Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   17   18   19   20   21   22   23   24   25
meydana çıxa bilər. Lakin 
onlar aradan qalxacaq və 
müalicə davam etdirilməlidir. 
Məhkumların bu cür müxtəlif 
yan təsirlər barədə məlumatlı 
olmaları vacib amillərdəndir. 

Səhifə 204   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
4.3.  Həbsxanalarda rast gəl nən spes f k t bb  problemlər (MDR və HİV)
Dərmanlarının əlavə təsirlərinin monitorinqi və idarəedilməsi müalicəyə tam riayət edilməsi üçün vacibdir. 
Qayda-qanunlara tabe olmayan məhkumlar arasında çox vaxt elələri olur ki, müalicə aldıqlarına görə kədərlənirlər 
və ya hətta müalicəyə sinik şəkildə yanaşan məhkumlar və bu həyatda itiriləsi heç nəyi olmayan məhkumlarda da 
olur. Əvvəldə qeyd edildiyi kimi, yarımçıq kəsilmiş müalicənin ictimai səhiyyəyə təsiri məhkumları o qədərdə 
maraqlandırmır, onlar üçün daha önəmli olan özlərinin həbsxana problemlərinin həll edilməsidir. 
Əgər “ilkin” və “qazanılmış” rezistentlik terminlərini ləğv edib onları “yeni” Vərəmli xəstələr və “əvvəllər 
müalicə  edilmiş  xəstələr”  sözü  ilə  əvəzləsək, həbsxanalarda  bu  fərq  çox  çətinliklə  müəyyənləşəcək.  Bu  əsasən 
Vərəmin geniş yayıldığı ölkələrdə özünü büruzə verir. Çox vaxt yeni və yeni olmayan xəstəni müəyyənləşdirmək 
olduqca çətin olur. Həbsxanaya gələn əksər məhkumların heç biri barədə tibbi hesabatlar olmur.  Onlar suallara 
“öz şəxsi maraqları” baxımından yalnış cavablar verə bilərlər. Yəni, məhkum əslində “yeni” xəstə olmadığı halda 
özünü yeni xəstə kimi təqdim edə bilər. Bu ölkələrin bəzi Vərəm proqramlarında hər kəs Vərəm müalicəsinin hər 
hansı bir formasını qəbul etmiş hesab olunur.  
“Qazanılmış” rezistentlik termini vərəmin geniş şəkildə yayıldığı ölkələrdə xüsusilə mənfi məna kəsb edə 
bilər. Mono və ya bi-rezistent olan (hətta MDR olmayan) xəstəyə standart qısamüddətli birinci sıra müalicə rejimi 
tətbiq etmək rezistentliyin güclənməsinə gətirib çıxara bilər.  Bu keçmiş Sovet İttifaqı ölkələrinin həbsxanalarında 
həyata keçirilən vərəm proqramları zamanı sənədləşdirilib və davam etməkdə olan ciddi şəkildə yanaşılmalı bir 
məsələdir 
15

Bu  səbəblərdən,  Vərəm  proqramına  daxil  edilməzdən  öncə  Vərəm  və  MDR  Vərəmin  yayıldığı  ölkələrdə 
məhkumlar arasında “yeni” halların dəqiqləşdirilməsi üçün DHT tətbiq edilməlidir. 
Ümumi əhaliyə nisbətən həbsxanalarda bir sıra tibbi çətinliklərlə daha çox üzləşmək mümkündür. Xüsusilə 
Venadaxili Narkotik İstifadəçilər (VDNİ) arasında ağciyər xəstəliyi, Hepatit (xüsusilə B və C) kimi yanaşı gedən 
hallar həbsxanalarda çox yayılıb. Narkotik və spirtli içkilərdən istifadə də məhkumlar arasında çox geniş yayılıb
•  Həbsxanalarda Vərəmin yayılmasına səbəb olan amillər dərmanlara qarşı rezistent olan Vərəm və MDR 
Vərəmin yaranmasına da gətirib çıxarda bilər. 
•  Həbsxanaya  gələn  məhkumlar,  xüsusilə  həbsxanadan  öncə  zəif  nəzarət  edilən  mülki  proqramlara 
cəlb edilmiş və ya həbsxanada öncə olublarsa özləri ilə dərmanlara qarşı rezistentliyi də gətirirlər. Bu, 
məsələn, keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində əsas problem olaraq qalır. 
•  Həbsxanada MDR Vərəm müalicəsinə maneçilik törədən tibbi maneələr: 
•  müalicənin həddən artıq uzunmüddətli olması (24 ay!...);
•  ikinci sıra dərmanların qəbulu zamanı güclü yan təsirlər;
•  daha çətin monitorinq cədvəli;
•  ikinci sıra dərmanlar üçün daha çətin hesab edilən Dərmanlara Qarşı Həssaslıq Testinin aparılması; 
•  mülki proqramlarla daha yaxın əlaqələrin qurulmasına olan ehtiyac..
2,9,11
4.3.1. HIV
Əvvəlki bölmələrdə HİV-in Vərəm və MDR Vərəmə əlavə mənfi təsiri geniş şəkildə təsvir edilib. Yerləşdiyi 
ölkədən asılı olaraq həbsxanalarda mövcud olan HİV/QİÇS problemi də müxtəlif olur. VDNİ bəzi ölkələrdə bu 
problemin əsas səbəbi də ola bilər. “Kişinin kişi ilə cinsi əlaqədə olması” (MSM) bir çox ölkələrin həbsxanalarında 
qadağan edilib, qeyri-qanunidir və ya buna ciddi şəkildə sanksiya qoyulub (bəzən hər üçünün kombinasiyası). 
Bəzi qərb ölkələrində isə, əksinə, şprislərin, iynələrin mübadiləsi proqramı ola bilər və kondomlar paylanıla bilər. 
Həbsxana  həyatının  gündəlik  şərtləri  HİV-in  ötürülməsini  gücləndirə  bilər
14
.  Beləliklə  də,  bu  şərtlər  HİV-in 
ötürülməsi vasitəsi ilə birbaşa və ya birbaşa olmadan vərəmin yayılmasını da sürətləndirə bilər. HİV-in yüksək 
dərəcədə yayılması Vərəmin idarəedilməsini, xüsusilə də MDR Vərəmin müalicəsini çətinləşdirəcək.
17

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 205
HİV-in həbsxanada yayılma mənbələri:
•  Venadaxili narkotik istifadəçilər
•  Kişinin kişi ilə cinsi əlaqədə olması
•  Tatuaj
Həbsxanalarda,  eləcə  də  mülki  sektorda,  vərəmin  əlamətləri  olan  HİV  müsbət  xəstələri  Vərəm  və  MDR 
Vərəmi yoxlamaq üçün müayinə etmək lazımdır. 
Respirator xəstəliklərin əlamətləri müşahidə edilən, lakin vərəm üçün bəlğəmi mənfi olan məhkumlarda HİV 
müsbət ola bilər. Bu zaman həmin məhkumlar HİV-ə görə yoxlanmalıdır. Bu cür xəstələr başqa-başqa  pulmonar 
xəstəliklərdən də əziyyət çəkə bilərlər. Bir paradoks olaraq, bu cür əlamətləri, bəlğəmi mənfi olan xəstələrə vərəmin 
dəqiq diaqnozu qoyulmadan (birinci sıra dərmanlarla) vərəmə qarşı müalicə təyin edilir! Əslində, bu cür yalnış 
müalicənin əvəzinə onlara Vərəmə qarşı aktiv olmayan geniş spektrli antibiotiklərlə sınaq müalicəsi təyin edilməlidir. 
Kifayət qədər maliyyə vəsaitinin və ləvazimatların olmadığı həbsxanalarda HİV ilə birlikdə türyan etmiş ağ 
ciyərdən kənar vərəm hallarının çoxunun tam olaraq sənədləşdirilməsi bəzən çətindir. Bu bəzən qeyri-müvafiq 
vərəm  dərmanlarının  təyin  olmasına  gətirib-çıxarır.  Bu,  ağ  ciyərdən  kənar  vərəm  hallarının  səhv  diaqnozu  ilə 
nəticələnə bilər. 
Vərəmin tüğyan etdiyi ölkələrdə MDR Vərəm və Anti Retro Viral kimi “ikili” müalicə geniş şəkildə yayılmadığından 
onların birgə aparılması ilə bağlı həbsxana şəraitinin spesifik cəhətləri barədə əvvəlcədən heç nə demək mümkün deyil. 
Vərəm və MDR Vərəmin geniş yayıldığı əksər həbsxana sistemlərində ARV müalicəsi hələ də müstəsna xarakter daşıyır. 
Lakin, Vərəm və MDR Vərəmlə bağlı görülən ehtiyat tədbirlərini daha gücləndirmək, tam düzgün müalicəyə nail olmaq 
üçün bərabər şəkildə, bəzən isə daha çox olmaq şərti ilə HİV-ə də diqqət yetirmək lazımdır. 
Bəzi müalicə rejimləri, hətta HİV-ə qarşı aparılan müalicənin qısa müddətə dayandırılması rezistent HİV- 
ştammlarının əmələ gəlməsinə səbəb ola bilər. Qeyd edildiyi kimi bir çox həbsxanalarda qaydalara və nizam-intizama 
tabe olmayan, özlərinin hər hansı şəxsi mənafeləri naminə sistemə “kələk gəlməyə” çalışan xəstə məhkumlar ola 
bilər. Laqeyd şəkildə qəbul edilən HİV-ə qarşı müalicəyə eyni cür münasibət fəlakətli nəticələrə gətirib çıxara bilər. 
Həbsxanalarda MDR Vərəm və HİV müalicəsini birləşdirməzdən öncə qeyd edilən bütün amillərə qarşı, xüsusilə 
də etibarlı, tam olaraq təlim keçmiş və bacarıqlı tibbi heyətin mövcudluğuna, onların həbsxana və məhkumlar 
barədə biliklərə malik olmalarına əmin olmaq lazımdır. Vərəmin müalicəsi üçün çoxlu sayda həblər müalicəyə riayət 
üçün çətinlik yaradan başlıca amillərdən biridir və ARV terapiyanın əlavə olunması vəziyyəti daha da pisləşdirəcək. 
Bundan əlavə, Vərəmə qarşı dərmanların törətdiyi yan təsirlərdən əlavə HİV müalicəsinin də yan təsirləri ciddi 
problemə  çevrilə  bilər  və  buna  görə  də  bu  məsələlərə  qarşı  olduqca  diqqətli  olmalı,  bu  problemlərin  aradan 
qaldırılması səriştəsinə malik olmaq lazımdır. Təəssüf ki, bir çox ölkələrdə həbsxana tibb heyəti bu məsələlər barədə 
az və ya heç təlim keçməyiblər.  
Həbsxanalarda ARV terapiyaya başlamazdan öncə təhlükə və faydanın hesablanmasında 
diqqətli olmaq gərəkir. 
4.4. Həbsxanalardakı səh yyə  lə bağlı sos al problemlər və mənbələr n lokal zas yası 
Həbsxanalar çox vaxt hökumətin maliyyələşdirmə siyahısının lap sonunda özlərinə yer alırlar. Əgər siyahıya 
daxildirlərsə Əvvəldə qeyd edildiyi kimi həbsxanalardakı səhiyyə probleminə qarşı diqqətsizlik, laqeydlik olur və 
bunu əlavə bir yük olaraq qəbul edirlər. Səhiyyə nazirliyi də əksər hallarda bu məsələ üçün məsuliyyət daşımaq 
istəmir. 
Vərəm  və  MDR  Vərəm  halları  zamanı  siyasi  öhdəçilik  əsas  yer  tutur  və  güclü  maliyyə  dəstəyi  olmalıdır. 
Uzun  illər  həbsxanalarda  fəaliyyət  göstərməyə  maraqlı  olmayan  MVP-ı  nəhayət  anlamağa  başlayıblar  ki,  əgər 
onlar vərəmin aradan qalxmasına çalışırlarsa həbsxanalara qarşı laqeyd olmamalıdırlar. Həbsxanalardakı MDR 
Vərəmli xəstələri müalicə edib sağaltmadan ümumi cəmiyyətdəki MDR Vərəmi sağaltmaq mümkün deyil.

Səhifə 206   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5.  Nət cədə
Həbsxanalarda  Vərəmin  idarəedilməsi  zamanı  bir  çox  problemlər  meydana  çıxır.  Bütün  bunlar  barədə 
həbsxana  tibb  heyəti  məlumatlandırılmalıdır.  Bu  halda  dərmanlara  rezistent  olan  vərəmin  müvafiq  müalicəsi 
və  qarşısının  alınması  mümkündür 
16
.  Bu  çətinliklər  daha  çox  MDR  Vərəmin  müalicəsi  ilə  bağlı  ortaya  çıxır. 
Təcrübələr göstərmişdir ki, heç vaxt həbsxanalarda işləməyən Vərəm mütəxəsisləri bir çox spesifik çətinlikləri ayırd 
etməkdə çətinlik çəkirlər. Məhz elə bu səbəbdəndir ki, bu bölüm xüsusi olaraq həbsxanalar barədə yazılmışdır.
DOTS strategiyasının əsası və MDR Vərəmlə bağlı əlavə komponentlər barədə həbsxanalarda MDR Vərəmin 
müalicəsinə başlamazdan öncə bütün tərəflər razılığa gəlməlidirlər.  Həbsxanalar üçün siyasi öhdəçiliyin təmini 
mülki sektorda olduğu kimi vacib, bəlkə daha da önəmlidir. Tibbi heyətin lazımi təlim keçməsi, onlara edilən 
nəzarət, MDR Vərəm müalicəsinin bütün aspektlərdən ciddi surətdə monitorinqi, düzgün idarəetmə həbsxana 
kontekstində  tələb  edilir.  MDR  Vərəmin  müalicə  proqramında  həbsxana  səhiyyə  sisteminin  düzgün  fəaliyyət 
göstərməməsi səbəbindən və ya tibbi heyətin bu müalicə zamanı üzləşə biləcəkləri çətinliklərlə bağlı məlumatsız 
olması səbəbindən davamlı və müntəzəm olmayan müalicələrə yol verilməməlidir.  
Sivil  MVP-lə  yaxın  əlaqə,  dəqiq  müəyyənləşdirilmiş  sosial  dəstək  nəticəsində  məhkumun  həbsxanada 
olduğu müddətdə lazımi müalicəni aldığına, bu müalicənin tamamlandığına əmin olmaq lazımdır, daha sonra isə, 
yəni həbsxananı tərk etdikdən sonra müalicədən sonrakı nəzarət aparılmalıdır.  Bütün bunlar ümumilikdə Vərəm 
üçün, xüsusi olaraq isə Vərəmin rezistent formaları və MDR Vərəm üçün çox önəmli amillərdir.

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 207
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
Həbsxanalarda Vərəm və MDR Vərəm
1. Öyrəndiklərinizi nəzərə alaraq Həbsxanada Vərəmlə bağlı aşağıda qeyd edilənlərin hansı daha düzgündür ? 
a)  Məhkumların bir çox xəstəliklərə yoluxma riski daha yüksəkdir. Həbsxanada Vərəmin yayılması mülki sektora 
nisbətən daha yüksəkdir.
b) Vərəm epidemiyasının həbsxanalarda yayılmasının səbəbi çox vaxt onların izdihamlı olmasındandır.  
c)  Məhkumlar  bacardıqları  qədər  uzun  müddət  açıq  havada  olmaqla  vərəmə  yoluxmaqdan  özlərini  qoruya 
bilərlər. 
d) Həbsxanalarda lazımi ventilyasiya və geniş pəncərələr olarsa vərəmin yayılma təhlükəsi azalar. 
e)  Vərəmə tutulduğu aşkarlanan məhkum həbsxanaya daxil olarkən o, digər məhkumlardan ayrılmalıdır. 
f )  Xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə Vərəmə qarşı müalicə alan xəstə məhkumun ailə üzvləri ilə 
görüşməsinə icazə verilməməlidir. 
2.  Məlumdur  ki,  həbsxanalar  təcridetmə  müəssisədir  və  onun  təhlükəsizlik  tələbləri  var.  Lakin  bir  çox 
ölkələrdə həbsxanalar “cəmiyyətdən kənar”da problemli sosial qrupların saxlanmasına xidmət edir. Desək 
ki, bu cür sosial qruplar “lazımsızdırlar”, bu siyasi cəhətdən düzgün olmazdı, lakin təəssüf ki, reallığa yaxın 
olardı.  Bu  vərəmin  tüğyan  etdiyi  ölkələrdə  böyük  narahatlıq  yaradır.  Bu  məsələ  həbsxanalarda  vərəmin 
yayılmasına hansı yolla təsir edir ?
a)  Məhkumlar öz sağlamlığının qeydinə qalmayan və ya iqtisadi cəhətdən buna imkanı olmayan və ya sağlamlıq 
barədə heç bir biliyə malik olmayan qruplara aid olurlar.  
b) Narkotiklərdən  qeyri-qanuni  istifadə  mülki  sektorda  böyük  bir  problemdir  və  təəccüblü  deyil  ki,  bu  da 
həbsxana daxilində səhiyyə problemləri yaradır.Bu HİV ötürülməsinə gətirib çıxarır və həbsxanada vərəmin 
vəziyyətini daha da ağırlaşdırır. 
c)  Cinayətkarların sayının artması nəticəsində həbsxanalarda izdihamlı bir şərait yaranır, bu isə məhkumların 
səhhətinə öz mənfi təsirini göstərir. Lakin yeni həbsxana binaları tikməklə bu problemi aradan qaldırmaq olar. 
d) Əgər həbsxanalarda güclü nizam-intizam olsa və məhkumlardan onlara vərəm üçün təyin edilmiş müalicənin 
qaydalarına ciddi surətdə əməl etmək tələb edilərsə problem olmaz və MDR Vərəm əmələ gəlməz. 
3. Vərəmli xəstələrin vaxtaşırı diaqnozu çox vacibdir, çünki:
a)  … onların müalicəsi mümkün olana qədər bu məhkumlar ayrıca saxlanmalıdırlar.
b) … izdihamlı şəraitdə xəstə məhkumun digərlərini yoluxdurması asan olacaq.
c)  … aktiv pulmonar vərəmli məhkumlar tibbi nəzarət altında olmaq istəyən, lakin vərəmli olmayan məhkumlara 
öz bəlğəmlərini “sata” bilərlər.
d) … əgər pulmonar vərəmli xəstə həbsxana tibbi heyəti tərəfindən müalicə edilməzsə, onlar başqa müalicə qəbul 
edə bilməzlər.
4. Pis davranışa görə məhkum cəza kamerasına göndəriləndə artıq vərəmə qarşı müalicəni (ilk fazası) almır. 
Tibbi heyət hansı tədbirləri görməlidir?
a)  Məhkumun dərhal müalicə edildiyi xəstəxanaya qaytarılmasını təkidlə tələb etməlidir.
b) Cəza sektorunun gözətçilərinə dərmanları vermək, onların necə və nə zaman qəbul edilməsini izah etməklə 
məhkumun müalicəsini davam etdirməlidir.
c)  Həbsaxana rəhbərliyindən xahiş edib icazə almalıdır ki, cəzalandırılmış məhkum özü şəxsən cəza kamerasında 
olduğu müddətdə ona lazım olan dərmanları alsın. Ona artıq tibbi heyət tərəfindən dərmanların necə qəbul 
edilməyi izah edilib.  
d) Tibbi  heyətdən  bir  nəfər  gündəlik  olaraq  cəza  kamerasına  getməli,  dərmanları  gözətçiyə  verməli,  o,  isə 
dərmanları xəstə məhkuma çatdırmalıdır. 
e)  Yuxarıda qeyd edilənlərdən heç biri mümkün deyil
f )  Heç biri.

Səhifə 208   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5.  Həbsxananı  tərk  etdikdən  sonra  Vərəm  və  ya  MDR  Vərəmin  rezistent  ştammları  olan  xəstə  məhkum 
öz  müalicəsini  davam  etdirə  bilməyəcəksə  o,  həbsxanada  olduğu  müddətdə  müalicə  edilməlidirmi? 
Onlar  müalicəni  bitirməzdən  öncə  həbsxananı  tərk  etmək  imkanına  malik  ola  bilərlərmi  (cəza  müddəti 
tamamlanarsa və ya amnistiyaya düşərlərsə) ?
1:
a)  Adətən düz olur. Məhkumlar adətən cəmiyyətin ən kasıb təbəqələrinə mənsub olurlar və həbsxanaya daxil olarkən çox vaxt artıq 
xəstə olurlar.  
b)  Mümkündür, lakin izdihamlı şərait tək başına Vərəmin yaranmasına səbəb olmur. Əgər daxil olarkən məhkum müayinə edilsə 
və  onda  vərəm  aşkarlandığı  halda  digər  məhkumlardan  ayırıb,  onun  müalicəsinə  başlanılsa,  artıq  izdihamlı  kameralarda  xəstə 
məhkum olmaz və öskürərək vərəm çöplərini kameradakı digər məhkumlara yaymaz. 
c)  Yalnız gündüz vaxtı! Hava qaralan kimi, bəzən də daha tez məhkumlar kameralarda olmalıdırlar. Beləliklə onlar 8-12 saat, 
bəzən də daha çox vaxtı içəridə keçirirlər. Bu kameralar dolu və pis ventilayasiya sisteminə malik olur. Vərəmin yayılması (eləcə də 
hava yolu ilə keçə bilən digər xəstəliklərin) da beləliklə mümkünləşir. Onu da qeyd edək ki, bəzən elə olur ki, məhkumların gündüz 
vaxtı “açıq qapılar” rejimi olmur. Bəzi ölkələrdə onlar gün ərzində 1 saat açıq havada olurlar, bu isə gündəlik olaraq baş vermir.  Eyni 
zamanda iqlim amilini də nəzərə almaq lazımdır. Qışda soyuq ölkələrdə ola bilsin ki, məhkumlar bütün qışı açıq havada olmurlar. 
(Bu yalnız o səbəbdən deyil ki, gözətçilər onları açıq havaya çıxarmaq istəmirlər. Əksər soyuq qışı olan ölkələrdə məhkumlar özləri 
sıfır dərəcədən də aşağı olan temperaturda çölə çıxmaq istəmirlər). 
d)  Düzdür, lakin əsasən isti iqlim şəraitində olan həbsxanalarda.  c) bəndi olan halda soyuq qış fəslində kameraların ventilyasiyası 
çox vaxt minimuma endiriləcək. Əgər pəncərələrin asanlıqla açılıb bağlanmasını təmin edən sistem yoxdursa, məhkumlar özləri 
örtüklərlə və ya plastik vasitələrlə pəncərənin bütün açıq yerlərini bağlıya bilərlər və beləliklə kamerada müvafiq ventilyasiya demək 
olar ki, olmaz.  
Şəkildə göstərildiyi kimi soyuq hava olan zaman pəncərələr məhkumların əllərinə keçən hər hansı bir əşya ilə bağlanır  >. Günəş şüası 
demək olar ki, içəriyə düşmür. Əslində isə həbsxanalarda elə sistem olmalıdır ki, təhlükəsizliyə problem yaratmadan pəncərələri geniş 
şəkildə açmaq və içərinin ventilyasiyasını yaxşılaşdırmaq və sonra isti olması üçün bağlamaq mümkün olsun. 
e)  Bu həbsxana sistemindən asılıdır. Əgər həbsxanadakı tibbi xidmət daxil olma zamanı müvafiq müayinə tədbirlərini həyata 
keçirə və məhkumlar üçün tibbi konsultasiya vasitəsi ilə passiv müayinə edə bilirsə, bunu ümumilikdə effektiv saymaq olar. Daha 
sonra  nəzəri  cəhətdən  kliniki  qiymətləndirmə  qənaətbəxşdirsə,  kontaqioz  vərəmli  xəstələr  minimum  müddət  -  məsələn  ilk  3-4 
həftə ayrıca saxlanıla bilərlər. Praktikada isə vərəmin ciddi bir problemə çevrildiyi həbsxanalarda xəstə məhkumun ən azı birinci sıra 
dərmanlarla DOTS müalicəsinin tam ilkin mərhələsində ayırırlar (məsələn: I kateqoriya müalicə rejimi zamanı 2 ay).
Lakin, vərəmin tüğyan etdiyi bir çox ölkələrdə həbsxanalar heç də bu cür yaxşı təşkil edilməyiblər. Bundan əlavə ilkin və ya ikincili 
rezistentlik  səbəbindən  müalicənin  uğursuz  olması  təhlükəsi  də  böyükdür.  Beləliklə  müalicənin  ilkin  mərhələsində  məhkumlar 
onların  kontaqioz  olmadıqları  barədə  həm  laborator,  həm  də  kliniki  təsdiqlər  hazır  olana  kimi  digər  məhkumlardan  ayrı 
saxlanmalıdırlar. 
Ayırmaq “təcrid edilmə” ilə sinonim deyildir. Tibbi cəhətdən ayırma səbəbi vərəmli məhkumu təkadamlıq kameraya salmaq üçün 
bir bəhanəyə çevrilməməlidir. Həbsxanalarda müalicənin ilkin mərhələsində olan xəstə məhkumlar üçün ya ayrıca otaqlar, yaxud da 
xəstəxana olmalıdır. Sözsüz ki, bu artıq izdihamlı olan həbsxanalarada praktiki baxımdan çətin ola bilər. Ən vacib  məsələ respirator 
əlamətləri olan xəstələri aşkarlamaq və onlarda vərəm müayinəsi aparmaq, pulmonar Vərəm hallarını müəyyən etmək və mümkün 
qədər tez bir zamanda onların müalicəsinə başlamaqdır. Məhkumlar uzun müddət bir-biri ilə yaxın təmasda olduqları üçün xəstə 
məhkumun bir yerdə qaldığı digər məhkumları da müayinə etmək lazımdır, beləliklə infeksiyanın qarşısını almaq olar.  
f )  Ölkə və həbsxana sistemlərindən asılı olaraq ailə üzvlərinin məhkumlara baş çəkməsi fərqlənir. Əvvəldə qeyd edildiyi kimi, 
müalicənin ilkin mərhələsində olan (müalicəsinin uğursuz olduğu təsdiqlənmiş xəstələrlə daha ehtiyatlı olmaq lazımdır) və hələ 
də  digərlərini  yoluxdurmaq  təhlükəsi  olan  məhkumlarla  ailə  üzvlərinin  yaxın  təması  yolverilməzdir.  İnkişaf  etmiş  ölkələrdəki 
həbsxanalarda  bu  problem  vizual  və  audio  ünsiyyətin  qurulmasına  imkan  verən  sistemlərin  təchizatı  ilə  həll  edilir.  Beləliklə  də 
vərəmin yayılmasının qarşısı alınır. Məsələn, telefon və ekran sistemləri vasitəsi ilə birbaşa təmas olmur. Bəzi ölkələrdə isə ehtiyat 
tədbirləri kimi həm ziyarətçinin, həm də məhkumun maskadan istifadə etməsi şərti ilə müalicənin ikinci mərhələsində görüşə icazə 
verilir (xəstə yoluxdurucu olsa da, olmasa da). 
Aparılan təcrübələr göstərir ki, dünyanın bir çox ölkələrindəki həbsxanalardakı görüşlər nəzarət altında olmur. Ailə üzvləri müalicə 
alan, və hətta müalicənin hələ ilkin mərhələsində olan məhkumla birbaşa təmasda ola bilirlər. Bəzi hallarda isə ziyarətçilərə hətta 
MDR vərəmə tutulmuş məhkumun kamerasına girmək icazəsi verilir, göz yumulur və ya ən azı maneçilik törədilmir. Bu həbsxana 
reallığının  ən  adi  faktıdır  və  səhiyyə  mütəxəssisləri  bu  faktları  bilməli,    nəzərə  almalı  və    Vərəm/MDR  Vərəm  kimi  səhiyyə 
problemlərinin aradan qaldırılmasını təmin etməlidirlər.
answers

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 209
2:
a)  Təəssüf ki, bu bir həqiqətdir! Həm inkişaf etməkdə olan ölkələrdə, həm də inkişaf etmiş ölkələrdə bu problem mövcuddur. 
Müsbət tərəfi ondan ibarətdir ki, həbsxanalar məhkumlara Vərəm, HİV/QİÇS kimi xəstəliklər barədə məlumat vermək üçün xüsusi 
bir imkan yaradır! Əlbəttə, məhkumların içərisində elələri olacaq ki, onlar öyrənməkdən yayınacaqlar. Lakin, bir çoxları öyrənməyə 
can atacaqlar və öyrəndiklərindən xeyir görməyə çalışacaqlar. 
b)  Tamamilə doğrudur. Müxtəlif ölkələrdə müxtəlif narkotiklərlə bağlı problemlər var. Venadaxili narkotik istifadəçiləri (VDNİ) 
HİV üçün ən böyük təhlükə mənbəyidir. Bəzi ölkələrdə siqaret şəklində çəkilən narkotik maddələrdən iynəyə nisbətən daha çox 
istifadə edilir. Bu həmçinin cinsi əlaqə vasitəsi ilə keçən xəstəliklərin, eləcə də HİV-in yayılmasına gətirib çıxarır. “Göylərdə uçan” 
məhkum cinsi əlaqə vasitəsilə xəstəliyin keçməsi barədə öyrəndiklərini unuda bilər. Onlar adi halda istifadə etdikləri qoruyuculardan 
istifadə etməyi unudaraq cinsi əlaqədə ola bilərlər. Həbsxanalarda cinsi əlaqə çox geniş bir mövzudur və burada bir neçə söz deməklə 
bitməz. Məlum məsələdir ki, bir çox həbsxana rəhbərliyinin inandığı və ya inanmağa üstünlük verdikləri fərqli olaraq bu təmaslar 
yalnız “homoseksuallar arasında” olmur. Həbsxanada cinsi əlaqələr zorakılıqla baş verir və adətən qadağan olunan bir mövzudur*
c)  Həbsxanaların izdihamlı olması da vərəmin yayılmasında əsas amillərdən biridir. Lakin yeni həbsxana binalarının tikilməsi 
ilə də bu problem həll edilmir. Təcrübələr göstərir ki, əksər hallarda yeni tikilən həbsxana binalarından əlavə olaraq yeni gələn 
məhkumların  yerləşdirilməsi  üçün  istifadə  edilir  və  digər  həbsxanalardakı  izdihamlı  şərait  aradan  qaldırılmamış  qalır.  Vərəmin 
yayılmasını azaltmaq üçün onu bütün aspektlərdən həll etməyə çalışmaq lazımdır. MVP-nın həbsxana tibb heyəti ilə sıx əlaqəli 
şəkildə işləməsi bu məsələlərdən biridir. Səlahiyyətli məmurlar isə öz səlahiyyətləri daxilində tədbirlər görməlidirlər, həbsxanalara 
həddən  artıq  məhkum  yığılmasını  aradan  qaldırmalıdırlar,  bunu  məhkəmə  proseslərinin  sürətlənməsi  və  həbsə  almaq  yerinə 
alternativ cəzaların tətbiq edilməsi kimi vasitələrlə edə bilərlər.
d)   Məhkumlar əlbəttə bir çox tələblər irəli sürə bilərlər, lakin əsassız tələblərin yerinə yetirilməsi məqsədəuyğun olmaz. Qeyd 
olunduğu  kimi,  məhkumlar  məhkumluqlarının  bir  hissəsi  kimi  Vərəmə  və  ya  vərəmin  daha  ağır  forması  olan  MDR  Vərəmə 
yoluxmalı deyillər.  Hər bir vərəmli məhkuma lazımi müalicə təyin edilməlidir, eləcə də həbsxanalarda vərəmə yoluxma təhlükəsinin 
minimuma enməsi üçün bütün tədbirlər görülməlidir. Onu da qeyd edək ki, hərdənbir elə məhkumlar olur ki, qəbul etməli olduqları 
dərmanların qəbulundan boyun qaçırırlar, tibbi heyətlə əməkdaşlıq etmək istəmirlər. Bu mövzu növbəti bölmədə müzakirə ediləcək. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin