N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix07.01.2017
ölçüsü3,61 Mb.
#4825
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

5.4 Fermentlərin tədbiqi 
 
Hazırda  fermentlər  gündəlik  həyatda  tətbiq  sahəsinə  görə 
aminturşularından və antibiotiklərdən sonra üçüncü yeri tutur. 
Dünya bazarında istifadə olunan fermentlərin 60%-i peptid-
hidrolazaların  (sintetik  yuyucu  maddələrin  istehsalında  istifadə 
olunur),  30%-isə  qlükozidazaların  (qənnadı  sənayesində,  meyvə- 
tərəvəz  şirələrinin  hazırlanmasında  istifadə  olunur)  payına  düşür. 
Fermentlər  şərabçılıqda,  çörəkbişirmədə,  spirt,  pivə,  şirələrin 
istehsalında, tütünçülükdə, gön-dəri, ət, süd, balıq, konserv səna-
yesində, şirniyat emalında, məişətdə və başqa sahələrdə də  tətbiq 
olunur. 
Çörəkbişirmə sənayesində köbələkdən alınmış ferment (əsa-
sən  amilaza)  preparatından  istifadə  xəmirin  tez  yetişməsini  (alın-
masını, şişməsini) 30% artırır həmçinin əla növ bulka çörəyin əldə 
olunmasında saxarozaya 2 dəfəyə yaxın qənaət edir. 
Pivəbişirmədə,  spirt  istehsalında,  nişastadan  qlükoza  alın-
masında amilaza fermentindən istifadə edilir. Peptidhidrolaza fer-
menti-gön  dəri  istehsalında  ət  yeməklərinin  hazırlanmasında  (on-
lara xüsusi dad verir) istifadə edilir. 
Fermentlər təbabətdə bir sıra xəstəliklərin müalicəsində isti-
fadə edilir: Proteolitik fermentlərdən pepsin, tripsin və başqa qarı-

136 
 
şıq tərkibli (betasid, festal, abomin, panzinorm  və başqaları) olan-
lar  -  mədə  bağırsaq  yollarının  müalicəsində,  qan  dövranın  təmiz-
lənməsində,  trombların  həll  edilməsində,  asparkinaza-xərçəng  
xəstəliklərinin bəzi növlərinin müalicəsində istifadə olunur. 
Son zamanlar bəzi xəstəliklərin diaqnozunda və proqnozun-
da fermentlərin spesifik xassələrinə əsaslanaraq enzimdiaqnostika 
yaranmışdır.  Beləki,  qanda  və  sidikdə  fermentlərin  miqdarına  
əsaslanaraq bəzi diaqnozlar təyin edilir.  Məsələn: laktodehidroge-
naza (LDG), aspartataminotransferaza (AST) və aldolaza miokard 
infarktın diaqnostikasında; LDG, AST və  alaninaminotransferaza 
qaraciyər  xəstəliklərinin  diaqnostikasında;  j-qlutamiltransferaza 
orqanların köçürülmə əməliyatında onların dəyişirikliyə uğraması-
nın müəyyənləşdirilməsi diaqnostikasında və s istifadə olunurlar.  
Biokimya  laboratoriyalarında  fermentlər  bəzi  göstəricilərin 
(qlükoza, süd turşusu, piroüzüm  turşusu, ATF, ADF, AMF və s) 
bioloji materiallarda (qan, toxuma və s.) təyinində işlədilir. 
Mikrobiologiyanın və biotexnologiyanın nəaliyyətləri bakte-
riya  və  köbələk  mənşəli  fermentlərdən  heyvanların  yemləri 
mənimsənilməsini artırmaq məqsədilə  istifadəsi  get-gedə  genişlə-
nir.  Kompleks  ferment  preparatlarının  tətbiqi  yemlərdə  selluloza 
və  hemisellulozanın  da  heyvan  orqanizmində  mənimsənilməsinə 
şərait yaradır. 
Ferment preparatların saxlanılması nəticəsində onların istifa-
dəsi  çətinləşir.  Tətbiqi  enzimologiyanın  nəaliyyətləri  nəticəsində 
immobilləşdirilmiş  fermentlər-süni  ferment  qrupları  yaradılmış-
dır.  Bu  cür  immobilləşdirilmiş  fermentdə  hər  bir  ferment  süni 
surətdə  həll  olmayan  daşıyıcı  ilə  birləşir.  Daşıyıçı  kimi  üzvi 
(sellüloza, dekstrin, aqaroza, xıtın, keratin, fibroin, kollagen) həm 
də qeyri-üzvi (şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) 
maddələrdən istifadə olunur. 

137 
 
Son  zamanlar  biotexnoloji  üsul  ilə  immobilləşdirilmiş 
fermentlər istehsalına başlanmışdır. Bu cür immeilləşdirilmiş fer-
mentdə hər bir ferment öz aktivliyini saxlayır. 
Gələcəkdə fermentativ reaksiyaların mexanizminin tam açıl-
ması  reaksiyaların  sürətlə  getməsini  100%  çıxıma  nail  olmasını, 
canlı orqanizmdə bir çox xəstəliklərin vaxtında diaqnostikasını və 
müalicəsini təmin edəcəkdir. 
 
 
 
Mövzuya aid suallar  
 
1.  Fermentlər  biokatalizator  kimi  qeyri-üzvi  katalizatorlar-
dan hansı xassələrinə görə fərqlənirlər. 
2. Sadə və mürəkkəb fermentləri fərqləndirin. 
3. İrozimlər haqqında məlumat verin. Onların bioloji rolunu 
izah edin. 
4. Fermentlərin təsir mexanizmini aydınlaşdırın. 
5. Fermentlərin aktiv mərkəzi haqqında məlumat verin. 
6. Fermentlərin aktivliyinə temperatur və mühitin pH-ı necə 
təsir edir. 
8. Müasir üsulla fermentlərin adlanmasını və təsnifatını gös-
tərin. 
9.  Tibbdə  xəstəliklərin  müalicəsində  və  diaqnostikasında 
işlədilən fermentləri sadalayın. 
10. Heyvandarlığın inkişafında istifadə olunan əsas ferment-
ləri göstərin.   
 
 

138 
 
VI FƏSİL 
 
6. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR 
 
Vitaminlər  -  hüceyrənin  normal  həyat  fəaliyyəti  üçün 
lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolun-
maz komponentləridir. Vitaminlərin çoxusu insan və heyvan orqa-
nızmində  sintez  olunmurlar.  Bitkilərdə  və  mikroorqanizmlərdə 
aminturşulardan (triptofan, β-alanin, valin, serin və s.), karbohid-
ratlardan  (qlükoza,  qalaktoza  və  s.)  və  qeyri-üzvi  birləşmələrdən 
sintez  olunurlar.  Vitaminlər  bir  çox  fermentlərin  tərkibinə  daxil-
dir,  bioloji  katalizdə  mühüm  rol  oynayır.  Onlar  orqanizmdə 
fermentlərin  zülal  olmayan  hissələrinin-koferment  və  prostetik 
qruplarının qurulmasında iştirak edir. Onlar bitkilərin, heyvanların 
və insanların boy və inkişafında da mühüm rol oynayır.  
Vitaminlərin mübadiləsi (biosintezi, parçalanması) bitkilə-
rin  və  heyvanların  orqanlarında  müxtəlif  intensivlikdə  getməklə 
onların  yaşından,  xarici  mühit  amillərindən  (günün  uzunluğu, 
temperatur,  havanın  rütubəti,  təztiq,  şüalanma  və  s.)  və  onların 
orqanizmindən  də asılıdır.  
Viataminləri  öyrənən  elm  sahəsi  vitaminologiya  adlanır. 
Hazırda  50-yə  qədər  vitamin  müəyyən  edilmişdir.  Onların  əksə-
riyyəti bitkilərdən süni surətdə sintez üsulu ilə alınmışdır.     
Struktur  və  funksyaları  yaxşı  öyrənilmiş  vitaminlərdən 
əlavə  vitaminəbənzər  maddələr  də  mövcuddur.  Onların  bioloji 
rolu hələlik yaxşı tədqiq edilməmişdir. Belə maddələrə xolin, ino-
zit, linol turşusu, I-vitamini (S-metilmetionin), B
15
-vitamini (pan-
qam  turşusu),  orot  turşusu,  ubixinon,  paraaminbenzoy  turşusu, 
karnitin,  linol,  linolein,  araxidon  turşuları  aiddir.  Müəyyən  edil-
mişdir ki, onların qidada çatışmazlığı bir sıra xəstəliklərin yaran- 

139 
 
masına şərait yaradır. 
 
 
6.1 Vitaminlərin təsnifatı və nomenklaturası 
 
Vitaminlərin  öyrənilməsi  1880-ci  ildə  N.  İ.  Lunin  tərəfin-
dən  başlanmış  və  ilk  dəfə  1911-ci  ildə  K.  Funk  tərəfindən  düyü-
nün  kəpəyində  müəyyən  edilmişdir.  Hələ  qədim  zamanlarda 
insanlar  arasında  bir  sıra  kütləvi  xəstəliklər  (sınqa,  beri-beri, 
pellaqra və s.)  yayılmışdır. Beri-beri xəstəliyi haqqında məlumatı 
qədim  Çin,  Yunan  və  Hind  həkimlərinin  əsərlərində  təsadüf 
olunur. 1912-ci ildə polyak alimi K. Funk düyü kəpəyindən alınan 
və  beri-beri  xəstəliyində  işlədilən  kristal  maddənin  tərkibində 
amin (─NH
2
) qrupunun olmasını müəyyən etmişdir və bu maddə-
yə  vitamin  (latınca  vita-həyat,  vitamin-həyat  amili)  adı  verməyi 
təklif  etdi..  Sonralar  məlum  oldu  ki,  düyü  kəpəyindən  alınmış 
kristal  maddə  də  müxtəlif  birləşmələrin  qarışığından  ibarətdir. 
Sonralar qida ilə qəbul edilən, həyat üçün zəruri olan və orqanizm 
tərəfindən  energetik  maddə  kimi  istifadə  edilməyən  bioloji  aktiv 
maddələr  vitaminlər  adı  altında  birləşdirildi.  Sonralar  aydın 
olmuşdur ki, tərkibində amin qrupu olmayan vitaminlər də (askor-
bin turşusu, tokoferol, pridoksin və s.) vardır.  
Vitaminlər  latın  hərfləri  ilə  adlandırılır.  A,  B,  C,  D,  E,  K 
vitaminləri  və  s.  Lakin  bunlar  təsirlərinə  görə  (antikseroftalmik, 
antipellaqrik vitaminlər və s.) və kimyəvi tərkiblərinə görə də (tia-
min, askorbin turşusu və s.) adlandırılır. Hazırda hər üç adlanma-
dan istifadə edilir.  
Vitaminlər  müxtəlif  qrup  üzvi  birləşmələrə  aid  olduğu 
üçün onların həll olma qabiliyyətinə görə iki qrupa bölünür.  
1. Yağda həll olan vitaminlər – A, D, E, K, Q 

140 
 
2. Suda həll olan vitaminlər – B qrupu (B
1
, B
2
, B
3
, B
5
, B
6

vitaminləri, C, PP, fol, paraaminbenzoy turşusu və s.   
Yuxarıda qeyd edilən vitaminlərin bəziləri bir neçə forma-
da olur. Həmin formalar – vitamerlər adlandırılır. Məsələn, A
1
 və 
A
2
 vitaminləri A vitamininin, D
2
 və D
3
 vitaminləri D vitamininin 
vitamerləridir.  
Cədvəl 9. 
Vitaminlərin mühüm nümayəndələri 
 
Adlandırılma (nomenklatura) 
İnsanların 
maksimum 
gündəlik  təla-
batı, mq-la 
Hərflə 
işarəsi 
Kimyəvi adı  
(beynəlxalq təs-
diq olunmuş) 
Bioloji  təsir  xüsusiyyəti-
nə əsaslanan adı 
Yağda həll olanlar 

Retinol 
Antikseroftalmik vitamin 
2,5 

Kalsiferol 
Antiraxitik vitamin 
0,025 

Tokoferol 
Nəsiltörətmə vitamini 
5,0 

Filloxinon  
Antihemorragik vitamin 
0,015 

Uboxinon 
─ 
─ 
Suda həll olanlar 
B

Tiamin 
Antinevrit (anegrin) 
3,0 
B

Riboflavin 
Boy artımı vitamini 
3,0 
B
5
(PP) 
Nikotin turşusu  Antipellaqra vitamini 
25 
B

Piridoksin 
Antidermatit vitamini 
2,0 
B
12 
Siankobalamin 
Antianemik vitamin 
0,001 
C

Askorbin 
turşusu 
Antiskorbut vitamini 
100 
B

Pantoten 
turşusu 
Antidermatit vitamini 
12 

Biotin 
Antiseborrik vitamini 
0,01 

Rutin (sitrin) 
Keçricilik vitamini 
50 
 
Vitaminlər əvəzolunmaz birləşmələrdir. Onların orqanizmdə 
müxtəlif  miqdarda olmasından asılı olaraq orqanizmin avitaminoz 

141 
 
hipovitaminoz və hipervitaminozluq halları yaranır. 
 
 
 
 
Avitaminozluq – qida maddələrinin tərkibində vitaminlərin 
tamamilə  olmaması  halına  deyilir.  Bir  neçə  vitaminin  olmaması 
poliavitaminoz adlanır. Bu hal müəyyən xəstəliklərə gətirib çıxarır 
və orqanizmin məhvi ilə nəticələnir.   
Hipovitaminozluq  –  qidada  bu  və  ya  digər  vitaminin 
qismən  çatışmamazlığı,  yəni  vitaminlərin  səviyyəsinin  normadan 
aşağı düşdüyü hallarda baş verir.  
Əmələ gəlmə səbəblərinə görə hipovitaminozları iki qrupa 
bölmək  olar:  1)  ekzogen  hipovitaminozlar-qida  maddələrinin 
keyfiyyətsizliyi  nəticəsində  baş  verir.  2)  endogen  hipovitaminoz-
lar-orqanizmdə baş verən patoloji hallarla əlaqədar meydana çıxır.  
Hipovitaminozluq  hallarında  –  orqanizmin  iş  fəaliyyəti 
aşağı düşür, qaranlıqda görmə zəifləyir, ümumiyyətlə orqanizmin 
xəstəliklərə qarşı müqaviməti zəifləyir.  
Hipervitaminozluq – vitaminlərin uzun müddət həddindən  
artıq qəbul edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəlik-
lərin əmələ gəlməsinə səbəb olur. Belə xəstələrə hipervitaminoz- 

142 
 
lar deyilir. Hipervitaminozluq yağda həll olan vitaminlər (xüsusən 
A  və  D)  üçün  xarakterikdir.  Bu  hal  insan  orqanizmində  bir  sıra 
allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.  
Vitaminlərlə  zəngin  bitki  və  heyvan  mənşəli  ərzaqlarla 
qidalanma  orqanizmdə  fermentativ  proseslərin  normal  getməsi 
üçün əsas amillərdən biridir.  
 
 
 
6.2 Vitaminlərin təyin edilmə üsulları 
 
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək 
üçün  iki  üsuldan  istifadə  edilir:  fiziki-kimyəvi  və  bioloji  üsul-
lardan. 
Fiziki-kimyəvi üsul müxtəlif vitaminlərin müəyyən kimyə-
vi  reaktivlərlə  rəngli  reaksiyalar  vermək  qabiliyyətinə  əsaslanır. 
Bioloji üsulun mahiyyəti bundan ibarətdir ki, heyvanlar müəyyən 
müddət  ərzində  (dəniz  donuzu,  siçovul  və  s.)  süni,  vitaminsiz 
pəhrizlə  qidalandırırlar,  təcrübə  heyvanlarında  avitaminoz  əmələ 
gəldikdən sonra, onları tədqiq olunan qida maddələri ilə yemləyir-
lər. Qida maddəsinin müəyyən vitaminin avitaminozunun qarşısını 
ala  bilən  miqdarını  təyin  etməklə,  onun  tərkibindəki  vitaminin 
aktivliyini hesablayırlar. 
 
 
6.3 A vitamini 
 
A  vitamini  (və  ya  retinal)  bitkilərdə  provitamin  formada 
olur. Onun provitamini  karotindir. Onun da 3 izomeri  vardır:  α-, 
β─,  γ─karotin.  Karotinlərin  qarışığında  β─karotin  çoxluğu  (təx-

143 
 
minən  85%)  təşkil  edir.  Bunun  bioloji  fəallığı  100  götrülərsə, 
α─formanınkı  53  və  γ─formanınkı  isə  27-dir.  Karotinlər  karbo-
hidrogenlərə aid olub, emprik tərkibi 
56
40
H
C
 olur.  
A  vitamini  insan  və  heyvan  orqanizmində  karotindən 
əmələ  gəlir.  Bağırsağın  selik  təbəqəsində  və  qaraciyərdə 
karotinazanın  iştirakı  ilə  bir  molekul  β  –  karotindən  hidrolitik 
parçalanma  nəticəsində  2  molekul,  α─,  və  γ─karotindən  isə  bir 
molekul A
1
 vitamini (və ya retinal) əmələ gəlir. 
 
 
 
 
 
 
A

vtamini  tsiklik  biratomlu  doymamış  spirtdir.  Oksigenli 
mühitdə tez pozulur. Təmiz halda açıq-sarı rəngli  kristallik mad-
dədir, 63
0
C-də əriyir. Suda həll olmur, lakin yağlarda, efirdə, xlo-
roformda, asetonda və s. yağ həlledicilərində yaxşı həll olur. Bu- 

─ CH
3
 
CH
2
 
H
2

H
2

H
3

CH
3
 
─ CH
3
 
CH
2
 
H
2

H
2

CH
3
 
H
3

─ CH
3
 
H
2

H
2

CH
3
 
H
3

                       CH
3
                             CH
3
                                        
                       │                                             
─ CH ═ CH─ C ═ CH─ CH═ CH─ O ═ CH 
              
                                                                  
─ CH═CH─C═CH─CH═CH─C═CH─CH 
                     │                            │           ║ 
                     CH
3
                        CH
3
       ║ 
                                                                 CH 
CH
3
 
CH
2
OH 
CH
3
 
CH
3
 
β─karotin 
A
1
─vitamini 
CH
2
 

144 
 
nun izomerləri də vardır. A
2
  vitaminindən bunun fərqi nüvəsində 
əlavə (2-ci) ikiqat rabitənin olmasıdır.  
Şirin  su  hövzələrində  yaşayan  balıqların  yağında  bioloji 
təsirinə  görə  retinola  oxşar  maddə  tapılmışdır.  Bu  maddənin 
bioloji təsiri retinola nisbətən zəifdir. O kimyəvi quruluşuna görə 
retinoldan bir ədəd doymamış ikiqat rabitənin olması ilə fərqlənir 
və bununla əlaqədar dehidroretinol adlanır. 
Balinaların qaraciyərində orqanizmə A vitamini kimi təsir 
göstərən bir maddə alınmışdır. Bu maddə A
3
 vitamini adlanır. 
A qrupu  vitaminləri zülalların, nuklein turşularının müba-
diləsində,  bəzi  hormonların  (insulinin)  fəallaşmasında,  oksidləş-
mə-reduksiyalaşma proseslərində iştirak edir.  
A vitamini  orqanizmdə asanlıqla oksidləşmə və  reduksiya 
reaksiyasına uğrayaraq müvafiq aldehidə və əksinə-spirtə çevrilir, 
konfiqurasiyasını dəyişdirərək trans formadan sis formaya keçir.  
 
 
 
 
A  vitamininin  aldehid  forması  (sis  izomeri)  opsinlə  birlə-
şib rodopsin (görmə purpuru) əmələ gətirir. Bu görmə prosesini də 
başa çatdırır. Rodopsin işığın təsirilə opsinə və A vitamininin sis – 
formasına ayrılır.  Sonuncu isə izomerləşərək trans formaya və A 
vitamininin aldehid forması  isə reduksiyalaşaraq  spirt  forma-sına 
çevrilir. 
Qaranlıqda  bu  proseslər  əksinə  gedir.  Bu  çevrilmələri 
sxematik aşağıdakı kimi göstərmək olar:  


+2H 
─2H 
R─CH
2
OH 
R─C 
Retinaldehidrogenaza 
Retinol 
Retinal 

145 
 
 
A vitamini çatışmadıqda insan və heyvanlarda görmə pro-
sesi  (keratomalyasiya  –  gözün  buynuz  təbəqəsinin  yumşalması, 
kseroftalmiya-gözün  buynuz  qişasının  quruması,  sinir  sisteminin 
fəaliyyəti və epitel örtüyü) pozulur. Toyuq korluğu və ya hemerlo-
piya  –  A  hipovitaminoz  əmələ  gəlir.  Bu  zaman  alaqaranlıqda  və 
axşamüstü görmə qabiliyyəti itir, lizosimin əmələ gəlməsi dayan-
mır, yoluxmaya həssaslıq artır. Belə xəstələr vərəmə tez tutulur.  
Karotinin  bir  sıra  izomerləri  (likopin,  ksantofil,  zeaksan-
tin)  də  vardır.  Likopin  narıncı-qırmızı  rəngli  maddədir,  ən  çox 
itburnu meyvəsində, pomidorda olur.  
Ksantofilə 


2
56
40
O
H
C
 bitkilərin  yarpağındakı  xloroplast-
larda rast gəlinir. 
Zeaksantinə 


2
56
40
O
H
C
 qarğıdalının  dənində  təsadüf 
edilir.  
Karotin  və  onun  izomerləri  karotinoidlər  adlanır.  Bitki-
lərin  inkişaf  fazalarından  asılı  olaraq  karatinoidlərin  miqdarı 
dəyişir. Ən çox çiçəkləmə fazasında olur, sonra isə azalır. Meyvə-
lərin yetişmə dövründə də onların miqdarı çoxalır.  
A  vitamini  ən  çox  yumurtanın  sarısında  (2─15  mq%), 
qaraciyərdə (25 mq%), balıq yağında (27─400 mq%), süddə, kərə 
yağında və s. olur. 
qaranlqda                                         işıqda 
                         Rodopsin                                 orsin 
   orsin+ 
   sis─retinal                                      trans─retinal 
   |
       |                                          |       | 
       2H↑                                                    +2H↓ 
A vitamininin                                   A vitamininin 
  sis forması                                trans forması (spirt) 
                                                                  

146 
 
6.4 D vitamini 
 
Buna bir neçə formada (D
2
─D
6
)  təsadüf edilir. Bunlardan 
faydalısı D
2
 və D
3
 vitaminləridir.  
D  vitamini  və  ya  kalsiferol  bitkilərdə  provitamin  forma-
sındadır.  Bu  da  sterinlərdəndir.  Məsələn,  erqosterin  D
2
  vitamini-
nin  provitaminidir.  İnsan  və  heyvan  orqanizmində  erqosterindən 
ultrabənövşəyi  şüaların  təsiri  ilə  D
2
  vitamini  (erqokalsi-ferol) 
əmələ  gəlir.  D
3
  vitamininin  (və  ya  xolekalsiferol)  biosintezində 
dəridə  olan  7─dehidroxolesterindən  istifadə  olunur.  D  qrupu 
vitaminlərinin  tərkibində  tsiklopentanonperhidrofenantren  nüvəsi 
vardır və quruluşları aşağıdakı kimidir: 
 
 
 
D
2   
vitamini  rəngsiz  kristallardan  ibarət  4  ikiqat  rabitəli 
siklik  doymamış  spirtdir.  Temperatura  davamlıdır,  115-117
0
C-də 
əriyir.  
D vitamini  mineral  maddələrdən kalsium  və fosfor müba-
diləsinin  nizamlanmasında  iştirak  edir.  Bu  vitamin  çatışmadıqda 
körpələrdə raxit və yaşlılarda osteomalyasiya xəstəliyi əmələ  gə-
lir. Raxit mineral mübadilənin pozulması nəticəsində lülə sümük-
lərin yumşalması və əyilməsi ilə xarakterlənir.  
CH

HO 
HO 
CH

          CH
3
 
  CH
3
 │ 
  │  ─CH─CH 
                  ║ 
                  CH 
                  │ 
                  CH─CH

                  │ 
        H
3
C─CH─CH
3
 
D
2
-vitamini 
 
  
          CH
3
 
  CH
3
 │ 
  │  ─CH─CH

                  │ 
                  CH

                  │ 
                  CH

                  │ 
        H
3
C─CH─CH
3
 
D
3
-vitamini 
 
  
 

147 
 
 
 
Bütün orqan və toxumalarda fosfor və kalsiumun miqdarı 
azalır.  Qanda  kalsiu-mun  miqdarı  10  mq  %-dən  7  mq  %, 
fosforunku isə 5 mq %-dən 2 mq %-ə qədər azalır.  
D  vitamini  ən  çox  balıq  yağında,  süddə,  qaraciyərdə, 
yumurtanın sarısında, kərə yağında və qeyri məhsullarda olur.  
 
 
6.5 E vitamini 
 
Bu  vitamin  əmələgəlmə  (törəmə)  prosesini  nizamlamaqla, 
heyvanlarda qısırlığın qarşısını alır. Ona görə də buna t ö r ə m ə 
vitamini və ya tokoferol (nəsil gəzdirən deməkdir) da deyilir.  
 
Emprik formulu C
29
H
50
O
2
. Tokoferolun quruluşu belədir: 

148 
 
 
 
E  vitamini  yağvari  maye  olub,  spirt  və  efirdə  yaxşı  həll 
olur, asan oksidləşir, turşulara və temperatura davamlıdır. Qələvi-
lərdə nisbətən tez həll olur.  
Tokoferol  yağları  oksidləşmədən  qoruduğu  üçün  antiok-
sidant adlanır.  
E  vitamini  həm  sərbəst,  həm  də  birləşmiş  halda  olur. 
Kələmdə E vitamini 20% sərbəst və 80% zülalla birləşmiş halda-
dır (M. P. Zaxarovaya görə). 
Tokoferol 3 formada: α, β və γ olur. Onların başqa forma-
ları  da  vardır.  Lakin  əhəmiyyətlisi  yuxarıda  qeyd  edilənlərdir. 
Bunların fəallığı eyni deyildir. Ən fəalı α─tokoferoldur. Sonuncu-
nun fəallığı 100 götürülərsə β─tokoferolunku 30 və γ tokoferolun-
ku  isə  20  olur.  Bu  formaların  miqdarı  müxtəlif  bitkilərdə  eyni 
deyildir.  Pambıq  yağında  38%  α,  42%  isə  γ  forma  olur.  Lakin 
qarğıdalı yağında tokoferolun 89%-ni γ, 11%-ni isə α forma təşkil 
edir.  
E  vitamini  orqanizmdə  oksidləşmə  -  reduksiya  prosesləri-
nin  nizamlanmasına imkan  yaradır. Ona  görə bu vitaminin  çatış-
mazlığında əzələlərin oksigenə təlabatı çoxalaraq, onlar distrofiya- 
laşır.  
Müəyyən olunmuşdur ki, E vitamini selenin və ubixinonun 
metobolizminə təsir edir, həmçinin qocalmanı ləngidir.  
E avitaminozluğu zamanı heyvanlarda balasalma əmələ gə- 
lir. Spermatozoidlərin, tənasül hormonlarının əmələ gəlməsi pozu- 
│     O   
CH

     CH
3    
      CH
3                    
CH
3    
             CH
3
        
                     │                   │                   │ 
C─ (CH
2
)
3
─CH─(CH
2
)
3
─CH─(CH
2
)
3
─CH 
                                                                 │ 
                                                                 CH

                   
         
 
 
  
CH

 
CH

H
3
C─ 
HO─ 

149 
 
lur. Erkəklərin toxumaları degenirasiyalaşır.  
 
 
 
E  avitaminozu  zamanı  əzələlərdə  fosfor  mübadiləsi,  xüsu-
silə adenozinüçfosfatın və fosfagenin çevrilmələri pisləşir. Hücey-
rələrin  lipoprotein  təbəqəsinin  zədələnməsi  xarakterik  əlamətlər-
dən sayılır.  
E  vitamini  insan  və  heyvanların  hipofiz  hissəsində,  əzələ-
lərdə və mədəaltı vəzində ən çox toplanır.  
Tokoferol bitkilərin  yaşıl hissəsində, xüsusən toxumalarda 
(rüşeymdə) olur. Bu vitaminə ən çox bitki yağlarında təsadüf edi-
lir. O, buğdanın dənində (1 mq%), rüşeymdə (30 mq%), noxudda 
(6 mq%), daha artıqdır. Pambıq yağında isə 100 mq% E vitamini 
vardır. Bu vitamin qaraciyərdə və yumurtanın sarısında da çoxdur. 
Həmin vitamin bitkinin inkişaf fazasından asılı olaraq artıb-azalır. 
Toxum  cücərəndə  və  bitkinin  inkişafı  zamanı  vitaminin  sintezi 
artır.  
İtburnu  meyvəsi,  alma  toxumu,  dənli  bitkilər  və  onlardan 
alınan yağlar, qaramal və donuz əti, kərə yağı, bitki yağları, kələm  
bu vitaminlə zəngindir.  

150 
 
Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin