N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix07.01.2017
ölçüsü3,61 Mb.
#4825
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

6.6 K vitamini 
 
Buna a n t i h e m o r r o k i k  vitamini də deyilir. Bu qanın 
laxtalanmasında  iştirak  etdiyindən  onun  çatışmamazlığında  qan 
laxtalanma  qabiliyyətini  itirir.  Bədənin  müxtəlif  hissələrində 
(dəridə, qarın boşluğunda, əzələlərdə) qan sızmaları müşahidə edi-
lir, qan azlığı baş verir. Bu vitamin protrombinin əmələ gəlməsin-
də iştirak edir, prokonvertini stabilləşdirir. 
K  vitamini  açıq-sarı  rəngli  kristallik  maddə  olub,  52
0
  C 
temperaturda əriyir. Reduksiya etdikdə rəngsizləşir, oksidləşdikdə 
isə  saralır.  Bu  vitamin  ultrabənövşəyi  şüaların  və  qələvilərin 
təsirindən  pozulur.  Lakin  havada  uzun  müddət,  hətta120
0
  C-yə 
kimi qızdırdıqda belə pozulmur. 
K vitaminləri üzvi həlledicilərdə yaxşı həll olur. O bir neçə 
formada olur. Onlardan K
1
 və K
2
 vitaminləri əsasdır. K
1
 vitamini-
nə α─filloxinon, K
2
 vitamininə isə farnoxinon da deyilir. 
K
1
 vitamininin tərkibi aşağıdakı kimidir:  
 
 
 
Bunun  kimyəvi  adı  2-metil-3-fitil-1,4-naftoxinondur.  Bu 
1940-cı ildə sintetik yolla da alınmışdır. 
K vitamini naftaxinon qrupuna aiddir. Bunun bioloji fəallı-
ğında nüvəsi əsas rol oynayır, yan zəncir isə az əhəmiyyətlidir. 
K  vitaminləri  orqanizmdə  parçalanaraq  2-metil-1,4-nafto-
inona da çevrilir ki, bu da zəif də olsa, fəallığa malikdir. Bu, K

vitamini də adlanır.
 
                      CH
3
            CH
3                  
CH
3    
             CH
3
        
                      
│                  │                  │                      │ 
─CH
2
─CH═C─(CH
2
)
3
─C─(CH
2
)
3
─CH─(CH
2
)
3
─CH─CH

                                                                  
                                                                
 
                   
         
 
 
  
O
 
║ 
CO 
  ─CH
3
 

151 
 
K vitamininin çatışmazlığına quşlar, xüsusən cavanlar çox 
həssasdır. O, bitgilərdə ən çox qara yoncada, kələmdə, ispanaqda, 
yerkökündə, gicitgəndə və qarğıdalının saçağında olur. 
Təbabətdə və baytarlıqda ən çox K vitamininin əvəzedicisi 
olan vikasol və ya metil-naftoxinonun bisulfitli törəməsi işlənir. 
 
 
 
 
Bu  maddə  suda  yaxçı  həll  olur,  toksiki  təsiri  azdır  və 
bilavasitə qana yeridilə bilər. 
Vikasoldan  qanaxmalarını  dayandırmaq  üçün  də  istifadə 
edilir. 
 
 
6.7 F-vitamini. 
 
Linol, linolen və araxidon turşuları F vitamini (fat ingiliscə  
yağ  deməkdir)  sayılır.  Bunlardan  ən  fəalı  araxidon  turşusudur. 
Vitaminlər  ən  çox  bitki  yağlarında  (qarğıdalı,  günəbaxan)  olur, 
insan  və  heyvanlarda  sintez  olunmur.  Qeyd  edilən  turşular  suda 
həll  olmur,  lakin  üzvi  həlledicilərdə  yaxşı  həll  olur  və  yüksək 
bioloji  fəal  maddələrdir.  Plastik  funksiya  daşıyır.  Bu  turşuların 
bəzilərindən bir qrup prostaqlandinlər əmələ gəlir. 
F  vitamininin  çatışmazlığı  siçovullarda  tüklərin  tökülmə-
sinə,  dermatitə,  boy  inkişafının  dayanmasına  səbəb  olur.  Ağır 
formada insanda damarlarda skleroz, hiperxolesterinemiya müşa- 
K
3
-Vitamini 
Vikasol 
CO 
CO 
  ─CH
3
 
  ─CH
3
 
OH        SO
3
Na 
 
      C
 
 
CO 

152 
 
hidə edilir, yolxucu xəstəliklərə həssaslıq artır. 
Kənd  təsərrüfatı  heyvanlarında  F  vitamininin  çatışmazlığı 
yaxşı öyrənilməmişdir, lakin müəyyən edilmişdir ki, süd məhsul-
darlığı azalır, cavanların boy inkişafı dayanır, nəsl vermə pozulur. 
 
 
6.8 Q vitamini. Ubixinon. 
 
Q vitamini yaxud koferment (K
o
Q) adlanır. Ubixinon və ya 
koenzim Q canlı aləmdə çox geniş yayılmış kofermentlərdən biri-
dir. Ona canlıların toxuma və hüceyrələrində təsadüf edilir. Koen-
zim Q əksəriyyət etibarilə hüceyrələrin mitoxondrilərində olur. O, 
toxuma  tənəffüsü  (bioloji  oksidləşmə)  prosesində  elektronların 
membran dehidrogenazalarından sitoxrom sisteminə keçirilməsin-
də  iştirak  edir.  Lakin  ona  başqa  ferment  sistemlərində  də  (məsə-
lən, qaraciyərin aldehidoksidazasının tərkibində) təsadüf olunur.  
Koenzim Q-nün kimyəvi quruluşunun əsasını 2,3-dimetok-
si-5-metil-1,4-benzoxinon  təşkil  edir.  Onun  yan  zənciri  müxtəlif 
miqdarda izoprenoid qalıqlarından ibarətdir. 
 
 
 
Ubixinon  suda  həll  olmayan  maddədir,  oksidləşmə-reduk-
siya  qabiliyyətinə  malikdir.  Bu  vitamin  mitoxondriyaların  daxili 
membranlarında  elektron  köçürücü  zülalların  tərkibinə  daxildir. 
Tənəffüs prosesində flavoproteidlərdən (membran dehidrogenaza-
lardan)  V  sitoxromdakı  dəmirə  elektronların  köçürülməsində 
Ubixinon (koenzim Q) 

 

 
                      CH
3
 
                      │ 
─(CH
2
─CH═C─CH
2
)
n
 
  H
3
CO─ 
  H
3
CO─ 
  ─CH
3
 

153 
 
koferment funksiyasını yerinə yetirir. Bu vitamin heyvan məhsul-
larında  sintez  olunur.  Ubixinon  bitki  və  heyvan  məhsullarında 
vardır. Heyvan orqanizmində ən çox qaraciyərdə olur. 
K
o
Q-əzələ  distfrosiyası  və  ürək  fəaliyyətinin  çatışmazlığı 
hallarında da şəfaverici təsir göstərir. 
 
 
6.9 B
1
 vitamini. 
 
B
1
  vitamini  (və  ya  tiamin)  rəngsiz,  acı  kristalik maddədir, 
suda yaxşı həll olur, temperatur və turş mühitdə davamlıdır. Zəif 
qələvi mühitdə  tez pozulur. Tərkibində həm kükürd, həm də amin 
qrupu olduğuna görə B
1
-vitamininə tiamin də  deyilir. Tiamin  (və 
ya  anevrin)  primidin  nüvəsi  ilə  tiazol  halqasından  əmələ  gəlmiş-
dir.  Bu  vitaminin  kimyəvi  quruluşu  Vilyams  və  Vandaus  tərəfin-
dən aydınlaşdırılmışdır və quruluşu belədir: 
 
 
B
1
 vitamini tiaminxlorid formada turş mühitdə mövcuddur.  
Neytral və qələvi mühitdə bu quruluş dəyişir, tiamin mole- 
kulunda sərbəst aldehid və sulfhidril qrupları yaranır. Bu vitamin 

154 
 
insan  və  heyvanların  orqanizmində  tiamin  pirofosfst  formasın-
dadır, sərbəst şəkildə olmur. 
 
 
 
Tiaminin fosforlaşması qaraciyərdə tiaminpirofosfokinaza-
nın işdirakı ilə gedir. Reksiya sxematik belə yazılır: 
Tiamin+ATF Mg+2 tiaminpirofosfat+AMF.  
Tiaminpiro-fosfat  karboksilaza  fermentinin  kofermentidir. 
Odur  ki,  buna  kokarboksilaza  da  deyilir.  Tiaminpirofosfat  amin-
turşularının mübadiləsində (karboksilsizləşməsində) iştirak edir. O 
kifayət  qədər  sintez  olunmadıqda  karbohidratların  aralıq  müba-
diləsi, xüsusilə piroüzüm turşusunun dekarboksilləşməsi pozulur. 
B
1
  vitamini  lipotiamindifosfat  (LTDF)  formasında  piroü-
züm,  quzuqulaqsirkə,  alfa-ketoqlutar  turşularının  oksidləşməklə, 
dekarboksilləşməsini kataliz edən fermentlərin dehidrogenazaların 
tərkibinə daxil olur. 
İnsan  və  heyvanlarda  B
1
  vitamin  çatışmadıqda  beriberi 
(sinqalezcə-bacarmıram deməkdir) xəstəliyi və ya polinevrit əmə-
lə gəlir. Bu xəstəlik, əsasən ürəyin və sinir sisteminin fəaliyyətinin 
pozulması ilə xarakterlənir. 
 
 
Xəstə  müvazinətini  itirir,  çox  arıqlayır.  Orqanizimdə  kar-
boksilaza  azalır,  toxumalarda  piroüzümturşusunun  miqdarı  çoxa-
lır, oksidləşmə-reduksiya prosesləri pozulur. Buna sinir toxuması  
          N═C─NH
2
        CI 
          │        │             │ 
H
3
C─C         C─CH
2
─N ─ C─CH
3
                   O        O 
          ║        ║             ║     ║                            ║        ║ 
          N ── CH        HC     C─CH
2
─ CH
2
─O─P─O─P─OH 
                                                                            │        │ 
                                         S                                 OH     OH 
 
Tiaminpirofosfat 

155 
 
çox həssasdır və polinevrit də bununla əlaqədardır. 
B
1
  vitaminin  yemdə  çatmazlığına 
at, donuz, it və adadovşanı daha çox həs-
sasdır. 
Gövşəyən  heyvanların  B
1
  vitami-
ninə  təlabatı  azdır.  Çünki  olnların  mədə 
önlüklərindəki  mikroflora  bu  vitamini  
sintez edir. Quşlarda və təkkameralı hey-
vanlarda  anevrin  əsasən  kor  bağırsaqda 
sintez olunur.  
B
1
 vitamini müxtəlif bitgilərin ayrı- 
ayrı orqanlarında müxtəlif miqdardadır.  
Bitkidə  B
1
  vitamini  yetişmə  fazasında  yarpaq  və  gövdədən 
toxuma keçir. Buğdanın dənini yetişmə dövründə onda 2,4 mq/kq, 
tam yetişmədə 5,4 mq/kq tiamin olur. Tiamin dənli-paxlalı bitki-
lərin  (düyü,  noxud,  buğda,  vələmir  və  s.)  qabığında  daha  çoxdur 
(0,02-0,06 mq %). Buğda dənində 1-1,5 mq % B
1
 vitamini var. 
B
1
  vitamini  heyvan  məhsullarından  ən  çox  qaraciyərdə, 
böyrəklərdə, ürəkdə, daha çox isə pivəmayasında mövcuddur. 
  
 
 
6.10 B
2
 vitamini.
 
 
B
2
  vitamini  və  ya  riboflavin  metilləşmiş  izoalloksazinlə 
ribitol spirtindən əmələ gəlir. O, suni halda da sintez edilmişdir. 
Bu  vitaminin  kimyəvi  adı  6,7  dimetil-9-ribitilizoalloksa-
zindir. 
B
2
 vitamini sarı kristalik maddə olub, suda yaxşı həll olur, 
2,92
0
C temperaturda əriyir.Temperatur və ultrabənövşəyi şüaların 
təsirinə davamsızdır. İşığın təsirilə ribitola və dimetilizoalloksazi- 

156 
 
nə parçalanır. 
 
 
Flavinlər  qrupuna  aid  olduğundan  və  tərkibində  ribozanın 
qalığını  saxladığı  üçün  ona  riboflavin  də  deyilir.  Bu  vitamin 
filavin  fermentlərinin  kofermentidir.  Hazırda  30-a  yaxın  flavin 
fermentləri  məlumdur.  Bunların  az  qismində  prostetik  qrup 
riboflavinfosfatdır, çoxunda isə flavinadenindinukleotiddir (FAD) 
yəni  B
2
  vitamini  ilə  adenilnukleotidin  kompleksidir.  Bu  vitamin 
tərkibindəki  ikiqat  rabitə  hesabına  özünə  hidrogen  molekulunu 
birləşdirmək  və  ayırmaq  qabilyətinə  malikdir.  Hidrogenlə  birlə-
şəndə rəngsizləşir, hidrogendən ayrılanda isə əvvəlki rəngini alır. 
 
Odur  ki,  B
2
  vitamini  oksidləşmə-reduksiya  proseslərində, 
toxuma tənəffüsündə iştirak edir. 
B
2
  vitamin  heyvan  orqanizmində  sərbəst  və  zülallarla  bir-
ləşmiş formada-kompleks şəklində olur. 
Riboflavin asan fosforlaşır. Riboflavin fosfat efiri forma- 
   
↔  
 
-2H 
H
3
C─ 
H
3
C─ 

│ 


│ 

N─H 

│ 



NH 
NH 
CO 
CO 
H
3
C─ 
H
3
C─ 
CO 
CO 
Oksidləşmiş (rənglənmiş) 
forma 
Reduksiyalaşmış (rəngsiz) 
forma 
CH
2
−(CHOH)
3
 CH
2
OH 
│ 






İzoalloksazin 
NH 
NH 
CO 
CO 
H
3
C─ 
H
3
C─ 
B
2
-Vitamini 
CO 
CO 

157 
 
sında  aminturşuları  oksidazasının,  ksantinoksidazanın,  müxtəlif 
dehidrogenazanın  da  tərkibinə  daxildir.  Sarı  tənəffüs  fermenti  də 
riboflavinin fosfat efiri ilə zülaldan ibarətdir.  
B
2
  vitamini  çatışmadıqda  insan  və  heyvanlarda  hemoqlo-
binin,  oksireduktazaların  sintezi,  boy  və  inkişafla  əlaqədar  olan 
oksidləşmə  prosesləri  pozulur,  dermatit  əmələ  gəlir,  boy  prosesi 
və qanın regenerasiyası ləngiyir, gözlər xəstələnir, tüklər tökülür. 
Riboflavinin çatmazlığına donuz, it və quşlar daha həssas-
dır.  B
2
  vitamininin  sintezi  həm  işıqda,  həm  də  qaranlıqda  gedir. 
Onun miqdarı toxum cücərməyə  başlayandan çiçəkləmə fazasına 
qədər artır. Bu vitamin cavan orqanlarda daha çoxdur. 
Bitkilərdə  B
2
  vitamini  sintez  olunduqda  onların  azot  ehti-
yatı çoxalır. B
2
 vitamini bitginin dənində, xüsusən kəpəyində daha 
çox olur. Buğdanın qabığında 0,5 mq % və dənində isə 0,1 mq 
B
2
 vitamini vardır. Bu vitaminin miqdarı tərəvəz bitkilərində 0,03-
0,1 mq % arasında dəyişir.  
Heyvan  məhsullarından  B
2
  vitamini  böyrəklərdə,  qaraci-
yərdə (3,4 mq
%
), süddə (0,03-0,3 mq
%
), pendirdə, ətdə (0,3mq
%

və yumurtada, pivə mayasında çoxdur. 
 
 
6.11 B
3
 vitamini.  
 
Pantoten  turşusu  və  ya  B
3
  vitamini  aminsizləşmiş  valinin 
metillləşmiş törəməsi (yəni dimetildioksiyağ turşusu) ilə β-alanin-
dən ibarət olub, tərkibi belədir. 
 
 
 
 
                  CH
3
 
                  
│ 
HO─CH
2
─C─CHOH─CO─NH─CH
2
─CH
2
─COOH 
                  

 
                  CH


158 
 
Pantoten  turşusu  (və  ya  pantoten)  açıq  sarı  yapışqanvarı 
yağa  bənzər  mayedir.  Suda  yaxşı  həll  olur.  Turşu  və  qələvilərin 
istirakı ilə hidroliz olunur, peptid rabitəsi pozulur. Az davamlıdır, 
asan oksidləşir. Bu vitamin sintez edilmişdir. İnsanın, heyvanların 
və bitkilərin həyatında pantoten turşusunun rolu çox böyükdür. O, 
koenzin  A-nın  tərkibinə  daxil  olmaqla,  mübadilədə  mühüm  rol 
oynayır. 
 
 
Karbon  turşularını  (sirkə  turşusu,  palmitin  turşusu  və  s.) 
fəallaşdırmaqla,  onların  oksidləşməsinə  şərait  yaradır,  zülalların 
mübadiləsi və lipoidlərin sintezində iştirak edir.  
Pantoten turşusunun çatışmamazlığından insan və heyvan-
larda  dermatit  baş  verir,  tüklər  piqmentasiyasını  itirir,  tökülür, 
sinir sisteminin, böyrəküstü vəzlərin və ürəyin fəaliyyətində poz- 

 

 

 
NH
2
 
│ 
                                                  O               
3-fosfoadenozin 
                                                  │               
5-difosfatın 
                                             O═P─OH          
qalığı 
                                                  │ 
                          O                     O 
                                     
                     │ 
                       H  H              O═P─OH 
                 │   │  │   │             │    
                 C─C─C─C─CH
2
─O 
                 │   │  │   │ 
       OH    H   

  OH H  
       │             │ 
O ═ P ──── O 
       │ 
       OH                   
Koenzim A
                                                                                     
                                                                           
                                                                               
 tiolamin qalığı                pantoten turşusunun qalığı                                                                    
 
                                                                                        CH

 
HS─(CH
2
)
2
─NH ─ CO─(CH
2
)
2
─NH─CO─CH─C 
                                                                        │      │    CH
3
 
                                                                        OH   CH
2
 
                                                                                 │ 
                                                                           
                                                                               

 

159 
 
ğunluq əmələ gəlir.  
 
 
 
 
Pantoten  turşusu  gövşəyən  heyvanların  işkənbəsində,  tək-
dırnaqlıların  və  quşların  bağırsağında  mikroorqanizmlər  tərəfin-
dən də sintez olunur. Lakin sonuncuların tələbi ödənilmir.  
Heyvan  toxumalarında  pantoten  turşusunu  parçalayan 
fermentlərə  təsadüf  edilməmişdir.  O  orqanizmdən  sidiklə  xaric 
olunur. 
Atın yeminin hər kiloqramında 3,2 mq, cücələrinkində isə 
9 mq pantoten turşusu olduqda onların orqanizminin tələbi ödəni-
lir.  
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaq-
larda və mayalarda olur. Bundan başqa, düyü kəpəyində (1,5 –  2 
mq%), buğdada (1 mq%), buğda kəpəyində (2,5 mq%), kartofda, 
kələmdə  (0,4  mq%),  otda  (1,2  mq%),  dənli  bitkilərin  qabığında 
mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə 
də çox rast gəlinir.  
 
 
 
6.12 B
5
-vitamini (və ya PP) 
 
Bu vitamin nikotin turşusu və onun amidindən ibarətdir.  

160 
 
B
5
  vitamini,  yaxud  niasin  su  və  spirtdə  yaxşı  həll  olan,  zəif  turş 
dada malik, temperatura davamlı, ağ kristallik maddədir.  
 
 
 
Nikotin turşusu 236
0
C-də, nikotinamid isə 129
0
С-də əriyir. 
Bu  vitamin  nikotinamid  formada  oksidoreduktaza  fermentlərində 
koferment: nikotinamidadenindinukleotid (NAD) və nikiotinamid-
adenindinukleotidfosfat  (NAOF)  funksyasını  yerinə  yetirir,  yəni 
anaerob  dehidrogenazanın  tərkibində  olur,  bioloji  oksidləşmə 
reaksiyalarını  sürətləndirir,  karbohidratların  və  yağ  turşularının, 
fosfatidlərin  parçalanmasında  iştirak  edir.  PP  vitamini  donuzda, 
itdə, quşlarda və s. heyvanlarda triptofandan da əmələ gəlir. Niko-
tin  turşusunun  biosintezi  kövşəyən  heyvanların  işkənbəsində  və 
cücələrin bağırsağında daha intensiv gedir. 
B
5
  vitamini  çatışmadıqda  insanlarda  pellaqra  xəstəliyi 
əmələ gəlir. Bu da dərinin açıq  yerlərində (sifətdə, əllərdə, ayaq-
larda)  simmetrik  yaraların  əmələ  gəlməsi  və  sinir  pozğunluqları 
(qısa müddətli huşsuzluq-demensiya) ilə xarakterlənir. Bu xəstəli-
yə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.  
Ərzaq  məhsullarında  nikotin  turşusu  olmadıqda  toxuma 
tənəffüsündə iştirak edən bir sıra fermentlərin sintezi pozulur. Bu 
vitamin  karbohidrat  mübadiləsində  iştirak  edir.  Bundan  əlavə 
nikotin  turşusu  azot  mübadiləsinə,  qanda  xolesterinin  miqdarına, 
yağ turşularının sintezinə təsir göstərir. Bu vitamin qan yaranmada 
iştirak edir.  
Bu  vitamin  dənli  bitgilərin  toxumunda,  qabıq  hissəsində 
çoxdur. Buğdanın qabığında 15-30 mq %dənində isə 5-7 mq %,  

─COOH 
Nikotinamid 
Nikotin turşusu 
─CONH



161 
 
H
3
C─ 
noxudda 2 mq %, kartofda 1 mq % PP vitamini vardır. 
 
 
 
Bu  vitamin  yabanı  bitkilərdən  yemlikdə  3,1  mq  %, 
yolotunun  tərkibində  isə  1,4  mq  %  olur.  Heyvan  məhsullarından 
PP vitamini qaraciyərdə,  böyrəklərdə və ətdə də çoxdur. 
 
 
6.13 B
6
 vitamini. 
 
Bu vitaminə piridoksin  və  ya adermin də deyilir. Piridok-
sin piridinin törəməsi olub, kimyəvi adı 2-metil-3-oksi-4,5-dioksi-
metilpiridindir.  Bu  quruluş  sintezlə  də  təsdiq  edilmişdir.  Piridok-
sin 2 formada olur: piridoksal və pridoksamin. Bu vitamin çoxcə-
hətli  xüsusiyyətlərə  malikdir.  İnsanların  bağırsaqlarında  saprofit 
həyat  sürən  bəzi  mikroorqanizmlər  B
6
  vitamini  sintez  edə  bilir. 
Onların sintez etdiyi B
6
 vitamini insanın təlabatını ödəyir. 
 
Piridoksal 
Piridoksin 
HO─ 
HO─ 
HO─ 
H
3
C─ 
H
3
C─ 
H
3
C─ 
     O 
C
 
│   H 
CH
2
NH

│ 
CH
2
OH 
│ 
─CH
2
OH 

─CH
2
OH 
─CH
2
OH 

Piridoksamin 

162 
 
Orqanizmdə piridoksin oksidləşərək piridoksala və sonun-
cu isə aminləşib piridoksaminə çevrilir. 
B
6
 vitamini su və spirtdə yaxşı həll olan, acı dadlı ağ kris-
tallik maddədir,160
0
C-də əriyir, işığın təsirindən tez pozulur, turşu 
və  qələvilərə,  qızdırmaya  qarşı  davamlıdır.  Piridoksal  225
0
C-də, 
piridoksamin isə 193
0
С-də əriyir,rəngsiz kristal maddədir. 
B
6
 vitamini fosfopiroksidal halında aminoferaza və dekar-
boksilaza fermentlərində koferment rolunu oynayaraq təkrar amin
-
 
ləşmədə,  zülalların  mübadiləsində,  aminturşularının  dekarboksil-
ləşməsində, təkrar sulfatlaşmasında, purin əsaslarının, hemoqlobi- 
nin, kreatinin sintezində,yağların mübadiləsində iştirak edir. 
 
 
Heyvanlarda  (donuz,  it,  quş  və  s.)  B
6
  avitaminozu  zülal 
mübadiləsini  pozması  və  dermatitlə,  anemiya  ilə  xarakteriklənir. 
Heyvanların  boy  inkişafı  ləngiyir,  sinir  pozğunluqları  baş  verir. 
Donuzlarda hemoqlabinin miqdarı 30% azalır. Triptofanın müba-
diləsi pozulduğundan sidiklə ksanturen turşusu ayrılır. Bu vitamin 
insanın qidasında çox olduğundan onda B
6
-avitaminozluğu əmələ  
gəlmir. 
Gövşəyən  heyvanların  B
6
  vitamininə  olan  təlabatı  onların 
işkənbəsində sintez edilən vitamin hesabına ödənilir. 
B
6
  vitamini  təbiətdə  geniş  yayılmışdır.  O,  qaraciyərdə, 
yumurtada, mayalarda çoxdur. 
B
6
 vitamini buğda da 0,5 mq%, kartofda 0,2 mq%, sarı- 

─CH
2
OPO
3
H

HO─ 
HO─ 
H
3
C─ 
H
3
C─ 
     O 
C
 
│   H 
CH
2
NH

│ 
Fosfopiridoksal 
─CH
2
OPO
3
H


Fosfopiridoksamin 

163 
 
kökdə 0,1 mq% olur. Noxudda da xeyli olur. 
 
 
Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin