Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   17   18   19   20   21   22   23   24   25
Bu bölmənin sonunda siz bilməlisiniz:
•  Nə üçün həbsxana şəraiti Vərəmin aşkarlanması və qarşısının alınması üçün 
daha çətin şərait hesab edilir
•  Nə üçün məhkumlar xüsusilə çətin xəstələr hesab edilirlər
•  Həbsxanalarda müxtəlif rezistentli ştammlar necə əmələ gəlir və ya yayılır
•  Məhkumlarda MDR Vərəmin müalicəsi zamanı əmələ gələn əlavə çətinliklər 
barədə 
•  Necə və nə üçün məhkumlarda Vərəm-HİV-in olması Vərəm və  MDR Vərəm 
müalicəsini daha da ağırlaşdırır
Bölmə 15
Həbsxanalarda Vərəm və MDR Vərəm

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 185
2  G r ş
Həbsxana  şəraitinin  və  məhkumların  özünəməxsus  xüsusiyyətləri  Vərəmin  effektli  nəzarəti  üçün  spesifik 
yanaşmalar tələb edir 
1,2
. Bunlar 
Mycobacterium Tuberculosis  rezistent formaların (xüsusilə MDR-Vərəm) peydə 
olunması  və  disseminasiyası  ilə  əlaqəli  daha  ciddi  nəzərə  alınmalıdır.  Bəzən  həbsxanaları  vərəmin  müalicəsi 
üçün “ideal məkan” hesab edirlər. Təəssüf ki,  həbsxana şəraitinin səciyyəvi çətinlikləri və məhkumların “adi” 
xəstə  əhalisindən  çox  fərqlənməsi  faktdır  və  həbsxanalarda  Vərəmin  müalicəsini  əksər  tibb  mütəxəssislərinin 
düşündüklərindən qat-qat çətindir 
3
. Həbsxanalar Vərəm bakteriyasının həm adi, həm də rezistent ştammları 
üçün ən münbit məkan hesab edilir. Bu bölmədə həbsxanalarda Vərəmlə mübarizə zamanı nəzərə alınmayan bir 
çox məqamlar öz əksini tapacaq. Vərəmin idarəetməsində meydana çıxan çətinliklərin həlli yolları xüsusilə MDR 
Vərəmin müalicəsi zamanı HİV-in sürətlə həbsxanalarda yayılması nəticəsində daha da mürəkkəbləşir.
İctimai Səhiyyə Problemi olmaqdan əlavə həbsxanalar həm də Vərəm və MDR Vərəm ehtiyatını özündə 
cəmləyən bir yerdir. Səhiyyə Orqanları buna laqeyd qala bilməzlər. Burada söhbət insan həyatından gedir. 
Vərəmə yoluxmaq məhkumlara verilən hökm deyil. Lakin inkişaf edən dünyanın, Vərəmə yoluxma nisbəti 
yüksək olan ölkələrinin həbsxanalarında MDR Vərəmə yoluxan xəstənin müalicəsi mümkün olmasa, bu həmin 
xəstə məhkum üçün ölüm hökmünə bərabərdir 
4
.
Burada  öz  əksini  tapan  situasiyalar  və  “hiylələr”  Vərəm  proqramı  həyata  keçirilən  dörd  qitədə 
yerləşən həbsxanalardakı təcrübənin məhsuludur və onlar konkret olaraq hər hansı spesifik bir qitəyə 
aid  deyil.  Xüsusi  vurğu  altında  qeyd  edilməlidir  ki,  bu  bölmədə  öz  əksini  tapan  problemlər  bütün 
həbsxanalar
a aid deyil və hesab etmək olmaz ki, bütün həbsxanalar sistemli şəkildə proqramlarla əlaqə 
saxlamırlar. Bir çox məhkumlar müalicə edilmək istəyirlər və onların idarə edilməsi o qədər çətin olmur. 
Təəssüf ki, Vərəmin yayıldığı ölkələrin həbsxanalarının əksəriyyətində problemlər vardır. Məhkumların 
mövcud sistemi aldatması və ya sistem üzərində üstünlük əldə etmə və əsasən bunun digər məhkumlara 
da sirayət etmə halları çoxdur.    Bu bölmədə qeyd edilən hiylələr heç vaxt həbsxana şəraitində işləməyən 
tibb  personalının  məlumatlandırması  üçündür.  Məlumdur  ki, 
Mycobacterium Tuberculosis-in rezistent 
ştammlarının  yaranmasına  səbəb  olan  və  düzgün  aparılmayan  Vərəm  müalicə  proqramını  tətbiq 
etməkdənsə fəaliyətsizlik daha yaxşıdır. Həbsxanalarda MDR Vərəm Proqramının tətbiqinə başlayarkən 
vərəmin  bütün  formalarının  düzgün  idarəolunmasına  mane  ola  biləcək  məqamlardan  qorunma 
qaydalarını bilmək çox vacibdir.

Səhifə 186   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
2.1. Nə üçün həbsxanalar?
Vərəm bu gün bütün dünyada ən əsas səhiyyə problemi hesab edilir. Bu xəstəliyin həbsaxanalarda yayılması 
çox  yüksəkdir,  bəzən  isə  ümumi  əhali  sayına  nisbətən  həddindən  artıq  yüksək  olur.    Bu  reallıq  həbsxanadan 
kənarda da Vərəmin geniş şəkildə yayıldığı ölkələrdə daha qabarıqdır. Bu cür ölkələrdə həbsxanalarda Vərəmin 
yayılma  nisbəti  həbsxanadan  kənarla  müqayisədə  40,  50  və  hətta  80-100  dəfə  yüksək  ola  bilər.  Son  onillikdə 
Mycobacterium  tuberculosis-in  rezistent  formaları  və  xüsusilə  də  MDR  Vərəm  ştammları  həbsxanalarda  geniş 
şəkildə yayılmağa və əsas problemlərdən biri olmağa başlayıb. Bu səbəbdən Vərəm mənşəli ölüm halları artıb. 
İndi əsas problem məhkumlar və heyət üçün əlavə təhlükə mənbəyi hesab edilən rezistent vərəm çöpləri olan, 
kontaqioz məhkumların mövcudluğudur. 
Son vaxtlaradək bir çox ölkələrin milli səhiyyə strategiyalarında məhkumlar nəzərə alınmırdılar. 10-15 il 
əvvəl milli səhiyyə statistikasında məhkumlar və ya məhkumların sağlamlığı məsələsinə toxunulmurdu. Dünyadakı 
məhkumlar Daxili İşlər və Ədliyyə Nazirliklərinin tabeliyindədir və Səhiyyə Nazirliyi ilə əlaqələr də müstəsna 
təşkil edir. Bundan əlavə Səhiyyə Nazirliyinin də ölkənin məhkum əhalisinin səhhəti barədə çox cüzi məlumatı 
olur (və əksər hallarda heç bir müdaxilə etmə səlahiyyətləri də olmur) 
5
.
2.2. Bu yalnız məhkumlar barədə dey l!
Həbsxanalarda  Səhiyyənin  vəziyyəti  dedikdə  yalnız  məhkumlar  nəzərədə  tutulmur.  Əslində  həbsxanalar 
öz-özlərində  kiçik  cəmiyyətlərdir.  Onlarında  məhkum  heyəti,  tibb  heyəti,  vəkilləri,  hər  gün  gəlib-gedənləri 
var. Müntəzəm olaraq, həftədə bir neçə dəfə və ya daha çox məhkumlara baş çəkən, onlarla yaxın təmasda olan 
ziyarətçilər var. Məlum məsələdir ki, həbsxana əhalinin səhhəti ilə bağlı olan hər hansı bir problem məhkumlarla 
bu cür yaxın təmasda olan insan qrupuna da təsir edəcək. Gec və ya tez həbsxanalardakı sağlamlıqla bağlı bu cür 
problemlər ictimaiyyəti də əhatə edəcək.
Siyasətçilər, Dövlət Səlahiyyətliləri və hətta Səhiyyə məmurları da çox vaxt həbsxanalardakı bu cür potensial 
təhlükə mənbələrinə laqeydlik göstərirlər. Onlar məhkumları bu cəmiyyətin bir parçası kimi, gec-tez bu cəmiyyətə 
inteqrasiya ediləcək şəxslər kimi deyil, sanki başqa planetdən gəlmiş və sağlamlığının qətiyyən digər insanlara təsir 
qabiliyyəti ola bilməyəcək yad adamlar kimi qəbul edirlər. 
Sual:
In your opinion, why do public authorities, and even health authorities, neglect health in prisons?
a.  Həbsxanalardakı səhiyyə problemləri nadir hallarda ümumi ictimaiyyətin problemi ola bilər.
b.  Məhkumlar ümumi cəmiyyətdən təcrid ediliblər, buna görə onlar bu cəmiyyətə heç cür təsir edə 
bilməzlər.
c.  Səhiyyə məmurları çox vaxt həbsxanalardakı vəziyyətlərdən xəbərsiz olurlar. 
d.  Siyasətçilər çox vaxt məhkumların səhhəti ilə maraqlanmırlar. 
e.  Məhkumlar ümumi ictimai cəmiyyətin üzvü kimi qəbul edilmirlər. 
Cavab: 
c, d və e bəndləri hər biri doğru ola bilər − bəzən hər üçü doğrudur.
Əgər siz düzgün cavab kimi a) və ya b) bəndlərini qeyd etmisinizsə: Həbsxanalardakı səhiyyə problemləri 
ümumi cəmiyyətə hökmən təsir edir. Həbsxanalar qapalı cəmiyyətlərdir, lakin əlbəttə bu tam germetik 
şəkildə olmur. Mühafizəçilər və ziyarətçilərdən də başqa, misal üçün vəkillər, çatdırılma işlərinə baxan 
heyət, sanitarlar və təmir işləri ilə məşğul olan insanlar həbsxanalara gəlib gedirlər. Məhkumlarla təmas 
bütün bu qeyd edilən qrupların hamısı ilə o qədər də yaxın olmasa da, əgər məhkumlar arasında yoluxucu 
xəstəlik varsa istər-istəməz bu, “ziyarətçilər” vasitəsi ilə yayılacaq və beləliklə də həbsxana və ictimai 
cəmiyyət arasında körpü yaranacaq. Latın Amerikasında bu “poblaciones puente” və ya “insanların 

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 187
körpüsü” adlanır. Bu ifadə qeyd edilən vəziyyəti çox yaxşı işıqlandırır. Məlum məsələdir ki, məhkumlar və 
ya onların əksəriyyəti azadlığa buraxılırlar. Əgər Vərəmə yoluxduğu aşkarlanmayan və ya lazımi müalicə 
almayan məhkum varsa onlar bu xəstəliyi öz ailələrinə və beləliklə də cəmiyyətə yaymış olacaqlar. 
Əksər ölkələrdə, xüsusilə Vərəm hallarının çox sayda olduğu ölkələrdə, Səhiyyə Nazirliyinin məmurları öz 
ölkələrinin həbsxanalarındakı real vəziyyət barədə məlumatsızdırlar. Son onillikdə Səhiyyə Nazirlikləri 
həbsxanalardakı səhiyyə məsələlərinə cəlb edilirlər, hətta Səhiyyə Nazirlikləri nəzdində həbsxanalarda 
səhiyyə şöbələri yaradılıb. Burada bu mövzunu müzakirə etmək fikrindən tamamilə uzaq olsaq da 
qeyd etmək lazımdır ki, artıq Vərəm problemi o həddədir ki, Səhiyyə Nazirlikləri də həbsxanalarda 
məhkumların sağlamlığı məsələsinə cəlb edilirlər.   
d) və e) Bu cavablara “siyasi cəhətdən düzgün olmayan” fikirlər kimi baxıla bilər. Təəssüf ki, bu bir çox 
ölkələrin real vəziyyətini əks etdirən bir ifadədir. Siyasi səlahiyyətliləri inandırmaq lazımdır ki, məhkumlar 
müvəqqəti olaraq ümumi ictimai cəmiyyətdən təcrid edilmiş olsalar da, onlar bu cəmiyyətin bir parçası, 
bir üzvüdürlər, gec ya tez bu cəmiyyətə qayıdacaqlar. İctimai Səhiyyənin müdafiəsi üçün məmurlar 
məhkumları da ümumi səhiyyə siyasətinə daxil etməlidirlər. Nəhayət İnsan Hüquqları nöqteyi nəzərindən 
məhkumlar öz cinayətləri səbəbindən azadlıqdan məhrum ediliblər, ümumi səhiyyə siyasətinə daxil olmaq 
hüquqlarından deyil. Əvvəlcə qeyd edildiyi kimi, vərəm məhkum cəzasının bir hissəsi deyil.
2.3. Vərəm həbsxana şəra t ndə xüsus  çət nl klə aradan qaldırılır
MDR–Vərəm bu gün dünyanın bir çox ölkələrinin həbsxanalarında geniş şəkildə yayılmaqdadır. Vərəmə 
qarşı rezistentlik öz-özünə baş vermir – bu insanın yaratdığı bir problemdir. Diqqətsizlik, laqeydlik, məqsədsizlik, 
bəzən  hətta  rüşvətxorluq  “adi”  Vərəmin  müalicəsinin  uğursuzluğuna  səbəb  olur  və  əgər  eyni  laqeydlik  MDR 
Vərəmin müalicəsi zamanı da göstərilsə bu artıq fəlakət deməkdir. Həbsxanalarda işləyən tibb heyətinin MDR 
Vərəm də daxil olmaqla Vərəm rezistent ştammlarının seçilməsinə gətirən əvvəllər meydana çıxan çətinliklər və 
bir çox hiylələr barədə xəbərdar edilməlidirlər. Bu cür çatışmamazlıqlar praktiki olaraq sağalmaz olan bakteriya 
ştammlarının yaranmasına aparıb çıxara bilər. 
Həbsxanalar Vərəm rezervuarı hesab edilməlidir və buraya xüsusi diqqət tələb edən bir yanaşma olmalıdır
 6
.
“Hardasa Vərəmə nəzarət etməyin yeganə yolu ona hər yerdə nəzarət etməkdən 
ibarətdir.” 
Professor Lee Reichman* 
Hər hansı bir ölkədə həbsxanaları istisna edərək Vərəmə qarşı aparılan “mübarizə” sanki hər irinli absesi olan 
xəstənin həmin nahiyyəsini kəsib, drenaj etmədən onun yoluxucu xəstəliyini müalicə etməyə bənzəyir.
Gürcüstan Respublikasında məhkumlar üçün hazırlanmış posterlərdə çox “sadə” qrafik yolla nə üçün Vərəmi 
monoterapiya şəklində yox dərmanların kombinasiyası şəklində müalicə etməyin lazım olduğu izah edilir. 
Soldakı  şəkildə  (“Resistent”),  “xəstə”  yalnız  bir  dərman  qəbul  edir  (R  =  rifampisin).  Vərəm  bakteriyası 
isə monoterapiyaya qarşı mübarizə aparır və reziztent olur. Sağdakı şəkildə isə (“Düzgün müalicə”), eyni xəstə 
üç müxtəlif dərman qəbul edir (R = rifampisin; INH = izoniazid və PZA = pirazinamid) və daha sonra ona 
Streptomisin adlı iynə də yeridilir (bakteriyanın bədənində “sarğı” kimi göstərilib). Vərəm çöpü məhv edilib və o, 
artıq “məğlubdur”
Bu  poster  böyük  A3  formatda  geniş  şəkildə  həbsxanalara  və  Gürcüstan  Respublikasının  həbsxana  tibbi 
mərkəzlərinə paylanıb, eləcədə bu posterlərdən digər ölkələrin həbsxanalarında da istifadə ediblər.
 
* İstinad edilən mənbəyə 
bax [13]: “Time Bomb” 
(“Zaman bombası”)

Səhifə 188   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
drawings courtesy Dr. L. Sharashidze, ICRC Georgia
Gürcüstan Respublikasında 
məhkumlar üçün 
hazırlanmış posterlərdə 
çox “sadə” qrafik yolla nə 
üçün Vərəmi monoterapiya 
şəklində yox dərmanların 
kombinasiyası şəklində 
müalicə etməyin lazım 
olduğu izah edilir.
2.4. Ümum  şərhlər.
Belə rəsmlərdə sözdən çox məna olmalıdır. Məqsəd ondan ibarətdir ki, Vərəmin oral müalicəsində bir neçə 
dərmandan və iynədən də istifadə edildiyi barədə məlumat məhkumlara çatdırılsın (rəsmdə 3 müxtəlif dərman 
var: RIF, INH and PZA) və iynə (STR). Bu müalicə Vərəmin tüğyan etdiyi ölkələrdəki həbsxanalarda Vərəmə 
qarşı geniş şəkildə istifadə edilir. 
Bu cür qrafik izahatlar həbsxanalarda daha çox effekt göstərir, çünki məhkumları geniş şəkildə mətnlərin 
olduğu broşürlar o qədər də cəlb etmir. 
Bir çox ölkələrdə Vərəmin müalicəsi barədə bu cür məlumatlar məhkumlara çatdırılır. Əsas məsələ gigiyenik 
vəziyyətdir (məsələn: məhkumlara anladılmalıdır ki, öz kameralarının tez-tez havasını dəyişsinlər, əlbəttə iqlim 
şəraitini bu zaman nəzərə almaq şərti ilə; ağızlarını tutmadan öskürməsinlər və s.) və Vərəmin əlamətlərinə bənzər 
simptomlar əmələ gələrsə həbsxanalardakı tibb mərkəzlərinə müraciət etsinlər. 
Daha  öncə  də  qeyd  edildiyi  kimi  posterdə  izah  edilir  ki,  Vərəmin  müalicəsi  bir  neçə  dərman  bir  yerdə 
qəbul  edilən  zaman  effektli  olur.  Vərəmin  tüğyan  etdiyi  bir  çox  ölkələrdəki  həbsxanalarda  xəstə  məhkumlar 
üçün müalicənin ilkin mərhələsinin ilk iki ayında artıq Streptomisinin də daxil edildiyi standart səkkiz aylıq 
müalicə  sxemi  var,  məsələn:  2HREZS/1HREZ/5H3R3.  (Bu  rəsmdə  PZA    ETH  ilə  əvəz  edilib).  Bu  sahədə 
aparılan təcrübə göstərir ki, ümumi əhali içərisində də dərmanlara qarşı rezistent olan Vərəmin geniş yayıldığı 
həmin ölkələrdə məhkumlarda aşkarlanan bu halın “yeni” olub olmamasından asılı olmayaraq  pulmonar vərəm 
diaqnozu qoyulan bütün məhkumlar üçün bu səkkiz aylıq sxem ən yaxşı nəticə göstərir 
7,8,9
.
Bu cür həbsxanalarda bütün məhkumlar Vərəmə qarşı dərmanlardan istifadə etmiş ola bilər. Bu səbəbdən 
də Dərmanlara qarşı həssaslıq testi (DHT) çox vaxt mövcud olmur. MDR Vərəmin müalicəsinə başlayan zaman 
DHT həbsxanaya gələn bütün xəstələr üçün standart olaraq aparılmalıdır, bu xüsusi ilə MDR Vərəmin tüğyan 
etdiyi yerlərə aid edilməlidir.

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 189
3.  “Həbsxanalar vərəml  xəstələr üçün münas b dey l”
3.1. Həbsxanalar və vərəm
Əlbəttə həbsxanalar ölkədən ölkəyə dəyişir. Burada yaşam tərzi ümumi dövlətin iqtisadi inkişafından asılıdır. 
Eyni zamanda burada tibbi xidmətin keyfiyyəti də fərqli olur.  Lakin bəzən elə olur ki, müəyyən resurslara, imkanlara 
malik olan dövlətlər də həbsxanalarda səhiyyəyə investisiya qoymaq istəmirlər və burada bütün ictimaiyyət üçün 
yaranan səhiyyə problemlərinə göz yummağa üstünlük verirlər. Həbsxanalar ifrat dərəcədə sağlamlığa ziyanlı bir 
mühit ola bilər. Xüsusilə Vərəmin tüğyan etdiyi ölkələrdə həbsxana tibb xidməti çox vaxt düzgün qurulmur. Bu 
amillər vərəm kimi kontaqioz xəstəliklərin yaranması və disseminasiyası üçün əsli fəlakətə çevrilə bilər.  
Həbsxanalar,  vərəm  də  daxil  olmaqla  müxtəlif  xəstəliklərə  tutulmuş  insanların  bir  yerə  yığıldığı  saxlama 
kameraları demək deyil. Həbsxanalar dinamik quruluşludur və burada Vərəmin müalicəsini çətinləşdirən amillər 
həddən artıq çoxdur. 
•  Həbsxanalar Vərəmi qəbul edirlər   
•  Həbsxanalar Vərəmi konsentrasiyalaşdırırlar 
•  Həbsxanalar Vərəmi disseminasiya edirlər
•  Həbsxanalar Vərəmi ağırlaşdırırlar
•  Həbsxanalar Vərəmi ixrac edirlər
Sual:
Sizin fikrinizcə məhkumlar həbsxanaya düşməzdən öncə MDR və ya rezistent vərəmə tutulurlar, yoxsa 
onlar bu xəstəliklərə həbsxanada yoluxurlar? 
Cavab: 
Vərəmin tüğyan etdiyi keçmiş sovet ölkələri kimi bir çox ölkələrdə ümumi əhalidə də rezistentlik səviyyəsi 
yüksəkdir, lakin həbsxanalardakı vəziyyət bundan 50 dəfə, hətta daha çox ağırdır. Həyata keçirilən 
tədqiqatlar göstərir ki, bir tərəfdən məhkumlar artıq rezistent vərəmə tutulmuş halda həbsxanalara daxil 
olurlar, digər tərəfdən də həbsxanalarda dərmanlara qarşı rezistentlik yaradan hallar həbsxanalarda kifayət 
qədərdir. Əlavə qeydlər üçün növbəti səhifələrə bax.
Vərəmin tüğyan etdiyi ölkələrdə həbsxanaya düşməzdən öncə 
Mycobacterium tuberculosis-in rezistent 
ştammlarına yoluxmuş məhkumlarla rezistentlik hallarını nəzərə alınmadan birinci sıra dərmanlarla 
müalicə olunan və bunun nəticəsində rezistentlik yaranan məhkumların nisbətini araşdırmaq üçün 
tədqiqatlar aparılmışdır. “Rezistentliyin artması” mövzusunda tədqiqatlar bütün keçmiş sovet ölkələrində, 
və vərəmin geniş şəkildə yayıldığı bir neçə ölkədə həyata keçirilir. 
3.2. Həbsxanalar vərəm  qəbul ed r
Həbsxanalar ətraf cəmiyyətdən tamamilə təcrid edilmiş bir cəmiyyət deyil. Məhkumların əksəriyyəti 15-
45 yaş arası kişilər olur və onlar əsasən ümumi əhalinin təhsilinin aşağı səviyyədə olması və aşağı yaşayış tərzinə 
malik  olan  təbəqəsinin  nümayəndələri  olurlar.  Cinayətkarlar  çox  vaxt  azlıq  və  ya  köçkün  qruplarına  məxsus 
olurlar və onlar cəmiyyətdən kənarda yaşayırlar. Onlar həbsxanaya düşən zaman bu ümumi cəmiyyət üçün sözün 
əsl mənasında böyük təhlükə deməkdir, bu cür insanların təhsili aşağı səviyyədə olur və onlar üçün sağlamlıq əsas 
prioritet deyil. Əksər hallarda onlar anti-sanitariya şəraitində yaşayırlar və artıq vərəm də daxil olmaqla bir çox 
zəiflədici xəstəliklərə yoluxmuş olurlar. Narkomaniya və bir çox həbsxanalarda çox geniş yayılmış alkoqolizm kimi 
əlavə problemlərdə səhiyyənin vəziyyətini ağırlaşdırır.

Səhifə 190   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Vərəm kasıblıq xəstəliyidir. Məhkumlar vərəm üçün əhalinin yüksək risk qruppudur, lakin bununla belə 
bir çox ölkələrdə səhiyyə statistikasının çatışmamazlığı səbəbindən bunu dəqiqləşdirmək mümkünü olmasa da 
məhkumlar çox hallarda həbsxanaya düşməzdən öncə artıq vərəmə yoluxmuş olurlar.
Sual:
Bu cür birbaşa təmas şəraitində həbsxananın  
içərisində
 məhkumlara baş çəkən 
ziyarətçilərin olması normal bir haldırmı? 
Cavab:
Əksər inkişaf etmiş ölkələrində məhkumlarla 
ziyarətçilərin bu cür “yaxın təması” mümkün 
deyil.  Lakin  bir  çox  ölkələrdə,  eləcədə 
vərəmin  tüğyan  etdiyi  ölkələrdə  ziyarətçilər 
məhkumlarla  bu  cür  yaxın  təmasda  olurlar, 
vərəmli  məhkumun  yaşadığı  kameraya  və 
bəzi  vaxt  hətta  da  Vərəm  palatasına  girirlər! 
Məhz elə bu səbəbdən də mütləq həbsxanaya 
daxil olmazdan öncə məhkumların müayinəsi 
aparılmalı və bütün kontaqioz xəstələri təcili 
müalicə etmək lazımdır!  
Məhkumlara  sadə  gigiyenik  qaydalar 
öyrədilməlidir;  məsələn,  ağız  və  burnunu 
tutmamış  heç  vaxt  öskürməmək,  yerə 
tüpürməmək,  bu  məqsədlə  xüsusi  qablardan 
istifadə etmək.
Əgər  infeksiyadan  lazımi  şəkildə  qoruyucu 
sistem  yoxdursa,  ailə  üzvlərinin  yoluxucu 
olan  və  ya  ola  bilən  vərəmli  xəstələrin  kamerasına  daxil  olmasına  icazə  verilməməlidir.  Müalicənin  ikinci 
mərhələsində əgər görüşə icazə verilərsə xəstələr mütləq yuxarıda qeyd edilən qaydalara riayət etməlidirlər və ya 
onların ailə üzvləri və ya həm xəstə, həm də ziyarətçilər qorunmaq məqsədi ilə maskalardan istifadə edə bilərlər. 
3.3. Həbsxanalar Vərəm  konsentras yalaşdırır
İnkişaf edən və Vərəmin geniş şəkildə yayıldığı ölkələrdə həbsxanalar əksər hallarda dolu 
olur. Rəsmi “tutumdan” bu cür artıq dolu olan həbsxanalar isə vərəmin yayılmasını daha da 
sürətləndirir.  Çox  zaman  belə  izdihamlı  kameralarda  ventilyasiya  çox  zəif  olur.  Buda  hava 
yolu ilə xəstəliyin yayılmasını daha da asanlaşdırır. Bəzən məhkumlar hətta səthi müayinədən 
də  keçirilmədən  kameralara  salınırlar.  Beləliklə  onlar  çox  vaxt  qeyri  –  sanitar  yerlərdə 
toplanırlar.
10,11.
Həbsxana kamerasında izdiham 
Bu qeyri-adi görünə bilər, lakin  bu cür dolu kameralar bir çox ölkələrdə mövcuddur, 
onların bəziləri də vərəmin tüğyan etdiyi ölkələrdir. 
Hətta  içərisi  bu  qədər  də  dolu  olmayan  kameralarda  da  məhkumlar  bir-birilə  uzun 
müddət bir yerdə qaldıqlarından xəstəliyin yayılması üçün şərait yaranır. 
BQXK-ın Azərbaycan nümayəndəliyinin illüstrasiyası

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 191
3.4. Həbsxanalar vərəm  d ssem nas ya ed r
Təmasın  yaxınlığı  və  müddəti  Vərəmə  yoluxmanın 
əsas  təhlükə  amili  kimi  artıq  qeyd  edilib.  Beynəlxalq 
həbsxana  qaydalarına  əsasən  məhkümlar,  müalicəvi 
iqlimdə onların daha çox müddət qalmarı daha effektli ola 
bilməsinə baxmayaraq, gündə cəmi bir saat açıq havada ola 
bilərlər.  Demək  günün  23  saatını  məhkumlar  yoluxucu 
xəstəliyin  yayılması  üçün  ən  ideal  şərait  olan  izdihamlı 
şəraitdə  yaşamalı  olurlar.  Məhkumlar  həmçinin  çox 
vaxt  yanaşı  xəstəliklər,  sağlam  olmayan  şəraitdə  yaşama, 
malnutrisiya (pis qidalanma) kimi müxtəlif fiziki amillər 
nəticəsində zəif immunitetə malik olurlar. Eyni zamanda 
məhkum  taleyinin  naməlum  olması  səbəbindən  yaranan 
daimi  yüksək  dərəcədə  stress  kimi  psixoloji  amillər  də 
həmçinin immunitetə əks təsir edirlər. 
Həbsxanalar həm də zorakarlıqların tez-yez baş verdiyi 
yerlərdir. Bu isə əlavə olaraq məhkumun əsəb gərginliyinə 
məruz  qalması  deməkdir.  Bütün  bu  amillər  məhkumların 
tez bir zamanda vərəmə yoluxmasına gətirib çıxarır.
3.5. Həbsxanalar Vərəm  ağırlaşdırır
Əksər hallarda həbsxanalarda olan tibbi xidmət ümumi cəmiyyət üçün yaradılan tibbi xidmətdən qat-qat aşağı 
səviyyədə olur. Baxmayaraq ki, qanunla məhkum həbsxanaya yerləşdirilmədən öncə müayinədən keçirilməlidir, 
bu proses əksər hallarda sistemsizdir və ya da həyata keçirilmir. Məhkumlar arasında vərəmin aşkarlanması sadəcə 
olaraq passiv şəkildə olur. Əksər həbsxanalarda məhkümlar səhiyyə qulluğuna müraciyyətdə çətinlik çəkirlər. Bu 
müxtəlif səbəblərdən baş verir. Hərdənbir rəqib məhkum qrupları arasında qarşıdurmalar baş verir. Məhkumlar 
gözətçilərə  və  ya  digər  heyətə  tibbi  xidmətdən  istifadə  imkanına  nail  olmaq  üçün  müəyyən  “haqqı”  ödəməli 
olurlar  və  əksəriyyəti  isə  bunu  edə  bilmirlər.  Tibbi  xidmətlərdən  istifadə  imkanının  məhdudlaşması  səhiyyə 
xidməti əməkdaşlarının   maaşlarının aşağı olması və ya vərəm barəsində hər hansı bir təlimin olmamasına görə 
zəif motivasiyalı olmaları ilə daha da mürəkkəbləşir.
Sual:
Ümumi sağlamlıq problemlərinə görə, xüsusilə də vərəmin aşkarlanması üçün, həbsxanaya yerləşməzdən 
öncə müayinədən keçmə çox vacibdir. Bu bir çox həbsxanalarda edilir. Nə üçün əksər hallarda bu müayinə 
qənaətbəxş olmur?
a.  Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi bir çox ölkələrdə, 
xüsusilə də vərəmin geniş yayıldığı ölkələrdə təlim keçmiş tibb heyətinin sayının kifayət qədər 
olmamasından asılıdır. 
b.  Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi məhkumların 
çox vaxt qeyri-sağlam mühitə düşmələri və Vərəm kimi yoluxucu xəstəliyin yaranmasına səbəb olan 
immunitetin zəifləməsidir. 
c.  Həbsxanaya yerləşməzdən öncə aparılan müayinənin qənaətbəxş olmamasının səbəbi bir çox xəstələrin 
HİV-na yoluxmuş olmaları və ya həbsxanada bu cür xəstələrlə təmasda olmaları nəticəsində həbsxanaya 
düşdükdən sonra onlarda Vərəmin yaranması və inkişafı ola bilər. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin