Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
6  MDR-Vərəml  xəstələr n s mptomat k təmas hallarının  darəed lməs
6.1  Böyüklərdə təmas halları
MDR-Vərəm xəstəlik hallarının bütün simptomatik yaxın təmas halları dərhal müayinə olunmalıdır. Əgər 
aktiv vərəm xəstəliyinin olması müşahidə edilərsə, kultura və DHT aparılmalıdır. Əgər DHT-i mümkün deyilsə və 
ya DHT-in nəticələrini gözləyən zaman ya bu xəstəlik halında rezistent nümunəsi və ya cəmiyyətdə olan rezistent 
nümunəsi əsasında empirik müalicə rejiminə başlana bilər.  
Əgər xəstəlik əlamətləri olan böyükdə Vərəm müayinəsi mənfidirsə, onda trimetoprim/sulfametoksazol kimi 
vərəmə qarşı olmayan geniş spektrli antibiotiklərlə sınaq  aparmaq olar.  Əgər xəstədə əlamətlər qalmaqda davam 
edirsə, döş qəfəsinin kompüter tomoqrafiyası və/və ya yaxma və kultura üçün birbaşa bronxoskopiya aparıla bilər. 
Əgər bu diaqnostik üsullar mümkün və ya nəticələr əsaslı deyilsə diaqnoz əldə olunan kliniki məlumatlar əsasında 
qoyulmalıdır. Əgər ilkin müayinə aktiv vərəmin olduğuna dəlalət etmirsə, lakin əlaqədar şəxsdə əlamətlər qalıbsa, 
aylıq yaxma və kultura ilə birgə fiziki müayinələr və lazım olanda döş qəfəsinin rentgeni təkrar olunmalıdır.
6.2  Uşaqlarda təmas halları
Sual
Uşaqlarda MDR-Vərəm barədə fikir yaradan kliniki əlamətlər hansılardır?
a)  Təsdiq olunmuş MDR-Vərəm halı ilə uşaqların təsdiq olunmayan təmas halları 
b) Müalicə zamanı vərəmdən ölən xəstələrlə təmasda olan və MDR-Vərəmin olması sübhə yaradan uşaqlar  
c)  Bakterioloji cəhətdən Vərəmin olduğu təsdiqlənmiş və birbaşa müşahidə altında verilən birinci sıra 
dərmanlarla müalicəyə cavab verməyən uşaqlar.  
d) Balaca uşaqlarda Vərəm əlamətləri qeyri-spesifik ola bilər, məsələn, xroniki öskürmə və ya xırıltı, inkişaf 
pozğunluğu və vaxtaşırı təkrar olunan qızdırmalar.
e)  Müvafiq şəkildə bədən çəkisini artıran uşaqlar.

Bölmə 13  
MDR-Vərəmlə təmas halları  
 •   Səhifə 165
Cavab
Düzgün cavablar b, c və d-dir. 
Təsdiq olunan MDR-Vərəm halı ilə təmasda olmayan və müvafiq şəkildə bədən çəkisini artıran uşaqlarda 
hər hansı bir Vərəm növünün olması mümkün deyil. 
MDR-Vərəmə şübhə aşağıdakı hallarda olunmalıdır:
•  Təsdiq olunmuş MDR-Vərəm halı ilə təmasda olan uşaqlar. 
•  Müalicə zamanı vərəmdən ölən və bu səbəbdən MDR-Vərəm olmasına şübhə yaradan (digər MDR-Vərəm 
halı ilə təmas, müalicəyə zəif riayət və ya Vərəm müalicəsinin iki kursdan artıq qəbul edən) xəstələrlə təmasda 
olan uşaqlar.  
•  Birbaşa müşahidə altında verilən birinci sıra dərmanlarla aparılan müalicəyə cavab verməyən bakterioloji 
cəhətdən Vərəm olduğu təsdiq olunmuş uşaqlar.  
Vərəm  diaqnozunun  qoyulması  uşaqlarda  böyüklərə  nisbətən  daha  çətindir.  Balaca  uşaqlarda  Vərəm 
əlamətləri qeyri-spesifik ola bilər, məsələn, xroniki öskürmə və ya xırıltı, bədən inkişafının pozulması və vaxtaşırı 
təkrar olunan qızdırmalar. Uşaqların bəlğəm qətirmək qabiliyyətinin olmamasına, pediatrik Vərəmin oliqobasil 
təbiətinə və uşaqlarda ekstra pulmonar Vərəmin olması imkanı yüksək olduğuna görə bakterioloji təsdiqləməni 
əldə etmək çətin ola bilər. MDR-Vərəmə şübhəli uşaqlarda DHT ilə bakterioloji diaqnozun qoyulmalı olmasına 
baxmayaraq, uşaqlarda xəstəlik halları çox vaxt bakterioloji cəhətdən təsdiqlənmir. ç
Nuruda beş uşaq
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
MDR-Vərəmli xəstələrin ailələrində uşaqların simptomatik təmas hallar zamanı aşağıdakılar olunmalıdır:
•  Xəstəlik tarixçəsi və fiziki müayinə daxil olmaqla tibbi qiymətləndirmə;
•  Saflaşdırılmış proteindən alınmış tuberkulin ilə dəri testi (PPD);
•  Döş  qəfəsinin  rentgeni  (kompüter  tomoqrafiyası  kömək  edici  vasitədir,  xüsusilə  sənədlərdə  kök  ətrafı 
limfadenit olanda, lakin aşağı resurslar olan sahələrdə çox vaxt mövcud deyil);

Səhifə 166   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
MDR-Vərəmlə təmas halları
1. Düz/Səhv:
a)  Böyüklərdə yaxma-mənfi MDR-Vərəm halları uşaqları yoluxdura bilməz
b) Balaca uşaqlarda MDR-Vərəmin yaranması üçün ailə təmasları xüsusi əhəmiyyət kəsb edir
c)  MDR-Vərəmli uşaqlarda çox vaxt mənfi kulturalar olur
d) MDR-Vərəmli uşaqlar adətən yoluxucu olurlar 
e)  Qapalı bir məkanda təmas uşaqlarda MDR-Vərəm üçün önəmli bir risk amilidir. 
2.  HİV-infeksiyası olan uşaqda MDR-Vərəm əlamətləri var. Siz:
a)  MDR-Vərəm müalicəsini təyin edirsiniz  
b) MDR-Vərəm preventiv terapiyasını təyin edirsiniz   
c)  Xəstənin ARV müalicəyə ehtiyacını qiymətləndirirsiniz  
d) Birinci geniş spektrli antibiotik kursunu təyin edirsiniz və müalicənin təsirini qiymətləndirirsiniz  
e)  “a” və “c” – ni seçirsiniz 
f )  “c” və “d” – ni seçirsiniz 
3. MDR-Vərəmli xəstələrlə təmasda olduğu zaman uşaq aşağıdakıları qəbul etməlidir:
a)  Tam MDR-Vərəm müalicəsi 
b) Dərmanlara həssas Vərəmə qarşı preventiv terapiya
c)  MDR-Vərəmə dair preventiv terapiya
d) BCG vaksinasiyası
e)  Təxmini MDR-Vərəm müalicəsi
1:  S, D, D, S, D
2:  f
3:  b
Cavablar
•  Kultura  və  DHT:  Əgər  uşaq  çox  balacadırsa  və  ya  bəlğəmi  hayxıra  bilmirsə,  döş  qəfəsinin  perkussiyası 
ilə bəlğəmin induksiyası və ya mədə aspirasiyası aparılmalıdır.  (Qeyd: mədə aspirasiyadan mikroskopiya 
vasitəsilə Vərəm çöplərin aşkarlanması aşağı və uşaq üçün bu üsulun bir əziyyət olması olduğuna görə, mədə 
aspirasiya yalnız əkmə (kultura) aparılması üçün imkan olan yerlərdə olunmalıdır). 
•  Aktiv Vərəmin skrininqi və diaqnostikası üçün yardım göstərən istehsal olunmuş hesab sistemindən istifadə 
ciddi tövsiyyə edilir (daha ətraflı məlumat üçün ÜST-ün 
Uşaqlarda vərəmin idarəolunması üzrə milli vərəm 
proqramı üçün Təlimat –a bax). 
  
Əgər tuberkulin PPD dəri testi >5 mm-dən artıqdırsa, lakin xəstəlik əlamətləri olan uşağın döş qəfəsinin 
rentgeni və mədənin aspiratı və ya bəlğəmdən kultura nəticəsi mənfidirsə, o,  trimetoprim/sulfametoksazol kimi 
vərəmə qarşı aktiv olmayan geniş spektr antibiotiklərlə müalicə oluna bilər. İnduksiya nəticəsində alınmış bəlğəm 
və ya mədə aspiratından əldə edilmiş kultura, döş qəfəsinin rentgeni daxil olmaqla, üç ay ərzində mənfi kultura və 
ya əlamətlərin azalması əldə olunana qədər uşaq hər ay sıx şəkildə yoxlanılmalıdır.  Əgər xəstənin kliniki vəziyyəti 
vərəmə dəlalət edirsə və ya proqressiv şəkildə ağırlaşırsa cəmiyyətdə olan rezistentlik hallarının ümumi DHT-ə 
əsaslanaraq  xəstəyə empirik müalicə təyin oluna bilər.  

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 167
İnfeks yaya nəzarət
Bölmə 14

Səhifə 168   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə  nət cələr  
Bu bölməni bitirdikdən sonra siz:
•  Müalicə  müəssisələrində  MDR-Vərəmin  ötürülməsinin  azaldılması  üçün 
tədbirləri təsvir edə biləcəksiniz 
•  İnfeksiyaya nəzarətin prioritetlərini müəyyən edəcəksiniz
•  Mövcud nəzarət tədbirləri və effektliliyin əlamətlərini təsvir edə biləcəksiniz 
•  Respirator müdafiədə cərrahiyə maskalarının və respiratorların rolu barədə 
məlumat əldə etmiş olacaqsınız 
Bölmə 14
İnfeks yaya nəzarətcontrol

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 169
2  G r ş
MDR-Vərəm dərmanlara həssas Vərəm kimi eyni yollarla, yəni hava damcı yolu ilə, ötürülür. 
MDR  Vərəmin  nozokomial  (xəstəxanada  qazanılmış  infeksiya)  ötürülməsi  ilə  bağlı  toplanan  sənədlərdə 
MDR-Vərəmin, xüsusilə aşağı yaşayış səviyyəsi olan əhali arasında və müəssisələrdə, yüksək şəkildə ötürüldüyünə 
dair inandırıcı sübutlar qeyd edilib. Bundan başqa, MDR-Vərəmli xəstələr müalicəyə lənq cavab verə bilərlər və 
uzun müddət yaxma-müsbət qaldığına görə, onlar dərmanlara həssas Vərəmli xəstələrdən fərqli olaraq daha çox 
insanları yoluxdura bilərlər.  
MDR-Vərəmin  ötürülməsinin  qarşısını  almağa  aid  təlimatların  əksəriyyəti  inkişaf  etmiş  ölkələrdə  tətbiq 
edilib və çox bahalıdır. MDR-Vərəmin ötürülməsinə dair məsuliyyətli amillərin bir çoxunun qarşısını sadə və çox 
vaxt bahalı olmayan infeksiyaya nəzarət tədbirlər ilə almaq olar. Ötürülmənin azalmasına böyük təsir göstərmə 
ehtimalı  olan  nəzarət  tədbirləri  (məsələn,  diaqnozun  tez  qoyulması  və  yoluxucu  MDR-Vərəm  xəstələrinin 
ayırılması) minimal əlavə maliyyə resurları vasitəsilə həyata keçirilə bilər.   
3  İnfeks yaya nəzarət n pr or tetlər
  
MDR-Vərəmə yoluxma uzunmüddətli, çox ağır, mürəkkəb və uğursuz olmaq ehtimalı yüksək olan müalicə 
ilə nəticələnə bilər. Heç bir təsdiq olunmuş preventiv müalicə mümkün deyil. MDR-Vərəmin ciddiliyi mövcud 
infeksiyaya nəzarət strategiyalarını çox dəyişdirmir, lakin təhlükənin artmasına görə, MDR-Vərəmi müalicə edən 
hər bir həkimdən\proqramdan həmçinin MDR-Vərəmin xəstələrə və işçi heyətinə ötürülməsinin qarşısını almaq 
üçün mövcud tədbirləri sistematik olaraq nəzərdən keçirmək tələb olunur.  
MDR-Vərəmin qarşısını almaq üçün infeksiyaya nəzarətə dair tövsiyyələr əslində dərmanlara həssas Vərəmin 
yayılmasının qarşısını almaq üçün verilən tövsiyyələrlə eynidir, yalnız kiçik fərqlər mövcuddur (
http://whqlibdoc.
who.int/hq/1999/WHO_TB_99.269.pdf). Bu bölmə MDR-Vərəm üzərində cəmləşərək həmin tövsiyələri qısa 
şəkildə nəzərdən keçirəcək. Yuxarda adı çəkilən prevensiya təlimatları hal-hazırda yüksək dərəcədə HİV yayılan 
regionlara  dair  məsləhətlərlə  birgə  əlavə  olunub  (HİV  xəstələrinə  Qayğı  və  Müalicənin  Genişləndirilmə  Era 
zamanı Vərəm İnfeksiyasına Nəzarət, Cenevrə, Ümumdünya Səhiyyə Təşkilatı; 2007). 
HİV-müsbət insanların 
arasında baş verən ölüm 
hallarının üçdə bir hissəsinə 
Vərəm xəstələri daxildir. 
Əgər Vərəm yaxşı müalicə 
olunmursa, dərmana rezistent 
Vərəm digər HİV-müsbət 
şəxslərin, tibb işçilərinin 
və xəstaxanaya gələnlərin 
arasında sürətlə yayıla bilər. 
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 170   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
İnfeksiyaya nəzarət (İN) tədbirlərinin üç səviyyəsi 
var: 
•  İnzibati (idarəyə aid) 
•  Mühitə aid olan
•  Fərdi respirator müdafiə
İnzibati nəzarətlər ən vacib hesab edilir; güclü inzibati nəzarət tədbirləri olmasa, mühitə aid olan nəzarət 
tədbirləri və fərdi respirator müdafiə öz effektini göstərməyəcək. 
Hər səviyyə ötürülmə prosesində müxtəlif bəndlərə təsir edir: 
•  İnzibati nəzarətlər tibb işçilərinin (Tİ) və xəstələrin infeksiyaya təmasda olmalarını azaldır 
•  Mühitə aid olan nəzarətlər yoluxucu hissəciklərin konsentrasiyasını azaldır  
•  Fərdi respirator müdafiə, inzibati və mühitə aid olan nəzarətlərin infeksion hissəciklərin konsentrasiyasını 
müvafiq azalda bilmədiyi sahələrdə, Tİ-nin müdafiəsidir.  
4  İnz bat  nəzarətlər 
Sual:
Müalicə müassisələrində MDR-Vərəmin yayılmasının qarşısını almaq üçün inzibati nəzarətlər necə istifadə 
oluna bilər?
Cavab:
İnfeksiyaya nəzarətin ilk və ən vacib səviyyəsi Tİ-nin və xəstələrin 
M. tuberculosis-ə məruz qalmasının 
azalmasıdır
. Vacib inzibati nəzarətlərə daxildir:
• 
Potensial yoluxucu MDR-Vərəmli xəstələrin erkən aşkarlanması 
• 
Yoluxucu MDR-Vərəmli xəstələrin dərhal ayrılması və ya təcrid edilməsi 
• 
Müvafiq MDR-Vərəm müalicəsinin dərhal başlanması. 
İnzibati nəzarət tədbirlərinin ən vacib tərəfi MDR-Vərəmli xəstələrin və ya MDR Vərəmə şübhəli 
xəstələrin digər xəstələrdən
 (əsasən yaxma-müsbət hallar), xüsusən də zəif immunitetə sahib olanlardan, 
fiziki ayrılmasıdır
.
Yaxşı olar ki, MDR-Vərəmli xəstələr təcrid olunmuş (və ya ən azı ayrı) palatalarda müalicə olunsunlar. 
Əgər belə şərait yoxdursa və MDR-Vərəm hallarını ümumi xəstəxanalarda idarəetmək gərəklidirsə, onda 
xüsusi tədbirlər lazımdır: Uzunmüddətli yoluxuculuq və onun nəticəsi olaraq nozokomial infeksiyanın 
ötürülməsinin artmış riskinə görə, MDR-Vərəmə şübhəli xəstələr, mümkün olduğu qədər, ayrı sahələrdə 
və ya xəstəxananın ayrı binasında, digər xəstələrlə minimal təmasda və yaxşı ventilyasiya olan otaqlarda, 
yerləşdirilməlidirlər. Əgər bunu təşkil etmək mümkün deyilsə və MDR-Vərəmə şübhəli xəstələrin sayı 
çoxdursa, onda MDR-Vərəmə aid palata və ya palata sahəsi yaradılmalıdır. 
Ağır xəstələrdə MDR-Vərəmin kəskinləşməsinin aşkarlanması və ya inkişafı onların uzunmüddət ərzində 
xəstəxanada qalmalarını tələb edə bilər və bir çox ölkələrdə MDR-Vərəmli xəstələri müalicənin ilk bir 
neçə ayında xəstəxanaya yerləşdirirlər. Bu xəstələr çox vaxt ixtisaslaşdırılmış MDR-Vərəm şöbələrində 
saxlanılırlar. Paradoksal şəkildə, ümumi xəstəxanalardan fərqli olaraq Tİ-nin bu cür yerlərdə xəstəliyə 
yoluxma riski daha aşağıdır. Çünki xəstələr qəbul edilməzdən əvvəl onlara diaqnoz qoyulur və bir çoxları 
müvafiq MDR-Vərəm müalicəsinə qoşulduqdan sonra qısa müddət ərzində artıq yoluxucu olmurlar. 
Məlum və ya şübhəli HİV-müsbət xəstələr MDR-Vərəmli xəstələrdən həmişə ayrı saxlanmalıdırlar. 
Bu cür xəstələrin MDR-Vərəmə yoluxma riski xüsusilə yüksəkdir və bir çox ölkələrdə HİV-infeksiyalı 
xəstələrin palatalarında MDR-Vərəm xəstəliyinin sürətli şəkildə başlanması aşkar olunub. 

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 171
İmmuniteti zəif olan Tİ-nə 
M. tuberculosis-ə yoluxma riski az olan sahələrdə işləmək imkanı 
verilməlidir
. Təsdiq olunan MDR-Vərəmli xəstələrlə təmasda və respirator şikayətləri olan 
zəif immunitetli Tİ-nin differensial diaqnozunda MDR-Vərəmin ehtimalı ciddi şəkildə nəzərə 
alınmalıdır. MDR-Vərəmə şübhəli zəif immunitetli Tİ-ri dəqiq qiymətləndirilməli və müalicə 
olunmalıdırlar, yaxşı olar ki, bu müalicə ambulator şəkildə aparılsın. Onlar qeyri-yoluxucu və ya 
yaxma-mənfi olana qədər işdən müvəqqəti azad olunmalıdırlar. 
Xəstələrin təcrid olunması/ayrı qalması üçün razılığı onlara müxtəlif əşyaların, məsələn, televizorun 
verilməsi, kitablar/jurnallar, billiard, kartlar və s. kimi fəaliyyətlərin təklifi ilə asanlaşdırıla bilər. 
Yadda saxlanmalıdır ki, məcburi təcrid olunma ilə bağlı çətinliklər vaxtında qoyulan diaqnoz və 
dərhal müalicə ilə azaldıla bilər. 
Xəstəxanalarda və dərmanlara həssas Vərəm hallarda xəstənin üç ayrı günlərdə toplanan bəlğəm 
nümunələrinin (ən azı biri səhər erkən yığılmalıdır) üç yaxmalarının mənfi olmaları və öskürəyin 
keçməsi ilə müşahidə olunan kliniki yaxşılaşma qeyd olunursa, təcrid olunması dayandırıla 
bilər.  Baxmayaraq ki, bəziləri MDR-Vərəmli xəstələr üçün eyni kriteriya istifadə edirlər, lakin 
mütəxəssislərin əksəriyyəti MDR-Vərəmli xəstələrin evlərinə, məktəblərinə, iş yerlərinə və insan 
sixlığı çox olan yerlərə gayıtması barədə daha ehtiyatlıdırlar. Bu yanaşmanın səbəbləri MDR-
Vərəmin daha qorxulu nəticələrin olması və MDR-Vərəmə görə latent Vərəm infeksiyanın 
müalicəsi üçün yaxşı profilaktik rejimlərin olmaması faktıdır. Yaxma-mənfi, kultura-müsbət 
bəlğəmli və müalicədə olan xəstələr əlbəttə hələdə MDR-Vərəmi ötürə bilmək qabiliyyətinə 
malikdirlər. ÜST-ün təlimatlarına əsasən MDR-Vərəmli xəstələrin bəlğəmi kultura-mənfi olunana 
kimi, onlar kontaqioz sayılırlar və ictimai təyyarədə və ya digər ictimai nəqliyyət vasitəsindən 
istifadə edərək səyahət etmələri qadağandır. Müəssisələrin əksəriyyəti xəstənin təsdiqlənmiş 
kultura-mənfi nəticəsinə nail olunana kimi, xəstəni təcrid vəziyyətindən azad etməyəcəklər.
HİV-ə yoluxan və ya da yoluxmayan yoluxucu XDR-Vərəmli xəstələr açıq palatalarda  
yerləşdırılməməlidirlər (hətta MDR-Vərəm müalicəsində olan xəstələr üçün nəzərdə tutulan palata 
olsa bilə). XDR-Vərəmlə əlaqədər yüksək ölüm sayının olması xəstənin yoluxucu olmamasına 
gədər, onun isolyasiyası tövsiyyə edilir. 
İctimai ambulator MDR-Vərəm müalicəsi
 xəstələrə və tibb işçilərinə ötürülmə riskini azalda bilər. 
Baxmayaraq ki, ötürülmələrin əksəriyyəti diaqnozun qoyulmasından və MDR-Vərəm müalicəsinə 
başlamazdan əvvəl baş verə bilər, ambulator xəstələrə evdə təcrid olunmaları, geniş kütlə ilə, xüsusilə 
də balaca uşaqlar və ya HİV-infeksiyalı şəxslər kimi həssas insanlarla, təmasda olmamaq məsləhət 
görülməlidir.    
MDR-Vərəm xəstələrinin müalicə olunduğu yerlərdə aparılmalı digər vacib inzibati tədbirlərə 
aşağıdakılar daxildir:
•  Müalicə müəssisəsində ötürülmə riskinin qiymətləndirilməsi;
•  Müəyyənləşdirilən yerdə aparılmalı olan tədbirlərin ətraflı yazılı surətdə infeksiyaya nəzarət 
(İN) planının inkişafı;
•  Planın həyata keçirilməsi üçün Tİ-nin müvafiq şəkildə təlimləndirilməsi.
Müəssisə üçün infeksiyaya nəzarət rəhbərliyinin və əsas departamentlərin nümayəndələri ilə 
infeksiyaya nəzarət komissiyasının təyin edilməsi ciddi şəkildə tövsiyə edilir. Komissiyanın ilkin 
tapşırığı müəssisə üçün bütün işçi heyətınə infeksiyaya nəzarət siyasəti və prosedurlar haqqında 
təhsil proqramı daxil olaraq, hərtərəfli infeksiyaya nəzarət planın hazırlanması olmalıdır. 

Səhifə 172   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
İnfeksiyaya nəzarət planlarının hazırlanmasında beynəlxalq 
təlimatlar istifadə olunmalıdır 
Ümumdünya Səhiyyə Təşkilatı
Yüksək riskli sahələri müəyyən etmək üçün 
müvafiq işarələr inzibati tədbir hesab edilir
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
5  Müh tə a d olan nəzarətlər
5.1  Ümum  f k rlər
MDR-Vərəmin nozokomial ötürülməsinin qarşısını almaqda mühitə aid olan nəzarət müdafiənin ikinci 
xəttidir.  İnzibati  nəzarətlə  bağlı  fəaliyyət  göstərərkən,  Ti-ri  və  ya  xəstələrin  təmasda  ola  biləcəkləri  yoluxucu 
hissəciklərin konsentrasiyasının azaldırması üçün ətraf mühit nəzarətlərindən lazımi şəkildə istifadə etmək olar.  
Bu  səbəbdən  mühitə  aid  nəzarət  tədbirləri  çox  sayda  yoluxucu  MDR-Vərəm  xəstələrinin  saxlandığı  palatalar, 
bəlğəmgətirici  prosedurların  aparıldığı  sahələr,  bronxoskopiya  otaqları,  laboratoriyada  kultura  və  dərmanlara 
həssaslıq testlərin aparıldığı otaqlar və autopsiya otaqları kimi, yoluxucu hissəciklərin yüksək konsentrasiyası ilə 
təmasda olmaq ehtimalı olan sahələrdə çox vacibdir.   
İş mühitində yoluxucu hissəciklərin damcılarının sayını azaltmaq üçün mühitə aid müxtəlif nəzarət tədbirlər 
istifadə oluna bilər.  Baxmayaraq ki, bəzi mühitə aid olan nəzarət tədbirləri resursların çox sərf edilməsini tələb 
etmir, onların əksəriyyəti bahalı və texniki cəhətdən mürəkkəb proseslər hesab edilir. Bu, nəzarət tədbirlərinin 
həyata keçirilməsi həm riskin, həm müvafiq resursların qiymətləndirilməsi ilə idarəedilməlidir.  
Şübhəli və ya məlum yoluxucu MDR-Vərəm xəstələrinin digər insanlardan fiziki cəhətdən ayrılmalarını 
təmin edən inzibati nəzarət tədbirləri mühitə aid olan nəzarətin həyata keçirilməsindən əvvəl gələn lazımlı 
ilk addımdır
.  Buna yoluxucu xəstələrin ayrı otaqlarda, palatalarda və ya binalarda yerləşdirərək nail olmaq olar. 
Mühitə aid olan nəzarət tədbirlərinin əksəriyyəti, əgər onların istifadəsi böyük müəssisədə deyil, lakin onun bir 
hissəsində məhdudlaşarsa, asanlıqla həyata keçirilib, saxlanıla bilər.  

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 173
İşçi mühitdə yoluxucu hissəciklərin yüksək konsentrasiyasının azalmasının ən yaxşı yolu ventilyasiyadır, yəni 
havanın qarışdırılmasını və mübadiləsini təmin edən hava hərəkətləri.  Ventilyasiyaya aşağıdakılar vasitəsilə nail 
olmaq olar:
•  Xarici hava axını ilə yaradılan hava gedişinin istifadəsi
•  Daxili istilik mənbələrindən istifadə edərək konveksiya vasitəsilə
•  Havanı istiqamətləndirilmiş şəkildə soran mexaniki ventilyatorlar
•  Mexaniki ventilyasiyanın müxtəlif növləri  
Yaxşı olar ki, təmiz hava müntəzəm şəkildə otağa girsin və istifadə olunan hava isə xaric edilsin və bununla 
hava hər saat bir neçə dəfə dəyişilsin (Diaqram 1).  
Arzu edilən, lakin resurslar zəif olan sahələrdə 
mümkün olmayan yoluxucu MDR-Vərəm 
xəstələri üçün təcrid olunma otaqları 
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Qapı altında 
hava axının 
istiqaməti: 
müsbət təzyiq 
Hava axını
Hava axını
yataq
yataq
yataq
yataq
yataq
Kondisioner
Figure 14.1.

Səhifə 174   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Əgər müvafiq ventilyasiyasının qurulması iqlim və ya digər səbəblərə görə mümkün deyilsə, onda o yerlərdə 
yoluxucu hissəciklərin konsentrasiyasını azaldan alternativ üsullara yoluxucu orqanizmlərin öldürülməsi üçün 
ultrabənövşəyi bakterisid şüalanma qurğuların (UVGI) istifadəsi və ya yoluxucu hissəciklərin xaric edilməsi üçün 
havanın filtrasiya üsulları daxil olur. Lakin, bu sonuncu üsullar havanın qarışdırılması və hərəkəti kimi üsullar ilə 
birləşdirilməzsə, məhdud effektə malik olur.    
 
Mühitə aid nəzarət tədbirlərinə aşağıdakılar daxil ola bilər:
•  Açıq pəncərələr
 təbii ventilyasiyanı artırır, havanı dəyişdirir (ən sadə və ucuz üsul). 
•  Tavan  ventilyatorları
,  artıq  bir  çox  yerlərdə  mövcuddur  və  pəncərələri  açıq  saxlamaq  imkanı  olan 
yerlərdə təbii ventilyasiyanı artırmaq üçün istifadə oluna bilər.  
•  Sorucu  ventilyatorlar
  açıq  pəncərə  və  hava  ventilyatorlarının  kifayət  olmayan  sahələrdə  istiqamətli 
hava axınını təmin edir. İstiqamətli hava axını yoluxucu xəstənin tutduğu sahəyə “təmiz” hava axınının 
daxil olmasınını yönəldir və havada olan vərəm çöplərinin konsentrasiyalarını durulaşdıraraq, ötürülmə 
riskini  azaldır.  Adətən  pəncərələrdə  yerləşdirilən  bu  ventilyatorlar  yoluxucu  hissəciklərdən  ibarət 
havanın  kənarlaşdırılması  və  müəssisənin  “təmiz”  hissələrindən  və  ya  bayırdan  gələn  hava  ilə  əvəz 
etdirilməsi üçün hazırlanmışdır. 
•  Saatda ən azı altı dəfə havanın dəyişilməsini təmin edən və kontaminasiyalı (çirkli) havanın müəssisənin 
“təmiz” hissəsilərinə daxil olmasının qarşısını alan sorucu ventilyasiya sistemlərindən yüksək yoluxma 
riski hesab edilən yerlərdə maliyyə vəsaiti olduğu təqdirdə istifadə oluna bilər. Belə bir ventilyasiyanın 
qurulmasının  ən  ümumi  yolu  mənfi  təzyiqli  ventilyasiyadan  istifadədir,  yəni  ətraf  sahələrə  nisbətən 
otağı mənfi təzyiq altında saxlamaq və dəhlizdən otağa havanı çəkib, birbaşa bayıra xaric etmək. 
•  Yüksək effektli hissəcikli hava (HEPA) filtirlərdən və ya ultrabənövşəyi bakterisid şüalanma qurğulardan 
(UVGI) istifadə kimi əlavə tədbirlər faydalı ola bilər, lakin yuxarda qeyd olunan mühitə aid nəzarət 
tədbirlərinə  əvəzedici  olmamalıdırlar.  Yoluxucu  hissəciklərinin  bu  cihazlarla  təmasını  təmin  etmək 
üçün müvafiq hava axını olmadıqda, bu cihazların effektivliyi məhdudlaşır və istifadə olunan yerlərdə 
bunların effektinin qiymətləndirilməsi çətinləşir.   
•  HEPA  filtrlər  yalnız  yaxşı  təlimləndirilmiş  işçi  heyəti  tərəfindən  dəyişdirilməlidir.  Əgər 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin