Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   2   3   4   5   6   7   8   9   ...   14

Dərman bədrənc növü bitir. MNB-da dərman və tərəvəz bitkisi kimi becərilir. 

Bələkün-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Latınca 

«Hirschfeldia», rus dilində «Qirşfelğdiə» adlanır. Xaççiçəklilər fəsiləsinə aid olan bu bitki kələm, 

turp,  türpək  bitkilərinə  yaxın  olub,  tut  ipəkqurdu  üçün  yaxşı  yem  sayılır.  Eyni  zamanda  qiymətli 

bəzək bitkisidir. Azərbaycan florasında Boz bələkün növü bitir.  

Bəlğəmotu-  Əməköməcikimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir.  Latınca 

«Althaea»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  Altainein-  müalicə  etmək  deməkdir.  Rus  dilində 

«Altey»  adlanır.  Toxumlarında  16%-ə  qədər  qatı  yağ  vardır.  Bəlğəmotu  xalq  təbabətində  geniş 

istifadə  olunur.  Bəlğəmotunun kökü  dərman  əhəmiyyətinə  malik  olub,  tərkibində  35-36%-ə  qədər 

selik  vardır.  Bəlğəmotunun  preparatı  adından  məlum  olduğu  kimi  bəlğəmgətirici  və  yumşaldıcı 

xüsusiyyətə  malikdir.  Bundan  əlavə  köklərində  8-10%-ə  qədər  şəkər,  37%  nişasta,  2-19,8% 

asparagin,  1%  pektin,  1-1,5%  qatı  yağ  və  mineral  duzlar  vardır.  Bitkinin  gövdəsindən  alınan 

ağımtıl  ipək  kimi  liflər  kağız  istehsalında  istifadə  olunur.  Azərbaycan  florasında  5  növü  bitir. 

Bunlardan 1-i birillik, 4-ü isə çoxillik bitkidir. 



Bənövşə-  Bənövşəkimilər  fəsiləsinə  daxildir.  Birillik,  ikiillik  və  çoxillik  bitki  olub,  latınca 

«Viola» adlanır. Lüğəti mənası yunan dilində ion- bənövşə deməkdir. Rus dilində «Fialka» adlanır. 

Dekorativ  bitkidir.  Ətirli  çiçəklərinə  görə  bağ  və  parklarda  geniş  becərilir.  Xalq  təbabətində  və 

tibbidə çiçəkləri,  yarpaqları və köklərindən soyuqdəymə, sətəlcəm və öskürəyə qarşı dərman kimi 

istifadə  edilir.  Çiçəklərindən  bənövşə  yağı  alınır.  Yağından,  yarpaqlarından  və  köklərindən  isə 

keyfiyyətli  ətirlərin  alınmasında  istifadə  olunur.  Yarpaqlarında  120  qamma  karotin,  140  mq%  C 

vitamini  vardır.  Azərbaycan  florasında  22  növü  bitir,  onlardan  biri,  yəni  Bağ  bənövşəsi  mədəni 

şəraitdə becərilir. Bu növlərdən ən əhəmiyyətlisi Ətirli bənövĢədir. MNB-da 2 növü becərilir. 

BiberşteyniyaBiberşteyinkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Kökü yumruludur. 

Latınca «Biebersteinia» adlanır.  Bitkinin adı Krım və Qafqaz florasının tədqiqatçısı  nəbatatçı M. 

Biberşteynin  şərəfinə  adlandırılmışdır.  Rus  dilində  «Biberşteyniə»  adlanır.  Çiçəkləri,  yarpaqları 

dekorativ  olub,  bəzək-bağçılıqda  istifadə  olunur.  Azərbaycan  florasında  Çoxbölümlü 



biberĢteyniya növü bitir. 

 Bigəvər-  Bigəvərkimilər  (Zanbaqkimilər)  fəsiləsinə  aid  olub,  yarımkol  bitkidir.  Latınca 

«Ruscus», rus dilində «İqliüa» adlanır. Yarpaqlarının ucları tikan kimi iti olduğuna görə çox vaxt 

adamın əlinə batır. Həmişəyaşıl bitki olub, bəzək-bağçılıqda çox əhəmiyyətlidir. Yaşıllaşmada canlı 

çəpər kimi istifadə edilir. Yarpaqlar üzərində əmələ gələn şarşəkilli qırmızı giləmeyvələrindən gül 

dəstəsini  bəzəmək  üçün  istifadə  olunur.  Şarşəkilli  toxumalarından  yaraşıqlı  muncuqlar  düzəldilir. 

Azərbaycan  florasında  Hirkan  növü  bitir  ki,  bu  da  nadir  və  nəsli  kəsilən  növ  kimi  Azərbaycanın 

«Qırmızı Kitab»ına daxil edilib. MNB-da becərilir. 



BirəotuKəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aiddir.  

Çoxillik  bitki  olub,  latınca  «Pyrethrum»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  pyretros-  güclü 

isitmə,  qızdırma  deməkdir.  Bəzi  növləri  qızdırmanı  aşağı  saldığından  belə  adlandırılmışdır.  Rus 

dilində  «Piretrum»,  «Romaşka»,  «Zlatoüvet»  adlanır.  Bir  neçə  növləri  yüksək  insektisidlik 

xüsusiyyətlərinə malikdir, tərkibində həşəratlara təsir edən zəhərlər-piretrin- bir və iki vardır. Digər 

növləri  isə  efir  yağlı  və  dekorativ  bitkidir.  Dərman  bitkisi  kimi  tərkibində  kamfara  və  efir  yağı 

vardır  (0,33-0,57%).  Azərbaycan  florasında  28  növü  bitir,  bunlardan  biri  Dalmat  birəotu  növü 

mədəni şəraitdə becərilir. 



Birgöz  (Təkgöz)-  Zeytunkimilər  fəsiləsinə  daxil  olub,  həmişəyaşıl  kol  bitkisidir.  Latınca 

«Ligustrum»  adlanır.  Lüğəti  mənası  ligare-  sarımaq  deməkdir.  Rus  dilində  «Biröçina»  adlanır. 

Dekorativ  kol  bitkisidir.  Yaşıllaşmada  bu  bitkidən  qayçılama  yolu  ilə  şar,  kvadrat,  üçbucaq,  küzə 



 

14 


və  başqa  formalar  əldə  etmək  mümkündür.  Toxumları  və  qələmləri  ilə  çoxaldılırlar.  Canlı  çəpər 

kimi  müxtəlif  yaşıllıqların  salınmasında  istifadə  olunur.  Çiçəklərinin  tərkibində  efir  yağı  vardır, 

ətirli  olduqları  üçün  ətriyyatda  işlədilir.  Kök  və  yarpaqlarında  aşı  maddələri  vardır.  Azərbaycan 

florasında Adi birgöz növü bitir. MNB-da kolleksiyada 3 növü becərilir. 



Biyan-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi  olub,  latınca 

«Glycyrrhiza» adlanır.  Lüğəti mənası  yunan dilində  glycys- şirin və rhiza- kök olub,  «şirin kök» 

deməkdir.  Rus  dilində  «Solodka»,  «Lakriçnik»  adlanır.  Köklərində  8,2-11,8%-ə  qədər  qlisirrizin 

vardır. Heyvanlar tərəfindən yaxşı yeyilir. Tüksüz biyan təsərrüfat əhəmiyyətinə malikdir. Dərman 

məqsədilə  kök  və  kökümsovlarından  istifadə  olunur  ki,  tərkibində  də  15%-ə  qədər  qlisirrizin, 

kökümsovlarında və köklərində 25%-ə qədər ekstrakt maddələri vardır. Tüksüz biyanın tərkibində 

qlükoza (3%), saxaroza (5%), 3%-ə qədər asparagin, nişasta və b. vardır. Azərbaycan florasında 5 

növü bitir. 

Bizotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olub,  çoxillikdir.  Latınca  «Echinaria»  adlanır. 

Lüğəti  mənası  yunan  dilində  exinos-  kirpi  deməkdir.  Rus  dilində  «İqliüa»,  «Gxinariə»  adlanır. 

Yerüstü  hissəsi  şar  formalı  olub,  kirpiyə  oxşayır.  Dekorativ  bitkidir.  Azərbaycan  florasında  bir 

növü- BaĢcıqlı bizotu bitir.  



Boğazotu-  Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aiddir.  Çoxillik  bitki  olub,  latınca 

«Prunella»  adlanır.  Lüğəti  mənası  pruna-  alovlanmış  kömür  deməkdir.  Rus  dilində 

«Çernoqolovka»  adlanır.  Toxumlarında  16%-ə  qədər  yağ  vardır.  Azərbaycan  florasında  3  növü 

bitir. Bunlardan ən əhəmiyyətlisi Adi boğazotudur

Boruçiçək-  Sümürkənkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latınca  «Solenanthus» 

adlanır.  Yunan  dilində  solen-  boru,  anthos-  çiçək  deməkdir.  Rus  dilində  «Trubkoüvet»  adlanır. 

Azərbaycan florasında 3 növü bitir. 

Boyaqotu (Qızılboya)Boyaqotukimilər fəsiləsinə aiddir. Çoxillik bitki olub, latınca «Rubia» 

adlanır. Lüğəti mənası rubber- qırmızı deməkdir. Bitkinin kökümsov və köklərindən müxtəlif rəng 

çalarlarına  malik  qırmızı  rəng  alınır.  Rus  dilində  «Marena»  adlanır.  Bitkidən  alınan  rənglərdən 

xalçaçılıq  sənayesində  geniş  istifadə  olunur.  Alınan  bu  qırmızı  rənglər  xalçalara  xüsusi  gözəllik 

verməklə  çox  qiymətli  sayılır.  Hələ  qədim  zamanlardan  usta  xalçaçılar  qırmızı  rəngi  və  onun 

çalarlarını  ancaq  boyaqotundan  alırdılar.  Azərbaycan  florasında  3  növü  bitir.  Bunlardan  ən 

əhəmiyyətlisi mədəni şəraitdə becərilən Gürcü boyaqotudur

Boymadərən-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik 

bitkidir.  Latınca  «Achillea»  adlanır.  Bu  bitkinin  adı  Troya  müharibəsinin  mifoloji  qəhrəmanı 

Axillanın şərəfinə adlandırılıb. Rus dilində «Tısəçelistnik», «Derevey» adlanır. Xalq təbabətində və 

tibbi təbabətdə bitkinin çiçəkləri ən çox qandayandırıcı kimi yaranı tez sağaldan və əsəb sisteminin 

müalicəsində  istifadə  olunur.  Acı  dadı  olduğuna  görə  heyvanlar  tərəfindən  yeyilmir.  Tərkibində 

0,1%-ə  qədər  efir  yağı  vardır.  Bitki  aşı  maddəsi  ilə  zəngindir.  Çiçək  və  yarpaqlarından  ətriyyat 

sənayesində  istifadə  olunur.  Xalq  təbabətində  mədə  xəstəlikləri  və  öskürəyə  qarşı  istifadə  edilir. 

Xalq  arasında  bitkinin  çiçəklərindən  alınmış  quru  tozdan  heyvanların  müalicəsində,  xüsusən 

mözələk  (inək  və  dananın  belinə  qurd  düşdükdə)  xəstəliyində  istifadə  olunur.  Azərbaycan  

florasında 14 növü bitir. 



Bozalaq  (Birəçiçəyi)-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olub,  birillik,  ikiillik  və 

çoxillik  ot  bitkisidir.  Latınca  «Lepidium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  lepis-  pulcuq 

deməkdir.  Rus  dilində  «Klopovnik»  adlanır.  Bir  bitki  1200-dən  4800-ə  qədər  toxum  verir. 

Toxumlarında  acı  yağ  vardır  ki,  bunlar  da  xardalı  əvəz  edə  bilir.  Yarpaqlarında  56,3mq%  C 

vitamini vardır. Təzə tər yarpaqları qidada salat və ədviyyat kimi istifadə edilir. Bitkinin yarpaqları 

və  kökü  sidikqovucu  kimi  və  skorbut  xəstəliyinin  müalicəsində  istifadə  edilir.  Azərbaycan 

florasında 14 növü bitir. 

Böyürtkan- Gülçiçəkkimilər fəsiləsinə aiddir. Çoxillik ot və kol bitkisi olub, latınca «Rubus» 

adlanır. Lüğəti mənası latın mənşəli olub, rober- qırmızı deməkdir, çünki əksər növlərin meyvələri 

qırmızıdır.  Rus  dilində  «Ejevika»  adlanır.  Bitkinin  meyvələri  yeməlidir.  Meyvələrindən  mürəbbə, 


 

15 


cem, konserv, şirə, o cümlədən limonad içkisi üçün cövhərlər hazırlayırlar. Meyvə və yarpaqlarında 

C  vitamini  vardır.  Gövdə  və  yarpaqları  aşı  maddəsi  ilə  zəngindir.  Qurudulmuş  meyvələri  xalq 

təbabəti və tibbidə istifadə olunur. Böyürtkanın cavan  yarpaqları çay surroqatı məqsədilə istifadə 

edilir. Azərbaycan florasında 15 növü bitir. MNB-da kolleksiyası vardır. 



Buğda- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki latınca «Triticum», rusca «Pşeniüa» 

adlanır. Buğdadan un, yarma, nişasta, spirt və s. alınır. Unundan çörək, lavaş (yuxa), fətir, əriştə və 

s.  bişirilir.  Müxtəlif  xörəklərin  (xingəl,  düşbərə,  umac,  qındı  və  s.)  və  şirniyyatların  (paxlava, 

şəkərbura,  şorqoğalı,  yağlı  fətir  və  s.)  hazırlanmasında  istifadə  edilir.  Buğda  çörəyinin  quru 

maddəsində  16-17%  zülal,  77-78%  karbohidrat,  1,2-1,5%  yağ  olur.  Ən  əziz  bayramımız  olan 

Novruz bayramında buğdadan qovurğa qovrulur və səməni göyərdirlər. Qovrulmuş buğdadan qovut 

(əzilib  toz  halına  salınmış  hissə),  səmənidən  müxtəlif  halvalar  hazırlanır.  Bunlar  bayram 

şənliklərinin  ən  ləziz  yeməkləridir.  Azərbaycan  florasında  2  növü  bitir,  digər  növləri  isə  mədəni 

şəraitdə becərilir. 

Bulaqotu  (Dəstərək)-  Keçiqulağıkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Latınca 

«Veronica»,  rus  dilində  «Veronika»  adlanır.  Bir  çoxları  onu  müqəddəs  Veronikanın  şərəfinə, 

digərləri  isə  latın  sözü  olan  veraunica-  əsl  dərman  adı  ilə  əlaqəli  olduğunu  göstərir.Bir-  iki  və 

çoxillik bitki olub, dekorativdir. Çox da hündür gövdəsi olmayan bu bitkilər ilk yazdan başlayaraq 

may, iyun aylarına qədər çiçəkləyirlər. Azərbaycan florasında 40 növü bitir.  



 Bunçətiri-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  bitki  olub,  latınca 

«Bunium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  bunion  adlanır.  Rus  dilində  «Bunium»  adlanır. 

Bitkinin  kök  yumruları  çiy  halda  Əfqanıstanda  qidada  istifadə  olunur.  Azərbaycan  florasında  5 

növü bitir.  

Burğuçiçəyi- Səhləbkimilər fəsiləsindən olan çoxillik bitkidir.  

Latınca «Spiranthes» adlanır. Lüğəti mənası yunan dilində speyra- spiral və antos- çiçək deməkdir. 

Rus dilində «Skruçennik» adlanır. Yeraltı orqanı kökyumruludur. Bəzək və dərman bitkisidir. Xalq 

təbabətində  kök  yumrularını  qurudub  dəmləyir  və  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində 

istifadə edirlər. Azərbaycan florasında Payız burğuçiçəyi növü bitir. 

    Buynuzbaş-  Buynuzbaşkimilər  (Qaymaqçiçəkkimilər)  fəsiləsindən  olan  bu  bitki  birillik  olub, 

latınca  «Ceratocephalus»  adlanır.  Yunan  dilində  lüğəti  mənası  keras-  buynuz,  kefale-  baş  olub 

buynuzbaş  deməkdir.  Rus  dilində  «Roqoqlavnik»  adlanır.  Zəhərli  bitkidir.  Heyvanlar  tərəfindən 

yeyilmir. Azərbaycan florasında 2 növü bitir. 



Bülbülotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  bu  bitki  kökümsovludur.  Latınca 

«Phalaris» adlanır. Bitkinin adı Dioskorid və Pliniyanın dənli bitkilərə verdikləri adla bağlıdır. Rus 

dilində «Kanareeçnik» adlanır. Toxumları bül-büllər üçün yem kimi geniş istifadə olunur. Təzə tər 

halında yaxşı yem bitkisi hesab olunur. Azərbaycan florasında 4 növü bitir. 

    Canavargiləsi  –  Canavargiləsikimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca  «Daphne»  

adlanır.  Lüğəti  mənası  yunan  dilində  daphne-  dəfnə  ağacı  deməkdir.  Bu  cinsin  bir çox növlərinin 

meyvə  və  yarpaqları  dəfnə  ağacına  bənzədiyinə  görə  belə  adlandırılır.  Rus  dilində  «Volçnik», 

«Volçeəqodnik» adlanır. Qiymətli bəzək bitkisidir. Xalq təbabətində geniş istifadə olunur. Yarpaq, 

çiçək və budağından alınan məlhəm və cövhər əsəb və yel xəstəliklərinə qarşı geniş istifadə olunur. 

Azərbaycan florasında 6 növü bitir. 

Cacıq-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  ot 

bitkisi olub, latınca «Chaerophyllum» adlanır. Yunan dilində lüğəti mənası chaero- parlaq, phyllon- 

yarpaq deməkdir. Bu ad ona yarpaq ayasının üzərinin parlaq olmasına görə verilmişdir. Rus dilində 

«Butenğ»  adlanır.  Cavan  gövdəsinin  qabığını  soymaqla  təzə  halda  yeyilir.  Xalq  təbabətində 

köklərindən qaynadılmış və yaxud yağda qızardılmış halda istifadə olunur. Azərbaycan florasında 7 

növü bitir. Onlardan ən əhəmiyyətlisi Qafqaz cacıqıdır



Cəfəri-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  ikiillik  ot  bitkisidir. 

Latınca «Petroselinum», rus dilində «Petruşka» adlanır. Cəfərinin yarpaqlarının tərkibində 75-400 

mq%,  köklərində  isə  37  mq%  C  vitamini  vardır.  Təzə  tər  yarpaqlarında  3,2  qamma  karotin  və 


 

16 


meyvələrində  2-7%-ə  qədər  efir  yağı vardır.  Cəfəri  qiymətli  tərəvəz  bitkisi  olub, xalq təbabətində 

qurudulmuş  yarpaqlarından  damarların  kirəcləşməsinin  və  yüksək  qan  təzyiqinin  qarşısının 

alınmasında  istifadə  olunur.  Toxumları  sidikqovucu  xüsusiyyətə  malikdir.  Azərbaycan  florasında 

Qıvrım cəfəri növü bitir. 

Cəfərotu

Daşdələnkimilər 

fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir. 

Latınca 


«Chrysosplenium»    adlanır.  Yunan  dilində  lüğəti  mənası  chrysos-  qızıl.  splen-  dalaq  deməkdir. 

Rus dilində «Selezenoçnik» adlanır. Azərbaycan florasında Adi cəfərotu növü bitir. 



Cığ- Cığkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca «Juncus» adlanır. 

Lüğəti  mənası  yunqere-  sarımaq,  birləşdirmək,  hörmək  deməkdir.  Rus  dilində  «Sitnik»  adlanır. 

Bitkinin  otlu  hissələri  mal-qara,  toxumları  isə  quşlar  tərəfindən  həvəslə  yeyilir.  Abşeronda  cığ 

əncir,  üzüm  və  digər  meyvələri  sərib  qurutmaq  üçün  döşəmə  kimi  istifadə  olunur.  Azərbaycan 

florasında 15 növü bitir. 

Cil- Cilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca «Carex», rus dilində 

«Osoka»  adlanır.  Bütün  heyvanlar  tərəfindən  yeyilir.  Yarpaqları  səbət,  həsir,  çanta  və  s.  kimi 

məmulatların hazırlanmasında, sahil cilinin yarpaqlarından isə ip, kəndir və kobud materialların 

hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 63 növü bitir.  



Cillicə-  Cilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  bitki  olub,  latınca 

«Pycreus»,  rus  dilində  «Sitovnik»  adlanır.  Yarpaqları  mal-qara,  toxumları  isə  quşlar  tərəfindən 

yeyilir.  Tam  yetişmiş  yarpaqlarından  həsir,  çanta,  səbət  hazırlanır.  Eyni  zamanda  rayon 

yerlərində  təzə  çiy  kərpicdən  tikilmiş  evlərin  damını  su  buraxmasın  deyə  cillicə  ilə  örtürlər. 

Azərbaycan florasında 3 növü bitir. 



Cincilə-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  bitki  olub, 

latınca  «Spergularia»  adlanır.  Lüğəti  mənası  sparqere-səpələmək  deməkdir.  Rus  dilində 

«Toriçnik» adlanır. Azərbaycan florasında 4 növü bitir. 

Cincilim(Quşotu)- Qərənfilçiçəklilər fəsiləsindən olan birillik, ikiillik və çoxillik otlardır. 

Latınca  «Stellaria»,  rus  dilində  «Zvezdçatka»  adlanır.  Çiçəkləri  ulduza  oxşadığına  görə  ona 

ulduzcuq  da  deyilir.  Qiymətli  tərəvəz  və  yem  bitkisi  olub,  xalq  arasında  ondan  kətə,  buğlama, 

kükü  (yumurta  ilə)  və  s.  hazırlanır.  Çiy  halda  duzla  ovub  yeyirlər.    Ev  quşları  üçün  qiymətli 

yemdir. Abşeron və Bakı əhalisi onu quĢotu kimi tanıyırlar. 

Cinotu-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik  və  çoxillik  bitki  olub,  latınca 

«Minuartia», rus dilində «Minuartiə» adlanır. Azərbaycan florasında 17 növü bitir. 

Cirə-  Kərəvüzkimilər  (Çətirçiçəkkimiər)  fəsiləsindən  olan  birillik  ot  bitkisidir.  Latınca 

«Cuminum»,    rus  dilində  «Kumin»  adlanır.  Toxumunda  2-4%  efir  yağı,  16%  kitrə,  xlorofil  və 

bəzi turşular vardır. Azərbaycanda qədim zamanlardan becərilən cirənin toxumlarından şirniyyat 

(şorqoğalı,  kökə,  fəsəli)  hazırlanmasında,  çay  dəmlənməsində  və  s.  işlədilir.  Xalq  təbabətində 

cirənin  toxumundan  astmanın  qarşısını  alan,  xroniki  mədə-bağırsaq  xəstəliklərində, 

soyuqdəymədə bəlğəmgətirən, köpyatıran və iştahanı artıran dərman kimi istifadə olunur. 

Cökə- Cökəkimilər fəsiləsinə aid olub, latınca «Tilia» adlanır. Lüğəti mənası ptilon-qanad 

deməkdir.  Rus  dilində  «Lipa»  adlanır.  Toxumları  qanada  oxşayır  və  külək  vasitəsilə  bir  yerdən 

başqa yerə uçaraq yayılır. Bəzən ona «daban ağacı» da deyilir (Dəvəçi də), lifindən həsir, zənbil 

və  s.  toxunur,  oduncağı  yumşaqdır  və  dülgərlikdə  geniş  istifadə  olunur.  Qafqaz  cökəsi  xalq 

təbabətində geniş istifadə olunur. Geniş yayılması ilə əlaqədar olaraq Azərbaycanın meşələrində 

arıçılıq təsərrüfatı üçün  əhəmiyyətlidir. Yaxşı bal verir. Çiçəklərində olan efir  yağları  ətriyyatda 

istifadə  olunur.  Tər  yarpaqları  salat  və  dolma  hazırlanmasında  istifadə  olunur.  1qr  qurudulmuş 

yarpaqlarında 500 qamma A vitamini və 244,4mq% C vitamini vardır. Azərbaycan florasında 4 

növü bitir. MNB-da bir neçə növün kolleksiyası becərilir. 

Cuzğun-  Qırxbuğumkimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca  «Calligonum» 

adlanır.  Lüğəti  mənası  kallos-qəşəng,  qonos-isə  dirsək  deməkdir.  Rus  dilində  «Juzqun»  adlanır. 

Bəzi  növlərindən  sürüşmə  zonalarının  bərkidilməsi  üçün  istifadə  edilir.  Yaşıl  cavan  zoğlarını 

heyvanlar yeyir. Azərbaycan florasında 4 növü bitir. 



 

17 


Ciyən-  Ciyənkimilər  fəsiləsinə  aid  olub,  çoxillik ot  bitkisidir.  Saplaqlı  bitki  olub,  latınca 

«Typha», rus dilində «Roqoz» adlanır. Tyufos –sözü yunan dilində «bataqlıq» deməkdir. Əsasən 

bataqlıqlarda  bitir.  Kökümsovlarının  tərkibi  nişasta  ilə  zəngindir.  Bir  çox  ölkələrdə  ondan  qida 

kimi  istifadə  edirlər.  Yarpaqlarından  keyfiyyətli  kağız  alınmasında,  həmçinin  bir  çox 

məmulatların-  səbət  (korzinka),  həsir  (ayaqaltı),  əl  çantası  və  s.  İstehsalında,  yumşaq 

hissələrindən isə döşək və balış (yastıq) hazırlanmasında istifadə edilir. Azərbaycan florasında 7 

növü bitir. 



Çaqqal qanqalı- Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər) fə-siləsinə aiddir.  İkiillik 

bitki olub, latınca «Onopordum», rus dilində «Tatarnik» adlanır. Kökü, təzə tər zoğları və yarpaq 

saplaqlarının qabığı soyularaq təmizlənmiş halda qidada istifadə olunur. Yarpaqlarında 33,1mq% 

C vitamini vardır. Toxumlarının tərkibində 15-18%-ə qədər qatı piyli qarışığı olan yağ vardır ki, 

o  da  132-136%-ə  qədərdir.  Bu  yağ  günəbaxan  yağı  kimi  istifadəyə  yararlıdır.  Azərbaycan 

florasında 2 növü vardır. 



Çaşır  (Ələvi)-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir. 

Latınca «Prangos», rus dilində «Pranqos» adlanır. Ətirli ədviyyalı bitki olub, təzə-tər  yarpaqları 

və budaqları duzla ovularaq yeyilir. Bir çox rayonlarda, xüsusən Naxçıvan MR-da ondan şoraba 

hazırlayıb  qış üçün  tədarük edirlər.  Azərbaycan florasında  5  növü  bitir.  Ən çox  istifadə  olunanı 



Gövdəsiz və BiberĢteyin çaĢır növləridir. 

Çay-  Çayçiçəkkimilər  fəsiləsinə  aid  olub,  latınca  «Thea»,  rus  dilində  «Çay»  adlanır. 

Yarpaqlarının  tərkibində  1-5%-ə  qədər  alkaloid  kofein  və  8-13%-ə  qədər  tannin  vardır.  Tannin 

çaya  ətir  və  rəng  verir.  Çayın  tərkibində  0,006%-ə  qədər  efir  yağı  vardır  ki,  bu  da  çaya 

özünəməxsus  tam  verir.  Bundan  əlavə  çayın  yarpaqlarında  A,  K  və  C  vitaminləri  vardır. 

Azərbaycan florasında mədəni şəraitdə becərilən Çin çayı növü vardır. 

Çayır-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olub,  latınca  «Cynodon»  adlanır.  Lüğəti 

mənası yunan dilində kineos-it, odon isə diş deməkdir. Rus dilində «Svinoroy»,  «Sobaçiy zub» 

adlanır.  Yaxşı  otlaq  bitkisidir  və  bütün  heyvanlar  tərəfindən  yeyilir.  Yetişmiş  meyvələrin 

tərkibində  11,45%-kül,  26,67%-sellüloza  və  azotsuz  ekstrakt  maddələri  vardır.  Sürətlə  yayılan, 

çoxala  bilən  və  bir  çox  tərəvəz  və  soğanaqlı  bitkilərə  zərər  vuran  alaq  bitkisidir.  Azərbaycan 

florasında Barmaqvarı çayır növü bitir. 



Çayotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Latınca  «Catabrosa»  adlanır.  Lüğəti 

mənası  yunan  dilində  katabrosis-gəmirilmiş  və  ya  deşilmiş  deməkdir.  Bu  söz  bitkinin 

pulcuqlarının  yuxarı  hissəsinin  hamar  olmayan  gəmirilmiş  və  ya  deşilmiş  halda  olmasına  görə 

adlandırılmışdır. Rus dilində «Poruçeyniüa» adlanır. Azərbaycan florasında Su çayotu növü bitir. 



Çaytikanı-  İydəkimilər  fəsiləsinə  aid  olub,  latınca  «Hippophae»  adlanır.  Lübəti  mənası 

yunan  dilində  hippos-at,  phaes  isə  parlaq  deməkdir.  Rus  dilində  «Oblepixa»  adlanır.  Meyvələri 

yeməli  olub,  lətləri  şirəlidir.  Giləmeyvəsi  turşdur,  təravətli  olmaqla  ətirlidir.  Yedikdə  ən  çox 

ananas  dadını  verir.  At  və  qoyunları  çaytikanı  yarpağı  ilə  yemləndirdikdə  onların  tükü  və  yunu 

parlaq  olur.  Quşlar  onu  həvəslə  yeyirlər.  Meyvələrindən  jele,  kisel,  kompot,  şirə  və  mürəbbə 

hazırlanmasında istifadə olunur. Xalq təbabətində onun yağından mədə-bağırsaq, qaraciyər və s. 

xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Meyvəsinin  tərkibində  3,56%-ə  qədər  şəkər  (1,96% 

qlükoza,  10%  fruktoza),  2,64%-ə  qədər  alma  turşusu  vardır.  Yarpaqlarında  230-262  mq%  C, 

meyvələrində  120  mq%,  meyvəsinin  şirəsində  isə  200  mq%  C  vitamini  vardır.  Meyvələrində 

həmçinin çoxlu karotin və B vitamini də vardır. Azərbaycan florasında Adi çaytikanı növü bitir. 

MNB-da kolleksiyada əkilib becərilir. 

Çayyovşanı-  Yulğunkimilər  fəsiləsinə  aid  olub,  latınca  «Myricaria»,  rus  dilində 

«Mirikariə» adlanır. Bitkinin kökü, gövdəsi, yarpaq, meyvə və toxumundan parçanın qara rəngə 

boyanmasında  istifadə  olunur.  Bitkinin  qabığı  və  digər  hissələri  aşı  maddəsi  (8-17%)  ilə 

zəngindir. Yarpaqlarında 83,3 mq% C vitamini vardır. Xalq təbabətində ishal xəstəliklərinə qarşı 

istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. 


 

18 


Çəpərsarmaşığı-  Sarmaşıqkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir.  Latınca 

«Calystegia», rus dilində isə «Pavoy» adlanır. Dekorativ cəhətdən qiymətli olan bu cinsin əksəri 

sarmaşan bitkidir. Yaşıllaşdırmada müxtəlif məqsədlər üçün, söhbətkeşlərin, dəmir, daş və taxta 

çəpərlərin  bəzədilməsində  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  vardır.  MNB-da 

kolleksiyada əkilib becərilir. 



Çəpişotu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsindən  olan  bu  cins  çoxillik  ot  bitkisi  olub, 

latınca «Galega» adlanır. Lüğəti mənası yunan dilində qala-süd, aqein isə təsir eləmək deməkdir. 

Rus  dilində  «Qaleqa»,  «Kozlətnik»  adlanır.  Dərman  bitkisidir.  Dərman  çəpişotunun  tərkibində 

0,5%-ə  qədər  alkaloid,  qlükozid  qaleteolin  və  yarpaqlarında  isə  saponin  vardır.  Qaleqin  qanda 

şəkərin  aşağı  düşməsini  tənzimləyir.  Xalq  təbabətində  dərman  çəpişotu  qurd,  tərlədici  və 

sidikqovan dərman məqsədilə istifadə olunur. Toxumlarında 18%-ə qədər yağ vardır. Duzlu suda 

qaynadılmış cavan gövdə və  yarpaqları qida kimi istifadə olunur. Azərbaycan florasında 2 növü 

vardır. 


Çiçəbahar  (Qırmızı  dil)-  Çiçəbaharkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latınca 

«Phytolacca»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  fiton-bitki,  lakka  isə  parıltı  deməkdir.  Rus 

dilində  «Lakonos»  adlanır.  Giləmeyvələrinin  şirəsindən  şərabın  və  parçanın  boyanmasında 

istifadə  olunur.  Dekorativ  bitkidir.  Kökləri  işlətmə,  qusma  xüsusiyyətlərinə  malik  olub,  xalq 

təbabətində  müalicə  vasitəsi  kimi  istifadə  olunur.  Azərbaycan  florasında  Amerika  çiçəbahar 

növü vardır. 

Çilədağı-  Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olub,  çoxillik  ot  bitkisidir. 

Latın  dilində  «Eremostachys»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  eremos-səhra,  stachys  isə 

sünbül  deməkdir.  Çiçək  açıb  toxumlayan  zaman  çiçək  oxu  üzərində  toxum  qutucuqları 

sünbüləoxşar görkəm yaradır. Rus dilində «Pustınnokolosnik» adlanır. Çilədağı xalq təbabətində 

xərçəng  xəstəliyinə,  dəri  xəstəliklərinə,  qızıl  yel,  qadın  xəstəliklərinə  qarşı,  müxtəlif  şişlərin 

müalicəsində istifadə olunur. Azərbaycan florasında 3 növü vardır. 



Çinar-  Çinarkimilər  fəsiləsindən  olan  bitki  cinsidir.  Latınca  «Platanus»,  rus  dilində 

«Platan»,  «Çinar»  adlanır.  Yüngül,  möhkəm,  gözəl  cizgili  oduncağından  faner,  parket  və  s. 

hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Xalq arasında müqəddəs bitki kimi 

tanınan  bu  ağaca  balta,  dəhrə  ilə  əl  qaldırıb  kəsənin  «əlləri  quruyar»  deyirlər.  Nadir  və  nəsli 

kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  Azərbaycan 

florasında Barmaqyarpaq çinar növü vardır. MNB-nın təcrübə sahəsində əkilib becərilir. 



Çiriş-  Asfodelinakimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latın  dilində  «Eremurus» 

adlanır. Bu söz yunan dilində eremos-səhra, ura isə quyruq olub, lüğəti mənası «səhra quyruğu» 

deməkdir. Rus dilində «Çiriş», «Gremurus» adlanır. Qiymətli tərəvəz bitkisi kimi istifadə olunur. 

Bitkinin  iyəbənzər  köklərindən  yapışqan  əldə  edilir  ki,  bundan  da  çəkməçilikdə,  dərzilikdə, 

papaqçılıqda,  cilidləmə  işində,  divar  kağızı  üçün  yapışqan  hazırlanmasında  istifadə  edilir. 

Çirişdən  hazırlanmış  yapışqan  (kley)  su  dəyməsə  300-500  il  xarab  olmadan  qala  bilir.  Xalq 

təbabətində  çiriş  bitkisinin  köklərindən  alınmış  toz  və  ya  un  çiban  tipli  yaraların  müalicəsində 

məlhəm kimi istifadə edilir. Azərbaycanda Görkəmli və Azərbaycan çiriĢ növləri bitir. Dərman, 

qida və texniki bitki kimi geniş istifadə edildiyi, kütləvi surətdə yığılıb bazarlarda satıldığı üçün 

kökünün  kəsilmək  təhlükəsi  vardır.  Bitkini  qoruyub  saxlamaq  üçün  «Qırmızı  Kitab»a  daxil 

edilməsi məsləhətdir. MNB-da kolleksiyada becərilir. 

Çiyələk-  Gülçiçəkkimilər  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latınca  «Fragaria»,  rus 

dilində  «Zemlənika»,  «Klubnika»  adlanır.  Meşə  çiyələyinin  ətirli  meyvələri  qidada  çiy  halda 

istifadə olunur. Bundan əlavə təzə halda mürəbbə, cem, povidla, konserv, eyni zamanda limonad 

və  bir  çox  cövhərlərin  (essensiya)  hazırlanmasında  qatqı  kimi  istifadə  edilir.  Qurudulmuş 

meyvələri  xalq  təbabətində  surroqat  çayı  məqsədilə  istifadə  olunur.  Meyvələrində  və 

yarpaqlarında C vitamini, meyvələrində 5-10%-ə qədər şəkər vardır. Azərbaycan MEA Mərkəzi 

Nəbatat Bağında 30 ildən çox remontat çiyələk sortu becərilir ki, mülayim havada 11 ay məhsul 


 

19 


vermə  qabiliyyətinə  malikdir.  Azərbaycan  florasında  4  növü  vardır.  1  növü  mədəni  şəraitdə 

becərilir. 



Çobanqarğası- Qarğaçiçəkkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca 

«Helianthemum»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  helios-günəş,  anthemon  isə  çiçək 

deməkdir. Rus dilində «Solnüeüvet» adlanır. Dekorativ bitki hesab olunur. Azərbaycan florasında 

7 növü vardır. 

Çoğan-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  bitkidir.  Latınca 

«Cypsophila», rus dilində «Kaçim», «Peskolöbka» adlanır. Süpürgəvari çoğanın tərkibi saponinlə 

zəngindir  ki,  bu  da  köpük  əmələ  gətirir,  içki  və  pivənin  hazırlanmasında  istifadə  olunur.  Eyni 

zamanda  bəzək-bağçılıqda,  gül  dəstəsinə  yaraşıq  vermək  və  bəzəmək  üçün  çox  geniş  istifadə 

olunur. Azərbaycan florasında 17 növü vardır. 



Çovdar- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki latınca «Secale», rus dilində 

isə  «Rojğ»  adlanır.  Yem  bitkisidir,  heyvanlar  tərəfindən  yaxşı  yeyilir.  Tam  yetişməmiş 

meyvələrinin  tərkibində  7,18%-kül,  30,61%-sellüloz,  9,06%-protein,  7,79%-zülal  vardır.  Bu 

qiymətli  bitkinin  unu  pəhriz  xörəklərində,  peçenye  istehsalında,  südlü  sıyıq  və  s.  yeməklərin 

hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 5 növü vardır. 

Çödükotu-  Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir. 

Latınca «Hyssopus», rus dilində «İssop» adlanır. Efir yağlı bitkidir. Ət yeməklərinə ədviyyat kimi 

istifadə  olunur.  Dərman  bitkisidir.  Efir  yağlarının  ətiri  skipidar  və  kamforanın  iyinə  oxşardır. 

Bitkinin  şirəsindən  ətirli  ədviyyatın  və  içkilərin  hazırlanmasında  istifadə  olunur.  Dekorativ 

bitkidir. Kabab hazırlanarkən doğranıb hazırlanmış ətə onun qurudulmuş tozundan qatıldıqda çox 

dadlı olur. Azərbaycan florasında Ensizyarpaq çödükotu növləri vardır. 



Çölnanəsi  (Mərzə)-  Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olub,  birillik  və 

çoxillik  bitkidir.  Latınca  «Satureia»  adlanır.  Lüğəti  mənası  saturare-doydurmaq  deməkdir.  Rus 

dilində  «Çaber»  adlanır.  Efir  yağı  verən  bitkidir.  Likör  və  konyak  içkilərinə  ətirli  dad 

verilməsində istifadə olunur. Təzə yarpaqları qidaya ədviyyat kimi qatılır. Bundan əlavə yaxşı bal 

verən bitkidir. Azərbaycan florasında 6 növü vardır. 

Çörəkotu-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Latın  dilində 

«Vaccaria» adlanır. Lüğəti mənası vacca-inək deməkdir, buna görə də bu bitki inəklər üçün yaxşı 

yem  bitkisi  hesab  olunur.  Rus  dilində  «Tısəçeqolov»  adlanır.  Adi  alaq  bitkisidir.  Toxumları 

zəhərlidir. Azərbaycan florasında Əkin çörəkotu növü vardır. 

Çubuqluca-  Daşdələnkimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca  «Phidelphus» 

adlanır. Yunan dilində lüğəti mənası fileyn – sevilən, adelfos-qardaş olub, qarşı-qarşıya yerləşən 

budaqların  üzərində  bir-birinə  sıx  oturmaq  deməkdir.  Rus  dilində  «Çubuşnik»  adlanır. 

Çiçəklərində  nektar  vardır.  Onlardan  alınan  efir  yağı  ətriyyat  sənayesində  istifadə  olunur. 

Yarpaqlarından  qara  rəng    alınır. Cavan budaqlarından  qəlyan,  müştük (çubuq)  düzəltmək  üçün 

istifadə olunur. Ona görə də bu çubuqluca adlanır. Azərbaycanda bəzək-bağçılıqda geniş yayılanı 



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin