QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

3. Dəniz ekosistem tipləri  

- Açıq okean (pelagik) ekosistemi 

- Kontinental şelfin suları (sahilyanı sular) 

- Apvelinq rayonu (məhsuldar balıqçılığı olan münbit rayonlar) 

- Estuarı ekosistemi (sahilyanı buxtalar-kiçik körfəzlər, boğazlar, çayların mənsəbi, duzlu marşlar və b.) 

Biomların yayılma sərhədləri materiklərin landşaft komponentləri ilə  təyin olunur, adı isə üstünlük təşkil 

edən bitki ilə (meşə, kol və b.) ifadə olunur. Su ekosistemlərində bitki orqanizmləri dominantlıq etmir, odur ki, 

mühitin fiziki əlamətləri («durğun», «axar» sular, açıq okean və b.) əsas götürülür.  

Yuxarıda deyilənlər göstərir ki, biom sərhədləri regional səviyyədə landşaftın sərhədlərinə uyğun gələn 

ekosistemdir. Onun komponentləri landşaftın komponentlərindən ibarətdir, lakin onun əsas komponenti biota 

sayılır, burada üzvi maddələr yaradan proseslərə və maddələrin biokimyəvi dövranına əsas diqqət yetirilir.  



 

7.1. Yerüstü biomlar (ekosistemlər) 

Stabil ekosistem canlı orqanizmlərlə ətraf fiziki mühitin tarazlıq (müvazinət) vəziyyəti ilə səciyyələnir. Belə 

sistemin ümumi homeostazı onun təzyiqlərə qarşı müqavimətinə imkan yaradır.  

Məlum olduğu kimi Yer üçün iqlim zonallığı, bununla da yerüstü ekosistemlərin iqlim zonallığı xarakterik-

dir.  

Bütün Yer kürəsi üçün üfiqi iqlim zonallığından başqa dağ sistemlərində, həmçinin, şaquli və ya yüksəklik 



qurşaqlığı müşahidə olunur. Dağ sisteminin ətəyində iqlim ümumi coğrafi zonallığa uyğun gəlir, yuxarıya 

qalxdıqca və cənubdan şimala hərəkət etdikcə qurşaqlar dəyişir.  



 

7.1.1. Tundra 

Əsasən şimal yarımkürəsində, Arktika və Subarktika qurşaqlarında yayılmışdır. Cənub yarımkürəsində An-

tarktida yaxınlığındakı adalarda kiçik sahələri əhatə edir. Şimal yarımkürəsində Arktika səhraları zonası ilə (şm-

da), meşə-tundra zonası (c-da) arasında yerləşir. Eni 300-500 km-ə çatan zolaq şəklində Avrasiyanın və Şimali 

Amerikanın şimal sahilləri boyu uzanır.  

Tundra zonalarının yerləşdiyi enliklərdə illik radiasiya balansı aşağıdır (8-20 kkal/sm

2

), oktyabrdan aprelədək 



mənfidir. Qış 8-9 ay (bunun 60-80 günü qütb gecəsidir) davam edir. Orta temperatur yanvarda -5-dən -40

0

C-yə 



qədər, iyulda 5-10

0

C-dir.  İllik yağıntı 200-500 mm, bəzən 750 mm-ə çatır. Yay havanın nisbi rütubətliyinin 



yüksəkliyi, tez-tez duman və çiskin yağışın olması ilə səciyyələnir. Daimi donuşluq inkişaf etmişdir. Çoxlu göl və 

bataqlıq var. Torpaqları, əsasən qleyli, tundra tiplidir. Bitki örtüyündə şibyə, mamır, alçaqboylu otlar, kolcuqlar və 

kolluqlar üstündür. Bitkilərdən mərcangilə, dəstərək, karlik tozağac, qaragiləni göstərmək olar. 

Tundra faunasının səciyyəvi xüsusiyyətləri həyat  şəraitinin sərtliyi ilə  əlaqədar həddindən artıq yoxsulluğu, 

bəzən müstəqil cinslərə  məxsus olan endemlərin olması, həmçinin yekcinslik və bir çox heyvanların dənizlərlə 

əlaqədar olması (quş «bazarlarında» yaşayan quşlar, ağ ayı və b.) və s.-dir. Onurğalı heyvanların əksəriyyəti qışda 

tundranı  tərk edir; yalnız bir qismi, məsələn, lemminqlər qar altında yaşayaraq sağ qalırlar. Tundra faunasının 

tərkibinə adi və  dırnaqlı lemminqlərin endem növləri,  əsasən, tundranın cənub hissəsində yaşayan bəzi tarla 

siçanları, ağ dovşan, tundra tülküsü və gəlincik daxildir; tülküyə, cavanara, ağ və qonur ayıya təsadüf olunur, şimal 

maralı xarakterikdir. Quşlardan ağ kəklik, tundra kəkliyi, ağ qaz, ağ bayquş, şimal sərçəsi, laplandiya yol torağayı 

endem sayılır. Sürünənlər azdır, bəzi qurbağalara təsadüf olunur; qızılbalıqkimilər çoxdur.  

 


 

110


 

 

Øÿêil 6.12. Òÿáèè åêîñèñòåìëÿðèí òÿñíèôàòû 

 

7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr – mülayim iqlim zonasının  şimal hissəsində yayılmışdır. Bu 

iynəyarpaqlı meşələr tayqa adlanır (türk dillərində tayqa meşəli dağ deməkdir). Tayqada qış soyuq, qar örtüyü 

uzunmüddətli, çox şaxtasız dövr nisbətən qısa (orta temperatur iyulda 10-18

0

C), yağıntı buxarlanmadan çox 



olur. Tayqa meşələri Şimali Avrasiyada və Şimali Amerikada çox geniş sahə tutur. Tayqa meşə qruplaşmaları 

tündiynəyarpaqlı  ağac cinslərindən  (küknar, ağşam)  Sibir sidr şamı (Sibir sidr ağacı) və açıqiynəli ağac 

cinslərindən (qaraşam və şam – əsasən qumlu torpaqlarda) təşkil olunmuşdur. Tündiynəli meşələrin quruluşu 

sadə olub bir-iki-üç ağac yaruslu, mamır yarusu, bəzən ot və ya ot-kol yarusundan ibarət olur. Çox gövdəli olur. 

Tündiynəyarpaqlı meşələr xüsusi mikromühitə malik olub küləksiz, açıq sahəyə nisbətən temperatur yüksək 

qalın qar örtüyü sərt qış dövründə heyvanat aləminin sağ qalmasına şərait yaradır.  

Tökülən iynələr yavaş parçalanır, odur ki, torpaq podzol profilli olur. Torpaqda kifayət qədər çoxlu xırda 

orqanizmlərin populyasiyaları yaşayır, yarpağı tökülən meşələrə, çəmən və bozqırlara nisbətən bir qədər iri 

torpaq orqanizmlərinə az rast gəlinir. Tayqada iri heyvanlardan ayı, canavar, otyeyənlərdən sığını göstərmək 

olar. Bu meşələrin faunası üçün toxum fondunun və iynələrin böyük əhəmiyyəti var: toxumlarla quşlar, dələlər, 

burunduq və digər gəmiricilər, iynələrlə isə  həşəratlar qidalanır. Quşlardan Sibir xoruzu, bonazi tetrası, sidr 


 

111


quşu, ağacdələn, tüklüayaq yapalaqları qeyd etmək olar. İnsan fəaliyyəti nəticəsində (meşələrin qırılması, 

yanğınlar) tayqa faunası əsaslı surətdə dəyişmişdir, bir növ artmış, digəri azalmış, yeni növlər peyda olmuşdur.    



 

7.1.3. Mülayim zonanın yarpağı tökülən meşələri (enliyarpaq meşələr).  Tayqa meşələrindən cənubda 

yerləşir. Bu meşələr mülayim iqlim şəriatində bitir, illik yağıntıların miqdarı 700-dən 1500 mm qədər təşkil 

edir. Mülayim temperatura və aydın seçilən mövsümlərə malikdir. İlk vaxtlar enliyarpaqlı meşələr  şimali 

Amerika, bütün Avropa, Yaponiyanın bir hissəsi, Avstraliya və  Cənubi Amerikanın cənub hissəsində geniş 

ərazilər tuturdu. Beləliklə, bu meşəlik bir-birindən yüksək dərəcədə təcrid olunduğundan növ tərkibi tundraya 

nisbətən zəngindir. ABŞ-ın mərkəzi rayonlarının  şimal hissəsində  fıstıq-ağcaqayın meşələri, Viskonsin və 

Minnosetdə  ağcaqayın-cökə meşələri, ABŞ-ın qərb və  cənub  ştatlarında palıd və gikori meşələri, Appalaç 

dağlarında palıd-şabalıd meşələri yayılmışdır. Avropa, Asiya, o cümlədən Cənubi Qafqaz regionlarında bu 

meşələrdə fıstıq, palıd növləri, vələs, cökə, şabalıd, qovaq və s. ağac cinsləri üstünlük təşkil edir.  

Enliyarpaq meşələrin yarus quruluşu iynəyarpaqlı meşələrə nisbətən xeyli mürəkkəb olub üçə qədər ağac 

yarusu, kol və ot yaruslarından təşkil olunmuşdur.  Şimali Amerikanın ilkin meşələrində  məskunlaşan 

heyvanlardan maral, boz və qara dələlər, sığın, boz tülkü, Amerika vaşağına rast gəlinir. Ornitofauna müxtəlif 

və zəngindir.  

Enliyarpaq meşələr zonasında iynəyarpaqlılardan şam meşələrinə də rast gəlinir. İnsan sivilizasiyasının olduqca 

inkişaf etməsilə əlaqədar olaraq enliyarpaq meşələrin pozulmamış sahələrinə təsadüf etmək çətindir. Onların əksər 

hissəsi mədəni (kənd təsərrüfatı) qruplaşmaları ilə əvəz olunmuşdur.  



 

7.1.4. Həmişəyaşıl enliyarpaq subtropik meşələr 

Yüksək rütubətlik və yay-qış temperaturlarında az fərq olan ərazilərdə yarpağını tökən meşələr yerini 

enliyarpaq həmişəyaşıl meşələrə verir. Belə meşələr Mərkəzi və  Cənubi Yaponiyada, Floridada, Meksika 

körfəzi boyu, Atlantikanın cənub sahillərində bitir. Bu meşələrdə  palıd növləri, maqnoliya, dəfnə,  əncir 

dominantlıq edir, palmaya da çox rast gəlinir. Lianlar və epifitlərlə zəngindir. Çoxlu ayıdöşəyi, səhləb çiçəyi, 

ananas növləri bitir.  



 

7.1.5. Mülayim zonanın bozqırları (çölləri) 

Meşə və səhra zonaları arasında geniş açıq sahələri tutur, illik atmosfer yağıntılarının miqdarı 250-dən 750 

mm-ə  qədər təşkil edir. Bozqırlar Avropa, Şimali Amerika (prerilər), Cənubi Amerikanın cənubunda 

(pampaslar), Avstraliya, Yeni Zenlandiya (tussoklar) geniş  əraziləri tutur. Bozqır bitki örtüyü əsasən kserofil 

xarakter daşıyır. Çəmənəmələgətirən taxıl otları üstünlük təşkil edir. Bozqırlarda efemerlər çoxdur. Nəhayət 

bozqırlar üçün kol bitkiləri də səciyyəvidir.  

Bozqırlarda heyvanlar cüt və koloniya həyat tərzi keçirirlər. Cüt yaşayan heyvanlar (marmot, sünbülqıran, 

çöl siçanı) çoxluq təşkil edir. Cüt yaşamayan heyvanlar sürü əmələ  gətirir. Bozqır biosenozunda dırnaqlılar 

(sayqaklar, əvvəllər vəhşi at - tarpan) əsas rol oynayır. Bozqırlarda hədsiz mal-qara otarılması nəticəsində bozqır 

bitki örtüyü deqradasiyaya uğrayır, praktiki olaraq bütün çoxillik bitkilər sıradan çıxır, səhralaşma prosesi baş 

verir, pis yeyilən yovşan və digər kserofil bitkilər peyda olur.  

Bozqır ekosistemlərin torpağı meşə torpağından,  əsasən yüksək humusluğu ilə  kəskin seçilir. Ot (taxıl) 

bitkiləri ağaclara nisbətən az ömürlü olub torpağa humus şəklində çoxlu miqdarda üzvi birləşmələr daxil olur və 

humusəmələgəlmə sürətlə, minerallaşma isə yavaş gedir. Ən məhsuldar torpaq sayılan – qaratorpaq belə yaranır.  

Rusiyanın çəmən-bozqırlarında biokütlə 2500 sent/ha, quru bozqırlarda 1000 sent/ha təşkil edir. Kserofil 

qruplaşmaların məhsuldarlığı 100-200 sent//ha, aridlik çoxaldıqda isə 50-100 sent//ha-ya enir (Voronov, 1988).  

Hazırda bozqır ərazilərin böyük hissəsi taxıl bitkiləri, mədəni otlaqlar və ya süni ağaclıqlar altındadır.  

Azərbaycan Respublikasında bozqır ekosistemlərə Böyük Qafqazda – bozqır yaylada və Kiçik Qafqazın 

orta və aşağı dağ zonasında rast gəlinir. Burada yarımsəhra bozqır bitkiləri yayılmışdır. Ağac və kol növlərindən 

qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq armud, iberiya ağcaqayınına rast gəlinir. Qəhvəyi bozqırlaşmış 

boz-qəhvəyi və  şabalıdı torpaq tipləri yayılmışdır. Tədqiqatçıların fikrincə  Cənubi Qafqazda, o cümlədən 

Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi 

ilə əlaqədardır.  

 

7.1.6. Səhra ekosistemləri – mülayim, subtropik və tropik qurşaqlarda yayılmışdır. Asiya, Afrika, 

Avstraliya,  Şimali və  Cənubi Amerikada geniş  əraziləri tutur. Torpaq və qruntun xarakterindən asılı olaraq 

qumlu, çaqıl daşlı və qumlu çaqıl daşlı, çınqıllı, gipsləşmiş, daşlı, gillicəli, löslü, gilli-takırlı, gilli bedlendli və 


 

112


şoranlı  səhralar ayrılır. Xüsusi Arktika (buz səhrası) səhrası  da  var.  Səhralarda yayın temperaturu yüksək və 

sutkalıq ampliutuda böyük olur. Ən isti ayda orta temperatur Orta Asiya (Qaraqum, Qızılqum) və  Şimali 

Amerika səhralarında 30-40

0

C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 50



0

C, Ölüm dərəsində 

(ABŞ) 56,7

0

C, Liviya səhrasında və  Ərəbistan yarımadası  səhralarında 58



0

C-dir. Havanın, xüsusilə torpağın 

temperaturunun sutkalıq amplitudası çox vaxt 50

0

C-dən artıq olur. Qum örtüyü gündüzlər 90



0

C-dək qızır. İllik 

yağıntı  səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır (Təklə-Məkan səhrasında 9 

mm), ayrı-ayrı rayonlarda bəzən bir neçə il yağış yağmır. Səhralar çox yerdə bitkisizdir. Bitki örtüyündə 

efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir.  

Ayrı-ayrı  səhra biotoplarının faunası  tərkibinə  və  zənginliyinə görə  fərqlənir. Bitki örtüyü seyrək 

olduğundan otyeyən heyvanlar kiçik qruplarla, cüt-cüt və tək gəzirlər. Yeni ot yemi axtarıb tapa bilən heyvanlar 

(antiloplar, bəzi quşlar) sürü əmələ gətirir.. Səhra heyvanlarının bir qismi gecə həyatı keçirir, bəziləri qış və yay 

yuxusuna gedirlər. Əkinçilik yalnız suvarma şəraitində mümkündür.  

Azərbaycanda səhra landşaft fraqmentləri Xəzəryanı hissədə (Abşeronda), Naxçıvan MR-in Arazboyu 

düzənliklərində vardır.  

 

7.1.7. Çaparral – yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağmurların miqdarı 500-700 

mm olub isti qış dövründə düşür. Bol qış yağışları quraqlıq yayla əvəz olunur. Çaparral qruplaşmaları 

ağaclardan (dəfnə, həmişəyaşıl palıd növləri) və qalın sarı  rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir. 

Onlar Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu, Kaliforniya və Meksikada geniş 

yayılmışdır. Avstraliyanın meşələrində evkalipt ağacları  və kolluqlar dominantlıq edir. Yanğınlar ağacların 

məhv olması hesabına kolluqların üstünlük təşkil etməsində mühüm ekoloji faktor sayılır. Yayın sonunda baş 

verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 

15-20 il ərzində maksimum boya çatır. Yağışlı mövsüm noyabrdan başlayaraq mayın sonuna qədər davam edir. 

Bu dövrdə çaparralda qaraquyruqlu maral və bir çox quşlar yaşayır. İsti quru yay dövrü başlayanda onlar şimala 

dağ rayonlarına köçürlər. Alçaq boylu çaparral meşələrinin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, ağac 

siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda çoxalan 

quş  və  həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların sayı 

azalır.  

 

7.1.8. Tropik bozqırlar və savannalar 

Mərkəzi və Şərqi Afrika, Cənubi Amerika və Avstraliyanın, isti vilayətlərində illik yağıntıların miqdarı 900 

mm-dən 1500 mm-ə  qədər olan ərazilərində yayılan ağac-kol bitki örtüyü tipidir. İlboyu  ərzində temperatur 

kifayət qədər yüksək olub, mövsümilik yalnız yağıntıların paylanması ilə  təyin olunur (rütubətli – yağışlı 

mövsümlər və quru (quraqlıq) mövsümlər). Bu fauna və floranın mövcudluğu üçün özünəməxsus şərait yaradır. 

Ağaclar çox vaxt qalın qabıqlı olub güclü mantar qatına malikdir. Burada baobab növləri, akasiyapalmalar

ağacşəkilli südləyənlər (kaktusların ekoloji ekvivalenti) və b. bitir. Ot örtüyü hündür və sıx, insan üçün keçilməz 

olur (əsasən taxıl otları). Quraqlıq dövründə otların torpaqüstü hissəsi quruyur, ağacların yarpaqları tökülür. 

Ağaclar quraqlıq mövsümünün sonunda çiçək açır, yağışlar başlayanda isə yarpaqlayır.  

Savannaların, xüsusən Afrikada dırnaqlı heyvan populyasiyalarının (antilop, zebr, zürafə və b.) müxtəlifliyi 

və sayına görə tayı-bərabəri yoxdur. Bu heyvanları  şir, gepard (ov pələngi) kimi yırtıcılar ovlayır. Quşlar 

olduqca müxtəlif olub, aralarında iri yırtıcılar (keçəl kərkəs), həmçinin ən irisi – Afrika dəvəquşu var. Burada 

quraqlıq dövrdə daha aktiv olan çoxlu reptililər – ilan və kərtənkələlər, həmçinin yağışlı dövrdə daha çox olan 

həşəratlar vardır. Həşəratlar arasında çoxlu qansoranlar, onlardan ən məşhuru sisi (yuxu xəstəliyinin törədicisi, 

zəhərli) və b. göstərmək olar. Cənubi Afrikada ağır xəstəliklərin törədicilərini yayan həşəratlar mövcuddur, 

onlar insan və heyvanların mərkəzi əsəb sistemini pozur, digər təhlükəli «tropik» xəstəlikləri törədir.  



 

7.1.9. Yarımhəmişəyaşıl mövsümi (yarpağını tökən) tropika meşə ekosistemləri 

İldə 800-1300 mm yağıntı düşən, uzunmüddətli quraqlıq dövrü (ildə altı ay) keçən vilayətlərdə yayılmışdır. 

Bu meşələr Asiyanın və Mərkəzi Amerikanın tropika hissəsi üçün səciyyəvidir. Bu meşələrin üst yarusundakı 

ağaclar qışda deyil, quraqlıq mövsümündə yarpağını tökür. Alt yarus həmişəyaşıl ağac və kollardan ibarətdir, 

həmişəyaşıl ağaclardan palmanı göstərmək olar.  

 

7.1.10. Cırtdan şam və ardıc biomu (ekosistemi) 


 

113


Böyük Hövzədə, Kolorado ştatında Kolorado çayı boyu, Yuta, Arizon, Nyu-Mexiko, Nevada və Mərkəzi 

Kaliforniyanın qərbində geniş  əraziləri tutur. Burada rütubətlik limitləşdirici faktor sayılır, ildə 250-500 mm 

yağıntının qeyri-bərabər paylanması  cırtdan  şam və ardıc meşələrinin park şəkilli olmasını  təyin edir. Şamın 

qozaları və ardıcın meyvələri heyvanlar üçün mühüm qida mənbəyidir. Zığ-zığ, böyük arıquşu və kol arıquşu 

oturaq quşların daim xarakterik növləridir.          

7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri 

Ekvator boyu yerləşir, illik yağıntıların miqdarı 2000-2500 mm olub aylar üzrə kifayət qədər bərabər 

paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı meşələr 

əsas üç vilayətdə yayılmışdır:  

1) Amazonka hövzəsində  və  Cənubi Amerikada – Orinokada  - başdan-başa böyük massiv şəklində; 2) 

Afrikada Konqo. Nigera və Zambezi çayları hövzələrində  və Madakaskar adasında; 3) Hindo-Malayskidə  və 

Borneo – Yeni Qvineya adalarında.  

Bu vilayətlərdə tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər 

funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud daxili ritmlərlə 

tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz gedir, lakin həmin fəsiləyə aid 

olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda həlqələr əmələ gəlir.  

Yağışlı tropik meşələrdə  ağaclar üç yarus əmələ  gətirir: 1) Seyrək yerləşən ən hündür ağaclar üst yarusu 

yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) Alt yarus – yalnız ümumi çətirdə 

işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və 

epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir – bir neçə hektar sahədə rast gəlinən növlərin sayı 

bütün Avropanın florasında olan növlərin sayı  qədərdir (Y.Odum, 1986). Bu meşələrdə  ağac növlərinin sayı 

170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla 

birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).  

Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida maddələrinin 

dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə  və  ağacların dərinə 

getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez bioloji dövrana qoşulur. 

Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.  

Tropikanın dağlıq rayonlarında  dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin 

növmüxtəlifliyi olub bəzi xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü alçaq-

boylu olur və epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir.  

Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya 



sahil meşələri adlanır.  

Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst 

yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan 

məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları, 

qurbağalar və quşlara rast gəlinir. 

Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm ekoloji rol oynayır. 

 


 

114


 

Øÿêil 6.13. Bir neçə yaruslu Mərkəzi Amazon «Yağışlı meşə» 

 

Belə ki, Barro-Kolorado rayonunun 15 km



2

 sahəsində, 20000-dən artıq həşərat təsvir olunmuşdur, lakin 

Avropanın bu qədər sahəsində onların sayı  cəmi bir neçə yüzə çatır. Tropik meşələrin iri heyvanlarından  ən 

məşhurları meymunlar, yaquarlar, qarışqayeyənlər,  ərincək, kaquar, insanabənzər meymunlar, kəl, Hindistan 

fili, kondor, karol keçəl kərkəsi, tovuzquşu, tutuquşu və b. göstərmək olar. Heyvanların əsas qidası meyvə və 

termitlərdir.  

Yağışlı meşələr məhv edilən yerlərdə çox vaxt törəmə tipli ağaclıq yaranır, onların tərkibinə iynəyarpaqlı 

cinslər (Afrikada – Musanga; Amerikada – Cecropia; Malaziyada - Macoranga) daxil olur. Törəmə tipli meşə 

çox sıx olub ilkin meşəlikdən ekoloji və floristik baxımdan fərqlənir. «Klimaks» meşə örtüyü çox tədricən bərpa 

olunur. «Klimaks» vəziyyətinə çatmaq üçün uzunmüddətli suksessiya tsiklləri tələb olunur. Bu prosesi 

tezləşdirmək məqsədilə xüsusi meşəçilik tədbirləri həyata keçirmək lazımdır.  

 

7.2. Şirinsulu ekosistemlər  



 

115


Şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su 

anbarları yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Bəzi su hövzələri bir 

vəziyyətdən digərinə keçə bilər. Bununla əlaqədar olaraq şirinsulu ekosistemlər aşağıdakılara bölünür:  

lentik (latınca: lentes - sakit) ekosistemlər. bura göllər, nohurlar, yəni durğun sular aiddir; 

lotik (latınca: Lotus – yuyucu, yuyulan) ekosistemlər. Bura çeşmələr, çaylar – axar sular daxildir

bataqlaşmış ərazilər, ilin mövsümləri üzrə səviyyəsi dəyişir. Bura marşlar və bataqlıqlar daxildir.  

Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə 

görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: 

1) Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; 2) Şirinsulu 

ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; 3) Suyun nadir termodinamik 

xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir.  

Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab 

olunur. Suda yaşayan heyvanların  əksəriyyəti stenoterm sayılır, ona görə  də mühitin az da olsa, istilik 

çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu 

günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi 

müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən,  şəffaf dağ göllərində 30-40 metrə 

çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və 

duzların miqdarına təsir göstərir. 

Su ekosistemlərində oksigenin konsentrasiyası da mühüm limitləşdirici faktor hesab olunur. Biogen duzlar-

dan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium və digər elementlərin çatışmazlığı hiss olu-

nur.  

Ekoloji baxımdan və su hövzəsində tutduğu yerə görə su orqanizmlərini aşağıdakı təsnifata ayırmaq olar.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin