N. M. Yusifov, K. Ş. DaşDƏMİrov


 Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix07.01.2017
ölçüsü3,61 Mb.
#4825
1   ...   18   19   20   21   22   23   24   25   26

 
  13.4 Maddələr mübadiləsinin orqanizmdə əlaqəsi 
(vəhdəti)
 
 
Maddələr  mübadiləsi  bir-biri  ilə  sıx  əlaqəsi  olan  və  bir-
birini  tamamlayan  ardıcıl  kimyəvi  proseslərdən  ibarət  nizamlı 
düzülüşü olan ansambıldır. Heterotrof orqanizmlərdə qida vasitə-
silə  hazır  şəkildə  qəbul  edilən  üzvi  maddələr  kimyəvi  proseslər 
nəticəsində bir-birinə əlaqəli şəkildə çevrilirlər və bunun hesabına 
onların orqanizmi qurulur.  
Qəbul  edilən  qidanın  tərkibində  orqanizmin  qurulması 
üçün  lazım  olan  maddələr  hazır  şəkildə  mövcud  deyildir.  Yalnız 
bir sıra biokimyəvi çevrilmələr (fermentlərin iştirakı ilə) sayəsində 
heterotrof  orqanizmlərdə  bir  sinifə  mənsub  olan  üzvi  maddələr 
digər  sinifin  nümayəndələrinə  çevrilir.  Bu  da  orqanizmin  həyat 
fəaliyyətinin  qurulmasına  və  inkişafına  zəmin  yaradır.  Məsələn, 
heterotrof orqanizmlərdə qida vasitəsilə qəbul olunan karbohidrat-
ların yağlara çevrilməsi aşağıdakı sxem əsasında baş verir.  

385 
 
 
 
Avtotrof  orqanizmlərdə  üzvi  maddələr  fotosintez  nəticə-
sində  qeyri-üzvi  maddələrdən  sintez  olunur.  Bu  prosesdə  əsasən 
karbohidratlar  sintez  olunur.  Həmçinin  piroüzüm  turşusu  əmələ 
gəlir  ki,  bu  maddədən  də  aminturşular,  asetil-Ko  A  və  başqa 
maddələr sintez olunur. Əmələ gəlmiş maddələr zülalların, nukle-
in  turşularının  və  lipidlərin  biosintezi  üçün  ilkin  material  rolunu 
oynayır.  
Deməli,  üzvi  maddələrin  bir-birinə  əlaqəli  keçidləri  canlı 
orqanizmin mövcudluğunu təmin edir.  
Canlı orqanizmdə zülalların, karbohidratların, nuklein tur-
şularının  və  lipidlərin  mübadiləsinin  bir-biri  ilə  əlaqəsi  aralıq 
məhsulların: metabolitlərin hesabına yaranır. Bu məhsullar karbo-
hidratların  zülallara,  nuklein  turşularına,  zülalların  nuklein  turşu-
larına,  lipidlərə  və  karbohidratlara,  lipidlərin  zülallara,  nuklein 
turşularına  və  karbohidratlara  çevrilməsinə  şərait  yaradır.  Aralıq 
məhsullardan əsas rol oynayanlar sirkə turşusu, qismən nukleotid-
lər, ketoturşular və s. birləşmələrdir. Bu sxem qısa şəkildə belədir.  
                                                                  Qlükoza 
 
                                                        Fruktoza-1,6-difosfat 
 
                            NAD
+
   NADN 
 
              1-Fosfo-               Dioksiaseton-                  3-Fosfoqliserin- 
              qliserin                       fosfat                                aldehidi 
 
Yağ                                                                                    Piruvat 
 
                 Yağ                                                                Asetil-KoA 
               turşusu 
 
                                                                                        Krebs tsikli                         

386 
 
 
 
Bu  məhsulların  sonrakı  parçalanmasından  CO
2
  və  H
2
O 
əmələ  gəlir,  enerji  ayrılır.  Bu  enerji  vasitəsilə  başqa  proseslərdə 
əlaqə  yaranır.  Belə  ki,  karbohidratların  okidləşməsi  nəticəsində 
ATF-də  toplanan  enerjidən  yağlarda  və  zülalların  biosintezində, 
yağların oksidləşməsindən alınan enerjidən isə karbohidratların və 
zülalların biosintezində, zülalların parçalanmasından ayrılan ener-
jidən də lipidlərin və karbohidratların mübadiləsində istifadə olu-
nur.  Deməli,  maddələr  mübadiləsində  əlaqə  enerji  mübadiləsində 
yaranır.  Müxtəlif  maddələrin  mübadiləsi  zamanı  qarşılıqlı  əlaqə-
nin  yaranmasında  və  onların  vəhdətində  mühüm rolu  Krebs  sikli 
oynayır.  
Mübadilə  prosesində  bu  əlaqə  hüceyrənin  ayrı-ayrı  hissə-
lərində də (mitoxondriyalar, ribosomlar, nüvə və s.) rabitə yaradır. 
Belə  ki,  mitoxondriyalarda  əmələ  gələn  enerji  ATF-lə  nüvəyə 
aparılaraq  zülalların  və  nuklein  turşularının  sintezi  üçün  istifadə 
olunur.  Nüvədə  sintez  olunan  RNT  ribosomlara  aparılaraq  zülal-
ların  sintezində  iştirak  edir.  Belə  misalları  çox  göstərmək  olar. 
Bunları  ümumiləşdirərərk  göstərmək  olar  ki,  mübadilə  proseslə-
rində  əlaqə  nəinki  metabolitlərin  vasitəsilə,  eyni  zamanda  hücey-
rənin orqanelaları ilə də yaranmaqla həyatın bəsit forması olan 

387 
 
hüceyrədə vəhdət təşkil edir.  
13.4.1.  Nuklein  turşularının  və  zülalların  mübadiləsi 
arasında  əlaqə.  Nuklein  turşularının  biosintezi  aminturşu  və 
zülalların mübadiləsindən asılıdır. Bu əlaqə onunla izah olunur ki, 
nukleoziddifosfatların,  nukleozidtrifosfatların,  həmçinin  nuklein 
turşularının əmələ gəlməsi zülal-ferment (DNT və RNT polimera-
zalar, həmçinin  purin və  pirimidin  əsaslarının biosintezini kataliz 
edən  fermentlər)  ansamblının  hüceyrədə  miqdarından  və  onların 
katalitik təsirindən asılıdır.   
Bundan  başqa  bəzi  aminturşular  (asparagin-primidin 
nukleotidlərinin,  qlisin,  qlutamin  turşusu  isə  purin  nukleotidləri-
nin)  purin  və  pirimidin  həlqəsini  yığılmasında  vasitəçi  (aparıcı) 
rol oynayırlar.  
13.4.2. Nuklein turşularının və karbohidratların müba-
diləsi  arasında  əlaqə.  Bu  əlaqə  bir  çox  hallarda  özünü  göstərir. 
Karbohidratların  apotomik  parçalanmasından  alınan  riboloza-5-
fosfat  molekulu  purin  və  pirimidin  əsaslarının  biosintezi  üçün 
əvəzedilməz birləşmədir. Karbohidratların parçalanma məhsulları 
eləcədə onları kataliz edən fermentlər (elektron köçürməni kataliz 
eən)  ATF-in  NT-sintezində  mühüm  rol  oynayırlar.  Tənəffüs 
prosesinin  nizamlanması,  intensivləşməsi  NT-in  biosintezindən 
asılıdır. 
Həmçinin  NT-in  parçalanma  məhsulları,  daha  doğrusu 
purin  və  pirimidin  əsaslarının  hidroliz  məhsulları  olan  riboza 
molekulu  riboza-5-fosfata  çevrilir.  Bu  maddədən  də  apotomik 
parçalanmada  qlükoza-6-fosfat  əmələ  gəlir  ki,  bu  maddə  də  kar-
bohidratların sintezində mərkəzi (əsas) metabolit rolunu oynayır.   
Karbohidratların  biosintezi  bir  çox  hallarda  əhəmiyyətli 
dərəcədə  NT-in  mübadiləsindən  asılıdır.  Belə  ki,  uridintrifosfat 
turşusu  uridindifosfatqlükozanın  biosintezində  istifadə  olunur. 

388 
 
Axırıncı isə oliqo və polisaxaridlərin biosintezində vacib maddə-
lərdəndir.  
13.4.3.  Nuklein  turşularının  və  lipidlərin  (triqliseridlə-
rin)  mübadiləsi  arasında  əlaqə.  Lipidlər  ilə  NT-ı  arasında 
birbaşa  substrat  əlaqəsi  yoxdur. Ancaq lipidlərin (triqliseridlərin) 
hidroliz  məhsulları  olan  ali  yağ  turşularının  β-oksidləşməsindən 
alınan  enerji  nukleoziddi-fosfatların  və  nukleozidtrifosfatların 
sintezi üçün əsas enerji mənbələrindən biridir.  
13.4.4.  Karbohidratların  və  zülalların  mübadiləsi  ara-
sında əlaqə. Karbohidratların dixotomik parçalanmasından əmələ 
gələn piroüzüm turşusu zülalların biosintezində mühüm rol oyna-
yır. Piroüzüm turşusu aminləşmə yolu ilə alaninə çevrilir. Həmçi-
nin  piroüzüm  turşusunun  karboksilləşməsindən  quzuqulağı  sirkə 
turşusu  alınır  ki,  bu  maddədən  asparagin  turşusu  əmələ  gəlir. 
Piroüzüm turşusunun Krebs siklinə qoşulması α-ketoqlutar turşu-
sunun sintezi baş verir. Axırıncının aminləşməsindən isə qlutamin 
turşusu sintez olunur. Piroüzüm turşusunun başqa yollarla çevril-
mələrindən  valin  və  leysin  əmələ  gəlir,  quzuqulağı  sirkə  turşu-
sundan treonin, izoleysin və lizin, α-ketoqlutar turşusundan prolin, 
arginin  əmələ  gəlir.  Karbohidratların  apotomik  parçalanma  məh-
sullarından fenilalanin, tirozin, histidin alınır.  
Demək  olar  ki,  karbohidratların  parçalanmasının  aralıq 
məhsullarından alınan aralıq maddələrdən bir çox zülal aminturşu-
ları alınır ki, onlardan da zülallar sintez olunur.   
Bu  əlaqənin  digər  forması  karbohidratların  parçalanma-
sından  alınan  ATF  molekullarının  zülalların  biosintezində  enerji 
cəhətdən əsas rol oynamasındadır.  
13.4.5.  Zülalların  və  lipidlərin  mübadiləsi  arasında 
əlaqə.  Lipidlərin parçalanmasından alınan maddələrin də bəziləri 
aminturşuların  biosintezi  üçün  əsas  mənbədir.  Lipidlərin  hidro-

389 
 
lizindən alınan yağ turşularının β-oksidləşmə məhsullarından ayrı-
lan enerji ATF-də toplanır ki, bu enerjidən zülalların biosintezində 
istifadə  olunur.  Triqliseridlərin  və  digər  lipidlərin  parçalanma 
məhsullarını Krebs siklinə qoşan və həmçinin aktivləşdirən asetil- 
KoA molekuludur. Bu maddə dikarbon və trikarbon siklinə qoşul-
maqla  α-ketoqlutar  və  oksalat-sirkə  turşusunun  sintezini  təmin 
edir, piroüzüm turşusunu karboksizləşdirir. Həmin ketoturşulardan 
da  aminturşular  sintez  olunur.  Zülalların  tərkibində  rast  gəlinən 
aminturşuların çoxusu lipidlərin parçalanma məhsullarından sintez 
olunur. 
 
 

390 
 
Həmçinin  lipidlərin  sintezi  zülalların  parçalanma  məhsul-
larının  hesabına  baş  verə  bilər.  Belə  ki,  aminturşuların  çevril-
məsindən piroüzüm turşusu onun da oksidləşərək karboksizləşmə-
sindən asetil-KoA alınır. Sonuncu alınan asetil-KoA molekulu isə 
ali yağ turşularının və lipidlərin digər komponentlərinin sintezində 
başlıca rol oynayır.  
13.4.6.  Karbohidratların  və  lipidlərin  mübadiləsi 
arasında  əlaqə.  Karbohidratlar  ilə  lipidlər  arasında  əsas  əlaqəni 
yaradan piroüzüm turşusu və asetil-KoA molekullarıdır. Piroüzüm 
turşusu oksidləşmə dekarboksilləşmə yolu ilə asetil-KoA moleku-
luna  çevrilir.  Asetil-KoA  molekulu  isə  orqanizmdə  yağ  turşula-
rının,  triqliseridlərin,  həmçinin  digər  lipidlərin  biosintezi  üçün 
əsas vasitəçi birləşmədir. Karbohidratların dixotomik parçalanma-
sından  alınan  3-fosfoqliserin  aldehidi  izomerləşərək  fosfodioksi-
asetona  çevrilir,  axırıncının  reduksiyasından  alınan  fosfoqliserin 
molekulu  isə  sadə  və  mürəkkəb  lipidlərin  sintezi  üçün  əvəze-
dilməz birləşmədir.  
Lipidlərin parçalanma məhsulu olan qliserin və asetil-KoA 
molekulu  karbohidratların  sintezi  üçün  ilkin  birləşmə  kimi 
əhəmiyyətlidir. Asetil-Ko A molekulu  piroüzüm  turşusuna çevri-
lir. Axırıncılardan isə dixotomik mübadilə yolu ilə karbohidratlar 
sintez olunur.  
Mövzunun sonluğunda çıxardığımız nəticələrə əsasən belə 
qənaətə  gəlmək  olar  ki,  orqanizmdə  zülalların,  nuklein  turşuları-
nın,  karbohodratların  və  lipidlərin  mübadiləsi  bir-biri  ilə  əlaqəli-
dir, vəhdət təşkil edir və bu mübadilə prosesləri bir-birilə bağlıdır. 
Orqanizmdə bütün biokimyəvi proseslər bütöv bir sistem şəklində 
-  öz-özünü  istiqamətləndirmək,  özünü  tənzimləmək,  özünü  təmin 
etmək  formasında  maddələr  mübadiləsini  yaradır  və  orqanizmin 
mövcudluğunu təmin edir.  

391 
 
ƏDƏBİYYAT 
 
1. Страйер Л. Биохимия: В 3т. – Москва. Мир, 1984. 
2.  Ленинджер  А.  Основы  биохимии:  В  3т.  –  Москва. 
Мир, 1985. 
3.  Xəlilov  Q.  B.  Heyvan  biokimyasının  əsasları.  Bakı. 
1987. Maarif.  
4. Франк-Каменецкий   М.  Д. Самая главная молекула. 
– Москва. Наука, 1988. 
5.  Həsənov  Ə.  C.,  Rzayev  N.  A.,  İslamzadə  F.  Q., 
Əfəndiyev A. M. Bioloji kimya. Bakı 1989. 
6. Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия.-
Москва. Медицина, 1990. 
7. Биохимия человека: В -2т./Р. Марри, Д. Греннер, П. 
Мейс,  В. Радуэлл. - Москва. Мир, 1993. 
8.  Молекулярная биология клетки:  В-3т./  Б. Альбертс, 
Д. Брей, Дж. Льюс и др.- Москва, Мир -1993. 
9.  Грин  Н.,  Стаут  У.,  Тейлор  Д.  Биология:  В  –  3т.-
Москва. Мир,1996. 
10.  Филиппович  Ю.  Б.  Основы  биохимии.  Москва. 
Агар, 1999. 
11. Гринстейн Б., Гринстейн А. Наглядное биохимия. –
Москва. Мир, 2000. 
12. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Моск-
ва. Мир, 2000. 
13.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В. 
Биохимия.-Москва. Мир, 2000. 
14.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В. 
Биохимия. - Москва. Медицина. 2003. 

392 
 
15.  Эллиот  В.,  Эллиот  Д.  Биохимия  и  молекулярная 
биология. - Москва. Мир, 2003. 
16.  Ковалевский  Н.  И.  Биологическая  химия.  Москва. 
Академия 2008. 
17.Yusifoov  N.  M.,  Daşdəmirov  K.  Ş.  Biokimyadan 
xülasə. – Gəncə.Araz, 2010. 
18. Mövsümov E. M., Yusifov N. M. Qida kimyası. –Bakı, 
MVM. MMC - 2010. 
 
 
 
 
 
 
 

393 
 
MÜNDƏRİCAT 
 
MÜQƏDDİMƏ..............................................................................3 
I FƏSİL 
I. CANLI  ORQANİZMİN  KİMYƏVİ  TƏRKİBİ......................5 
1. KARBOHİDRATLAR..............................................................8 
1.1 Monosaxaridlər........................................................................9 
1.2 Oliqosaxaridlər.......................................................................27 
1.3 Polisaxaridlər..........................................................................32 
1.3.1 Homopolisaxaridlər.............................................................33 
1.3.2 Heteropolisaxaridlər............................................................37 
II FƏSİL 
2. LİPİDLƏR................................................................................42 
2.1. Lipidlərin təsnifatı və biokimyəvi xüsusiyyətləri..................42 
2.2. Neytral yağlar........................................................................44 
2.3 Mumlar...................................................................................49 
2.4 Steridlər...................................................................................51 
2.5 Fosfatidlər...............................................................................52 
2.5.1 Xolinfosfatidlər....................................................................53 
2.5.2 Kolaminfosfatidlər (kefalinlər)............................................54 
2.5.3 Serinfosfatidlər....................................................................55 
2.5.4 İnozitfosfatidlər....................................................................56 
2.5.5 Asetalfosfatidlər...................................................................57 
2.5.6 Sfinqofosfatidlər..................................................................57 
2.6 Qlikolipidlər............................................................................58 
III FƏSİL 
3.  Zülalllar....................................................................................62 
3.1  Zülalların tərkibi və funksiyaları...........................................62 
3.2 Zülalların ayrılması və təmizlənməsi üsulları.........................63 
3.3 Zülalların xassələri, molekulunun forması və nisbi molekul  

394 
 
      kütləsi......................................................................................64 
3.4 Zülalların aminturşu tərkibi....................................................66 
3.5 Peptidlər..................................................................................69 
3.6 Zülalların quruluşunun müasir izahı.......................................72 
3.7 Zülalların birinci quruluşu......................................................79 
3.8 Zülalların ikinci quruluşu.......................................................81 
3.9 Zülalların üçüncü quruluşu.....................................................82 
3.10 Zülalların dördüncü quruluşu...............................................84 
3.11 Zülalların təsnifatı və qısa xarakteristikası...........................86 
3.12 Sadə zülallar..........................................................................86 
3.13 Mürəkkəb zülallar.................................................................87 
3.13.1. Nukleoproteidlər...............................................................88 
3.13.2. Xromoproteidlər...............................................................88 
3.13.3. Mioqlobin də xromoproteiddir.........................................88 
3.13.4. Metalloproteidlər və metalloidproteidlər..........................89 
3.13.5. Fosfoproteidlər..................................................................89 
3.13.6. Lipoproteidlər...................................................................89 
3.13.7. Qlikoproteidlər..................................................................90 
IV FƏSİL 
4. NUKLEİN TURŞULARI.......................................................100 
4.1 Nuklein turşularının kimyəvi tərkibi və növləri...................100 
4.2 DNT və NT- in birinci quruluşu...........................................110 
4.3 DNT və RNT-in ikinci quruluşu...........................................112 
4.4 NT-ın üçüncü quruluşu.........................................................114 
4.5 Nukleoproteidlər...................................................................116 
V FƏSİL 
5. FERMENTLƏR......................................................................118 
5.1 Fermentlərin ayrılması və təmizlənməsi...............................119 
5.2 Fermentlərin quruluşu və kimyəvi təbiəti.............................121
 
5.3 Fermentlərin təsnifatı və nomenklaturası.............................124 

395 
 
5.4 Fermentlərin tədbiqi..............................................................132 
VI FƏSİL 
6. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR...............................135 
6.1 Vitaminlərin təsnifatı və nomenklaturası..............................136 
6.2 Vitaminlərin təyin edilmə üsulları........................................139 
6.3 A vitamini.............................................................................139 
6.4 D vitamini.............................................................................143 
6.5 E vitamini..............................................................................144 
6.6 K vitamini.............................................................................147 
6.7 F-vitamini.............................................................................148 
6.8 Q vitamini. Ubixinon............................................................149 
6.9 B
1
 vitamini............................................................................150 
6.10 B
2
 vitamini..........................................................................152
 
6.11 B
3
 vitamini..........................................................................154 
6.12 B
5
-vitamini (və ya PP)........................................................156 
6.13 B
6
 vitamini..........................................................................158 
6.14 B
12
 vitamini.........................................................................160 
6.15 C vitamini...........................................................................162 
6.16 P vitamini............................................................................165 
6.17 H vitamini...........................................................................166 
6.18 Antivitaminlər.....................................................................167 
VII FƏSİL 
7. HORMONLAR.......................................................................170 
7.1 Hormonların təsir mexanizmi...............................................175 
7.2 Hormonların təsnifatı............................................................176 
7.3 Qalxanvari vəzi hormonları..................................................177 
7.4 Qalxanvarı ətraf vəzilər........................................................180 
7.5 Böyrəküstü vəziləri hormonları............................................181 
7.6 Mədəaltı vəzi hormonları......................................................183 
7.7 Tənasül vəziləri hormonları..................................................186 

396 
 
7.8 Hipofiz vəzi hormonları........................................................189 
7.8.1 Somatotropin......................................................................189 
7.8.2 Honadotrop hormonlar.......................................................190 
7.8.3. Folikultənzimedici hormon...............................................191 
7.8.4. Lüteinləşdirici hormon......................................................191 
7.8.5. Laktogen hormon (laktotropin).........................................191 
7.8.6. Andenokortikotropin (AKTH)..........................................191 
7.8.7. Tireotropin........................................................................192 
7.8.8. Hipofizin orta payının hormonu.......................................192 
7.8.9. Hipofizin arxa payının hormonları...................................193 
7.8.10. Oksitosin (pitosin)..........................................................194 
7.8.11. Vazopressin (antidiuretik hormon).................................195 
7.9 Hormonoidlər........................................................................196 
VIII FƏSİL 
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ..........................199 
8.1 Maddələr mübadiləsinin öyrənilmə üsulları.........................207 
8.2 Həzmin biokimyası...............................................................210 
8.3 Həzm kanalından maddələrin sorulması...............................218 
8.4 Bioloji oksidləşmə................................................................220 
8.5 Bioloji oksidləşmənin mexanizmi........................................221 
8.6 Oksidləşməklə fosforlaşma...................................................233 
8.7 Makroergik birləşmələr........................................................238 
IX FƏSİL 
9. NUKLEİN TURŞULARININ MÜBADİLƏSİ......................243 
9.1 Nuklein turşularının həzm sistemində parçalanması............243 
9.2 Nuklein turşularının bioloji sintezi.......................................248 
9.2.1. DNT biosintezinin inisiasiyası..........................................257 
9.2.2. DNT sintezinin elonqasiya mərhələsi...............................257 
9.2.3. RNT-nin biosintezi (transkripsiya)...................................258 
9.3 Nuklein turşuları mübadiləsinin pozğunluqları....................262 

397 
 
X FƏSİL 
10. ZÜLALLARIN MÜBADİLƏSİ...........................................266 
10.1 Zülal və aminturşuların parçalanması.................................266 
10.2 Aminturşuların biosintezi...................................................279 
10.3 Zülalların biosintezi............................................................283 
XI FƏSİL 
11. KARBOHİDRATLARIN MÜBADİLƏSİ...........................292 
11.1 Karbohidratların həzm sistemində çevrilməsi....................293 
11.2 Karbohidratların aralıq mübadiləsi.....................................296 
11.3 Dixotomik yolla (anaerob) qlükoza-6-fosfatın   parçalan- 
        ması.....................................................................................298 
11.4 Spirtə qıcqırma....................................................................304 
11.5 Karbohidratların aerob parçalanması (piroüzüm turşusu- 
        nun mübadiləsi)..................................................................305  
11.6 Karbohidratların oksidləşməsinin pentozofosfat yolu   
       (apotomik oksidləşmə).........................................................308 
11.7 Fruktoza və qalaktozanın mübadilə xüsusiyyətləri.............313 
11.8 Karbohidratların biosintezi.................................................317 
11.9 Şəkər mübadiləsinin neyro-humoral tənzimi......................322 
11.10 Karbohidrat mübadiləsinin pozğunluqları........................324 
11.10.1. Şəkərli diabet................................................................326 
11.10.2. Fruktozuriya..................................................................329 
11.10.3. Qalaktozemiya..............................................................330 
11.10.4. Qlikogenozlar...............................................................331 
XII FƏSİL
 
12. LİPİDLƏRİN MÜBADİLƏSİ..............................................333 
12.1 Yağların parçalanması........................................................334 
12.2 Qliserin və yağ turşularının mübadiləsi..............................336 
12.3 Keton cisimciklərinin yaranması (ketogenez) və oksid- 
        ləşmə (ketoliz)....................................................................343 

398 
 
12.4 Yağabənzər maddələrin mübadiləsi....................................350 
12.5 Sterinlərin mübadiləsi.........................................................352 
12.6 Ali doymuş yağ turşularının biosintezi...............................354 
12.7 Doymamış ali yağ turşularının biosintezi...........................359 
12.8 Yağların (triqliseridlərin) sintezi........................................361 
12.9 Lipid mübadiləsinin pozğunluqları.....................................362 
12.9.1 Lipidlərin həzm və sorulmasının pozulması....................362 
12.9.2 Lipidlərin aralıq mübadiləsinin pozğunluqları................364 
12.9.2.1. Qaraciyər piy infiltrasiyası..........................................364 
12.9.2.2. Ketonemiya və ketonuriya...........................................366 
12.9.2.3. Xolesterin mübadiləsinin pozğunluqları......................367 
XIII FƏSİL 
13. MİNERAL MADDƏLƏR MÜBADİLƏSİ..........................370
 
13.1 Suyun mübadiləsi................................................................371 
13.2 Duzların mübadiləsi............................................................373 
13.3 Mikroelementlər.................................................................378 
13.4 Maddələr mübadiləsinin orqanizmlə əlaqəsi (vəhdəti).......381 
13.4.1. Nuklein turşularının və zülalların mübadiləsi  
            arasında əlaqə..................................................................384 
13.4.2. Nuklein turşularının və karbohidratların mübadiləsi  
            arasında əlaqə..................................................................384 
13.4.3. Nuklein turşularının və lipidlərin (triqliseridlərin) 
            mübadiləsi arasında əlaqə...............................................385 
13.4.4. Karbohidratların və zülalların mübadiləsi arasında  
            əlaqə................................................................................385 
13.4.5. Zülalların və lipidlərin mübadiləsi arasında əlaqə..........385 
13.4.6. Karbohidratların və lipidlərin mübadiləsi arasında 
            əlaqə................................................................................387 
ƏDƏBİYYAT.............................................................................388 
 

Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin