Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   17   18   19   20   21   22   23   24   25
Həbsxanalarda bəzən “təhlükəsizlik baxımından” yaranan 
zəif ventilyasiya, havanın həbsxana kameralarında yaxşı dövr 
etməsinə və kameralara günəş şüasının düşməsinə
 mane olur.

Səhifə 192   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cavab:
bütün cavablar müsbət hesab edilə bilər. Çünki həbsxananın hansı ölkədə yerləşməsindən asılı olaraq bu 
həbsxanalardakı vəziyyət də fərqlidir. 
Şərhlər:
Vərəm təhlükəsi həbsxanalarda olmamalıdır. Vərəmin elə də yayılmadığı və həbsxana tibbi xidmətinin 
müvafiq maliyyələşdirildiyi ölkələrə vərəmin geniş şəkildə yayıldığı ölkələrdən məhkumların gətirilməsi 
Vərəmin idarəedilməsini daha da çətinləşdirir. Siyasi və ya maliyyə dəstəyinin bu zaman çatışmaması isə 
problemin daha da ağırlaşmasına gətirib çıxara bilər. 
a.  Bir çox hallarda Həbsxana Sistemində həbsxanaya yerləşməzdən öncə aparılan müayinə məcburi 
xarakter daşıyır (bəzən hətta qanun tərəfindən). Lakin bir çox ölkələrdə, xüsusilə də vərəmin geniş 
şəkildə yayıldığı ölkələrdə təşkilatçılığın, müvafiq büdcənin, təlim keçmiş heyətin çatışmaması və 
ya bütün bunların kombinasiyası səbəbindən bu müayinə nəzərdə tutulandan daha aşağı nəticə 
verir.  Bəzən həftə sonları təlim keçmiş tibb heyətinin iş başında olmadığı zaman bu proses həyata 
keçirilməmiş qalır və həftə sonunda müayinələrin həyata keçirilə bilən sistemin olmamasına görə 
skrininq həftənin digər günlərində aparılır.  
b.  Qeyri-sağlam mühitdə yaşam, dolu kameralar, zəif ventilyasiya və psixoloji stresə səbəb olan amillər 
məhkumun immunitetini zəiflədir. HİV infeksiyası bu vəziyyəti daha da ağırlaşdıra bilər. Buna görə 
də həbsxanaya hər dəfə daxil olarkən hər məhkum müayinədən keçirilsə də daha sonra lazımi tibbi 
tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə latent olan Vərəm infeksiyası aktivləşəcək və (kontaqioz) 
pulmonar vərəm məhkumlar arasında yayılacaq.  
c.  Həbsxanalarda hava yolu ilə yayılan Vərəmə yoluxma HİV-dən fərqlidir, sonuncu təhlükəli davranış 
nəticəsində baş verir. Vərəm və HİV bir yerdə olanda bir-birlərini gücləndirirlər. Beləliklə də, Vərəmin 
müalicəsi, MDR Vərəmin qarşısının alınması daha da çətinləşir. HİV üçün həbsxanaya daxil olan 
zaman aparılan müayinə yalnız ictimai səhiyyənin problemi deyil, burda söhbət həm də inam və 
etibardan gedir. “Pəncərə dövrü” səbəbindən kliniki müsahibələr, yoxlamalar çox zaman HİV-u 
təhlükəsinin olub olmadığını aşkarlamaq üçün kifayət etməyəcək. HİV yayılmasının “əsas hətt”-in 
(aşkar olunan zaman xəstəliyinin dərəcəsi) təşkil edilməsi üçün həbsxanalarda HİV-un yoxlanması 
anonim aparılır. HİV üzrə adi yoxlamalar, əgər sistematik prevensiya və daimi təlimatlandırma ilə 
yanaşı həyata keçirilmirsə, məhkumlarda və işçi heyətində yanlış təhlükəsizlik hissini yarada bilərlər. 
Burada diqqət yetirilməli məsələ ondan ibarətdir ki, məhkumların həm vərəm, həm də HİV üçün 
yüksək riskli əhali 
olduğu unudulmamalı və buna görə də həbsxana daixilində vərəmin müayinəsi 
zamanı diqqətli olmaq lazımdır (giriş, aktiv və passiv skrininq). Bu daha sonra müzakirə ediləcək.  
Xəstəl yə tutulma halının gec aşkarlanması (davamı)
Bəzən xəstəliyə tutulma halının aşkarlanması gec, bəzən də çox gec, baş verir. Beləliklə də, məhkumlar öz 
xəstəliklərini öz yoldaşları olan məhkumlara da yayırlar. Bu halda onların müalicəsi də artıq gecikmiş olur. Zəif 
təlim  keçmiş  tibbi  heyəti  isə  məhkumlara  qeyri-müvafiq  müalicə  verə  bilər,  bu  məhkumlar  sağalmayıb,  lakin 
yoluxucu xəstəlik daşıyıcısı olaraq qalmaqda davam edirlər [10].
Məhkumlar çox zaman təyin edilən müalicəyə əməl etmirlər. Onlar “özlərinin təyin etdikləri” dərmanları, 
və ya da təyin edilmiş dərmanları düzgün olmayan dozada qəbul edirlər.  Ən pisidə odur ki, bəzən xəstələr qulluq 
göstərən mühafizəçi və ya ailə üzvləri tərəfindən “qara bazar”dan alınmış dərmanlara və “özlərini özləri müalicə 
etməyə”  üstünlük  verirlər.  Bu  cür  qeyri-müvafiq  və  təsadüfi  müalicə  qəbul  edən  xəstə  məhkumlar  vərəmin 
rezistent formaların
 əmələ gəlməsinə və onun digər məhkumlar arasında da yayılmasına səbəb olurlar. 
Həbsxanalarda vərəmin passiv müayinəsi (yəni sadəcə olaraq tibbi heyət tibbi konsultasiya zamanı Vərəm 
əlamətlərinin “aşkarlanması halını” gözləyirlər) kifayət olmaya bilər. Həbsxananın tibbi heyəti (həkimlər, tibb 
bacıları və orta tibb işçiləri) Vərəm əlamətlərinin aşkarlanması üzrə təlim keçməlidirlər. Həmçinin onlar yalnız 
tibb  otaqlarında  əyləşməməlidirlər,  özləri  də  mümkün  olduğu  qədər  həbsxananın  içərilərinə  getməlidirlər. 
Onlar pulmonar Vərəm əlamətləri olan məhkumları yaxından izləməlidirlər. Vərəmin çox geniş şəkildə yayıldığı 
ölkələrdə Vərəmin xəstəlik hallarının aktiv aşkarlanmasına üstünlük verilməlidir. Bu əsasən iki fərqli prosedur 

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 193
daxil  edir.  Tibbi  heyətlə  birgə  şəkildə  məhkumların  sorğu  anketlərin  doldurulması  Vərəmin  aşkarlanmasına 
kömək edə bilər. Bundan əlavə, flüoroqrafiya (MMR) vasitəsilə hər bir məhkum müayinə edilə bilər. Beləliklə 
də, məhkumun tibbi xidmətdən istifadə imkanına nail olmaq üçün bəzən gözətçilərin və hətta tibbi heyətin belə 
onlardan istədikləri “haqq” aradan qalxmış olar. MMR zamanı patoloji halların müşahidə edildiyi məhkumlar 
kliniki cəhətdən həkim müayinəsindən keçirilir və laboratoriyada yoxlamaq üçün bəlğəm nümunəsi götürülür.  
Bütün
  hallarda,  kontaqioz  vərəmin  diaqnozu  üçün  bəlğəm  mikroskopiyası  əsasdır.  İzdihamlı  və  qeyri 
sağlam həbsxana şəraitində yaşamalı olan bu məhkumlar mütləq müalicə edilməlidirlər, çünki onlarda bu xəstəliyi 
digərlərinə  də  yaymaq  təhlükəsi  böyükdür.  Lazım  gələrsə  məhkumun  rentgen  müayinəsindən  keçirilməsi  də 
təşkil edilməlidir. Lakin onu da qeyd etmək lazımdır ki, vərəmin çox geniş yayıldığı bir çox ölkələrdə bu iqtisadi 
səbəblərdən mümkün olmur.  
Vərəmin çox geniş yayıldığı ölkələrdə pulmonar vərəm əlamətləri olan məhkumlarda artıq rezistent vərəmin 
bəzi  formaların,  və  hətta  MDR  Vərəmin  də,  əmələ  gəlməsi  mümkündür.  Həbsxanaya  daxil  olarkən  Dərmana 
həssaslıq Testi (DHT) üçün kriteriyalar həbsxana sisteminin təlim keçmiş heyətinin bacarığına və laboratoriya 
imkanlarına əsasən, MVP ilə birlikdə müəyyənləşdirilməli olacaq. Əgər bu kriteriyalar münasibdirsə və maliyyə 
imkanları mövcuddursa vərəmin çox geniş yayıldığı ölkələrdə Vərəm əlamətləri müşahidə edilən bütün məhkumlar 
üçün həbsxanaya daxil olarkən DHT tətbiq edilməlidir.
 
3.6. Həbsxanalar Vərəm   xrac ed r                                        
Vərəmli məhkum yalnız öz məhkum yoldaşlarını deyil, həmçinin həbsxana heyətini və onlara baş çəkməyə 
gələn ailə üzvlərini də vərəmə yoluxdura bilər. Azad edilərkən Vərəm diaqnozun qoyulmaması və ya kifayət qədər 
müalicə  almayan  və  ya  qeyri-müvafiq  müalicə  alan  məhkumu  bir  daha  müayinə  etmirlər,  və  bu  halda  həmin 
məhkum öz ailəsi və ümumi cəmiyyət üçün təhlükəli infeksiya mənbəyinə çevirilir. Vərəmin geniş şəkildə yayıldığı 
ölkələr də daxil olmaqla bir çox ölkələrdə həbsxanada başlanan müalicəni davam etdirmək üçün həbsxana və 
mülki Milli Vərəm Proqramı (MVP) arasında heç bir əlaqə yoxdur. Tam nəzarət olmadan, artıq həbsxanada 
yaranıb inkişaf edən Vərəmin hər hansı rezistent və ya MDR Vərəm ştammı ümumi cəmiyyətə də disseminasiya 
edəcək.  
İstintaq  təcridxanalarda,  çox  vaxt  qeyri-
sağlam və izdihamlı şəraitdə, məhkumlar xəstəliyə 
yoluxacaq  qədər  kifayət  bir  müddətə  saxlanıla 
bilərlər,  lakin  effektiv  müalicə  olunana  qədər  də 
uzun  müddət  yox,  hətta  tam  müalicə  mümkün 
olsa  belə.  Əgər  xəstə  məhkum  qısa  bir  zamanda 
azad  ediləcəksə,  həbsxana  səhiyyə  sistemlərin 
onun  xroniki  xəstəliyini  müalicə  etmək  meyli 
az  olur.  Bu  həmçinin  azad  olmasına  az  müddət 
qalmış  məhkumlarda  Vərəmin  aşkarlanmasına 
da aiddir. Ola bilsin ki, bu müalicənin məhkum 
həbsxanadan  çıxdıqdan  sonra  davam  etməyəcəyi 
fikri həbsxana tibb heyətini həvəsdən salır. 
MVP  üçün  həbsxana  səhiyyə  sistemi  ilə 
qarşılıqlı  əlaqələr  qurmaq,  onların  təlimlərini 
təşkil  etmək,  yalnız  onların  işini  yox,  həm  də 
onların  həbsxanada  Vərəm  Proqramından 
məlumatların  toplanma  və  interpretasiya 
üsullarına nəzarət etmək olduqca zəruridir.
İllüstrasiya: BQXK Azərbaycan
Vərəmdən tam sağalmamış məhkum 
həbsxananı tərk edir

Səhifə 194   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Vərəmin xarakteristikası onu istənilən şəraitdə çətin müalicə edilən bir xəstəliyə çevirir, 
həbsxanalar isə sanki bir zavoddur, onu alır və müvafiq səhiyyə xidmətinin çatışmadığı təqdirdə 
onu təkcə Vərəm xəstəliyinə deyil, həm də MDR Vərəmə çevirir. 
4.  “Həbsxanalar vərəml  xəstələr üçün münas b dey l”
Vərəmin  idarəedilməsinə  mənfi  təsir  göstərən  həbsxanaların  bəzi  xüsusiyyətləri  artıq  qeyd  olunubdur. 
Vərəmin müalicəsində bir çox əlavə təsirə malik dərmanlardan istifadə edildiyi, bəzi dərmanlara ciddi şəkildə 
nəzarət tələb olunduğu və müxtəlif dərman kombinasiyalarından istifadə edildiyi üçün uzunmüddətli və mürəkkəb 
prosesdir. Bütün bu amillər, MDR Vərəm olanda vəziyyəti daha da ağırlaşdırır.  
Həbsxanaların vərəmin müalicəsi üçün münasib olmamasının bir səbəbi də ondan ibarətdir ki, bu xəstəlik 
spesifik şəraitdə müalicə edilməlidir, bu cür şərait isə ya həbsxanalarda mövcud deyil, ya da oradakı mövcud şərait 
ilə, məhkum həyatının reallıqları ilə üst-üstə düşmür. Xəstənin razılığı da bu zaman əsas amillərdən biridir, çox 
vaxt elə xəstələr olur ki, müalicə edilməkdən boyun qaçırırlar 
Bir neçə problemlər Vərəm və MDR Vərəmin idarəedilməsində “hiylələrə” səbəb olur:
•  Həbsxanaların qapalı və icbari xarakter daşıyan bir mühit olması ilə bağlı problemlər                                                                                        
•  Məhkumların özləri ilə bağlı problemlər                    
 
•  Həbsxanalarda gözlənilmədən meydana çıxan spesifik tibbi problemlər
•  Səhiyyə ilə bağlı sosial problemlər və mənbələrin lokalizasiyası       
Sual:
Əgər kimsə varlı sənaye ölkəsində yaşayırsa o, nə üçün inkişaf edən ölkələrin həbsxanalarındakı vərəm 
probleminə görə, onun müalicəsinə görə narahat olmalıdır?
Cavab:
Vərəm demək olar ki, bütün Qərb dünyasında olub və indi artıq “yoxdur”. Lakin XX əsrin son 
onilliklərində o, artıq dərəcədə yayılmışdı. Şərqi Avropada doxsanıncı illərdə Vərəmin müalicəsi həm 
siyasi, həm iqtisadi səbəblərdən, regionda səhiyyə sisteminin düzgün qurulmaması səbəbindən lazımi 
qaydada aparılmırdı. Yoxsulluq xəstəliyi olan Vərəm beləliklə həbsxanalarda da artmağa başladı. 
Məsələn Rusiyada XXI əsrin əvvəllərində müəyyən edilmişdir ki, ölkədə bir milyon vərəmli xəstə məhkum 
var və onların 10 faizi aktiv pulmonar vərəmdən əziyyət çəkir. Bu 100 000 xəstənin böyük bir hissəsində 
(15-20 000? bəlkə də daha çox) rezistent vərəm çöpləri, eləcə də MDR–Vərəm ola bilərdi 
10, 11
. Xəstəlik 
halların qeyri-müvafiq aşkarlanması və dərmanlara qarşı həssaslığı təsdiqləyən laboratoriyanın mövcud 
olmaması ilə əlaqəli hal-hazırdakı dəqiq rəqəmləri qeyd etmək qeyri mümkündür. 
HİV-in aşkarlanması da Vərəmin artmasına səbəb oldu. Bəzi ölkələrdə (məsələn: Sub Saxara Afrika 
ölkələri) HİV çox geniş yayılıb, digər regionlarda (keçmiş Sovet ölkələri, Şərqi Avropa, Qərbi Avropa) isə 
HİV artır,bəzi yerlərdə asta-asta, bəzi yerlərdə isə sürətlə. 
Bütün bu səbəblərdən Vərəm və MDR Vərəm epidemiyası bütün dünyanı bürüyüb, həbsxanalar isə 
onların hər ikisinin yayılmasında böyük rol oynayır. Məhkumlar həbsxananı tərk etdikdən sonra digər 
xarici ölkələrə də gedə bilirlər və gedirlər. Əksər insanlar (və əvvəlki məhkumlar) ölkə hüdudlarını keçərək 
iş axtarmaq üçün və ya hər hansı bir səbəbdən xarici ölkələrə gedirlər.  Bu isə onlar lazımi şəkildə müalicə 
edilib sağalmadıqları təqdirdə Vərəm və MDR Vərəmin dünyada yayılması təhlükəsini artırır.

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 195
4.1.  Həbsxanaların  qapalı  (və  məcbur )  b r  müh t  olması  lə  bağlı  meydana  çıxan 
problemlər
Vərəmin, xüsusilə də MDR Vərəmin müalicəsi müvafiq və tam müalicənin təmini üçün bir neçə tələbləri 
nəzərdə  tutur.  Həbsxanalar  isə  “təhlükəsizlik”  baxımından  öz  məhkumlarını  qapalı  şəraitdə  saxlayan  və 
özünəməxsus bir çox tələbləri olan bir yerdir. Bu isə Vərəmin lazımi və effektli müalicəsinin təmin edilməsində 
çətinlik yaradır.
4.1.1. Daxilolma skrininqi
Qeyd edildiyi kimi, əksər hallarda həbsxanaya daxil olarkən məhkumlar lazımi tibbi müayinədən keçmirlər. 
Məhkumlarda Vərəm infeksiyası aşkarlanan zaman onların dərhal müalicəsinə başlanmalı və digər məhkumları 
yoluxdurmamaq üçün ayrıca saxlanmalıdırlar. Həbsxanalarda isə məhkumları ayrı saxlamaq üçün xüsusi otaqların 
olması problemə çevrilməməlidir. Yadda saxlamaq lazımdır ki, həbsxanaların əksəriyyəti izdihamlı olur. Bu fakt 
və qeyri-müvafiq idarəçilik qaydaları  müalicənin ilk aylarında (və ya hərdənbir tam ilk mərhələsində) yoluxucu 
məhkumları  ayırmağı  qeyri-mümkün  edir.  Beləliklə  də,  vərəm  çöpləri  aşkarlanan  məhkum  digər  məhkumlar 
arasında bu xəstəliyi yaymaqda davam edə bilər. 
Hətta  elə  hallar  olur  ki,  yoluxucu  məhkumların  ayrı  saxlanmasına  şərait  olsa  belə  bir  çox  həbsxanalarda 
bu  qaydanı  tətbiq  etmək  mümkün  olmur.  Vərəmin  geniş  şəkildə  yayıldığı  ölkələrin  öz  həbsxana  qaydalarını 
saxlamaqda ciddi çətinlikləri var. Həbsxanada işləyən heyətin məvacibi aşağı olur. Çox vaxt gözətçilər kiçik bir 
rüşvətə, bəzi hallarda hətta bir neçə siqaret almaqla məhkumların “məhdudiyyətsiz” olaraq həbsxana içərisində, 
infeskiyalı kameralarda gəzməsinə icazə verirlər. Bu hallar bir daha sübut edir ki, Vərəm hallarını mümkün qədər 
tez bir zamanda aşkarlamaq və bütün yoluxucu hallarını tez bir zamanda müalicə etməyə başlamaq lazımdır.  
4.1.2. Vaxtaşırı diaqnozlar 
Vərəmin,  xüsusilə  də  MDR-Vərəmin  lazımi  şəkildə  idarəedilməsi  üçün  vaxtaşırı  müayinələr  vacib 
amillərdəndir.  Əvvəlki  bölmələrdə  laboratoriyanın  vacibliyi  qeyd  edilmişdi.  Vərəmin  müalicəsində  dəqiq  və 
etibarlı şəkildə aparılmış bəlğəm mikroskopiyası və kultura nəticələri müəyyənləşdirilməlidir, bu MDR Vərəm 
halları  olan  zaman  isə  daha  mühüm  əhəmiyyət  kəsb  edir.  Həbsxanalarda  laboratoriyaların  işinin  keyfiyyətinə 
nəzarət,  əlbəttə,  MVP  ilə  birbaşa  əlaqələndirilməlidir.  Laborator  nəticələrin  aparılması  və  əldə  edilməsinə 
heç  bir  kənar  müdaxilə  edilməməlidir.  Bəzi  ölkələrdə  bu  sahədə  aparılan  təcrübələrdən  məlum  olmuşdur  ki, 
laboratoriyanın  texniki  işçilləri  və  hətta  laboratoriya  həkimləri  bəlğəm  nəticələrinin,  və  ya  hətta  DHT-nin 
nəticələrinin “dəyişdirilməsinə” məcbur edilirlər. Beləliklə də əslinə Vərəm proqramına daxil edilməsinə ehtiyac 
olmayan hansısa bir məhkum bu proqrama daxil edilmiş olur. Bu cür mənfi halların mümkün olmasını nəzərə 
alaraq proramlardan lazımi nəticə almaq üçün bütün vacib laborator nəticələrin düzgün aparılması üçün ciddi 
qaydalar tətbiq edilməlidir 
13
.
Həbsxanalardakı  digər  problem  isə  məhkumların  ailələri  tərəfindən  gətirilən  dərmanların  (yəni 
“qaçaqmalçılıq yolu ilə”) qəbulu ilə özlərini müalicə etmələridir. Lazımi diqqətin çatışmaması və ya qeyri-müvafiq 
tibbi xidmətin aparılması nəticəsində məhkumlar bu cür dərmanları qəbul edirlər.  Beləliklə də, rezistent vərəm 
yaranmağa  başlayır.  Vaxtaşırı  diaqnozlar,  monitorinqlər,  müalicələr  aparılsa  bu,  problemin  aradan  qalxmasına 
yardım olar.
 
4.1.3. Müalicənin dayandırılması.
Vərəmin  və  MDR  Vərəmin  müalicəsi  davamlı  şəkildə  ciddi  nəzarət  altında  aparılmalıdır.    Müalicənin 
yarımçıq kəsilmə hallarına həbsxanalarda daha çox təsadüf olunur. Tibbi rejim xəstənin daha öncə qəbul etdiyi 
dərmanlara göstərdiyi reaksiyaya və kliniki qiymətləndirməyə əsasən uyğunlaşdırılmalıdır.  Həbsxanalarda bu 
cür davamlılıq çox vaxt mümkün olmur. Həbsxana qaydalarına əsasən çox vaxt heç bir xəbərdarlıq etmədən 
məhkumu əvvəlcədən hazırladığı qaçma planı və ya başqa bir səbəbdən  bir həbsxanadan digərinə köçürürlər. 
Tibbi heyət isə hətta bu müalicəyə qarşı diqqətli olsa da məhkum köçürülərkən məlumatlandırılmır. Bu isə 
əlbəttəki, müalicənin dayandırılmasına gətirib çıxarır. Bu cür fasilələr müalicənin istənilən mərhələsində baş 

Səhifə 196   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
verə bilər. Bu hallar xüsusilə vərəmin tüğyan etdiyi ölkələrə aiddir. Yalnız seçilmiş həbsxanalarda Vərəm üçün 
müvafiq müalicəni təmin etmək imkanı olur. Digər həbsxanaya köçürülmə müalicənin dayandırılması və ya 
ən pis hallarda qeyri-düzgün müalicəyə gətirib çıxarır. Həbsxanalarda əksər hallarda xəstələrin tibbi tarixçələri 
köçürülmə zamanı xəstələrlə birlikdə göndərilmir.  
Hətta DOTS və MVP ilə çox sıx əlaqəli şəkildə işləyən və nəzarət edilən həbsxanalarda da hüquqi səbəblərdən 
(həbs  müddətinin  uzadılması  üçün,  davam  edən  istintaq  səbəbindən  və  ya  məhkəmə  səbəblərindən)  və  ya  cəza 
səbəblərindən    məhkumların  köçürülməsi  baş  verir  (məhkumlar  qaydaları  pozduqlarına  görə  daha  sərt  qayda  –
qanunları  olan  həbsxanlara  köçürülürlər).  Bəzən  isə  məhkumların  bir  həbsxanadan  digərinə  köçürülməsi  sadəcə 
təhlükəsizlik baxımından həbsxanaların apardığı siyasət olur və hətta bu köçürülmə heç bir səbəb olmadan da baş verir. 
Tibbi  heyət  həbsxana  rəhbərliyini  inandırmağa  çalışmalıdır  ki,  Vərəmə  qarşı  müalicə  alan  məhkum 
müalicə müddəti ərzində eyni yerdə qalmalıdır. Əgər bu mümkün olmazsa, onlar müalicənin digər həbsxanada 
davam etdirilməsinə çalışmalı və sənədləri həmin həbsxanaya göndərməlidirlər.
Məhkumların bir həbsxanadan digərinə köçürülməsi zamanı müalicənin tamamlanması prosesini nəzarət 
altında saxlamaq lazımdır. Əgər məhkumun müalicəsi başlandığı həbsxanada da tamamlanırsa Vərəmə nəzarət 
proqramı o qədər mürəkkəb olmur. Həbsxana rəhbərliyi inandırılmalıdırlar ki, məhkumlar heç olmasa müalicənin 
ilkin  mərhələsində  bir  həbsxanadan  digərinə  köçürülməməlidir.  Əgər  vərəmli  xəstə  müalicənin  ikinci  (davam 
edən) mərhələsində digər həbsxanaya köçürülürsə həmin həbsxanada bu müalicənin davam etdirilməsinə zəmanət 
verilməlidir. Bu prinsiplərə xüsusilə MDR Vərəm təhlükəsi olan zaman daha ciddi şəkildə əməl edilməlidir..
10,11
4.1.4. Cəza kameraları
Müalicənin  dayandırılması  hətta  eyni  həbsxana daxilində  də  baş  verə  bilər  və  verir.  Bir  çox  məhkumlar 
həbsxana qaydalarına əməl etmədikcə cəza kameralarına göndərilirlər. Bu sahədə aparılan təcrübələr göstərmişdir 
ki, müalicə bu cəzalandırma müddəti zamanı dayandırılır (cəza kameraları “təcrid edilmək” demək deyil, əksər 
hallarda bu kameralar da məhkumlarla dolu olur).  Həbsxana rəhbərliyi zəmanət verməlidirlər ki, müalicə hətta 
cəza kameralarında da davam etdiriləcək.  
Əlavə  olaraq  qeyd  edilməlidir  ki,  vərəmə  qarşı  müalicə  dayandırılanda,  məhkumların  özlərinin  “qara 
bazar”dan  əldə  etdikləri  müxtəlif  dərmanların  qəbulu  vəziyyəti  daha  da  ağırlaşdıra  bilər.  Bu  cür  dərmanlar 
lazımi müalicə rolunu oynamamaqdan əlavə, həm də aşağı keyfiyyətli və ya yararlılıq müddəti bitmiş ola bilər. 
Müalicənin  dayandırılması  və  qeyri-müvafiq  dərmanlarla  müalicə  dərmanlara  rezistent  olan  vərəm  çöplərinin 
əmələ gəlməsinə səbəb olur. MDR Vərəmin müalicəsinin başlanması qərarı alınanda sistemdəki bu cür problemlər 
aradan qaldırılmalıdır. Tibbi heyətin tam nəzarəti altında olmayan hər hansı bir dərman vasitəsinin həbsxanaya 
daxil olmasının qarşısını almaq üçün ciddi nəzarət sistemi tətbiq etmək lazımdır. 
4.1.5. Təmasların tapılması
Həbsxanalarda Vərəm təmasının xəstəlik hallarının aşkarlanması üçün müvafiq sistem olmaya bilər. Tibbi 
xidmətlər adətən düzgün və qənaətbəxş şəkildə yerinə yetirilmir. Orada elə bir sistem yoxdur ki, hər hansı spesifik 
bir məhkum izlənsin və tibbi konsultasiyaya çağırılsın. Bir çox inkişaf edən ölkələrdəki həbsxanalarda, xüsusilə də 
çox böyük sayda məhkumların cəmləşdiyi həbsxanalarda olduğu kimi, həbsxana daxilində məhkumun hərəkət 
sxemi nəzarət altında olmur. Bu halda tibbi heyət üçün də bu və ya digər səbəbdən onlara müraciət etməyə meylli 
olmayan hər hansı spesifik məhkumu tibbi baxımdan izləmək çətin olur. Bu məsələ MDR Vərəm halı olan zaman 
xüsusilə nəzərə alınmalıdır. Çünki MDR Vərəmə yoluxmuş xəstənin bütün təmas nöqtələrini izləmək çox vacibdir.
4.1.6. Məhkum iyerarxiyası
Həbsxanada Vərəm proqramlarının həyata keçirilməsini çətinləşdirən digər məsələ əsasən inkişaf etməkdə 
olan  ölkələrə  xas  olan,  lakin  digər  ölkələrdə  də  rast  gəlinən  “həbsxanadaxili  iyerarxiyadır”.  Bəzi  məhkumlar 
digərləri (aşağı təbəqədə olan və “bedolaqa” adlanan) ilə bir yerdə müalicə almaqdan imtina edə bilər. Həbsxanada 
artıq mövcüd olan belə “ayrılmaları” nəzərə almadan tibbi heyətin tibbi göstərişlərə əsasən xəstələri ayırması qeyri-
mümkün ola bilər. Bu, nəticədə vərəmə yoluxmuş “Avtoritet” tək bir kamerada, “aşağı iyerarxiya”-ya aid digər 
vərəmli xəstələr isə kiçik ölçülü bir otaqda sıx şəkildə qalmasına gətirib çıxara bilər

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 197
  Həbsxana  xəstəxanasında  ayrıca  kameralar:  “Avtoritet”  digər  məhkumlarla  birgə  qalmağa  “razı 
olmaya  bilər”.  “İkinci  dərəcəli”  məhkumlar  da  (burda 
“bedolaqa”  kimi  qeyd  olunub)  özləri  kameralara 
yerləşdirilməlidirlər. Mühafizə heyəti həbsxanada əmin-amanlığı saxlamaq üçün   daxili iyerarxiya qaydalarına  
“hörmətlə”  yanaşacaqlarından,  tibbi  heyət  adətən  xəstələri  tibbi  vəziyətlərinə  görə  bir-birindən  ayırmaq 
iqtidarında olmurlar.
4.1.7. Köçürülənlər – və ya yarımçıq müalicə almışlar?
Məhkumlar  cəzalarını  çəkib  qurtardıqdan  sonra  həbsxananı  tərk  edirlər.  Əgər  onlar  Vərəm  müalicəsi 
altındadırlarsa, müalicələrini mülki sektorda davam etdirməlidirlər və yaxşı olar ki, MVP-ın nəzarəti altında olsun. 
Lakin məhkumlar üçün Vərəmin çox geniş yayıldığı ölkələrdə bu cür müalicə davamiyyəti mümkün olmur.  Bəzi 
hallarda isə azad olan məhkumlar yalnış ad və ünvanlardan istifadə edirlər və ya onların heç ev ünvanları olmur.  
Azad olan məhkumların əksəriyyəti səfalət içində yaşayır və tibbi müayinədən keçmək üçün, müalicə üçün harasa 
getməyə cüzi miqdarda pulları belə olmur. Buna görə də azad olan məhkumlar “köçürülənlər”-dən çox “yarımçıq 
müalicə almışlar”-a çevrilirlər. Çünki onlar həbsxananı tərk etdikdən sonra müalcələrini davam etdirə bilmirlər. 
Müalicəni birbaşa kəsmək (xüsusilə ikinici mərhələdə) pərakəndə dərman qəbulundan daha az zərərlidir. Maliyyə 
imkanları olan bəzi məhkumlar “müalicə”lərini öz hesablarına davam etdirmək qərarına gələ bilər və bu da bizə 
aydın  olan  nəticəyə  gətirib  çıxaracaq.  Vərəm  dərmanlarının  azad  satışda  olduğu  ölkələrdə  kifayət  qədər  pulu 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin