəlik ekoloji və sosial-iqtisadi problem sayılır.  

UNEP-in məlumatına görə (1979) 1955-ci ildə malyariya rayonlarında yaşayan 2,65 mld. adamdan 250 mi-

lyona qədər malyariya xəstəliyinə tutulan adamlardan ildə  təxminən 2 mln.-u ölmüşdür. 1943-cü ildə 

ağcaqanada qarşı DDT-dən (dust) və digər pestisidlərdən daha intensiv istifadə olundu. Lakin artıq 1970-ci ilə 

yaxın DDT-yə qarşı davamlı olan ağcaqanad populyasiyalarının sayı artdı. Bu səbəbdən məsələn, yalnız Hindis-

tanda malyariyaya yoluxan adamların sayı 6 mln.-a çatdı, halbuki, 1966-cı ildə bu rəqəm cəmi 40 min təşkil 

edirdi. 1976-cı ildə ağcaqanadın 43 növü müxtəlif intektisidlərə qarşı rezistentliyə malik oldu.  

Malyariyaya qarşı ekoloji cəhətdən özünü doğrultmuş kompleks mübarizə metodlarından – «həyat mühiti-

nin idarə edilməsi»ndən istifadə olunur. Bura bataqlıqların qurudulması, suyun duzluluğunun azaldılması və b. 

aiddir. Digər metod qrupu – bioloji metod olub ağcaqanadın təhlükəliyini azaltmaq üçün istifadə olunur; bu 

məqsədlə 40 ölkədə 250 növdən çox sürfə ilə qidalanan balıqlardan, həmçinin ağcaqanadda xəstəlik törədən və 

onu məhv edən mikrobdan istifadə olunur.  

Taun və digər infeksiya (yoluxucu) xəstəliklər (vəba, malyariya, qarayara, tülyaremiya, dizenteriya, (qanlı 

ishal), difterit-yoluxucu boğaz xəstəliyi, skarlatina və b.) müxtəlif yaşlı insanların ölümünə səbəb olmuşdur. Bu 

əhalinin sayının artmasını  ləngitmişdir, yer üzərində 1860-cı ildə  əhalinin sayı 1 mld-a çatmışdır. Lakin XIX 

əsrin sonunda Paster və başqa alimlərin yeni kəşfləri XX əsrdə profilaktik tibbin inkişafına, çox ağır 

xəstəliklərin müayinəsinə, həyatın səhiyyə-gijiyena  şəraitinin xeyli yaxşılaşmasına böyük təkan oldu, təbii-

mənbə xəstəlikləri kəskin azaldı, bəziləri isə praktiki olaraq ləğv olundu.  



Gənə ensefaliti mərkəzi sinir sistemini zədələyən xəstəlikdir. Bu xəstəliyin törədicisi virus olub daşıyıcısı 

iksod gənəsidir. Gənələr əsasən Rusiyanın Avropa və Asiya hissəsində tayqa meşələrində yayılmışdır. Gənələr 



 

140


«sahiblərinə» yazın başlanğıcında qar örtüyü əridikdən sonra hücum etməyə başlayır. Gənə ensefaliti xəstəliyinə 

fəaliyyəti meşə ilə bağlı olan insanlar, meşə təsərrüfatı işçiləri, meşədə müxtəlif sahədə tədqiqat işləri aparanlar, 

ovçular, yol çəkənlər yoluxurlar.  

Bəzi təbii-mənbə  xəstəliklərinin yoluxdurulması sahib-heyvan hücumu və dişləməsi (quduzluq), su 

(sarılıqsız leptospizoz), qida (diyersenioz), hava-damcı (taun, ornitoz) vasitəsilə ötürülür.  

Quduzluq kəskin yoluxucu xəstəlik olub dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 

30 gündən 90 günə kimidir.  

Qeyri-yoluxucu endemik xəstəliklər də mövcuddur. Belə  xəstəliklər həmin  ərazidəki torpağın, suyun və 

havanın xüsusi tərkibi ilə əlaqədardır.  

Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemik 

zobu, flüorun izafiliyindən yaranan flüorozu,  əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini

dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.     

Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan or-

qanizmi üçün sutkalıq norması  0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə 

yetişdirilən kənd təsərrüfatı  məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr 

mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur.  

Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda 

endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla 

qidalanır. Kiçik yaşayış  məntəqələrində içməli suda yod azlıq edərsə, profilaktika məqsədilə yodlaşdırılmış 

xörək duzundan istifadə etmək məsləhətdir.  

Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir 

halqanın qırılmasıdır. Bunun üçün landşaftın sağlamlaşdırılması, torpağın düzgün becərilməsi, məhsulun 

vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu 

xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.  

Qeyd etmək lazımdır ki, ekosistemin nizamlanmasında təbii faktorların təsiri ilə mübarizə aparmaq 

məqsədilə insan təbii resurslardan, o cümlədən əvəzolunmaz resurslardan istifadə edərək özünün yaşaması üçün 

süni mühit yaratmaq məcburiyyətində qalır. Bu halda xəstəliklərin baş verməsində aşağıdakı faktorlar başlıca rol 

oynayır:  hipodinamiya, həddindən artıq yemək,  informasiyanın bolluğu,  psixoemosional stres. Bununla 

əlaqədar aşağıdakı  «əsrin xəstəlikləri»nin daima artması müşahidə olunur: ürək-damar, onkoloji, allergiya 

xəstəlikləri, psixi-pozğunluq və nəhayət SPİD və s.  

 

10. 2. İnsanın tələbatları  

İnsanın öz tələbatını ödəmək cəhdi onun ətraf mühitlə  əlaqəsini təyin edir. Orqanizmin normal həyat 

fəaliyyəti daxili mühitin tərkibini nisbətən sabit saxlamaqla mümkündür. Tələbat-insanın yaşama  şəraitindən 

asılılığını təzahür etdirən aktivlik mənbəyi, vəziyyətidir.  

Tələbatın iki səviyyəsi ayrılır.  Birinci səviyyəyə vital, sosial  və  ideal  tələbat aiddir. Vital  tələbatlar 

insanın bir bioloji varlıq kimi həyat təminatı ilə bağlıdır (oksigen, su, qida, istilik, yuxu, təhlükəsizlik, doğumun 

davamı  və s.). Sosial tələbat – insanın  cəmiyyətdə  həyatı ilə bağlıdır (diqqətlilik, sevgi, qayğı, qrup və ya 

cəmiyyətdə norma və ideologiyaya əməl etmək, müəyyən yer tutmaq və s.). İdeal tələbat – insanda şüur, 

düşüncə, idrakın olması ilə  əlaqədardır (həqiqətə  və inama tələbat; özünü, ətraf aləmi və aləmdə öz yerini, 

həyatın mənasını, gözəllik tələbatını, haqq-ədaləti və s. dərk etmək).  



İkinci tələbat – öz müstəqilliyinə tələbat -  ikinci dərəcəli əlavə tələbat olub, onsuz birinci tələbatları təmin 

etmək çətindir və ya mümkünsüzdür (silahlanmaya – güc və vəsaitə olan tələbat).  

Bu və ya digər tələbatı təmin etmək zəruriliyi insanın davranışını – əxlaqını təyin edir. İnsanın davranışı 

(əxlaqı) – hərəkət hadisəsinin mürəkkəb kompleksi olub orqanizmin tələbatını ödəməyə istiqamətlənib. İnsanın 

fərdi davranışı – əxlaqı, onun xarakteri ən çox onun sosial təcrübəsindən (adamlarla ünsiyyət təcrübəsi və ətraf 

aləmlə), az dərəcədə isə ünsiyyətdən (qüsursuz doğulan adamlar üçün) asılıdır.  

Yuxarıda qeyd edildiyi kimi, insan biosferin bir hissəsi, onun təkamülünün məhsulu hesab olunur, odur ki, 

onun sağlamlığı  və  iş qabiliyyəti  ətraf mühitlə qarşılıqlı  əlaqəsindən daha çox asılıdır.  İnsan da digər canlı 

orqanizmlər kimi ətraf mühitlə maddələr mübadiləsi və enerji axını ilə əlaqədardır. Ona həm də, mühitin ekoloji 

fəaktorları  təsir göstərir. Lakin insan müəyyən dərəcədə mühitin əlverişsiz faktorlarının təsirindən qorunmağı 

öyrənmişdir. Bununla yanaşı, insan onu əhatə edən mühitə böyük təsir göstərir.        

 

10.3. RİSK FAKTORU 


 

141


Risk faktoru anlayışı  

Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST) nizamnaməsində deyilir ki, sağlamlıq insanın  ən  əsas 

hüquqlarından biridir. İnsanın daha mühüm hüququ onun sağlamlığını təyin edən faktorlar və ya risk faktorları 

haqqında informasiya almasıdır, belə ki, onların təsiri xəstəliklərə səbəb ola bilər.  



Risk faktoru – müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran 

ümumi faktorların adıdır. Bura həyat  şəraiti və  tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə  və ya 

qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud 

xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək  qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və 



sosial risk faktorları ayrılır (cədvəl 10.1). Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlarla da 

əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.  



Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı  (əldə etdiyi) 

xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast 

gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti və b. xəstəliklərə irsi meyillik də mövcuddur.  

Bir sıra xəstəliklərin, o cümlədən şəkər diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru 



köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəyinin mövcudluğu (məsələn, xroniki tonzillit) rev-

matizm xəstəliyinə səbəb ola bilər.  



Ekoloji risk faktorları. Atmosferin fiziki və kimyəvi xassələrinin dəyişməsi, məsələn, bronx ağciyər 

xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gərginliyinin 

sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb olur.  

 

Cədvəl 10.1 

 

Risk faktorunun qruplaşdırılması və onların insan sağlamlığında rolu (Y.P.Lisitsin, 1987 və E.N.Vaynerə, 

2001 görə) 

 

Risk 

faktorlarının 

qrupları 

Risk faktorları 

Sağlamlıqda 

rolu (%-lə) 

Rusiya üçün 

 

1 2 3 



Bioloji faktorlar 

Genetika, 

insanın 

biologiyası 

İrsi və  fərdi inkişaf gedişində qazanılan (əldə 

edilən) xəstəliyə meyillik  

15-20 

Ekoloji faktorlar  

Ətraf mühitin 

vəziyyəti  

Hava, su, torpaq, qida məhsullarının çirklənməsi, 

hava hadisələrinin kəskin dəyişməsi, radiasiya, 

maqnit və digər şüalanmanın yüksək səviyyəsi   

20-15 

Sosial faktorlar  

Həyat  şəraiti 

və tərzi  

Siqaret çəkmə, alkoqol və narkotik qəbul etmə, 

düzgün qidalanmama, yuxusuzluq, stress 

vəziyyət, hipo və hiperdinamiya, zərərli iş şəraiti, 

pis maddi-məişət  şəraiti, ailənin davamsızlığı, 

urbanizasiyanın yüksək olması  

50-55 

Tibbi təminat  



Profilaktiki tədbirlərin qeyri effektivliyi, tibbi 

xidmətin aşağı keyfiyyətdə olması  və onun 

vaxtında göstərilməməsi 

10-15 


 

 

İonlaşmış şüalanma onkoloji faktorlardan biri sayılır. Torpaq və suyun ion tərkibinin xüsusiyyətləri və 

bu səbəbdən bitki və heyvan mənşəli qida məhsulları, orqanizmdə bu və ya digər element atomunun izafiliyi və 

ya çatışmazlığı ilə  ələqadar  elementoz  xəstəliyinin inkiaşfına səbəbə olur. Məsələn, içməli suda yodun 

çatışmazlığı və tərkbində yodun az olduğu torpaqda qida məhsulu endemik zobun inkişafına səbəb ola bilər.   


 

142


Sosial risk faktorları – əlverişsiz mənzil – yaşayış  şəraiti, müxtəlif stres vəziyyəti bir çox xəstəliklərin, 

xüsusən ürək-damar sistemi xəstəliklərinin risk faktoru sayılır. Pis vərdişlər, məsələn, siqaret çəmkə bronx-

ağciyər və ürək-damar xəstəliklərinin baş vermə risk faktoru hesab olunur. Alkoqoldan istifadə edilməsi 

alkoqolizm, qaraciyər, ürək və başqa xəstəliklərin inkiaşfı üçün risk faktoru sayılır. 

Risk faktorları ayrı-ayrı individuum üçün (məsələn, orqanizmin genetik xüsusiyyətləri) və ya müxtəlif 

növlərin bir çox fərdləri (məs., ionlaşmış şüalanma) üçün əhəmiyyətli ola bilər. Bir neçə risk faktorunun birgə 

təsiri, məsələn köklük, hipodinamiya, siqaretçəkmə, karbohidrat mübadiləsinin pozulmasının birgə təsiri ürəyin 

işemiya xəstəliyinin inkişafını artırır.  

Xəstəliklərin baş verməsi və güclənməsinin profilaktikasında fərdi  şəkildə risk faktorlarını aradan 

qaldırmaq, (zərərli vərdişlərdən əl çəkmək, idmanla məşğul olmaq, orqanizmdə infeksiya mənbəyini ləğv etmək 

və s.) işinə, həmçinin populyasiya üçün əhəmiyyətli olan risk faktorlarını kanarlaşdırmağa böyük diqqət ayrılır. 

Bunun üçün həm də, ətraf mühitin su təchizatı mənbələrinin mühafizəsi tədbirləri, torpağın və ərazinin səhiyyə 

baxımdan qorunması, təhlükəsizlik texnikasına riayət etmək və s. həyata keçirilməlidir.  

 

10.4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların təzahürü 

İbtidai insan mühitin limitli faktorlarının təsirindən praktiki olaraq mühafizə olunmamışdı.  Onun ömrü də 

çox olmayıb, populyasiyanın sıxlığı olduqca aşağı idi. Bu dövrdə yarıac-yarıtoxluq, hiperdinamiya və yoluxucu 

xəstəliklər başlıca məhdudlaşdırıcı faktorlar olmuşdur.  

İnsan yaşamaq üçün özünü ətraf mühitin əlverişsiz faktorlarının təsirindən mühafizə etməyə çalışırdı. 

Bunun üçün o, məskunlaşdığı yerdə süni mühit yaratmağa başladı. Lakin buranın da özünün risr faktorları 

təsirini göstərir. Bu faktorlar şəhər mühitində özünü kəskin təzahür etdirir. Müasir cəmiyyətdə  aşağıdakı risk 

faktorları üstünlük təşkil edir: hipodinamiya, həddtindən çox yemək, zərərli vərdişlər, stresslər,  ətraf 

mühitin çirklənməsi.  

Hazırkı dövrdə insanı əhatə edən ətraf mühitin neqativ təsirləri aşağıdakı proseslərlə təzahür olunur:  

bioritmlərin pozulması (qismən yuxunun), əhalinin allergiyaya tutulması, onkoloji xəstəliklərin çoxalması, 

artıq çəkili adamların sayının çoxalması, vaxtından  əvvəl doğulan uşaqların artması, akselerasiya, həyatın 

təşkilində abioloji meyillik (siqaret çəkmə, narkomanlıq, alkoqolluq və s.), uzağı görməmə, xroniki xəstəliklərin 

xüsusi çəkisinin artması, peşə xəstəliklərinin çoxalması və s.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin