Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
Vərəm mülicəsinə başlayan xəstələrdə ART – nın təyin edilməsi üçün optimal vaxt məlum deyil. ÜST 
tərəfindən çap olunan digər mövcud nəşrlərə əsasən Diaqram 1 MDR-Vərəm terapiyasının başlanması 
ilə əlaqədər ART-nın qəbul edilməsinə dair məsləhətlərlə təchiz edir. 
a. Kliniki qiymətləndirmə ART-nın erkən başlanmasına səbəb ola bilər. 
b. bƏgər digər Vərəm olmayan 3-cü və ya 4-cü mərhələdə olan hallar müşahidə olunursa, ART-nın qəbulu başlanmalıdır
c. Bu, bəzi xəstələrin vaxtından əvvəl təyin olunan ömürlük ART-nı qəbul edə bilmələrini təsdiq edir.
Ümumdünya Səhiyyə Təşkilatı. 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası 
(ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008.
Cədvəl 1.  Vərəmə qarşı müalicəni başlayan DR-Vərəmli böyüklərdə ART-nın təyin olunma vaxtının 
seçilməsi
CD4 hüceyrələrin sayı
ART üzrə məsləhətlər
DR-Vərəm mülicəsinin başlanması ilə  
əlaqədər ART-nın təyin olunma vaxtının seçilməsi
CD4 < 200 hüceyrələr/mm
3
ART məsləhət görünür
İki həftə ərzində və ya DR-Vərəm müalicəsinə 
tolerant olan kimi
CD4 200 və 350
hüceyrələr\mm
3
  arasında
ART məsləhət görünür
Səkkiz həftə sonra
a
CD4 > 350 hüceyrələr/mm
3
ART-nın başlanma vaxtı
dəyişilməlidir
b
ART-nın başlanmasını nəzərə alaraq xəstənin 
vəziyyətini hər ay təkrar qiymətləndirin. DR-
Vərəm müalicəsinin müddətində hər üç ay CD4 
müayinəni etmək tövsiyyə edilir
Mövcud deyil
ART məsləhət görünür
c
İki və səkkiz həftə arasında 

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 133
ART-nı qəbul edərkən MDR-Vərəmin inkişafı
ART-nı başlamazdan əvvəl  MDR-Vərəmin 
olması
Diaqram 1.    MDR-Vərəm yanaşı olan böyüklərin müalicəsi
6.3  HİV  nfeks yası olan uşaqlarda yanaşı MDR-Vərəm 
Baxmayaraq ki, MDR-Vərəm və HİV olan uşaqları bədən çəkisinin dəyişilməsinə əsasən verilən dozanın tez-
tez baş verən nizamlanmasını və bəzi ART-ın dərmanlarının çox balaca uşaqlarda istifadəsinin mümkün olmaması 
səbəbdən idarəetmək çətindir, lakin ümumilikdə böyüklərə nisbətən uşaqlar həm MDR-Vərəm, həm də HİV-ə 
qarşı olan dərmanlara yaxşı tolerantlıq (dözümlük) göstərirlər.  
Münasib  uşaqlara  ART-ın  təyinindən  heç  vaxt  imtina  edilməməlidir.  ART-nı  başlamazdan  əvvəl  MDR-
Vərəm müalicəsinə başlayın. MDR-Vərəm müalicəsini başlayan uşaqlarda ART-nın başlanması üçün ən uyğun 
vaxt hələ müəyyən olunmayıb. Beş yaşı tamam olmayan HİV-ə yoluxan uşaqlarda immunosupressiyanın təsnifatı 
CD4 absolyut sayından daha çox bütün T-limfositlərin (bütün CD3 müsbət hüceyrələr) CD4 hüceyrələrinin 
faizi ilə ən yaxşı müəyyən edilir. Cədvəl 2-də MDR-Vərəm müalicəsinin başlanması ilə əlaqədər ART-nın nə vaxt 
başlanmasına dair münasib yanaşmalar toplanıb. Cədvəl CD4 absolyut sayına əlavə olaraq CD4%-nı da istifadə 
edir. 
Bəzi mütəxəssislər CD4 faizinə və ya CD4 absolyut sayına baxmayaraq, iki və səkkiz həftə arasında MDR-Vərəm 
müalicəsinə tolerantlıq yaranan kimi, MDR-Vərəm və HİV olan bütün uşaqlarda ART qəbuluna başlayırlar.
Yadda saxlayın:
MDR-Vərəm və ARV müalicə alan xəstələr çoxlu sayda dərman qəbul edirlər – Bu səbəbdən, müalicəyə 
riayəti yaxşılaşdırmaq üçün müalicədən əvvəl xəstələrlə söhbət edin, onlara məsləhət verin
CD4+ sayı > 350/mm3 (və HİV ilə əlaqəli digər 
əlamətlərin olmaması):
MDR-Vərəm müalicəsinə başlayın. MDR-Vərəm 
müalicəsi müddətində hər 3 ay, CD4 və kliniki 
kriteriyadan istifadə edərək, ART-ın verilmə 
ehtiyacını qiymətləndirin
CD4+ sayı 200 və 350/mm3 arasında:
MDR-Vərəm terapiyasının 8-aylıq kursundan 
sonra ARV dərmanlarını təyin edin.
Sonra aşağıdakı kimi birinci sıra terapiyasına 
başlayın.
CD4+ sayı < 200/ mm3 və ya digər ağır HİV 
xəstəliyi: 
Xəstənin vəziyyəti MDR-Vərəm müalicəsi ilə 
stabilizə olduqdan və MDR-Vərəm müalicəsinə 
tolerantlıq yarandıqdan 2 həftə sonra dərhal ART 
tətbiqinə başlayın. 
Tövsiyyə edilən birinci sıra ARV müalicə:
1. Zidovudin 300 mq hər 12 saat
+
2. Lamivudin 150mq hər 12 saat
+
3. Efavirenz 600mq gecələr
MDR-Vərəm müalicə müddətində ARV terapiya-
sına davam edin. Birinci sıra müalicənin tərkibində 
olan nevirapin adətən xəstələrdə efavirenzə 
aşağıdakı kimi dəyişilməlidir.Bundan əlavə, ney-
ropatiyanın qarşısını almaq məqsədi ilə stavudini 
zidovudinə dəyişilməsi barədə fikirləşin. 
Tövsiyyə edilən birinci sıra ARV müalicə:
1. Zidovudin 300 mq hər 12 saat
+
2. Lamivudin 150 mq hər 12 saat
+
3. Efavirenz 600mq gecələr

Səhifə 134   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 2.  Vərəmə qarşı müalicəni başlayan DR-Vərəmli uşaqlarda ART-nın təyin olunma vaxtının seçilməsi
Uşağın yaşı 
CD4 hüceyrələrin sayı və ya faizi
MDR-Vərəm müalicəsinə başlanması ilə 
əlaqədər ART-nın təyin olunma vaxtının 
seçılməsi 
< 12 ay 
CD4 < 25% və ya < 1500 hüceyrələr/mm
3
MDR-Vərəm müalicəsinə tolerantlıq yaranan-
dan sonra iki və səkkiz həftə arasında ART 
terapiyasına başlayın
12-36 ay 
CD4 < 20% və ya < 750 hüceyrələr/mm
3
36-60 ay 
CD4< 15% və ya <350 hüceyrələr/mm
3
0-60 ay
Mövcud deyil
MDR-Vərəm  müalicəni  qəbul  edən  uşaqlarda  birinci  sıra  ART  müalicə  rejiminin  seçimi  zidovudin-
lamivudin-efavirenz – dir. Lakin, 
•  Üç yaşı tamam olmayan və ya çəkisi 10 kq-dan az olan uşaqlarda efavirenz istifadə oluna bilməz;
•  Əgər uşaqda nevirapinin vertikal ötürmə proqramının uğursuzluğu baş veribsə, üçüncü dərman kimi 
lopinovir/ritovir istifadə olunmalıdır (efavirenz və ya nivirapin yox);
•  Sikloserin  və  ya  terizidonla  yanaşı  qəbulu  neyropatiya  riskinin  artırmasına  görə,  AZT-nin  istifadəsi 
D4T-dən üstün tutulur. 
HİV-ə yoluxmuş xəstələrin əlavə təsirlər üçün güclü monitorinqə ehtiyacları var (8-ci Bölmə, Cədvəl 1-ə 
təsvir olunub).
7  Opportun st k  nfeks yaların prof lakt kası
Sual:
HİV ilə MDR-Vərəm yanaşı olan xəstələrdə opportunistik infeksiyaların profilaktikasında 
Kotrimoksazolun rolu nədən ibarətdir?
Cavab:
Kotrimoksazol aşağıdakıların qarşısınını almaqda çox effektivdir:
• 
Pneumocystis carinii pnevmoniya
• 
Toksoplazmoz
• 
Pneumococcus
• 
Salmonella
• 
Nocardia
• 
Malariya 
HİV-ə yoluxmuş şəxslərə kotrimoksazolun verilməsi həm xəstəxanaya edilən müraciətlərin, həm də 
Vərəmli xəstələrdə ölüm dərəcəsinin azalması ilə nəticələnir. ÜST-ın müasir məlumatlarına əsasən bütün 
HİV-ə yoluxmuş böyüklərə (2, 3 və 4-cü Mərhələdə) və uşaqlara minimal müalicə prosedurasının bir 
hissəsi kimi profilaktika məqsədi ilə kotrimoksazol verilməlidir. HİV-ə yoluxmuş MDR-Vərəmli xəstələr 
ÜST-a əsasən adətən 3-cü və ya 4-cü Mərhələdədirlər və ona görə də kotrimoksazolun profilaktikası 
münasibdir. 
HİV müsbət xəstələrində sulfatla əlaqədar əlavə təsirlərin olma ehtimalını artıran (ümumi əhalidən 
6-8 dəfə çox) sulfat-əsaslı profilaktika MDR-Vərəm və/və ya HİV terapiyasından ən azı iki həftə əvvəl 
başlanmalıdır.  Bu MDR-Vərəm dərmanlarının və kotrimoksazolun əlavə təsirləri arasında fərqləndirməni 
aparmağa imkan verər.

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 135
Profilaktika məqsədi ilə verilən kotrimoksazolun böyüklərdə dozası:  
960 mq (eyni dozada iki həb) və ya 
trimetoprim 5mq/kq plus sulfametaksazol 25mq/kq.
  
Profilaktika məqsədi ilə verilən kotrimoksazolun uşaqlarda dozası: 
 Cədvəl 3-ə bax
Cədvəl 3. Kotrimoksazolun uşaqlarda profilaktika cədvəli
Bədən çəkisi
Kotrimoksazol 40/200 mq/5ml
< 5 kq
5 to 9.9 kq
10 to14.9 kq
15 to 21.9 kq
> 22 kq
2.5 ml
5 ml
7.5 ml
10 ml və ya 1 həb 80/400 mq
15 ml və ya 1 ½ həb 80/400 mq
Peşəkar İnkişaf Fondu. 
 Vərəmin idarəedilməsi. Pretoriya, Cənubi Afrika: Peşəkar İnkişaf Fondu: 2004
Kotrimoksazol profilaktikası və həmçinin antiretroviral terapiya təyin olunan xəstələrdə kotrimoksazolun 
qəbulu ardıcıl CD4 sayın göstəricisi 350-dən çox olana kimi davam edilməlidir.   
Kotrimoksazola həsssas olan xəstələrə onun əvəzinə dapson verilə bilər.
8  İmmunoloj  yen dənqurma s ndromu 
İmmunoloji yenidənqurma xəstəliyi
 yaxşılaşmış immunoloji funksiya əvvəlki oppurtunistik infeksiyasını 
(xəstənin  bədənində  əvvəlcədən,  lakin  kliniki  əlamətləri  olmayan  infeksiya)  aşkar  edən  zaman  əmələ  gəlir.   
Reaksiyalar  adətən  ART-ın  başlanmasından  sonra  orta  hesabla  15  gün  ərzində  baş  verir.  Onlar  heç  bir 
rejimlə əlaqədər olmur, lakin adətən inkişaf etmiş AİDS olan xəstələrdə tapılır. Vərəm ümumi immunoloji 
yenidənqurma xəstəlikdir və MDR- Vərəmli xəstələrlə əvvəldən immunoloji yenidənqurma sindromu haqqında 
müzakirələr aparılmalıdır.       
HİV  xəstəliyinin  inkişaf  etdiyi  xəstələr,  xüsusilə  CD4  sayı  <  50  hüceyrə/mm3  olan  xəstələr  ART 
müalicəsinin ilk həftələri ərzində daimi hərarət, tərləmə, çəkinin itməsi, öskürək, tənginəfəslik, ağ ciyərdəki 
infiltrat  əlamətlərin  kəskinləşməsi  və  görmə  itiliyinin  azalması  kimi  əlamətlərlə  immunoloji  yenidənqurma 
xəstəliyinə tutula bilərlər. ART qəbul edərkən Vərəm xəstəliyi başlanan xəstələrdə yüngül və ya orta formalarda 
immunoloji yenidənqurma sindromu ümumidir (bəzi tədqiqatlarda xəstələrin üçdə bir hissəsində rast gəlinir); 
lakin ağır formaları nisbətən nadir haldır. 
İmmunoloji yenidənqurma xəstəliyi dərmanların uğursuzluğunu və ya əlavə təsirlərini göstərmir. Və 
bu sindrom nə MDR-Vərəm, nə də antiretroviral terapiyanın və ya hər hansı bir rejiminin dəyişilməsinə 
səbəb olmur.
Opportunistik infeksiyalar immunoloji yenidənqurmanın mərhələsində atipik şəkildə ola bilərlər. Xəstələr 
araşdırma və idarəedilmə barədə məsləhət üçün HİV sahəsində təcrübəsi olan həkimə müraciət etməlidirlər. 
Əlamətləri  azaltmaq  üçün  idarəedilməyə  yüksək  dozalarda  kortikosteroidlər  daxildir:  prednizolon  və 
ya metilprednizolon 1 mq/kq bir həftədən iki həftəyə qədər, sonra tədricən azaldaraq. Steroidlər istifadəsinin 
uzadılması və ya əlamətlər yenidən əmələ gələndə təkrar qəbuluna başlanması qeyri-adi deyil.   
Həkimlər  steroidlərin  uzunmüddətli  istifadəsi  ilə  bağlı  şikayyətlərə  diqqətlə  və  ehtiyatla  yanaşmalıdırlar. 
(məsələn, 
Cytomegalovirus infeksiyası).  
İmmunoloji  yenidənqurma  sindromunun  yüngül  formasını  istisna  edərək  qeyri-steroidlərdən  istifadə 
faydalı deyil. 

Səhifə 136   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
9  Xəstəyə nəzarət
HİV infeksiyası olan MDR-Vərəmli xəstənin müalicəsi çox çətin olur və dərmanların qarşılıqlı təsirlərinə 
və əlavə toksikliyə xüsusi nəzarət tələb edir. ARV və MDR-Vərəm rejimlərinin mürəkkəbliyi, hər birində özünə 
məxsus toksik profilin olması (hansılar ki, yanaşı müalicə zamanı cəmlənə bilərlər) ko-infeksiyalı xəstələrdə daha 
ciddi nəzarəti tələb edir. Əlavə olaraq, digər opportunistik infeksiyalarının qarşısı alınmalı, nəzarət və müalicə 
olunmalıdır.    
 MDR-Vərəm və HİV olan xəstələr üçün xüsusi ictimai-iqtisadi dəstək tələb oluna bilər. Hər iki müalicə 
rejimininin birgə qəbulu çox çətindir, hər iki xəstəliyin stiqması ciddi ayrıseçkiliyə səbəb ola bilər, və ölüm riski 
çox yüksəkdir.   
11-ci Bölmədə MDR-Vərəm müalicəsinə dair nəzarət tələbləri qeyd olunub. HİV müsbət MDR-Vərəmli 
xəstədə olan döş qəfəsinin rentgeni, yaxma və kultura nəzarəti HİV mənfi MDR-Vərəmli xəstələrdəki kimidir. 
Əgər xəstədə uğursuz müalicənin əlamətləri aşkar olunursa, 11-ci Bölmədə təsvir olunan eyni qiymətləndirmə 
mümkündür.   
ART-nı  qəbul  edən  xəstələrdə  CD4  sayı  diaqnoz  qoyulan  zaman  və  bundan  sonra  hər  altı  aydan  bir 
ölçülməlidir. CD4 sayının mühüm dərəcədə azalması müalicədən əvvəl olan əsas göstərici xəttindən 30 % və 
ya artıq azalma deməkdir
.   
Xəstələrdə virusoloji hədəfin (bir-loq (onqat) kimi müəyyən edilir) səviyyəsinin azalmasını təmin etmək 
üçün virusoloji yüklənmə müalicədən əvvəl (əsas xətt) və altı ay interval ilə ölçülməlidir. Əgər buna nail olunmazsa, 
virusoloji  uğursuzluğun  müvafiq  qiymətləndirilməsi  (müalicəyə  riayət,  potensial  imkanlar,  dərmanların 
mənimsənilməsi və virus rezistentliyi) aparılmalıdır. Plazma virusoloji yüklənmədəki əsas dəyişiklik üçqat və 
ya 0.5 loq artma və ya azalmadır

ART-sı  həmçinin  nəzarət  üçün  əlavə  analızlərin  (adətən  MDR-Vərəm  müalicəsində  aparılmayan) 
edilməsini tələb edir.  Məsələn, zidovudin qəbul edən xəstələrdə hematokrit və qanın ağ hüceyrələrinin sayılması, 
nevirapin qəbul edənlərdə qara ciyərin qanda fermentlərinə dövri nəzarəti və stavudin və ya didanozin qəbul edən 
və qarnında ağrıları (abdominal ağrılar) olan xəstələrdə pankreatik fermentlərin yoxlanması tələb olunur.
HİV-ə yoluxmuş Vərəmli xəstə 
xəstəliyin sonrakı mərhələrində öz 
bədənin çəkisinin yarısını itirib
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
10  Dərmanların əlavə təs rlər n  darəed lməs
Antiretroviral müalicə rejimlərin və ikinci sıra dərmanlarla Vərəm müalicəsinin mürəkkəbliyi, hər birin öz 
toksiklik profili və yanaşı terapiya ilə bəzi dərmanların təsirinin güclənmə imkanı ciddi kliniki yoxlama tələb edir. 

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 137
8-ci Bölmədə, 1-ci Cədvəl MDR-Vərəm terapiya müddətində monitorinq tələblərini təsvir edir və HİV ilə ko-
infeksiyalı və/və ya ART qəbul edən xəstələr üçün hər hansı əlavə monitorinqin tələb olunmasını göstərir.  
Hepatotoksiklik və periferik neyropatiya iki xüsusilə ümumi üst üstə düşən toksik əlavə təsirlərdir və aşağıda 
bəzi təfsilatlarları müzakirə olunub. 8-ci Bölmədə 2 - ci Cədvəl bütün məlum güclü üst üstə gələn və əlavə toksik 
təsirləri siyahıya salır. 
Hepatotoksiklik
 ümumi və ağır əlavə təsirdir. O, aşağıdakı hallarda müəyyən edilir
•  AST və ya ALT-ın qanda səviyyəsi yanaşı olan əlamətlərdən yuxarı limitdən üç dəfə artıqdır, və ya 
•  AST  və  ya  ALT-ın  qanda  səviyyəsi  əlamətlərin  yanaşı  olmaması  ilə  yuxarı  limitdən  beş  dəfə  artıq 
olanda.
Əgər  hepatit  inkişaf  etsə,  bütün  potensial  hepatotoksik  olan  dərmanlar  dayandırılmalıdır  (pirazinamid, 
antiretroviral dərmanlar və kotrimoksazol). Hepatit A, B və C-ə aid seroloji testlər aparılmalıdır və xəstədən 
spirtli içkilər və digər hepototoksikli vasitələrdən istifadə edilməsi barədə məlumat alınmalıdır. Hepatitlər həll 
olunana kimi, yaxşı olar ki, MDR-Vərəm müalicəsi qeyri-hepototoksikli dərmanlarla (etambutol və streptomisin) 
davam edilsin. Müalicə AST\ALT və bilirubinin qanda səviyyəsi normal səviyyəsinin yuxarı limitindən iki dəfə 
aşağı düşəndə və əlamətlərin əhəmiyyətli dərəcədə yaxşılaşanda yenidən başlana bilər. 
Periferik  neyropatiya
  nukleotid  analoqların  (ddl,  d4T,  ddc)  və  stavudin  və\və  ya  didanozin  ilə  yanaşı 
etionamid,  sikloserin\terizidon  və  pirazinamid  qəbul  edəndə  əlavə  toksik  təsirlərinə  görə  əmələ  gələ  bilər. 
Sikloserin\terizidon qəbul edən bütün HİV-ə yoluxmuş xəstələrə hər 250 mq sikloserinə (hər 300 mq terizidona) 
gündə 50 mq piridoksin verilməlidir.

Səhifə 138   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
MDR-Vərəm və HİV
1. Kotrimoksazol profilaktik məqsədlərnən verilməlidir:
a)  HİV yoluxmuş uşaqlara
b) Vərəm infeksiyası olan HİV-ə yoluxmuş böyüklərə 
c)  Vərəm xəstəliyi olan HİV-ə yoluxmuş böyüklərə 
d) Yuxarıda qeyd olunanların hamısı
e)  Yuxarıda qeyd olunanların heç biri
2. Düz/Səhv:
a)  İmmunoloji yenidənqurma sindromu HİV xəstəliyin erkən mərhələsində daha çox rast gəlir
b) İmmunoloji yenidənqurma sindromu xüsusi ARV dərmanlarla əlaqəlidir
c)  İmmunoloji yenidənqurma sindromu adətən müalicədən 6 ay sonra baş verir 
d) İmmunoloji yenidənqurma sindromu ART-ın rejimində dəyişiklər tələb edir
e)  İmmunoloji yenidənqurma sindromu MDR-Vərəm müalicəsində dəyişiklər tələb edir
3. Düz/Səhv:
a)  İmmunoloji yenidənqurma sindromu MDR-Vərəm xəstələrində baş vermir 
b) Kotrimoksazol xinolonların sorulmasına təsir edir
c)  ART-nı qəbul edən xəstələr MDR-Vərəm müalicəsi qəbul etməməlidirlər 
d) MDR-Vərəmli xəstələrdə kotrimoksazol əks göstərişdir 
e)  ART həmişə MDR-Vərəm müalicəsi ilə birgə başlanmalıdır
4. MDR-Vərəmli xəstələr üçün müvafiq ARV rejiminə aşağıdakılar daxildir:
a)  Nevirapin, stavudin, lamiduvin
b) Stavudin, lamiduvin, efavirenz
c)  Nevirapin, efavirenz, stavudin
d) Stavudin, lamiduvin, ritonavir
e)  Yuxardakılardan heç biri
5. HİV-da əks göstəriş olan MDR-Vərəmə qarşı dərman:
a)  Ofloksasin
b) Kanamisin
c)  Tioasetazon
d) Sikloserin/Terizidon
e)  Etionamid
 
1:  d
2:  S,S,S,S,S.
3:  S,S,S,S,S.
4:   b
5:  c
Cavablar

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 139
MDR-Vərəm xəstələr nə nəzarət və nət cələr n  q ymətlənd r lməs  
Bölmə 11

Səhifə 140   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər  
Bu bölməni bitirdikdən sonra siz:
•  Xəstəyə məsləhət və təhsil verilməsinin nə qədər vacib olduğunu anlayacaqsınız
•  MDR-Vərəmdə birbaşa müşahidə altında müalicənin nə qədər vacib olduğunu 
biləcəksiniz
•  Xəstələrə  MDR-Vərəm  sağlamlıq  standartlarına  uyğun  nəzarət  edə 
biləcəksiniz
•  Yarımçıq müalicəni idarə edə biləcəksiniz
•  MDR-Vərəm müalicəsinin nəticələrini müəyyən edəcəksiniz
Bölmə 11
MDR-Vərəm xəstələr nə nəzarət və 
nət cələr n q ymətlənd r lməs  

Bölmə 11  
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
  •   Səhifə 141
2  G r ş 
MDR-Vərəm diaqnozu xəstələr və onların ailələri üçün böyük emosional gərginliyə səbəb olur və xəstəliklə 
bağlı stiqma müalicəsinə riayət edilməsinə mənfi təsir göstərə bilər. Bundan başqa, dərmanların əlavə təsirləri 
ilə əlaqəli MDR-Vərəm terapiyasının uzunmüddətli olması depressiya, həyəcan və müalicəyə riayət olunmaması 
təhlükəsinə səbəb ola bilər.   
Bu səbəbdən müalicəyə nəzarət və qiymətləndirilmə vacibdir. MDR-Vərəmin klassik simptomları adətən 
müalicənin birinci aylarında yaxşılaşır. Lakin, əlamətlərin erkən yox olması sağalma göstəricisi deyil və bəlğəmin 
konversiyasından  sonra  əlamətlərin  qayıtması  müalicə  uğursuzluğunun  birinci  əlamətlərindən  ola  bilər.  Buna 
görə, xəstənin vəziyyətinin yaxşılaşmasının ardıcıl kliniki qiymətləndirilməsi ilə birgə laborator təsdiqi də tələb 
olunur. Müalicə nəticələrini müəyyən etmək üçün standartlaşdırılmış təriflərə ehtiyac var və bunlar bakterioloji 
kultura nəticələrinə əsaslanır
3  Xəstən n maar flənd r lməs  və məsləhət n ver lməs
Sual
Tibb işçiləri MDR-Vərəmin idarəedilməsində hansı çətinliklərə rast gələ bilərlər?
a. Xəstədə və ailəsində xəstəlik stiqmasının idarəedilməsi
b. Dərmanların əlavə təsirlərinin idarəedilməsi  
c. Depressiyanı idarə etmək 
d. Həyacanı idarə etmək 
e. Uzunmüddətli müşahidə və sonrakı nəzarətə həvəsin olması 
Cavablar:
•  Yuxarıda qeyd olunan müxtəlif amillərin hamısı həm tibb işçilərinin, həm də uzunmüddətli müalicə 
proqramı ilə, xoşaqəlməz əlavə təsirlərlə və mümkün olan erkən ölümlə üzləşən xəstələrin müalicəyə 
vicdanla yanaşmaları üçün çox vacibdir.    
•  Tibb işçisi öz işinə həvəslə yanaşmalı və buna məsuliyyətli tapşırıq kimi baxmalıdır. 
•  Xəstə öz anlayış və görüş səviyyəsinə dair məlumatlandırılmalıdır. 
 
MDR-Vərəmli xəstələr həm uzunmüddətli müalicə və çox vaxt xoşagəlməz əlavə təsirlər, həm də vaxtsız 
ölümün real ehtimalı ilə qarşılaşa bilərlər. Bu səbəbdən, təhsil, məsləhət və emosional dəstək, digər həyat təhlükəli 
xroniki xəstəliklərdən fərqli olaraq, bu hallarda xüsusilə vacibdir. Dəqiq və erkən məsləhət də müalicə rejiminə 
yaxşı riayətin təmin edilməsinə kömək edə bilər və uğurlu müalicə nəticəsinin ehtimalını artırar.   
Xəstələr və onların ailələri MDR-Vərəm, onun müalicəsi, dərmanların potensial əlavə təsirləri və terapiyaya 
riayət edilməsinin vacibliyi barədə məlumat almalıdırlar. MDR-Vərəm müalicəsinə başlamazdan öncə xəstələr 
yazılı  şəkildə  razılıq  formasını  imzalamalıdırlar.  Maarifləndirici  müdaxilələr  müalicənin  əvvəlində  başlayıb  və 
bütün kurs ərzində davam etdirilməlidir.   Maarifləndirmə həkimlər, tibb bacıları, qeyri-peşəkar və icma tibb işçiləri 
tərəfindən aparıla bilər. Məlumatlar əhalinin savad səviyyəsinə uyğun olmalı və mentalitet nəzərə alınmalıdır.
Xəstə müalicəni qəbul etməyə başladıqdan sonra, onun bu müalicəyə davamlı şəkildə riayət etməsi üçün 
xəstənin ictimai və emosional problemlərin müalicə proqramını təhlükə altında qoymazdan öncə onları müəyyən 
etmək lazımdır.

Səhifə 142   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
 
4  Müal cəyə r ayət ed lməs  
MDR-Vərəmli xəstələrin böyük ehtimalla keçmişdə müalicəyə riayət etməmək kimi problemlərin olması ola 
bilər. Buna görə, daha çox ağır əlavə təsirləri olan çox sayda dərmanlarla uzunmüddətli müalicə rejimləri MDR-
Vərəm terapiyasına riayəti daha da çətinləşdirir.  Bu səbəbdən xəstənin müalicəyə riayət etməsinə nəzarət və bu 
prosesin asanlaşdırılmasına dair dəstək tədbirləri xüsusilə vacibdir.   
Uyğun dəstək tədbirləri həyata keçirilərsə, MDR-Vərəm müalicəsi yüksək səviyyəli riayət edilmə ilə uğurlu 
ola bilər. Bu tədbirlərə birbaşa müşahidə altında müalicənin (DOT) aparılmasına dair imkanlar və stimullar və 
müalicəyə riayət etmək üçün əlavə qidalanma, emosional dəstək, xəstəyə, ailəsinə MDR-Vərəm müalicəsi barədə 
məlumat verilməsi və dərmanların əlavə təsirlərini erkən, effektli idarəedilməsi daxildir
4.1  B rbaşa müşah də altında müal cə (DOT)
Sual
MDR-Vərəmin idarəedilməsində DOT-a aid aşağıdakı fikirlərin hansı düzgündür? 
a.  Müvafiq və tam müalicənin qəbulu xəstənin sağ qalması üçün son ümidi ola bilər.
b.  DOT –un yerinə yetirilməsi ailə üzvlərinə həvalə edilə bilər 
c.  Məsuliyyətli icma işçiləri müvafiq təlimdən sonra səhiyyə işçilərini əvəz edə bilərlər 
d.  Məsafə və maddi-texniki təchizatın nadir halları MDR-Vərəmli xəstələr üçün problemdir.
Cavab
Düzgün cavablar: a və c-dir.
•  Ailə üzvləri müalicəyə qarşı maraqsız olduqları, kifayət qədər məsuliyyətli olmadıqları və 
manipulasiya obyektləri olmaları səbəbindən DOT-un müşahidəsi  heç vaxt onlara tapşırılmamalıdır.  

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin