Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
təlimləndirilməmiş işçilər HEPA filtrlərini dəyişməyə cəhd etsə, bu çox yüksək riskin mövcud olması 
deməkdir.  
5.2  Təb  vent lyas ya
Keçmişdə mühitə aid 
infeksiyaya nəzarətin yeganə 
növü təbii ventilyasiya 
olmuşdur

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 175
Təbii ventilyasiya pəncərələr açıq qoyula bilən mülayim və ya tropik iqlimdə müalicə müəssisələrinin tibb 
palatalarında və ya digər sahələrdə istifadə oluna bilər. Təbii ventilyasiya açıq şəkildə tikilmiş otaq və ya palatanın 
açıq pəncərələrindən ətrafdakı havanın sərbəst şəkildə daxil olması zamanı (bir tərəfdən daxil olan, digər tərəfdən 
xaric olan) baş verə bilər. 
Xəstəxana, klinika, palata və ya otaq üçün təbii ventilyasiya nümunələrdən maksimum faydalı istifadə yaxşı 
ventilyasiyaya nail olmaq üçün ən sadə və ucuz başa gələn yanaşmadır. Müxtəlif strategiyalar işlənilə bilər:
•  Qəbul  sahələri,  müayinə  otaqları  və  palatalar  mühitə  “açıq”  olmalıdır  (məsələn,  üstü  örtülü  açıq 
sahələrdə və ya açıq pəncərələr olan sahələrdə təşkil edilməlidir). Əlavə olaraq, daha çox ventilyasiyaya 
imkan  vermək  üçün  pəncərələr  qurula  bilər.  Pəncərələr  digər  palatalara  yox,  açıq  mühitə  tərəf 
yerləşdirilməlidir. 
•  Havanın  dəyişdirilməsini  və  hərəkətini  asanlaşdırmaq  üçün  tavan  ventilyatorlardan  istifadə  etmək 
olar. Məqsəd havanın yalnız dəyişməsi yox, həmdə təmizlənməsi və mübadiləsidir. Bu səbəbdən, açıq 
pəncərələr ilə yanaşı tavan ventilyatorlarından da istifadə olunmalıdır. 
•  Öskürək  zamanı  daha  yüksək  konsentrasiyalı  yoluxucu  aerozolların  əmələ  gəlmə  riskinin  artmasına 
görə, bəlğəmin yığılması yaxşı ventilyasiya olunan sahələrdə, daha yaxşı çöldə və digər şəxslərdən uzaqda 
aparılmalıdır. Bu sahələrdə havanın yaxşı hərəkət etməsinə dair qiymətləndirilmə aparılmalıdır, çünki 
binaya bitişik olan və ya şüşəbənd kimi bəzi sahələr havanın zəif hərəkətinə səbəb ola bilər.  
Çox  hallarda  kross-ventilyasiyanı  qurmaq  mümkün  olmur.  Bağlı  otaqlarda  aerozol  şəkilində  yoluxucu 
hissəciklərlə olan havanın olması xüsusi risk törədir. Otağın bir hissəsində açıq pəncərə ona yaxın olan havanın 
mübadiləsini təmin edir; lakin pəncərədən bəri havanın az miqdarı qısa məsafədə mübadilə edir. Bu cür yerlərdə, 
otaqda digər pəncərənin və ya qapının açıq qalması hava mübadiləsini yaxşılaşdıra bilər, lakin açıq pəncərələr və 
qapılar havanın yaxşı təmizlənməsinə təminat vermir.    
Təbii ventilyasiyadan istifadə edən müəssisələrdə ən çox rast gəlinən problem, sərin hava və ya gecə vaxtı 
xəstələrin və ya işçilərin pəncərələri bağlamalarıdır. Müxtəlif iqlim növləri və ya hava axınına mane olan digər 
əngəllərin olması hava axınının dəyişik növlərinin yaranmasına səbəb olur.  Təbii ventilyasiyadan istifadə edilən 
yerlərdə havanın hərəkətini yoxlamaq üçün siqaretdən və ya oxşar tədbirlərin istifadəsi ilə asanlıqla etmək olar. 
Ötürülmə riski yüksək olan sahələrdə qeyri-müvafiq əlavə mexaniki və ya digər tədbirlər lazım ola bilər.
Managua. “Evdə 
ventilasiyanın 
mövcudluğu və günəş 
şüalarının daxil olması 
çox vacibdir.”  
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 176   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5.2.1  Mexaniki ventilyasiya 
Əgər təbii ventilyasiya yoluxucu hava damcılarının konsentrasiyasını azaltmaq üçün müvafiq hava axınını 
vermirsə
, bu zaman mexaniki ventilyasiya istifadə olunmalıdır. Mexaniki ventilyasiyadan istifadə xüsusilə yoluxucu 
aerozolların yüksək konsentrasiyası ola bilən sahələrdə məsləhət görünür, məsələn:
•  Çox sayda yoluxucu MDR-Vərəm xəstələrinin toplandığı palatalar və ya otaqlar
•  Bronxoskopiya otaqları
•  Bəlğəm gətirici prosedurların aparılma sahələri 
•  Konsentrasiyalı bəlğəm nümunələri və kulturalar ilə məşğul olan laboratoriyalar 
•  Autopsiya otaqları və ya meyidxanalar.   
Əgər  mexaniki  ventilyasiya  istifadə  olunursa,  onda  otağa  və  ya  sahəyə  havanın  daxil  olması  və  oradan 
sorulmasını  asanlaşdıran  kifayət  qədər  gücü  olan  təchizatdan  istifadə  etmək  vacibdir.  Başqa  sözlə  desək,  əgər 
sahənin içərisinə heç hava daxil olmasa, o zaman havanın sorulmasına imkan olmayacaq. Öskürən xəstələr vasitəsi 
ilə yayılan yoluxucu hissəcikləri digərlərindən uzaqlaşdırmaq üçün birbaşa hava axınının təşkili də vacibdir.   
“Təmiz” sahədən, Tİ-ni və xəstəni keçərək bayıra çıxan istiqamətli hava axını saxlanmalıdır.  “Qısa hava 
hərəkətinin” qarşısını almaq, yəni sorulmuş çirkli havanın yenidən otağa daxil olmasına mane olmaq üçün havanın 
daxil olduğu sahə ilə xaric olduğu sahə arasında məsafə olmalıdır.  Lakin qeyd olunmalıdır ki, əgər xəstələr çox 
hərəkətli olsalar, istiqamətli hava axınının potensial xeyiri olmayacaq.  
Mexaniki  ventilyasiyanın  ən  sadə  növü  adətən  pəncərələrdə  yerləşən  və  havanı  otağın  içərisindən  bayıra 
doğru  hərəkətləndirən  sorucu  ventilyatorlardır.  Əgər  sorucu  ventilyatorlar  istifadə  olunursa,  hava  axınının 
müvafiq olmasına və həmçinin otağa yayılmasına (eyni pəncərə və ya ventilyasiya deşiyindən girib, çıxması yox) 
əmin olmaq vacibdir. Bunu hava axınının istiqamətini qiymətlərdirmək üçün nəzərdə tutulan siqaret tüstüsündən 
və ya digər təchizatlardan istifadə edərək yoxlamaq olar.   
Havanı otağın içərisindən bayıra verən pəncərə ventilyatorları mexaniki ventilyasiyanı təmin etmək üçün 
ucuz  və  ən  real  üsuldur.  Əksər  şəraitlərdə,  onlar  tərkibində  yoluxucu  hissəciklər  olan  havanı  effektli  şəkildə 
dəyişməsinə xidmət edə bilər. Baxmayaraq ki, pəncərə ventilyatorları otaq temperaturunu aşağı sala bilər onlar 
pəncərələri daima açıq saxlamaqdan daha uyğundur. 
Mexaniki ventilyasiyanın öz məhdudiyyətləri var:
•  Otaqlarda ventilyasiyanın səviyyəsi həm qapıların və ya pəncərələrin açıq və ya bağlı olub-olmaması, 
həm eyni ventilyasiya sistemli digər otaqlarda situasiyadan asılı olaraq dəyişik ola bilər 
•  Sistemlər  zəif  texniki  xidmətin,  elektrik  enerjisi  qəzaları  və  ya  zəif  planlaşdırılmış  təxniki  baxış 
nəticəsində tam olaraq fəaliyyət göstərməyə bilər
•  Yaxşı təşkil edilməmiş və ya baxılmamış mexaniki ventilyasiya sistemləri tibb işçilərini yanılda bilər. 
Əlavə olaraq, onlar həmçinin Tİ-nin və xəstələrin sağlamlığına təsir edə bilən otaq havanın keyfiyyət 
problemlərinin mənbəyi ola bilər
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 177
5.2.2  Ventilasiya və ventilasiya sistemlərin 
yoxlanması
Ventilyasiya sistemlərinin tam fəaliyyət göstərməsini 
müəyyən etmək üçün müntəzəm olaraq qiymətləndirmələr 
aparılmalıdır. Hava axınının dəqiq istiqamətini yoxlamaq 
üçün  ən  sadə  qiymətləndirilmə  görünən  tüstüdür 
(məsələn, “siqaret tüstüsü”-nün istifadəsi).  Hava axınını 
istifadə  edən  velometr  və  ya  iz  buraxan  qaz  analizləri 
kimi  daha  mürəkkəb  sınaqlar  hava  axınının  səviyyəsini 
müəyyən etməkdə və hava mübadiləsinin saatda dəyişmə 
sayını  hesablamaqda  həmçinin  istifadə  oluna  bilər. 
Vaxtaşırı qiymətləndirmələr aparılmalı və texniki xidmət 
hesabatlarında sənədləşdirilməlidir.  
Əksər  ölkələrin  ventilyasiyaya  dair  ASHRAE, 
Amerika 
İstilik,  Soyuducu  və  Hava  Kondisionerləri 
mühəndislərinin  Cəmiyy  tərəfindən  nəşr  edilmiş 
standartlara istinad edilməli özünə məxsus standartları var
5.2.3 Ultrabənövşəyi bakterisid süalanma (UVGI)
Laborator tədqiqatlar göstərir ki, UVGI-a tam məruz qalan 
M. tuberculosis ölür.  Bu səbəbdən, UVGI mühitə 
aid olan bahalı nəzarət tədbiri kimi məsləhət görünür.  Lakin effektli olması üçün kontaminasiyalı hava işıq şüaları 
ilə təmasda olmalıdır, bu isə havanın sirkulyasiyası zəif olan sahələrdə böyük bir problem yarada bilər və rütubət 
yüksək olan və ya tozlu sahələrdə onların effekti məhdudlaşa bilər. Bundan əlavə, əgər UVGI dəqiq qurulmayıbsa 
və texniki xidmət göstərilməyibsə, onda Tİ-də və xəstələrdə artıq şüalanmadan dəri və göz qıcıqlanma reaksiyaları 
əmələ gələ bilər. UVGI -ın istifadəsinə sonuncu böyük məhdudiyyət onun yerində, xüsusən də mövcud məhsulların 
müxtəlif növləri olan zaman, onların otaqlarda yerləşmə vəziyyətlərindən və müxtəlif yerlərdə otaqların havasının 
qarışması zamanı effektliliyinin qiymətləndirilməsinin mümkün olmamasıdır.     
Əgər  UVGI  qurulubsa,  onda  texniki  xidmətin  müntəzəm  proqramı  lazımdır.  Lampaların  vaxtaşırı 
tozunun  silinməsinə  və  müntəzəm  intervallar  ilə  dəyişilməsinə  dair  məsul  olan  şəxslər  təyin  olunmalıdır. 
Həmçinin hava axının nümunələrinin UVGI tərəfindən 
M. tuberculosis-i öldürmə qabiliyyətinin maksimum 
istifadəsi  üçün  hava  axınının  vaxtaşırı  qiymətləndirilməsi  çox  vacibdir.  UVGI  lampalarının  keyfiyyəti  çox 
vacibdir. Adətən yaxşı hesab edilənləri 5 000-dən 10 000 saata gədər işləyir (7-14 ay). Bundan sonra, şüalanma 
sürətlə azalır. Yaxşı hallarda, şüalanma radiometr ilə ölçülməlidir. Əlavə olaraq, Tİ-nə və xəstələrə qarşı riskin 
azalması baxımından da diqqətli olmaq lazımdır, əgər onlar qeyri-müvafiq müdafiə olunsalar, onda dəri və göz 
qıcıqlanması  əlamətləri  ilə  şikayət  edə  bilərlər.  Seçilmiş  effektli  şüalanma  səviyyələri  üçün  maksimum  icazə 
verilə bilən ekspozisiya müddətləri mövcuddur (daha ətraflı məlumat üçün Xəstəliyə Nəzarət və Prevensiya 
Mərkəzlərin vebsaytına müraciət edə bilərsiniz). 
Otağın yuxarında olan UVGI lampalar otaqlarda dünyanın bəzi hissəsilərində adətən olduğu kimi, boş 
otaqları  sterilizə  etmək  üçün  yox,  insanlar  olan  zamanı  istifadə  üçün  verilir.  Yoluxucu  mənbənin  və  digər 
yoluxmuş şəxslərin otaqda olduqları vaxt havanın dekontaminasiya edilməsi daha vacibdir və otağın yuxarı 
hissəsinə birləşdirilən UVGI lampası ciddi şüalanma riskləri olmadan bunu etmək üçün istehsal edilmişdir.     
Otağın yuxarıda istifadəsi üçün qurulmuş bərkitmə cihazlarının istehsalçılarının sayı bu gün az gəlirli 
ölkələrdə  artır  və  onlar  məhsulları  aşağı  qiymətlərlə  satırlar.  Lakin,  bu  günə  kimi  bunun  üçün  müvafiq 
standartlar mövcud deyildir və alıcı bu məsələdə bilikli şəxslərlə məsləhətləşməlidir.  
Otağın  yuxarısında  istifadəsi  üçün  nəzərdə  tutulmuş  UVGI  lampasına  əlavə  olaraq,  bakterisid  UB 
lampalar  bəzi  vaxtlar  tavanlarda  və  ya  divarlarda  qurulaşdıran  ventilyasiya  borularında  və  ya  qapıüstü  hava 
sterilizə edən cihazlarda və ya otaqdan otağa keçirilə bilən portativ vahidlərdə istifadə olunur. Onların effekti 
xüsusən də geniş sahələrdə onların yaratdığı hava dəyişmə sayı ilə məhdudlaşır. 
MDR-Vərəm  ola  bilən  nümunələrlə  işləyən  laboratoriyalara  qarşı  xüsusən  ciddi  mühitə  aid  nəzarət 
lazımdır. Bu məsələyə digər sənədlərdə müraciət olunub.
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri
Ətraf mühitinin nəzarəti 
üzrə mütəxəssislər 
komandası tərəfindən 
ventilyasiyanın 
qiymətləndirilməsi.

Səhifə 178   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
6  Fərd  resp rator müdaf ə 
Nə  inzibati,  nə  texniki  nəzarət  tədbirləri  tam  müdafiəni  təmin  bilməcəyinə  görə,  nozokomial  Vərəmin 
ötürülməsinə qarşı müdafiənin ücüncü xəttinə fərdi respiratorlar aiddir. Onların tərkibində 
M. tuberculosis kimi 
hava ilə yayılan təhlükədən qorunmaq üçün maska geyinəni qoruyan xüsusi filtr material var və həmçinin onların 
üz ilə maska kənarının arasında qalan boşluğun qarşısını almaq üçün üzə tam sıxılması nəzərdə tutulub. 
Baxmayaraq ki, respiratorlar infeksiyaya nəzarət tədbirlərinin qiymətli tərkib hissəsi kimi xidmət göstərə 
bilər, onlar müvafiq inzibati və texniki nəzarət üçün əvəz edici deyildir.   
Respiratorlardan  yüksək  riskli  ekspozisiyaya  qarşı  qısamüddətli  müdafiə  kimi  istifadə  daha  uyğundur, 
məsələn, bəlğəmqətirici prosedurlar, bronxoskopiya və autopsiya zamanı.   
Həmçinin yoluxucu MDR-Vərəm xəstəsi ilə yaxın təmasda olarkən, məsələn, xəstəyə qulluq edərkən və ya 
qan nümunələri götürərkən respiratorlardan istifadə müvafiq hesab edilir. Uzunmüddətli təmas zamanı, məsələn, 
xəstəxana  palatasında  bütün  iş  növbəsi  müddəti  Tİ-nin  respiratorlardan  istifadə  etməsinə  inanmaq  bir  qədər 
çətindir.
  
6.1  Cərrah  maskalar 
Sual:
MDR-Vərəm yayılmasının azalmasında cərrahi üz maskaların dəyəri nədən ibarətdir?
UVGI yalnız 
ventilasiya ilə birgə 
istifadə olunan 
zaman effektlidir

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 179
Cavab
Üz maskası və respirator arasında vacib fərqlər var. Cərrahi maskalar (parça və ya kağız) kimi, üz maskaları: 
•  maskanı geyinən şəxsdən (məsələn, cərrah, MDR-Vərəm xəstəsi və s.) mikroorqanizmlərin 
başqalarına yayılmasının qarşısını (mənbənin (ağız) yanında böyük damcı hissəciklərini tutaraq) 
almaq üçün nəzərdə tutulur   
•  maskanı geyinən şəxsə (məsələn, Tİ, xəstə, ailə üzvü) havada olan yoluxucu damcılardan müvafiq 
müdafiə vermir. Adətən maskalarda məhdud filtrasiya qabiliyyəti var və onlar ağız və burunu tam 
bağlamır, bu da havada olan 
M. tuberculosis-in sərbəst şəkildə ağıza daxil olmasına imkan verir. 
Əsas müdaxilə hesab edilməsə belə, birdəfəlik\parça maskalar potensial yoluxucu MDR-Vərəm xəstələrdən 
əmələ gələn aerozolları azaltmaq üçün istifadə oluna bilər. Bu səbəbdən birdəfəlik və ya cərrahi maskalar 
əsas  tibb  prosedurlara  və  ya  digər  səbəbdən  palatadan  çıxan  şübhəli  və  məlum  yoluxucu  MDR-Vərəm 
xəstələri üçün nəzərdə tutulmalıdır. Lakin, cərrahi maskalar həmçinin MDR-Vərəm xəstələrini müəyyən 
etməkdə kömək edəcəklərinə görə, stiqma riskini həmçinin nəzərə almaq lazımdır.  Parça cərrahi maskalar 
yuyulub, təkrar istifadə oluna bilər.  
Yadda saxlamaq lazımdır ki, cərrahi maskalar Tİ-ri və ya digər maska istifadə edənləri 
M. tuberculosis-lə 
kontaminasiyalı havadan tam müdafiə etmir və bu məqsədlə istifadə olunmamalıdır.  
6.2  Resp ratorlar
Respiratorlar ağız və burunu örtən maska növüdür. Cərrahi maskalardan fərqli olaraq, onların tərkibində 
xüsusi filtr materialı var və o, üzün və maska kənarı arasında boşluqların qalmasının qarşısını almaq üçün üzə 
kip oturmanı təmin edir. Respiratorlar 
M. tuberculosis-li olan hava damcıları daxil etməklə çox balaca hissəcikləri 
tutmaq üçün nəzərdə tutulurlar.  Birdəfəlik xüsusi respiratorlar müxtəlif formalarda olur: fincana, ördək dimdiyinə 
və bərk ilbiz qabığına oxşar filtr saxlayan formalar. Bəzilərində maska istifadə edənlərə nəfəs verməyi asanlaşdıran 
birtərəfli klapanlar ola bilər. Birdəfəlik xüsusi respiratorlar, məsələn, N95 respiratorlar, istifadə üçün ən sadə və 
məsləhət görünən cihazlardandır.  
Respiratorun effektli olması üçün maska və maska geyinən şəxsin üzünün arasında “kip möhür” olmalıdır. 
Əgər respirator düzgün durmursa, çox guman ki, yoluxucu hissəciklər ən az rezistent yolla, yəni filtr materialından 
yox, respirator və maska geyinən şəxsin üzü arasında boşluqlardan keçəcək.  Üz və maska arasında hər hansı bir 
boşluq yoluxucu damcılar üçün potensial giriş nöqtəsidir. Yaxşı hallarda, respiratorların fərdi maska geyinənlərdə 
“düzgün duruluşu yoxlanmalıdır”. Əlavə olaraq, hər işçiyə xüsusi model seçən zaman işçilərə üzlə maska arasındakı 
boşluqları minimuma endirmək məqsədi ilə onların respiratorlardan düzgün istifadəni öyrənmələri üçün şərait 
yaradılmalıdır. Saqqallı şəxslərdə fərdi respiratorlar yaxşı durmur.    
Fərdi müdafiə təchizatı
Respiratorlar          vs.          Maskalar
Xəstəliyə Nəzarət və Prevensiya Mərkəzləri

Səhifə 180   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birdəfəlik respiratorlar nisbətən baha olduğu üçün, yaxşı olardı ki, Tİ-dən onların təkrar istifadəsi xahiş 
edilsin. Çox təəssüf ki, onların təkrar olunmasına dair dəqiq istifadə sayı məlum deyil və bu zaman diqqətli olmaq 
lazımdır. Onlar çırklənəndə, nəm olanda və ya struktur bütövlüyünü itirəndə və maska kənarının və maskanı 
geyinən şəxsin üzü arasında kip möhürün saxlanması daha mümkün olmayanda, atılmalıdırlar. Onların xarab 
olmasına  səbəb  olan  əsas  amillər  rütubətlik,  çirk  və  əzilmədir.  Bu  cihazların  davamlılığı  konstruksiyalar  və 
məhsullara görə istifadə müddətinə görə müxtəlifdir. Cihazın davamlılığı və qiyməti arasında çox vaxt ziddiyət 
olur.  Əgər respiratorlar təkrar istifadə olunacaqsa, onlar təmiz, quru yerdə saxlanmalıdır. Onun saxlanmasının 
bir üsulu respiratoru dəsmalla örtməkdir (respiratoru əzməmək üçün ehtiyatlı olmaqla). Plastik çantalar nəmlik 
saxlamalarına görə, heç vaxt istifadə olunmamalıdır.
7  Xüsus  sahələr və prosedurlar
Sual:
Müalicə müəssisələrində MDR-Vərəm ötürülməsinin riski yüksək olan sahələrin siyahısını hazırlayın. 
Cavab:
•  Radiologiya
•  Gözləmə sahələri
•  Bəlğəm nümunələrinin yığılması və öskürəkgətirici prosedurlar 
•  Cərrahi və autopsiya otaqları
•  İntensiv terapiya sahələri
7.1  Rad olog ya 
Radioloji departamentlər çox vaxt müxtəlif xəstələrə, xüsusilə 
M. tuberculosis infeksiyasına həssas xəstələrə 
(məsələn, balaca uşaqlar və ya HİV-ə yoluxan xəstələr), xidmət göstərirlər. Bu səbəbdən, radioloji departamentlər 
aşağıda qeyd edilənləri etməlidirlər:
•  yoluxucu və MDR-Vərəmə şübhəli xəstələrin döş qəfəsinin stasionar rentgen edilməsini nisbətən boş vaxtlara, 
məsələn, günün birinci yarısından sonraya, salmaq;
•  MDR-Vərəmə  şübhəli  xəstələrin  (yaxma  mənfi  olmaları  sənədəşdirilməyən)  və  həmçinin  bütün  məlum 
MDR-Vərəm xəstələrinin cərrahi maskalarla təmin olunması; alternativ şəkildə öskürmək üçün parça verib, 
etik qaydalarına uyğun öskürmələri barədə təlimatlandırması;
•  departamentdə keçirilən vaxtı azaltmaq məqsədi ilə potensial yoluxucu MDR-Vərəm xəstələrinə xidmətin 
birinci növbədə göstərilməsi;  
•  iş saatlarında xəstə və əsas işçilərdən savayı radioloji otağa başqalarının daxil olmasına qadağa qoyulması 
(məsələn, işarələrin goyulması və nəzarətin gücləndirilməsi);  
•  potensial yoluxucu MDR-Vərəm xəstələrin rentgen şəkillərini çıxarmaq üçün ən yaxşı ventilyasiyalı otaqlardan 
istifadə edilməsi.
7.2  Gözləmə sahələr
Yüksək dərəcədə xəstəlik yayılan ölkələrdə müalicə müəssisələrində hər gün yüzlərlə insanlar müayinə üçün 
gözləyirlər. Dəhlizlər və gözləmə zalları çox vaxt xəstələr, onların ailələri və Tİ-in bir yerdə toplaşıb, müxtəlif 
departamentlərin (məsələn, radiologiya, aptek, poliklinika və s.)  yanında uzun növbələr yaradırlar. Belə yerlərdə 
Tİ-ri nozokomial MDR-Vərəmin ötürülmə riskinin azalmasında məsuliyyəti üzərlərinə götürməlidirlər. Onlar 
ya məlum MDR-Vərəm xəstələrini tez yola salmalıdırlar, ya da nömrə sistemindən istifadə edərək, gələn xəstələrə 
nömrə verilib, onlardan çöldə və ya yaxşı-ventilyasiya olunan sahələrdə onların nömrəsini çağırana kimi, gözləməyi 
xahiş etməlidirlər.  

Bölmə 14  
İnfeksiyaya nəzarət  
 •   Səhifə 181
 7.3 Bəlğəm numünələr n yığılması və öskürəkgət r c  prosedurlar
Öskürəkgətirici prosedurlar (məsələn, bəlğəmin induksiyası və ya bronxoskopiya) yalnız tamamilə ehtiyac 
olanda MDR-Vərəmin ola biləcəyi xəstələrdə aparılmalıdır.  
Bəlğəm induksiyası yalnız xəstə müvafiq bəlğəm nümunəsini induksiyasız verə bilməzsə olunmalıdır; eyni 
zamanda digər az riskli diaqnostik müayinələrin olunmalarından sonra son seçim kimi bronxoskopiya istifadə 
olunmalıdır.   
Həmçinin, spirometriya şübhə və ya məlum MDR-Vərəm xəstələrdə aparılmamalıdır. Tətbiq edildikdə, bu 
cür proseduralar müvafiq ətraf mühitə nəzarət tədbirlərinin olduğu və respirator müdafiə tədbirlərinin artırıla 
biləcəyi otaqlarda edilməlidir.
7.4  Cərrah  və autops ya otaqları
Cərrahi və autopsiya otaqları çox vaxt zəif ventilyasiya olunan otaqlardır və prosedurlar MDR-Vərəm xəstələri 
üzərində aparılsa, Tİ-nin yoluxma riski əhəmiyyətli dərəcədə ola bilər. Ümumiyyətlə, potensial yoluxucu MDR-
Vərəm xəstələrdə yalnız həyati təhlükə olan vəziyyətlərdə cərrahi əməliyyat aparılmalıdır.  MDR-Vərəm xəstələri 
üçün  cərrahi  müdaxilə  yaxşı  olar  ki,  xəstə  yaxma  mənfi  olduqdan  və  ya  bakteriyaların  çoxalması  əhəmiyyətli 
dərəcədə azaldıqdan sonra edilsin.   Prosedurlar şübhəli və ya məlum MDR-li xəstələrdə aparılan zaman cərrahi və 
ya autopsiya otağında işləyən bütün personal fərdi respirator müdafiədən istifadə etməlidir.
 
7.5 İntens v terap ya sahələr  
İntensiv terapiya sahələri (yüksək qayğı) xüsusən də potensial yoluxucu MDR-Vərəm xəstələrin intubasiyası 
zamanı yüksək riskli sahələr ola bilər. Həm intubasiya, həm də yarma aerozol yarada bilər. Əlavə olaraq, intensiv 
terapiya bölmələri çox vaxt az ventilyasiyalı olur. Bu səbəbdən, əgər mümkündürsə, potensial yoluxucu MDR-
Vərəm xəstələrinin intubasiyasından çəkinmək lazımdır. İntensiv terapiya sahələrində ventilyasiyaya xüsusi diqqət 
yetirmək  lazımdır  və  şübhəli  və  ya  təsdiqlənmiş  MDR-Vərəm  xəstələrində  hər  hansı  prosedurların  aparılması 
zamanı bütün işçi heyəti fərdi respirator müdafiədən istifadə 

Səhifə 182   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
İnfeks yaya nəzarət
1. İnfeksiyaya nəzarət strategiyaları üçün sıralamanın prioritet ardıcılığını göstərin:
a)  Fərdi respirator müdafiə, mühitə aid olan nəzarət, inzibati
b) Mühitə aid olan nəzarət, fərdi respirator müdafiə, inzibati
c)  İnzibati, mühitə aid olan nəzarət, fərdi respirator müdafiə
d) İnzibati, fərdi respirator müdafiə, mühitə aid olan nəzarət
e)  Fərdi respirator müdafiə, inzibati, mühitə aid olan nəzarət 
2. Təbii ventilyasiya aşağıdakı tədbirlərlə yaxşılaşdırıla bilər:
a)  Qapalı mühitdə tavan ventilyatorları
b) Açıq pəncərələrdən ətrafdakı sərbəst hava axının olması ilə
c)  Qapalı mühitdə sorucu ventilyatorlarla 
d) Qapalı mühitdə istiqamətli hava axının olması ilə
e)  Pəncələrdən müvafiq gün işığı ilə 
3. Düz/Səhv:
a)  Fərdi respirator müdafiə tədbirləri inzibati nəzarətin olmaması yerdə MDR-Vərəmin ötürülməsini azaldacaq 
b) Cərrahi maskalar maska istifadə edən şəxsdən MDR-Vərəmin ötürülmə riskini azaldır
c)  Aerozol şəkildə olan 
M. tuberculosis hələ də fərdi respiratorların içərisinə daxil ola bilər 
d) Fərdi respiratorlar bir dəfə istifadədən sonra atılmalıdır
e)  Fərdi respiratorlar daimi geyinilməlidir
1:  c
2:  b
3:  S, D, S, S, S.
Cavablar

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 183
Həbsxanalarda Vərəm və MDR Vərəm
Bölmə 15

Səhifə 184   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin