Oruc Ġbadlı Aliyə Zərgərli


volfiya növü məlumdur.  Vulpiya –



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   ...   6   7   8   9   10   11   12   13   14

volfiya növü məlumdur. 

Vulpiya – Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Vulpia», rus dilində 

«Vulğpiə»  adlanır. Azərbaycan florasında 5 növü məlumdur.  



Vudsiya  –  Vudsiya  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Woodsia»,  rus  dilində  «Vudsiə» 

adlanır. Azərbaycan florasında 2 növü bitir. 



Yaddaş çiçəyi (bax: Unutmaməni)  

 

79 


Yağtikan (Dəvətikanı) – Fabakimilər (Paxlalılar) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki 

latın  dilində  «Alhagi»,  rus  dilində  «Verblöjğə  kolöçka»,  «Verblödka»  adlanır.  Heyvanlar  

xüsusən  dəvələr  üçün  yaxşı  yem  bitkisi  hesab  olunur.  Həm  də  qiymətli  dərman  bitkisi  olub 

babasil xəstəliyinin müalicəsində istifadə olunur. Onun gövdəsini  yandıranda qatı, şabalıd rəngli 

yağı çıxır.  Fitil düzəldib azacıq həmin yağa yaxıb ağrıyan yerə qoyduqda babasili sakitləşdirir və 

müalicə edir. Azərbaycan florasında 2 növü məlumdur.  



Yalançıörtük  –  Pterislər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Notholaena»  adlanır.  Lüğəti 

mənası  notos-  süni,    xlena-    üst  geyim  deməkdir.  Rus  dilində  «Lojnopokrovniüa»  adlanır. 

Azərbaycan florasında Marant yalançıörtük (Notholaena marantae) növü məlumdur. 

Yalanqoz  –  Qozçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pterocarya»,    rus  dilində 

«Lapina»  adlanır.  Vitaminli,  boya,  aşılayıcı,  dekorativ  bitkidir.  Meyvələrində  çoxlu  vitaminlər 

vardır.  Yarpaq  və  qabıqları  ipək  parçanın  boz  rəngə  boyanmasında  istifadə  olunur.    Yarpaq, 

meyvə  və  qabıqları  tərlədici  xüsusiyyətlərinə  malikdirlər.  Yarpaqlarında  balıqları  və  həşəratları 

zəhərləyən  maddələr  vardır.  Qabıq  və  yarpaqlarında  aşı  maddəsi  vardır.  Azərbaycan  florasında  

Qanadmeyvə  yalanqoz  növü  məlumdur.  Arealı  azaltmaqda  olan  relikt  növ  kimi    Azərbaycanın 

«Qırmızı Kitab»ına daxil edilib.  

Yançiçək(Xeilantes)-  Pterislər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cheilanthes»  adlanır. 

Adından  məlum  olduğu  kimi  lüğəti  mənası  da  xeylos-  yan,  antos-  çiçək  deməkdir.  Rus  dilində 

«Kraekuçnik»  adlanır.  Azərbaycan  florasında  Ġran  yançiçəyi  (Cheilanthes  persica)  növü 

məlumdur.  



Yapşaq – Sümürgənkimilər fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. Bitki latın dilində 

«Lappula», rus dilində «Lipuçka» adlanır. Azərbaycan florasında 8 növü məlumdur. 



Yapışqanotu – Quduzotukimilər fəsiləsinə aid olan çoxillik ot bitkisidir. Bitki latın dilində 

«Antitoxicum» adlanır. Lüğəti mənası anti- qarşı tərəfə yönəldilmiş, toxicon- zəhər deməkdir. Rus 

dilində «Lastovenğ» adlanır. Bəzi növləri balverəndir, çoxlu nektar verir. Azərbaycan florasında 

5 növü məlumdur. 



Yapongülü  (Hortenziya)  –  Hortenziyakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Hydrangea»  adlanır.  Otaq  şəraitində  və  açıq  şəraitdə  bağ  hortenziyasından  istifadə  olunur. 

Toxumları,  qələmləri,  kök  pöhrələri  ilə  çoxalır.  Çiçəkləri  müxtəlif  rəngdə  olub  şar  şəkilindədir. 

MNB-nın isti şüşəbəndlərində kolleksiyası vardır. 



Yapon  əzgili  (Yapon  eriobotriyası)  –  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Eriobotrya»,  rus  dilində  «Griobotriə»  adlanır.  Meyvələrinin  tərkibində  87,5-90,2%  su,  0,23-

1,36%  alma  turşusu,  10,6  mq/100q  C  vitamini,  8,6%-ə  qədər  şəkərlər  (2,6-3,7%  qlükoza,  2,5-

4,8%  fruktoza  və  0,6-0,9%  saxaroza)  vardır.  Meyvələrindən  təzə  halda  çərəz  kimi  və  həmçinin 

mürəbbə,  kompot,  povidlo,  cem  və  s.  hazırlamaqda  istifadə  edilir.  Toxumlarından  acı  badam 

tamlı  likyor  hazırlanır.  Meyvələri  aşılayıcı    maddələri  kompleksi  ilə  zəngin  olduğundan  damar 

möhkəmləndirici və büzüşdürücü xüsusiyyətə  malikdir. Ona görə də  Yapon əzgili ateroskleroz, 

hipertoniya,  qəbizlik  kimi  xəstəliklərin  profilaktikası  və  müalicəsində  faydalı  sayılır.  Yapon 

əzgili meyvələri sidikdaşı xəstəliyi zamanı da əlverişlidir. Yarpaqlardan hazırlanmış həlim ishalla 

müşayiət olunan kolit zamanı yaxşı təsir göstərir. Bu məhlul həmçinin qankəsici vasitə kimi də 

istifadə oluna bilər. İri yarpaqlarına görə çox dekorativdir. MNB-da kolleksiyası vardır. 

Yapon  heyvası  (Xenomeles)-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Chaenomeles» adlanır. Çiçəkləmələri fevralın ortalarında  başlayır və 40-50 gün çiçəkləyir. İri 

olub rəngi açıq və tünd qırmızımtıl  olur. Meyvələri payızda yetişməyə başlayır və çox xoş ətirli 

iyi  olur.  İlk  yazda  yarpaq  açmadan  bol  çiçəkləməsi  ilə  çox  bəzəklidir.  Ona  görə  də  park  və 

bağlarda  tək-tək,  qrupla  əkmək,  canlı  çəpər  salmaq  üçün  çox  qiymətli  hesab  olunur.  Əsasən 

toxumları  və  qələmləri  ilə  çoxalır.  Azərbaycanda  4  növü  əkilib  becərilir.  MNB-da  kolleksiyada 

becərilir. 



Yarğanotu-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və çoxillik  bitkidir. 

Bitki latın  dilində «Thlaspi» adlanır.  Lüğəti mənası tlao-yastılatmaq,  aspis-lövhə  deməkdir. Rus 



 

80 


dilində  «Ərutka»  adlanır.  Toxumlarında  33%-ə  qədər  qurudulmamış  yağ  vardır  ki,  bu  da 

işıqlandırma  üçün  yararlıdır.  Yanma  zamanı  ətri  olmur.  Yarpaqlarında  154,0  mq%  C  vitamini 

vardır.  Azərbaycanın  yerli  əhalisi  cavan  (tər)  yarpaqlarından  vəzəri  kimi  istifadə  edirlər. 

Azərbaycan florasında 8 növü məlumdur. 



Yarpız-  Dodaqçiçəklilər  (Dalamazkimilər)    fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Mentha», rus dilində  «Məta»  adlanır.  Yarpağında və  çiçəklərində xoşagələn xüsusi ətir 

vardır.  Yarpağından  efir  yağı  alınır.  Respublikamızda  müxtəlif  yeməklərin  hazırlanmasında, 

ətriyyatda,  qənnadı  məmulatı  istehsalında    istifadə  edilir.  Yarpızdan  bişirilmiş  dovğanın  xüsusi 

ətri və tamı vardır. Kök pöhrələri və toxumla asan çoxalır. Vitaminli və nektarlı bitkidir. Yarpızın 

bir  hektarından  arılar  160  kq-dan  çox  bal  toplayır.  Faydalı  qida  və  dərman  bitkisidir. 

Yarpaqlarında 81,2-147,4 mq% C vitamini vardır. Yarpızın  yarpaqları cövhər və həlim şəklində 

mədə-bağırsaq  xəstəliklərində  ağrıkəsici  dərman  kimi  istifadə  olunur.  Azərbaycan  florasında  5 

növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir.  MNB-da kolleksiyada becərilir. 

Yasəmən-  Zeytunkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Syringa»,  rus  dilində 

«Sirenğ»  adlanır.  Syringa  yunan  sözü  olub,  syrinx-  «boru»  sözündəndir.  Bu  yasəmənin 

çiçəklərinin boruya oxşaması ilə əlaqədardır.  Yasəmən toxumları və  vegetativ üsulla (qələmlər, 

calaq,  kök  pöhrələri,  budaqları  basdırmaqla)  çoxaldılır.  Yasəmən  gözəl  və  ətirli  çiçəkləri  ilə 

yaşıllaşdırmada tək-tək, qrupla, qazonlarda, eləcə də park və bağlarda əkilmək üçün qiymətlidir. 

Çiçəklərindən  alınan  efir  yağı  ətriyyatda  istifadə  olunur.  Xalq  təbabətində  böyrək  xəstəliyinə 

qarşı  istifadə  olunur,  vitaminli,  dekorativ  bitkidir.  Azərbaycan  florasında  iki  növü  məlumdur. 

MNB-da kolleksiyada 15 növ və çeşidi becərilir.  



Yastıbaş – Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan çoxillik ot bitkisidir. 

Bitki  latın  dilində  «Jurinea»,  rus  dilində  «Naqolovatka»  adlanır.  Dekorativ  əhəmiyyətli  növləri 

vardır. Azərbaycan florasında 5-6 növü məlumdur.  

Yastıqqanqal (bax: Lopatikan) 

Yastıqotu  –  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik 

bitkidir. Bitki latın dilində «Draba», rus dilində «Krupka» adlanır. Yastıq formalı növləri olduqca 

dekorativdirlər  və  onlardan  daşlı-qayalı  yerlərin  yaşıllaşdırmasında  istifadə  oluna  bilər. 

Azərbaycan florasında 13 növü məlumdur.  



Yastımeyvə – Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın 

dilində  «Meniocus»  adlanır.  Lüğəti  mənası  men-ay  deməkdir.  Rus  dilində  «Ploskoplodnik» 

adlanır. Azərbaycan florasında Kətanı yastımeyvə növü vardır.  

Yastıtum  –  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Orlaya», rus dilində «Orlayə» adlanır. Azərbaycan florasında 1 növü məlumdur.  



Yelkənçiçək (bax: Qanadçiçək) 

Yelqovan (bax: Tıs-tıs) 

Yemiş (Qovun)- Boranıçiçəklilər fəsiləsinə aid olan birillik və ya ikiillik bitkidir. Bitki latın 

dilində  «Melo»,  rus  dilində  «Dınə»  adlanır.  Meyvələrinin  tərkibində  6-18%  şəkər,  0,6%  zülal, 

0,8% sellüloza, 0,7-35 mq% C vitamini, 1 mq%-dək A provitamini, 0,4% RR vitamini, mineral 

duzlar, peptonlaşdırıcı fermentlər vardır. Yemiş  meyvələri təzə halda  yeyilir, lət hissəsindən bal 

və  povidlo,  habelə  cem  hazırlanır.  Bostan  məhsullarının  müalicəvi  əhəmiyyəti  böyükdür.  Onlar 

sidikqovucu xassəyə malik olub, orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən 

təmizləyir.  Böyrəklərdə  duz  və  daş  yığılmasının  qarşısını  alır.  Tərkiblərinin  peptonlaşdırıcı 

fermentlərlə  zəngin  olması  isə  qidanın  orqanizm  tərəfindən  həzmini  asanlaşdırır.  Azərbaycanda 

qovunun  mədəni  sortları  ilə  bərabər  yabanı  növü  də  (M.agrestis)  yayılmışdır.  Mədəni  sortları 

əksər rayonlarda becərilir. 



Yemişan-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Crataegus»  adlanır.  Lüğəti 

mənası kratos-güc, qüvvət, aqeyn-aparmaq deməkdir. Rus dilində «Boərışnik» adlanır. Çox da iri 

olmayan  meyvələri  turşa-şirin  tamlı,  şirəlidir.  Meyvələrində  4-11%  şəkərlər,  0,48-0,66%  alma 

turşusu,  33,07-39,82  mq/100q  C  vitamini,  0,5  mq%  karotin  vardır.  Toxumlarında  30-38%  yağ 



 

81 


vardır.  Meyvələrdən  həm  təzə  və  həm  də  emal  olunmuş  şəkildə  istifadə  edilir.  Meyvələrindən 

dəmlənmiş  çay  ürək  astması,  dizenteriya  xəstəlikləri  zamanı,  həmçinin  həzm  aparatının  işinin 

gücləndirilməsi və susuzluğu aradan qaldıran vasitə kimi istifadə edilir. Yemişan meyvəsindən və 

çiçəyindən  hazırlanmış  çay  ürək  xəstəliklərinə  müalicəvi  təsir  göstərir.  O  ürək  əzələlərinin 

tonusunu  nizamlayır,  ürəkdə  və  beyində  qan  dövranını  gücləndirir,  ürəyin  fəaliyyətini  artırır, 

pozulmuş  ritmi  nizamlayır,  tac  damarlarını  genişləndirir,  ürək  nahiyyəsində  ağrıları  götürür, 

mərkəzi  sinir  sistemini  sakitləşdirir,  yuxunu  yaxşılaşdırır,  arterial  təzyiqi  aşağı  salır.  Tətbiqi 

təbabətdə yemişandan sənaye üsulu ilə hazırlanmış preparatlar (duru ekstrakt və meyvə cövhəri) 

ürək  fəaliyyətinin  funksional  pozuntuları,  stenokardiya,  hipertoniya,  ürək  nevrozu,  qripdən, 

anginadan baş vermiş ürək ağrıları zamanı tətbiq edilir. Azərbaycan florasında 9 növü məlumdur.  

MNB-da 20-dən çox növün kolleksiyası vardır. 

Yemlik  –  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid  olan ikiillik və  ya  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Tragopogon»  adlanır.  Lüğəti  mənası  tragos-  keçi,    pogon-  saqqal 

deməkdir. Rus dilində «Kozloborodnik» adlanır. Yemliklərin kök və yarpaqları yapışqanlı, südlü 

və şirəlidir. Bir çox rayonlarda  yemlikdən geniş miqyasda çiy və bişmiş istifadə olunur. Yemlik 

buğlamada,  kətədə  daha  ləzzətli  olur.  Onun  köklərindən  qəhvəni  əvəz  edən  kofe  surroqatı 

hazırlanır.  Toxumlarının  tərkibində  6,17%  yağ  vardır  ki,  bu  da  yodla  çox  zəngindir.  Xalq 

təbabətində  ağciyər  xəstəliklərinin  müalicəsində  istifadə  olunur,  balverən  və  dekorativ 

əhəmiyyətə malik növləri vardır. Azərbaycan florasında 20 növü məlumdur.  



Yerfındığı – Fabakimilər (Paxlalılar) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Arachis»,  rus  dilində  «Araxis»  adlanır.  Azərbaycanda  da  bir  çox  rayonlarda  (Zaqatala  və  b.) 

becərilir  və  ondan  alınan  yüksək  keyfiyyətli  yağdan  (araxis  yağı),  konserv,  marqarin, 

sabunbişirmə  və  b.  sənaye  sahələrində  istifadə edilir. Toxumu  qovrulmuş halda  yeyilir,  qənnadı 

sənayesində tətbiq edilir. Azərbaycan florasında 1 növü məlumdur. 

Yerarmudu (bax: Topinambur). 

Yerkökü (bax: Kök) 

Yergiləsi  (Quş  pomidoru)  -  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  ya  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Physalis»  adlanır.  Physalis  yunan  dilindən  tərcümədə  qovuq,  qabar 

deməkdir.  Rus  dilində  «Fizalis»    adlanır.  Meyvələri  qidada  turşuya  qoyulmuş  halda  istifadə 

olunur.  Meyvələrində  alkaloidlər,  0,1%  karotin,  0,06%  C  vitamini  və  orqanik  turşular  (limon, 

alma, kəhrəba turşusu) olur. Meyvələri ipək parçanın sarı və narıncı rəngə boyanmasında istifadə 

olunur.  Təzə  və  qurudulmuş  meyvələrin  həlim  və  şirəsi  sidikqovucu  kimi  istifadə  olunur. 

Toxumlarında 24-35%-ə qədər qatı yağ vardır. Meyvələri təzə və bişirilmiş halda qidaya ədviyyat 

kimi qatılır. Onlardan həmçinin qənnadı sənayesində də istifadə olunur. Azərbaycan florasında 2 

növü vardır, bunlardan 1-i mədəni şəraitdə becərilir.  

Yerköpüyü-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Paronychia»  adlanır.  Lüğəti  mənası  para-yanında,  qarşı,  oniks-dırnaq  deməkdir.  Rus  dilində 

«Prinoqotovnik» adlanır. Ağ-gümüşü rəngli tükcüklərlə sıx örtüldüyündən dekorativ görünür və 

bəzək bitkisi kimi istifadə olunur. Azərbaycan florasında Kürd yerköpüyü növü məlumdur.  



Yersarmaşığı- Dalamazkimilər (Dodaqçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki 

latın dilində «Glechoma», rus dilində «Budra» adlanır. Bakterial infeksiya, klimaks, toksiki zob, 

qurd,  xoş  xassəli  şiş  xəstəliklərinin  müalicəsində  faydalıdır.  Azərbaycan  florasında  1  növü 

məlumdur.  



Yonca-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  birillik  və  ya  çoxillik  bitkilərdir.  Bitki 

latın dilində «Trifolium», rus dilində «Klever» adlanır. Mal-qara tərəfindən yaxşı yeyilir. Şübhəli 

yoncanın otunun kimyəvi tərkibi 22,54% quru protein, 2,39% quru yağ, 46,05% azotsuz ekstrakt 

maddələr,  9,42%  kül,  19,60%  sellülozdan  ibarətdir.  Bir  çox  növləri  vardır,  onlardan  biri  də 

üçyarpaq  yoncadır.  Qiymətli  yem  bitkiləridir,  bəzi  növləri  vitaminli,  balverəndir  və  xalq 

təbabətində  tənəffüs  yolları  xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında 

43 növü məlumdur. 


 

82 


Yovşan-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Artemisia»,  rus  dilində  «Polınğ»  adlanır.  Qış  aylarında  qışlaqlarda 

yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərindən yastı, qıl, soxulcan 

qurdlarının  törətdikləri  xəstəliklərə  qarşı  dərman  kimi  istifadə  olunan  santolin  alınır.  Xalq 

təbabətində  yel  (revmatizm),  mədə  xəstiklərinə  qarşı,  iştah  artırıcı,  sakitləşdirici  vasitə  kimi 

işlədilir. Həmçinin şərabçılıqda, ədviyyatdə istifadəyə yararlı, efir yağlı, vitaminli növləri vardır. 

Səciyyəvi ətirli iyi, çox acı dadı vardır. Otaq şəraitində ən çox yun xalçalara zərər verən güvəyə 

qarşı  mübarizə  məqsədi  ilə  istifadə  olunur.  Azərbaycan  florasında  16  növü  vardır.  MNB-da 

kolleksiya sahəsində 2 növü becərilir.  

Yulafsof  (Yulafca)-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Helictotrichon», rus dilində «Ovseü» adlanır. Otlaq bitkisidir. Bütün heyvanlar tərəfindən yaxşı 

yeyilir. Azərbaycan florasında 4 növü məlumdur. 

Yulğun-  Yulğunçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Tamarix»,  rus  dilində 

«Tamariks»,  «Qrebenhik»  adlanır.  Boya,  aşılayıcı,  balverən,  dekorativ  növləri  vardır. 

Quraqlığadavamlı bitki olduğundan, gümüşü yarpaq və çiçəyi gözoxşayan xüsusiyyətlərinə görə 

yaşıllaşdırmada geniş tətbiq etmək olar. Azərbaycan florasında 5 növü məlumdur. 



Yumaqotu- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

ikiillik  bitkidir.  Bitki  latın  dilində  «Carlina»,  rus  dilində  «Kolöçnik»  adlanır.  Dekorativ 

bitkilərdir. Azərbaycan florasında Adi yumaqotu növü məlumdur. 

Yumşaqsüpürgə-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Calamagrostis», rus dilində «Veynik» adlanır. Azərbaycan florasında 7 növü məlumdur. 



Yunluca-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Eriochloa»,  rus 

dilində «Şerstək» adlanır. Azərbaycan florasında Nazikbel yunluca növü yayılmışdır. 



Yüvacıq  otu-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Neottia»,  rus  dilində  «Qnezdovka»  adlanır.  Çiçəkləri  yaraların  sağalmasında,  kökümsovu  isə 

qurdqovucu dərman kimi istifadə olunur. Azərbaycan florasında Həqiqi yuvacıq otu növü vardır. 

 Yuvaotu-  Qurdağzıçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Pedicularis», rus dilində «Mıtnik» adlanır. Azərbaycan florasında 6 növü məlumdur. 



Zanbaq-  Zanbaqçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Lilium» 

adlanır. Bu söz Qərbi Avropada yaşamış qədim Kelt dilindən götürülmüşdür. Lüğəti mənası «li»- 

ağ deməkdir. Rus dilində «Liliə» adlanır. Fransada bitki daha çox sevilmiş və onu «Kral zanbağı» 

adlandırmışlar. Eramızdan 1000 il qabaq zanbağın qiymətli növləri ilə kilsə, məbəd və sarayların 

bəzədilməsində  istifadə  olunurdu.  Qədim  Misirdə  bu  bitki  azadlıq  rəmzi  sayılmaqla  ən  çox 

rəsmlərdə,  mərmər  və  divar  naxışlarında  əks  edilirdi.  Qafqazda,  xüsusən  Azərbaycanda 

soğanaqları qızardılaraq yeyilir, ondan alınan efir yağlarından üzdə əmələ gələn ləkəyə və qulaq 

ağrılarına qarşı istifadə olunur. Azərbaycan florasında 4 növü vardır ki, bunlardan 1-i də mədəni 

şəraitdə  becərilir.  Əksər  növləri  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  keçmiş  ittifaqın  və 

Azərbaycanın «Qırmızı Kitab»larına daxil edilmişdir.  MNB-da kolleksiyada becərilir.  



Zefirantes-    Nərgizkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Zephyranthes»  adlanır. 

Lügəti  mənası  «gözlənilmədən»,  «tezliklə  çiçək  açan»  deməkdir.  Bəzək-  bağçılıqda  əvəz 

olunmaz  bəzək  bitkisidir.  Yayın  istisində  kütləvi  surətdə  açan  ağ  çiçəkləri  adama  böyük  zövq 

verir.  MNB-da  ağ  və  çəhrayı  növləri  kolleksiyada  becərilir.  Ağ  zefirantes  növü  12-illik 

aqrotexniki qulluqdan sonra Abşeronda özünü həmişəyaşıl bitki kimi aparır. 

Zeytun-  Zeytunkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Olea»,  rus  dilində  «Maslina» 

adlanır.  Zeytun  meyvələrinin  tərkibində  44,8-72,4%  yağ,  müxtəlif  şəkərlər,  zülaldar,  mineral 

duzlar,  vitaminlər  və  s.  vardır.  Zeytun  meyvələri  emal  edilmiş  halda  (şorabaya  qoyulur)  yaxşı 

ləzizdir (desertdir). Müalicə vasitəsi kimi zeytun meyvələri və yarpaqları istifadə olunur. Zeytun 

meyvələrindən alınmış yağ böyrəklərin fəailiyyətinə, həzm orqanlarının işinə yaxşı təsir göstərir. 

Zeytun yağı ödqovucu, sidikqovucu, yumşaldıcı, antisklerotik xüsusiyyətlidir. Zeytun yağı mədə 

və  onikibarmaq  bağırsağın  xorası,  qəbizlik,  qanaxma  verən  babasil,  mədə  və  bağırsağın    selikli 


 

83 


qişanın  soyuqlaması,  mayelərlə  zəhərlənmələr  zamanı  ağız  boşluğunda,  udlaqda  və  mədədə 

selikli  qişanın  yanığı,  həmçinin  arı  sancması,  müxtəlif  həşəratların  dərini  zədələməsi  zamanı 

sürtkü yağı kimi istifadə olunur. Öd kisəsi daşlarının tökülməsini təmin etmək üçün gündə 60 qr 

zeytun yağı içmək məsləhət görülür. Yarpaqlarından hazırlanmış cövhər və həlim arterial təzyiqi 

aşağı  salır,  şişmələr  zamanı  sidikqovucu  kimi  təsir  edir,  həmçinin  ateroskleroz  və  piylənmə 

zamanı profilaktik və müalicə vasitəsi hesab edilir. Azərbaycan florasında Avropa zeytunu növü 

məlumdur.  MNB-da zeytunun 15-20 metrlik xiyabanları (alleyası) vardır. 

Zəfəran-  Süsənçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Crocus»  adlanır.  Bu  sözün 

mənası  «sap»  deməkdir.  Bitkinin  adı  ərəb  dilində  «Səfəran»  adlanır,  bu  zəfəran  sözündən 

götürülmüşdür  ki,  mənası  sarı  deməkdir.  Rus  dilində  «Şafran»  adlanır.  Xoş  rənginə,  dadına, 

ətrinə  görə  Azərbaycan  mətbəxində  ətirli  ədviyyat  kimi  işlədilir.  Yağ,  pendir  istehsalında, 

müxtəlif  şirniyyat  növlərinin  və  spirtsiz  içkilərin  hazırlanmasında  zəfərandan  istifadə  olunur. 

Zəfəranın  qurudulmuş  dişicik  tellərinin  dəmlənməsi,  balla  qarışığı,  təzə  çiçək  açarkən  dişicik 

tellərinin qoparılıb  dilin  altına qoyulması,  almanın  içinin  ovulub onun  içərisinə  qoyulması  və s. 

davacatları  beyin  hüceyrələrinə  və  damarlarına  yaxşı  təsir  etməklə,  onların  kirəcləşməsinin 

qarşısını  alır,  gözün  torlu  qişası  xəstəliklərinin,  mirvari  suyunun,  sarılıq,  qaraciyər,  öd  kisəsi, 

mədə-bağırsaq  xəstəliklərinin  müalicəsinə  kömək  edir.  Orqanizmə  güc,  gümrahlıq  və  cəsarət 

verir.  Zəfəranın  erkəkcik  telləri  sonsuzluğa  qarşı  əvəzsiz  müalicəvi  əhəmiyyətə  malik  dərman 

kimi,  qurudulmuş  çiçək  ləçəkləri  isə  sinəyumşaldıcı  vasitə  kimi  istifadə  olunur.  Azərbaycan 

florasında 6 növü məlumdur. Bu növlərin hamısı  MNB-da becərilir. Onların əksəriyyətinin kökü 

kəsilmək  üzrədir.  Ona  görə  də  onların  2  növü  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilib. 

Qalan növlərin də «Qırmızı Kitab»a daxil edilməsi məqsədəuyğundur. 

Zəngçiçəyi-  Zəngçiçəyikimilər fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik bitkilərdir. 

Bitki  latın  dilində  «Campanula»  adlanır.  Lüğəti  mənası  campana-zəng  deməkdir.  Rus  dilində 

«Kolokolğçik»  adlanır.  Xalq  arasında  bir  çox  növləri  qida  bitkisi  kimi  ürəkkeçməyə  və  şəkər 

xəstəliklərinə  qarşı  istifadə  olunur.  Bir  çox  növləri  dekorativ  bitki  kimi  əkilib  becərilir. 

Yaşıllaşdırmada müxtəlif bəzək ləklərinə  yaraşıq vermək və  gül dəstəsi düzəltmək üçün istifadə 

etmək olar. Azərbaycan florasında 46 növü bitir. 



Zəravənd-  Zəravəndkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Aristolochia»,  rus  dilində  «Kirkazon»  adlanır.  Dekorativ  bitkilərdir.  Bəzi  növləri  xalq 

təbabətində istifadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. 

Zımbırtikan  (Göytikan)-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Eryngium»,  rus  dilində  «Sineqolovnik»  adlanır.  Zımbırtikanın 

yarpaqlarında  163  mq%  C  vitamini  vardır.  Zımbırtikanın  yağı  ənbər  və  müşkə  oxşar  xoş  ətirə 

malikdir.  Təzə  şirəli  kökləri  qidada  istifadə  olunur.  Dekorativ  bitkidir.  Azərbaycan  florasında  4 

növü məlumdur. 

Zinniya-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki 

latın  dilində  «Zinnia»,  rus  dilində  «Üinniə»  adlanır.  Zinniya  bəzək-bağçılıqda  müxtəlif  formalı 

çiçəkliklər  salmaq  üçün  geniş  istifadə  olunur.  Çiçəkləri  iri,  rəngli  olduğundan  gül  dəstəsi 

düzəltmək üçün də istifadə olunur. Azərbaycan florasında Zərif zinniya növü vardır. 



Zirə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Carum» adlanır. Lüğəti mənası car-baş deməkdir. Rus dilində «Tmin» adlanır. Hal-

hazırda  tərkibindəki  efir  yağına  görə  çörək-bulka,  yeyinti,  konserv  sənayesində,  ətriyyat, 

kosmetika  istehsalında,  əczaçılıqda  geniş  istifadə  edilir.  Zirə  qusmanın  qarşısını  alır,  həzm 

sistemini  qaydaya  salır.  Xalq  təbabətində  zirənin  meyvə  və  toxumlarından  hazırlanan  ekstrakt, 

cövhər  və  dəmləmələrdən  sidikqovucu,  qadın  xəstəliklərində  ağrıkəsici  kimi  istifadə  edilir  və 

bağırsaq  xəstəliyində  çay  kimi  dəmlənib  qəbul  edilir.  Adi  zirə  toxumundan  alınmış  ekstraktdan 

müxtəlif  dərəcəli  şişlərin,  göz  xəstəliklərinin,  nevrozun  müalicəsində,  maddələr  mübadiləsinin 

nizama  salınmasında  istifadə  edilir.  Adi  zirədən  hazırlanan  preparatlar  xroniki  mədə-bağırsaq 

xəstəliklərində  geniş  tətbiq  edilir.  Ondan  həzmetmə  qabiliyyətinin  yaxşılaşdırılmasında, 



 

84 


iştahgətirici,  köpmənin  qarşısını  alan  və  yelqovucu  vasitə  kimi  də  istifadə  edilir.  Azərbaycan 

florasında 3 növü məlumdur. 



Zirəvər-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Chamaesciadium»  adlanır.  Lüğəti  mənası  chamai-  torpaqda  yerləşmiş,  scias-  çətir 

deməkdir.  Rus  dilində  «Nizkozontiçnik»,  «Xamesüiadium»  adlanır.  Yaxşı  yem  bitkisi  sayılır. 

Azərbaycan florasında Gövdəsiz zirəvər növü məlumdur.  



Zəyrək  (Kətan)-  Zəyrəkkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  ya  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Linum»,  rus  dilində  «Len»  adlanır.  Əzilmiş  toxumlar  suda  bişirilmiş  sıyıq 

halında  yarasağaldıcı  kimi  istifadə  olunur.  Toxumlarından  yağ  alanır.  Toxumlarında  42-45%-ə 

qədər  yağ  vardır.  İşlətmə  zəyrək  növü  əvvələr  işlətmə  dərmanı  kimi  istifadə  olunurdu. 

Azərbaycan florasında 13 növü məlumdur ki, bunlardan ikisi də mədəni şəraitdə becərilir. 

Zirinc-  Zirinckimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Berberes»,  rus  dilində 

«Barbaris»  adlanır.  Turşməzə  tamı  vardır.  Zirinc  meyvəsində  68,12%-ə  qədər  su,  7,01%  şəkər, 

0,11%  saxaroza,  0,83%  aşı  və  boya  maddələri,  0,57%-ə  qədər  pektin,  yarpağında  C  və  E 

vitaminləri  vardır,  ümumi  turşuluğu  4,5%-dir  (alma  turşusuna  görə).  O  güclü  tərqovucu  və 

büzüşdürücü  xassəyə  malikdir.  Zirinc  yarpağından  hazırlanmış  cövhər  böyrək,  qaraciyər,  sidik 

kisəsi  xəstəliklərinə,  qanaxmaya  qarşı  işlədilir.  Zirinc  meyvəsindən  alınan  şirə  yaxşı  iştaha 

açandır.  Yun  və  dəri  məmulatını  sarı  rəngə  boyamaq  üçün  onun  meyvə,  kök  və  gövdəsindən 

istifadə  edilir.  Kök  və  qabığından  «berberin»  alkaloidi  alınır.  Bundan  isə  mədə-bağırsaq 

xəstəliklərində, doğuşdan sonrakı qanaxmalarda istifadə edilir. Zirincin bir çox növlərindən Orta 

Asiyada,  Hindistanda,  İranda,  Əfqanıstanda,  Qafqazda  xalq  təbabətində  ağız  boşluğunun 

iltihabına, qarın  ağrısına  və  susuzluğa  qarşı  geniş  istifadə  olunur.  Respublikamızın  daşlı-çınqıllı 

dağ  yamaclarının  meşələşdirilməsində    və  qoruyucu  meşə  zolaqlarının  salınmasında  zirincdən 

geniş istfadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. MNB-nın kolleksiya sahəsində 5 

növün kolleksiyası vardır.  



Ziyilotu  (bax: Dəmrovotu). 

Ziyilsəbət-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik 

bitkilərdir.  Bitki  latın  dilində  «Lapsana»,  rus  dilində  «Borodavnik»  adlanır.  Azərbaycan 

florasında 4 növü məlumdur.  

Zoğal- Zoğalkimilər fəsiləsinə aiddir. Bitki latın dilində  «Cornus»  adlanır.  Lüğəti mənası 

cornus-  buynuz  deməkdir.  Rus  dilində  «Kizil»  adlanır.  Meyvələri  zəngin  tərkibə  malikdir. 

Meyvələrdə şəkərlər (5,9-15,13%), 1,02-2,87% üzvi turşular, 0,58-0,73% pektin, 0,55-0,66% aşı 

maddələri, 33,5-105,6 mq% C vitamini vardır. Zoğal meyvəsindən mürəbbə, kompot, şirə, spirtli 

içkilər  hazırlanır.  Zoğal  çəyirdəyindən  üyüdüldükdən  sonra  kofe  üçün  surroqat,  yarpaqlarından 

gön  aşılamada  və  həmçinin  çay  kimi  istifadə  edilir.  Çiçəkləri  bal  arıları  üçün  yaxşı  nektar 

mənbəyidir. Oduncağı möhkəm olduğundan ondan düymə, əsa, müxtəlif kənd təsərrüfatı alətləri 

üçün saplıq hazırlanır. Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə 

və  zökəm  xəstəlikləri,  zoğal  həlimindən  isə  qızdırma,  qanlı  ishal  xəstəliklərinin  müalicəsində 

istifadə  edilir.  Qovrulmuş  çəyirdəyinin  unundan  yaraların  dezinfeksiyasında  istifadə  olunur. 

Azərbaycan florasında Adi zoğal növü məlumdur. MNB-da kolleksiyada vardır.  

Zöhrəçiçəyi-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Cypripedium»,  rus  dilində  «Venerin  başmaçok»,  «Kukuşkin  başmaçok»  adlanır.  Azərbaycan 

florasında 1 növü məlumdur.  

Zöhrəotu-  Südləyənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Mercurialis»,  rus  dilində  «Prolesnik»  adlanır.  Gövdə  və  yarpaqları  boya  əhəmiyyətlidir  (göy 

rəng), zəhərli bitkidir. Azərbaycan florasında Çoxillik zöhrəotu növü vardır. 

 

 

 

 


 

85 


 

 

ƏDƏBĠYYAT 

 

1. Axundov A. «Azərbaycan dilinin orfoqrafiya lüğəti». Bakı, «Lider» nəşriy- 



    yatı, 2004, 728 s. 

2.  Əsədov K., O. İbadlı. Yabanı qida bitkiləri. Bakı,1989,   95 s. 

3. Əsədov K., Məmmədov F., Sadıxova S. Böyük Qafqazın Şimal-Şərq    

     hissəsinin dendroflorası və meşələri. Bakı, «Bakı Universiteti» nəşriyyatı,  

     2008, 276 s. 

4. Əsgərov A. «Azərbaycanın ali bitkiləri». I cild. Bakı. «Elm», 2005, 248 s. 

5. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» II cild. Bakı, «Elm», 2006, 284 s.  

6. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» (Lamiaceae, Asteraceae). III cild.  

     Bakı, «Elm», 2008, 244 s. 

7. Həsənov Z., Əliyev C. Meyvəçilik, Bakı, MBM nəşriyyatı, 2007, 496 s. 

8. Həsənov Z., Əliyev C., Qasımov V., Əlizadə S., Məmmədova M., İdrisov  

    H., Süleymanova Y. «Meyvə və tərəvəz bitkiləri», Bakı, «AGAHI»  

    nəşriyyatı, 2000, 224 s. 

9. Həsənov Z. M., Abbasov Q.C., Süleymanova Y.V.. «Subtropik bitkilər»,  

    Bakı, Aqrar-ekologiya nəşriyyatı, 2001, 199 s. 

10. Həsənov Z., Meyvəçilik (laborator-praktikum) B., Azərbaycan. «Bilik»,  

     1997, 237 s. 

11. Həsənov Z. M. Pomoterapiya (Meyvələrlə müalicə). «Gəncə poliqrafi- 

       ya» ASC. Gəncə, 2007, 89 s. 

12. İbadlı O., Ağamirov Ü., Bayramov A. Gülçülük.   Bakı, «Ozan», 

       2003, 224 s. 

13. İbadlı O., A.Mehralıyev. Abşeron şəraitində sarmaşan    bitkilərin 

      becərilməsi: Bakı, «Ozan», 2006, 88 s. 

 14. İbadlı O.  «Müalicə bitkiləri. Soğan». Bakı, «Çıraq», 2002, 16 s.  

 15. İbadlı O.  Müalicə bitkiləri. Zəfəran. Bakı, «Çıraq», 1999, 16  s. 

 16.  İbadlı O. Zəfəran (Azərbaycan, rus və ingilis dillərində),  Bakı, 

       «Tural» NPM, 2005, 28 s. 

17. İbadullayeva S. C., Cəfərli İ. Ə. «Efir yağları və aromaterapiya». Bakı,    

      «Elm», 2007, 116 s.  


 

86 


18. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Dərslik. Bakı, «Bakı  

       Universiteti» nəşriyyatı, 2009, 420s.     

 19. «Nəbatat terminləri (azərbaycanca-  rusca) və bitki adları (azərbycan- 

        ca-latınca-rusca-ingiliscə), (latınca-  azərbaycanca-rusca-ingiliscə) 

        lüğəti», Bakı, «Elm», 2008, I cild 328 s. 

  20. «Nəbatat terminləri (rusca-azərbay-  canca) və bitki adları (rusca- 

        azərbaycanca-latınca-ingiliscə),  (ingiliscə-azərbaycanca-latınca- 

        rusca) lüğəti», II cild, Bakı, «Elm», 2008,  352 s. 

21. Səfərov İ. S., Əsədov K. S. Azərbaycan meşələrinin nadir ağac və  

       kolları. Bakı, «Maarif», 1984, 136 s.  

22. Talıbov T. İbrahimov Ə. «Naxçıvan Muxtar Respublikası florasının  

       taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu  

        bitkilər)», «Əcəmi» NPB, 2008, 364 s.  

23. Алекперли Ф.У. «Тысяча и один секрет Востока», Баку, Изд-во Нурлан,  

       2008, 490 с. 

24. Дворецкий И. Х. Латинско-русский словарь. Изд. 2-е, переработ. и доп. М.,  «Русский 

язык», 1976. 

25. Декоративные травянистые растения для открытого грунта. Том 1,  Изд- 

       во «Наука», 1977, 330 с. 

26.Декоративные травянистые растения для открытого грунта. Том 2. Изд-во  

     «Наука», 1977, 458 с. 

27.Ибадлы О.В. «Конспект геофитов Кавказа» Баку, «Турал» ИПЦ, 2005,                          

     с. 64. 

28. Касумов Ф. Ю. «Эфиромасличные виды рода Thymus флоры Кавказа и  

      пути их рационального использования». Автореф. дис.... док. биол. наук.  

      Баку, 2006, 49 с. 

29. Сааков С.Г. Оранжерейные и комнатные растения. Издательство «Наука»,            

      1983, 616 ст. 

30. Флора Азербайджана . Изд-во АН Азерб. СССР. Т. Ы-ВЫЫЫ, Баку, 1950-1961. 

31. Флора СССР, В 1-30 тт., М., Л., 30т., 1934-1960. 

32. Черепанов С. К. Сосудистые растения Росии и сопредельных государств  

      (в пределах бывшего СССР). Русское издание. СПБ, Мир и семья, 1995,    



      992 стр. 

 

Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin