Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   2   3   4   5   6   7   8   9   ...   14

Çiçəktaclı çubuqluca və ya Bağ jasminidir.  

Çuğundur  (Pazı,  zılx)  –  Tərəçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik  bitkidir. 

Latınca «Beta», rus dilində «Svekla» adlanır. Çuğundur böyük təsərrüfat əhəmiyyətinə malikdir. 

Çuğundurun yoğunlaşmış iyşəkilli kök yumrusunun tərkibi şəkərlə zəngindir ki, bundan da şəkər 

alınır.  Çuğundurdan  qırmızı  boya  alınır.  Çuğundurun  yarpaqlarında  60  -75  qamm  A  vitamini, 

52,2 – 93,1 mq % C vitamini, köklərində isə B vitamini vardır. Çuğundur heyvanlar üçün  yaxşı 

yem  hesab  olunur.  Çuğundurun  ocağın  kökündə  basdırılaraq  bişirilmiş  kökləri  çox  ləzzətlə 

yeyilir. Azərbaycan florasında 4 növü vardır. Bunlardan ən əhəmiyyətlisi Adi çuğundur növüdür 

ki, bu da mədəni şəraitdə becərilir. 



Dağ  çiçəyi-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latın  dilində 

«Coronaria»  adlanır.  Lüğəti  mənası  corona-tac  deməkdir.  Rus  dilində  «Qoriüvet»  adlanır. 

Dekorativ bitkidir. Azərbaycan florasında Dərivari dağçiçəyi növü bitir. 



 

20 


Dağdağan-  Qarağackimilər  fəsiləsindən  olan  ağac  və  ya  kol  cinsidir.  Latın  dilində 

«Celtis», rus dilində «Karkas» və ya «Kamennoe derevo» adlanır. Quraqlığadavamlı, işıq və isti 

sevəndir. Torpağa tələbkar deyildir. Oduncağı möhkəm olduğuna görə ona «daş ağac» da deyilir. 

Balaca  bir  parçasını  suya  atdıqda  asanlıqla  batır.  Meyvəsi  yeyilir.  Cavan  yarpaqları  heyvanlar 

üçün  yemdir.  Qabığından  dərinin  aşılanmasında,  möhkəm  və  davamlı  oduncağından  isə 

dülgərlikdə  istifadə  olunur.  Qədim  zamanlardan  xalqımız  bu  bitkini  ovsun  bitkisi  kimi  istifadə 

edib.  Göz  dəyməyə  qarşı  balaca  budağını  5  sm  uzunluğunda  kəsərək  içərisini  deşib  körpələrin 

qoluna bağlayır və ya boynundan asırlar. Hətta  təzə doğulan inək, balasını yanına buraxmadıqda, 

dağdağanı  onun  buynuzuna  bağlayırlar  ki,  sakitləşib  balasını  qəbul  etsin  və  əmizdirsin. 

Azərbaycan florasında 4 növünə təsadüf edilir. MNB-da kolleksiyada becərilir.  

Dağ keşnişi- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Bitki 

latın  dilində  «Bifora»  adlanır.  Lüğəti  mənası  biforis-ikiqapılı  deməkdir.  Rus  dilində  «Bifora», 

«Kişneü»,  «Kindza»  adlanır.  İsti  sevəndir.  Azotlu  və  şoran  torpağı  sevir.  Ədviyyə  bitkisi  kimi 

tanınır  və  əsasən  dovğa,  buğlama,  kətə,  qutabların  hazırlanmasında  və  s.  istifadə  olunur. 

Azərbaycan florasında 2 növü vardır. 

Dağlaləsi(Xoruzgülü,laləgülü,danaxayası,  əbrişim)-  Zanbaqkimilər  fəsiləsinə  aid  olub, 

çoxillik  bitkidir.  Latınca  «Tulipa»  adlanır.  Lüğəti  mənası  turban-  yüngül  baş  örtüyü  deməkdir. 

Rus  dilində  «Tölğpan»  adlanır.  Yaşıllaşdırmada  müxtəlif  çiçək  kompozisiyası  yaratmaq,  gül 

dəstəsi düzəltmək üçün istifadə olunur. Soğanaqları bişirilmiş halda yeyilir. Çiy yedikdə isə ürək 

bulanma  və  qusma  halları  baş  verir.  Hollandiyada  qızlar  gəlin  köçəndə  dağlaləsinin  qiymətli 

sortlarının  soğanaqlarını  cehiz  kimi  onlara  hədiyyə  verirlər.  Vaxtı  ilə  ən  qiymətli  növlərin 

soğanlarını hətta un dəyirmanı və pivə zavodu ilə dəyişdirirdilər. Azərbaycan florasında 7 növü 

bitir.  5  növü  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  Həmin  növlər  MNB-nın 

kolleksiya sahəsində becərilir. 

Dağ  nanəsi-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik 

kəskin  ətirli  ot  bitkisidir.  Bitki  latın  dilində  «Ziziphora»,  rus  dilində  «Zizifora»  adlanır.  Demək 

olar  ki,  bütün  növləri  efir  yağlıdır.  Kəklikotuvarı  dağ  nanəsindən  alınan  efir  yağı  çox  ətirli  

olduğundan  ətriyyatda  və  sabun  istehsalında  ətirləndirici  kimi  istifadə  olunur.  Bəzi  növləri 

nektarlıdır.  Yayın  sonu  və  payız  aylarında  çiçəkləyir.  Alpinarilərin  yaradılması  zamanı  günəşli, 

quru  yerlərin  daş  çatlarında  əkilir.  Toxum  vasitəsilə  yazda,  qələmlə  yayın  sonunda  çoxaldılır. 

Azərbaycan florasında 8 növü bitir. 

Dağnovruzu(Meşənovruzu,meşəbənövşəsi)- 

Novruzçiçəyikimilər 

fəsiləsinə  aiddir. 

Respublikamızın  bir  sıra  rayonlarında  bitkiyə  bəzən  «meşə  bənövşəsi»  də  deyilir.  Bitki  latın 

dilində «Cyclamen»,  rus dilində «Drəkva» adlanır. Çoxillik kökyumrulu ot bitkisidir. Dekorativ 

bağçılıqda  geniş  istifadə  olunur.  Ancaq  toxumla  çoxaldılır.  İşıqlı  və  sərin  yerlərdə  daha  yaxşı 

inkişaf  edir.  Bütün  növləri  zəhərlidir.  Tərkiblərində  saponin-siklamiretin  qlükozidi  vardır.  Xalq 

təbabətində  kök  yumrusunun  suyundan  1-2  damcı  burun,  alının  və  qulaq  boşluğunun  selikli 

iltihabı xəstəliklərinə qarşı istifadə olunur. Azərbaycanda 2 növü vardır. Bir çox növləri nadir və 

nəsli kəsilməkdə olan  bitki kimi Azərbaycanın  «Qırmızı Kitab»ına daxil edilmişdir. MNB-da 3 

növü kolleksiyada vardır.  

Dağtərxunu-  Kəpənəkçiçəkkimilər(Mürəkkəbçiçəkkimilər)  fəsiləsindən  olan  çoxillik 

bitkidir.  Latın  dilində  «Tanacetum»,  rus  dilində  «Pijma»  adlanır.  Yarpaq  və  çiçəklərində  efir 

yağı,  flavonoidlər,  aşı  maddələri  və  alkaloidlər  vardır.  Tibbdə  bağırsaq  qurdlarına  qarşı  işlədilir 

Qaramal  üçün  zəhərlidir.  Dağtərxunundan  insektisid  kimi  istifadə  olunan  toz  alınır.  Ətirli  iyinə 

görə xalq təbabətində baş ağrısı, soyuqdəymə və s. xəstəliklərin müalicəsində istifadə olunur. Çiy 

halda yeyilir. Müxtəlif xörəklərin məs: buğlama, sıyıq, kətə və s. hazırlanmasında istifadə olunur. 

Azərbaycan florasında 4 növü yayılmışdır. 

Dalamaz  (Gicitkən)-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsindən  olub,  birillik  və 

çoxillik bitkidir. Bitki latın dilində «Lamium», rus dilində «Əsnotka», «Qluxaə krapiva» adlanır. 

Dalamazın  çiçəkləri  dərman  məqsədilə  istifadə  olunur.  Çiçəklərinin  tərkibində  aşı  maddəsi, 


 

21 


qlükozid,  şəkər,  efir  yağı,  saponin,  yarpaqlarında  isə  13,7-14,4  mq%  karotin  vardır.  Cavan 

yarpaqları qidada istifadə olunur. Balverən bitkidir. Azərbaycan florasında 5 növünə rast gəlinir. 



Danaayağı(Kəcəb)-  Danaayağıkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Arum», rus dilində «Aroynik» adlanır. Yeraltı kökyumruları dananın ayağına oxşadığına 

görə  ona  danaayağı  adı  verilmişdir.  Bitkinin  bütün  hissələrində  zəhərli  maddələr  vardır.  Kök 

yumruları  nişasta  ilə  zəngindir,  bişirildikdən  və  qurudulduqdan  sonra  zəhərlilik  xüsusiyyətini 

itirir və qidada istifadə olunur. Ondan un və nişasta alınır. Qurudulmuş kök yumrularından alınan 

toz xalq arasında yara sağaldıcı kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. Həmin 

növlər AMEA-nın Mərkəzə Nəbatat Bağında kolleksiyada saxlanılır. 

Danaqıran- Melentakimilər (Zambaqkimilər) fəsiləsinə aid olub, dekorativ bitki cinsidir. 

Bitki  latın  dilində  «Merendera»,  rus  dilində  «Merendera»  adlanır.  Çoxillik,  5-12  sm 

hündürlüyündə soğanaqlı yumrulu bitkidir. Qumsal və şoran düzən ərazilərdə, dağlarda isə subalp 

çəmənlərinə  qədər  yayılmışdır.  İlk  yazda  çiçək  açan  bu  bitkinin  çiçəklərini  danalar  yedikdə 

zəhərlənib  öldüyündən  ona  bu  ad  verilmişdir.  Qış  otlaqlarında  yaşayan  heyvanlar  üçün  zərərli 

bitki hesab olunur. Azərbaycan florasında 5 növü yayılmışdır. 5 növü MNB-da becərilir. 



Danaya- Bigəvərkimilər fəsiləsinə aid olub, həmişəyaşıl budaqlı  yarımkoldur. Bitki latın 

dilində  «Danae»,  rus  dilində  «Danaə»  adlanır.  Dekorativ  bitkidir.  Yaraşıqlı  yarpaqları  və  gözəl 

qırmızı rəngli giləmeyvələrindən gül dəstəsi düzəltdikdə çox yaraşıqlı görünür. Xalq təbabətində 

yarpaqlarından  işlətmə  dərmanı  kimi  istifadə  olunur.  Yarpaqlarından  alınan  cövhər  isə 

soyuqdəyməyə qarşı yaxşı vasitədir. 

Darı-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latınca  «Panicum»,  rus  dilində 

«Proso»  adlanır.  Panicum-darının  qədim  roma  adıdır.  Bu  cinsə  daxil  olan  növlərin  əksəriyyəti 

qida və yem bitkisi kimi becərilir. Toxumlarından nişasta alınmasında istifadə olunur. Tərkibində 

yağ  vardır.  Darıdan  hazırlanmış  undan  darı  çadı  (çörəyi)  bişirilir.  Qını  çıxarılmış  darı 

yarmasından südlü sıyıq çox dadlı olur. Kağız istehsalında istifadə olunur. Azərbaycan florasında 

2 növü vardır. 



Darıotu-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Drabopsis»,  rus  dilində  «Krupkovnik»  adlanır.  Xırda  meyvələri  olduğuna  və  darıya 

oxşadığına  görə  ona  darıotu  deyilir.  Toxumları  qidalı  olduğundan  ev  və  çöl  quşları  tərəfindən 

həvəslə yeyilir. Azərbaycan florasında Yaz darıotu növü bitir. 



Daşdələn  (Qayaotu)-  Daşdələnkimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir. 

Latın  dilində  «Saxifraga»  adlanır.  Lüğəti  mənası  saxum-qaya,  frango-qırmaq  deməkdir  Rus 

dilində  «Kamnelomka»  adlanır.  Daşlı  təpəciklərin  yaşıllaşdırılmasında  istifadə  olunur.  El 

arasında qayaotu kimi  tanınır. Bu bitkinin kökləri daşları  dəlməklə  qayada  bitdiyindən  daşdələn 

adlanır.  Üçbarmaqcıxlı  daşdələnin  yarpaqları  qidada  istifadə  olunur.  Azərbaycan  florasında  15 

növü vardır. 



Daşmeyvə-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki 

latın  dilində  «Euclidium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  eu-yaxşı,  kleyo  isə  bağlamaq 

deməkdir.  Rus  dilində  isə  «Krepkoplodnik»  adlanır.  Qayalarda  və  daşlıqda  bitən  bitki  yaxşı 

inkişaf etdiyinə görə ətrafda olan sahəni örtərək gözəl görkəm yaradır. Dekorativ bitkidir.  

        Daş  sarmaşığı-  Sarmaşıqkimilər  fəsiləsinə  aiddir.  Kol  bitkisidir.  Latınca  «Hedera»,  rus 

dilində «Plöh» adlanır. Lüğəti mənası yunan dilində hedein-oturmaq deməkdir, bitkinin divara və 

ya substrata möhkəm oturması ilə bağlıdır. Sarıgilə daş sarmaşığından ürəkbulanma və işlətməyə 

qarşı  istifadə  olunur.  Meyvələri  acı  olsa  da  quşlar  tərəfindən  yaxşı  yeyilir.  Meyvələrinin 

tərkibində  hederin,  aşı  maddələri:  hederosaponin,  boyayıcı  piqment  və  linolev  turşusu  vardır. 

Bəzək-bağçılıqda  binaların  şaquli  və  üfüqi  yaşıllaşdırıl-masında,  divarların,  söhbətkeşlərin, 

hasarların  bəzədilməsində  istifadə  olunur.  Azərbaycan  florasında  4  növü  vardır,  onlardan  1-i 

mədəni şəraitdə becərilir. 



Dazı  –  (Solmazçiçək,qaxot,  qoyunqıran)  Dazıkimilər  fəsiləsinə  aid  olub,  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Hypericum»,  rus  dilində  «Zveroboy»  adlanır.  Dərman    bitkisidir. 



 

22 


Dazının  yarpaqlarından  tənəffüs  yolları  xəstəlik-lərinin  müalicəsində,  ishala  qarşı  və  yaraların 

sağalmasında istifadə olunur. Bitkinin bütün hissələri aşı maddəsi ilə zəngindir. Dazının yarpaq-

larında  135,5  mq%  C  vitamini  vardır.  Azərbaycan  florasında  15  növü  bitir.  Onlar-dan  ən 

əhəmiyyətlisi Zəyif dazıdır. MNB-nın kolleksiya sahəsində vardır.  



Dəfnə  (Lavr)-  Dəfnəkimilər  fəsiləsindən  olan  həmişəyaşıl  ağac  və  ya  kol  cinsidir.  Bitki 

latın  dilində  «Laurus»    adlanır.  Lüğəti  mənası  lavare-yumaq  və  ya  laus-fəxr  deməkdir.  Rus 

dilində  «Lavr»  adlanır.  Yunanlar  Olimpiya  yarışlarında  qalib  çıxan  idmançıları  dəfnədən 

hörülmüş  çələnglə  mükafat-landırırdılar.  Yəqin  ki,  fəxri  sözü  buradan  qaynaqlanır.  Yarpaqları 

ədviyyə kimi kulinariyada işlədilir. Meyvəsindən tibbdə, baytarlıqda və sabun-bişirmədə istifadə 

olunan təbii-efirli yağ alınır. Azərbaycan florasında Əsl lavr (Nəcib dəfnə) növü vardır ki, bu da 

mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır. 

Dəfnəgilənar-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Laurocerasus»,  rus 

dilində  «Lavrovişnə»  adlanır.  Yarpaqları  dəfnəyə  oxşa-dığına  görə  bu  adla  adlandırılır. 

Dekorativdir,  meyvələri  iridir,  şirintəhərdir  və  yeməlidir.  Dərman  bitkisidir.  Azərbaycan 

florasında mədəni şəraitdə becərilən Aptek dəfnəgilənarı növü vardır. 



Dəlibəng  (Tatla)-  Badımcançiçəklilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın 

dilində «Datura», rus dilində «Durman» adlanır. Dəlibəngin bəzi növləri olduqca zəhərli, bəziləri 

isə  dərman  bitkisi  kimi  tanınmışdır.  Tər-kibində  giostsiamin,  atropin,  skopolamin  və  s.  zəhərli 

alkaloidlər  vardır.  Dəlibəngin  yarpaqları  əsəb  sistemini  sakitləşdirmək  xüsusiyyətinə  malikdir. 

Yarpağından  hazırlanmış  preparat  qıcolmaya,  sinir  sistemi  xəstəliklərində  və  revmatizmə  qarşı 

istifadə  olunur.  Bronxial  astmaya  qarşı  işlədilən  astmatin  və  astmatolun  preparatlarının 

hazırlanmasında  dəlibəngin  qurudulmuş  yarpağından  istifadə  edilir.  Bəzək-bağçılıqda  geniş 

istifadə olunur. Azərbaycan florasında Adi dəlibəng növü vardır. 



Dəliçətənə-  Dəliçətənə  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Datisca»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  datesai-şəfa  verən,  iskeiv-eyni  hesab  etmək 

deməkdir.  Rus  dilində  «Datiska»  adlanır.  Gövdəsindən  kobud  tel  alınır  ki,  bundan  da  çətənə 

lifinin alınmasında istifadə olunur. Yarpağından, kökündən bərk boya alınır. Xalçaçılıqda qırmızı 

boya  almaq  üçün  istifadə  olunur.  Cavan  zoğları  salatlara  qatılır.  Balverən  bitkidir.  Azərbaycan 

florasında Kənaf dəliçətənə növü bitir. 

Dəmirağacı-  Dəmirağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Parrotia»,  rus 

dilində  «Parrotiə»,  «Jeleznoe  derevo»  adlanır.  Oduncağı  çox  möhkəm,  ağır  və  davamlı,  azacıq 

elastik  olduğu  üçün  ondan  bəzi  maşın  hissələri,  bədii  məmulatlar  və  dekorativ  faner  hazırlanır. 

Dəmirağacının  toxumlarının  tərkibində  yağ  vardır  ki,  bu  da  qidada  istifadə  olunur.  Oduncağı 

möhkəm olduğuna görə suda batır. Möhkəmliyinə və uzunömürlüyünə görə xalq onu dəmirağacı 

adlandırıb.  Vaxtilə  toxuculuq  sənayesində  dəzgahlar  üçün  ondan  məkik  hazırlanırdı.  Nadir  və 

nəsli  kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  MNB-da 

kolleksiyada becərilir. Yerə tökülmüş toxumları öz-özünə bərpa olunur. 



Dəmirqara  (Vələs,  ulas)-  Tozağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Carpinus», rus dilində «Qrabinnik»  adlanır.  Azərbaycanın bir çox bölgələrində vələs, ulas  adı 

ilə  adlandırılır.  Vələsin  Azərbaycan  florasında  6  növü  vardır  ki,  onlardan  biri  də  dəmirqaradır. 

Bitkiyə  bəzən  Şərq  vələsi  də  deyirlər.  Dəmirqaranın  kök  və  yarpaqlarında  aşı  maddəsi  vardır. 

Möhkəm oduncağının közü istiliyini 24 saat  saxlayır. 



Dəmir  səhləbi-  Səhləbkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Gymnadaenia» adlanır.  Lüğəti mənası  yunan dilində qimnos-çılpaq,  aden isə dəmir deməkdir. 

Rus  dilində  «Kokuşnik»  adlanır.  Dəmir  səhləbinin  kök  yumrusu  selikli  qişa  ilə  zəngin  olub, 

tərkibində  «salep»  adlı  maddə vardır ki, bundan xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin 

müalicəsində  istifadə  olunur.  Kök  yumrusunu  qurudub,  əzib  və  süddə  dəmləyib  içdikdə  boğaz 

ağrılarının  qarşısını  alır.  Nadir  bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir. 

Azərbaycan florasında Çılpaq dəmir səhləbi növü vardır. 



 

23 


Dəmirtikan-  Həlməlkimilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Tribulus»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  treis-üç,  bolos-tikan  deməkdir.  Rus  dilində 

«Əkorüı»  adlanır.  Alaq  bitkisi  olub  heyvanlar  üçün  zəhərlidir.  Bitkidə  vegetasiyanın  sürətlə 

inkişafı və toxumun əmələ gəlməsilə zəhərlilik xüsusiyyətləri daha da artır. Xəstəlik heyvanlarda 

başın şişməsi, titrətmə və selikli qişanın sarı rəngə  boyanması ilə başlanır. Onların iştahası itir və 

arıqlayırlar.  Ölüm halları 85-90% təşkil  edir. Azərbaycan  florasında  Yatağan  dəmirtikan  növü 

vardır. 


Dəmrovotu  (Ziyilotu)-  Xaşxaşkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Chelidonium», rus dilində «Çistotel» adlanır. Dəmrovotunun tərkibində 14 növ alkaloid 

müəyyən  edilmişdir  ki,  onlardan  ən  mühümü  xelidonin,  sanqvinarin,  protopin  və  xeleritrindir. 

Tərkibində  həmçinin  qətran  maddələri,  kalsium,  maqnezium,  alüminium,  karotin,  C  vitamini, 

lipaza və bəzi efirli yağlar da vardır. Cövhəri və yaşıl bitkidən alınmış şirəsi xalq təbabətində dəri 

vərəminə,  ziyilə  və  s.  qarşı  istifadə  olunur.  Ödqovucudur.  Xalq  təbabətində  dəri  xəstəliklərinin, 

xüsusən  dəmrov  və  qoturun  müalicəsində  geniş  istifadə  olunur.  Azərbaycan  florasında  1  növü 

yayılmışdır.  



Dəvəayağı  (Dəvəqulağı,  süpürgə)-  Qurğuşunçiçəyi  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Limonium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  leimon-otlaq  deməkdir. 

Cinsin bəzi növləri otlaqlarda  yayıldıqları üçün onlara bu ad verilmişdir. Rus dilində  «Kermek» 

adlanır.  Meyer  dəvəayağı  boyayıcı  bitki,  balverən  və  dekorativ  bitki  hesab  olunur.  Kökündən 

qara  boya  alınır.  Çiçəklərində  0,020  mq-a  qədər  nektar  vardır.  Təbii  halda  daha  çox  quraq 

ərazilərdə  yayılmışlar.  Quraqlığa  davamlı  və  bəzək  əhəmiyyətinə  görə  yaşıllaşdırmada  geniş 

istifadə olunur. Azərbaycan florasında 5 növü vardır. 

Dəvədabanı  (Ögey  ana)-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçək-kimilər)  fəsiləsinə  aid 

olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Tussilago»    ad-lanır.  Lüğəti  mənası  tussis-öskürək, 

agere  isə hərəkətə  gətirmək  deməkdir. Rus  dilində  «Matğ  i  maçexa»  adlanır.  Dərman bitkisidir. 

Dəvədabanının  yar-paqları  bəlğəm  gətirən  və  dərini  yumşaldan  maddələrin  hazırlanmasında  is-

tifadə olunur. Yarpaqlarında 27 mq % A vitamini və 21,3-44,2 mq% C vitamini, selikli maddələr, 

tussilyagin  qlükozidi  və  inulin  vardır.  Elmi  və  xalq  təbabətində  yarpaq  cövhərindən  xroniki 

bronxit  xəstəlik-lərində,  laringit  və  bronxial  astma  xəstəliklərinin  müalicəsində  istifadə  olu-nur. 

Azərbaycan florasında Adi dəvədabanı növü vardır. 



Dəvəqıran  (Karvanqıran)-  Qırxbuğumkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Atraphaxis»,  rus  dilində  isə  «Kurçavka»  adlanır.  Quraqlığa-davamlı  kol  və  ya  kolcuq  olub, 

dekorativ əhəmiyyətinə görə çox qiymətlidir. Suya bir o qədər tələbkar deyil. Avrasiyanın səhra 

və  bozqır  ərazilərində  ya-yılmışdır.  Abşeron  şəraitində  yaşıllaşmada  istifadə  etmək  olar. 

Azərbaycan florasında 2 növü bitir. 



Dəvəquşu  lələyi-  Ayıdöşəyikimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Struthiopteris» 

adlanır. Lüğəti mənası yunan dilində strution-dəvəquşu, pteris isə ayıdöşəyi deməkdir. Yarpaqları 

dəvəquşunun  lələyinə  oxşadığına  görə  dəvəquşu  lələyi  adlanır.  Rus  dilində  «Strausovoe  pero» 

adlanır.  Həlim  halına  salınmış  kökümsovu  mədə-bağırsaq  qurdlarına  qarşı  istifadə  olunur. 

Yarpaqları qablaşdırma materialı kimi alma, armud və digər meyvələrin nəql edilməsində istifadə 

olunur. Azərbaycan florasında Alman dəvəquĢu lələyi növü vardır. 



Dəvəotu-  Tərəçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Corispermum»  adlanır. Lüğəti mənası yunan dilində koris-balaca, sperma-toxum deməkdir. Rus 

dilində  «Verblödka»  adlanır.  Bütün  heyvanlar  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan  florasında  2 

növü yayılmışdır. 

Dilqanadan (Qatıqotu, ətgətirən)- Boyaqotukimilər fəsiləsinə aid olub, birillik və çoxillik 

bitkidir.  Latın  dilində  «Galium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  gala-süd  deməkdir.  Rus 

dilində  «Podmarennik»  adlanır.  Xalq  təbabətində  müalicə  məqsədilə  yerüstü  hissələrindən 

istifadə  olunur.  Tərkibində  asperulozid  qlükozidi,  kumarinlər,  limon  turşusu,  karotinoidlər,  C 

vitamini  və  b.  vardır.  Kökündə  antraxinonlar  tapılmışdır.  Son  illər  bu  bitkiyə  diqqət  daha  da 


 

24 


artmışdır.  Belə  ki,  ondan  hazırlanan  dərman  vasitələrindən  xalq  təbabətində  sakitləşdirici, 

ağrıkəsici,  böyrək  xəstəliklərində  (pielonefrit)  sidik  qovucu,  həmçinin  mədə  ağrıları  zamanı  və 

sarılığın müalicəsində istifadə edilir. Gövdə və yarpaqları üzərində dalayan tilişkələri olur. Dilə, 

dodağa  dəydikdə  cızır,  dalayır  və  qanaxma  baş  verir.  Ona  görə  xalq  arasında  onu  dilqanadan 

adlandırırlar. Yun boyamaq üçün çiçəklərindən yaşıl və sarı, köklərindən isə qırmızı rəng alınır. 

Azərbaycan florasında 41 növü vardır. 



Dişqurtduyan- Kərəvüzkimilər (Çətirçiçəkkimiər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki 

latın  dilində  «Ammi»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  ammos-qum  deməkdir.  Rus  dilində 

«Ammi»  adlanır.  Xalq  təbabətində  yemək  yeyəndən  sonra  dişlərin  dibini  təmizləmək  üçün 

bitkinin  cavan  çöplərindən  istifadə  edirdilər.  Bitkinin  adı  xalqdan  götürülmüşdür.  Çöpləri 

müalicəvi xüsusiyyətə malikdir. Azərbaycan florasında 1 növü vardır. 

Dişotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidirlər. Bitki 

latın  dilində  «Dentaria»,  rus  dilində  «Zubənka»  adlanır.  Kökümsovu  qaynadılmış  halda 

yeməlidir. Dekorativ bitkidir. Azərbaycan florasında 2 növü vardır. 

Doqquzdon-  Doqquzdonkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Lonicera»,  rus 

dilində  «Jimolostğ»  adlanır.  XVI  əsrdə  yaşamış  alman  riyaziyyatçısı,  fiziki  və  botaniki  Adam 

Loniseranın şərəfinə belə adlandırılmışdır. Əksər növləri çox bəzəkli olub, yaşıllaşdırmada geniş 

əkilib becərilir. İlin fəsillərində çox müxtəlif rənglərə bəzəndiyinə görə ona xalq doqquzdon adı 

vermişlər.  Meyvələrində  0,7%-ə  qədər  efir  yağı  vardır.  Giləmeyvəsindən  hazırlanan  cövhər 

homeopatiyaya qarşı istifadə olunur. Giləmeyvəsi yeməli deyil, qidaya qatdıqda isə ürəkbulanma 

və ishala səbəb ola bilər. Azərbaycan florasında 5 növü vardır, 3-ü isə mədəni şəraitdə MNB-da  

becərilir. 



Dombalankök-  Zirinckimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Leontice», rus dilində «Leontiüa» adlanır. Əksər növləri  yabanı halda daşlı, qayalıq ərazilərdə 

bitir.  Çoxillikdir.  Vegetasiyaya  tez  başlayır.  Yayda  meyvələri  yetişdikdən  sonra  yerüstü  hissəsi 

quruyur.  Yumurtavarı  kökyumuruları  bişirildikdən  sonra  yeməli  olur.  Tərkibi  nişasta  ilə 

zəngindir.  Bəzək-bağçılıqda  istifadə  edilir.  Azərbaycan  florasında  1  növü  yayılmışdır.  MNB-da 

becərilir. 

Dovşanalması-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cotoneaster»,  rus 

dilində  «Kizilğnik»  adlanır.  Lyğəti  mənası  yunan  dilində  cotonea-heyva,  aster-oxşar  deməkdir. 

Daşlı  yamaclarda,  divarların  dibində  əkmək  və  eləcə  də  alçaq  çəpərlər  salmaq  üçün  qiymətli 

koldur.  Dovşanalmasının  meyvələri  quşlar  üçün  yaxşı  yemdir.  Tamkənaryarpaq  dovşanalmanın 

yarapqlarında  284  mq  %,  qarameyvənin  yarpaqlarında  115,8-250  mq  %  C  vitamini  vardır. 

Azərbaycan  florasında  5  növü  vardır.  Orta  Asiyadan,  Yaponiya  və  Çindən  gətirilmiş  15  növü 

MNB-da becərilir. 

Dovşankələmi-  Dovşankələmikimilər  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik  və  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Sedum»  adlanır.  Lüğəti  mənası  sedare-sakitləşdirmək,  yəni  yaranın 

sağalması üçün ağrıkəsən dərmanın təsiri deməkdir. İkinci mənası isə sedere-oturmaq deməkdir. 

Rus  dilində  «Oçitok»  adlanır.  Dovşankələmi  qədim  vaxtlardan  dərman  bitkisi  kimi  istifadə 

olunub. Bu cinsin ayrı-ayrı növlərinin  yarpaqlarını əzib yaranın üzərinə qoyurdular. Azərbaycan 

florasında 22 növü vardır. 



Döşotu-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Linosyris»,  rus  dilində  «Qrudniüa»  adlanır.  Xalq  təbabətində  su  ilə 

dəmləməsi sinəyumşaldıcı, bəlğəmgətirici olduğuna görə döşotu adlanır. Azərbaycan florasında 2 

növü vardır. 



Döyənəkotu- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində 

«Cucubalus» adlanır. Lüğəti mənası yunan dilində kakoc-pis, bolos-zərbə deməkdir. Rus dilində 

«Voldırnik»  adlanır.  Bitkinin  yarpaqlarını  qurudub,  döyüb  toz  halına  saldıqdan  sonra  bu  tozu 

vazilenlə  qarışdırır,  alınmış  yaxmadan  əldə,  ayaqda  əmələ  gəlmiş  döyənəyin,  qabarın 


 

25 


müalicəsində  istifadə  edirlər.  Elə  buna  görə  də  xalq  onu  döyənəkotu  adlandırır.  Giləmeyvələri 

zəhərlidir. Azərbaycan florasında Giləmeyvəli döyənəkotu növü bitir. 



Durnaotu-  Ətirşahçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Erodium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  erodios-vağ,  durna  və  ya 

leylək  deməkdir.  Rus  dilində  «Juravelğnik»,  «Listnik»  adlanır.  Meyvələrinin  forması  durnanın 

dimdiyinə  oxşadığına  görə  çox  vaxt  bitkiyə  el  arasında  durna  dimdiyi  deyilir.  Azərbaycan 

florasında 8 növü vardır. 

Düyməotu- Keçiqulağıkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir. Bitki 

latın dilində «Celsia», rus dilində «Üelğsiə» və ya «Korovək» adlanır. 50-200 sm hündürlüyündə 

ikiillik  və  çoxillik  bitkidirlər.  Toxumları  formalaşan  vaxtı  qutucuq  əməköməcidə  olduğu  kimi 

düyməyə oxşayır. Qədimdə onu bir az dözümlü parçaya büküb, düymə formasında tikib istifadə 

edirdilər. Çiçəkləri çox dekorativdir. Azərbaycan florasında 4 növü vardır. 

Düyü-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Oryza»,  rus  dilində 

«Ris» adlanır. Xeyli növ və sortları vardır. Rütubət və is-tisevən   bitkidir. Düyüdən nişasta, spirt, 

yüksək  keyfiyyətli  yağ,    küləşindən  kağız,  karton,  hörgü  məmulatı  hazırlanır.  Qiymətli    qida 

məhsuludur. Azərbaycan florasında Əkin düyüsü  növü vardır. 



Epimedium-  Zirinckimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Epimedium»,  rus  dilində  «Gpimedium»,  «Qorənka»  adlanır.  Dekorativ  bitkidir.  Bütün  növləri 

çoxillik  ot  bitkiləridir.  Bəzək-bağçılığında  istifadə  olu-nan  xeyli  hibridləri  vardır.  Azərbaycan 

florasında Lələkvari epimedium növü vardır. 

Eunomiya-    Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Bitki 

latın  dilində    «Eunomia»  və  ya  «Aethionema»  adlanır.  Lüğəti  mə-nası  yunan  di-lində  evnomia-

düzgünlük    deməkdir.    Rus  dilində  «Eunomiə»,  «Krılo-tıçinnik»  adlanır.  Birillik  və    çoxillik 

bitkilərdir.  Əsasən  bozqır  əra-zilərdə  yayılmışlar.  Azərbaycan  florasında  Dəyirmiyarpaq 



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin