Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
flüoksetin, sertralin), lakin xəstəlik tarixində 
konvulsiyalar olanda ehtiyatla istifadə edin.  
4.  Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın.
5. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  İctimai-iqtisadi vəziyyət depressiyaya 
gətirən bir amil kimi lazimi səviyyədə 
qiymətləndirilməlidir.
2. Depressiya və depressiv əlamətlər 
müalicə zamanı dəyişkən ola bilər. 
3.  Xəstəlik tarixində əvvəldən dep-
ressiyanın olması burada qeyd olunan 
dərmanların istifadəsinə əks-göstəriş 
deyil, lakin MDR-Vərəm müalicəsi 
müddətində depressiya əlamətlərinin 
yaranması ehtimalını artıra bilər.
Ürəkbulanma 
və qusma 
Eto/Pto,
 PAS, 
H, E, Z 
1.  Dihidratasiyanı qiymətləndirin; göstəriş 
varsa rehidratasiya edin. 
2.  Anti-emitik terapiyanı başlayın. 
3.  Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın.
4. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  Ürəkbulanma və qusmaya 
müalicənin erkən həftələrində rast 
gəlinir və adətən əlavə terapiya vasitəsilə 
zəifləyir. 
2.  Elektrolitlər nəzarət altında olmalı-
dır və əgər qusma halları kəskinləşərsə 
artırılmalıdırlar. 
3. Şübhəli dərman vasitənin qəbulunu 
dayandıran kimi, geri dönən prosesə 
çevrilir. 
4.  Klofazimin qəbul edilən zaman 
ağır abdominal distress və kəskin 
qarın sindromun müşahidəsi barədə 
məlumat verilib. Baxmayaraq ki, bu 
nadir hallardır, əgər onlar aşkar olunsa, 
klofaziminin qəbulu müvəqqəti olaraq 
dayandırılmalıdı.
*Dərman adlarının qısa formaların siyahısına bax, 5-ci Bölmə, Cədvəl 1. 
Qeyd: Yağlı şriftlə göstərilmiş dərmanlar adi şriftlə göstərilən dərmanlardan daha güclü əlavə təsirlərə malikdirlər.

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 105
Cədvəl 2:  Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları  
Əlavə təsir 
Dərman 
vasitəsi*
İdarəetmə
İzahatlar
Qastritlər
PAS, Eto/Pto
1. MDR-Vərəm dərmanlarını az miqdar 
yeməklə birlikdə təyin edin. 
2.  Kofeinin və siqaretlərin qarşısını alın. 
3.  Antasidlər (məsələn, kalsium karbo-
nat, alyuminium hidroksid, maqnezium 
hidroksid) və ya H2 –blokatorları (məsələn, 
simetidin, ranitidin), proton pompasının 
blokatorlarını (məsələn, omeprazol) verin.   
4. Şübhəli dərman vasitənin (-lərin) 
qısa müddət ərzində (məsələn, 1-7 gün) 
qəbulunu dayandırın. 
5. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın.
6. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  Hematomezis (qanla qusma), melena 
və ya hematoçezia ilə başlayan ağır 
qastritlərin baş verməsi ehtimalı var 
(lakin bu nadir haldır). 
2.  Antasidlərin təyinatı MDR-Vərəm 
dərmanlarının absorbsiyasına (sorul-
masına) müdaxilə etməmək şərti ilə 
dəqiq vaxtda qəbul olunmalıdır.  (vərəm 
əleyhinə dərmanların qəbulundan 2 saat 
qabaq və ya 3 saat sonra qəbul edin). 
3.  Şübhəli dərman vasitənin (-lərin) 
qəbulunu dayandıran kimi, geri dönən 
prosesə çevrilir.
Hepatitlər 
Z, H, R, 
Flx, 
Eto/Pto,
PAS,
E
1.  . Hepatit əlamətlərin itməsinə gədər 
bütün müalicəni dayandırın.
2.  Hepatitin digər potensial səbəblərini 
müstəsna edin.
3. Ən uyğun dərman vasitəsinin qəbulunu 
daimi dayandırılmasını nəzərə alın. Qalan 
dərmanları təkrar təyin edin, birinci dəfə ən 
hepatotoksik dərman vasitələri ilə bir vaxtda, 
qaraciyərin funksiyasını hər 1-2 aydan bir 
yoxlayaraq. 
1.  Əsas səbəbkar dərman vasitənin 
(-lərin) müəyyən edilməsi üçün əvvəlki 
hepatitin xəstəlik tarixçəsini diqqətlə 
analiz etmək və bunların gələcək 
rejimlərdə qarşısını almaq lazımdır. 
2.  Adətən şübhəli dərman vasitənin 
qəbulunu dayandıran kimi, geri dönən 
prosesə çevrilir.
Nefrotok-
sik təsir 
və böyrək 
çatışmazlığı 
S, Km, 
Am, Cm, Vm
1.  Şübhəli dərman vasitənin qəbulunu  
dayandırın. 
2. Müalicə rejimində əvvəl istifadə olunan 
inyeksion dərmanlar aminoqlikozidlər 
qrundan olubsa, kapreomisinin istifadəsinə 
baxılmalıdır.  
3. Əgər müalicə rejiminə dərmanın əlavə 
edilməsi əhəmiyyət kəsb edirsə və xəstə bu 
dərmanın qəbuluna dözə bilərsə, həftədə 2-3 
dəfə təyinatı nəzərə alın.
1.  Xəstəlik tarixində əvvəldən şəkərli 
diabetin və ya böyrək xəstəliyinin 
olması burada qeyd olunan dərmanların 
istifadəsinə əks-göstəriş deyil, lakin ya-
naşı xəstəliklərlə olan xəstələrdə böyrək 
çatışmazlığının yaranma riski arta bilər. 
2. Böyrəklərin zədələnməsi daimi ola 
bilər.  
Optik nevriti  E, Eto/Pto
1.  E qəbulunu dayandırın. 
2.  Xəstəni oftalmoloqun yanına göndərin.
1.  Adətən E qəbulunun dayandırılma-
sından sonra geri dönən proses. 
2. Optik nevrit barədə verilən nadir 
hesabatlar streptomisinin qəbulu ilə 
izah edilib.
Artralgiya
Z, 
Flx
1.  Qeyri-steroid iltihaba qarşı dərmanlarla 
müalicəyə başlayın. 
2. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın.
3. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  SArtralgiya əlamətləri adətən, hətta 
müdaxilə olmasada, vaxtaşırı azalır. 
2. Sidik turşusunun səviyyəsi pirazina-
mid qəbul edən bəzi xəstələrdə yüksələ 
bilər, lakin bu xəstələrdə müalicənin 
əhəmiyyətinin və podaqraya qarşı 
müalicənin (məsələn, allopurinol, 
kolxisinlər) faydasının təsdiqi yoxdur.

Səhifə 106   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birbaşa müalicəyə 
nəzarət səhiyyə 
işçilərinə 
dərmanların əlavə 
təsirlərini də 
yoxlamaq imkanı 
verir 
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş 
versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008
Cədvəl 2:  Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları  
Əlavə təsir 
Dərman 
vasitəsi*
İdarəetmə
İzahatlar
Elektrolit 
pozğunluqları  
(hipokaliemi-
ya, hipomaq-
niyemiya)
Cm, Vm
, Km,  
Am, S
1.  Qanda kaliumun səviyyəsini yoxlayın. 
2.  Əgər kaliumun səviyyəsi aşağadırsa, 
həmçinin maqneziumun qanda səviyyəsini 
yoxlayın (əgər hipokalsiemiyaya şübhə varsa, 
kalsium səviyyəsini də yoxlayın). 
3.  Lazım olduqca, elektrolit balansını 
nizamlayın. 
 
1.  Hipokaliemiya kliniki əlamətlər 
olmadan meydana çıxır və həyat 
üçün təhlükəli ola bilər; lazım olsa, 
xəstəxanaya yerləşdirməyi nəzərə alın. 
2. Per os qəbul edilən kaliumun 
əvəzediciləri ürəkbulanma və qusmaya 
səbəb ola bilərlər. Per os qəbul edilən 
maqnezium ishala (diareya) səbəb ola 
bilər. 
3. Amilorid 5–10 mq hər gün və ya spi-
ronolakton 25 mq-dan hər gün qəbulu 
kalium və maqneziumun itməsini 
azaldır və çətin müalicə olunan hallarda 
cox faydalıdır.
*Dərman adlarının qısa 
formaların siyahısına bax, 5-ci 
Bölmə, Cədvəl 1. 
Qeyd: Yağlı şriftlə göstərilmiş 
dərmanlar adi şriftlə göstərilən 
dərmanlardan daha güclü əlavə 
təsirlərə malikdirlər.

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 107
Cədvəl 3.  Ən çox istifadə olunan əlavə dərmanlar
Göstəriş
Dərman
Ürəkbulanma, qusma,  mədə pozğunluğu
Metoklopramid, dimenhidrat, proxlorperazin, prometazin, 
vismut subsalisilat 
Qıcqırma,  mədə turşuluğun pozulması, mədə 
xorası 
H
2
-blokatorlar (ranitidin, simetidin, famotidin, və s.), 
proton pompanın inhibitorları (omeprazol, lansoprazol, 
və s.). Antasidlərdən istifadə etməyin, çünki onlar 
florxinolonların sorulmasını azalda bilər. 
Ağız kandidozu (AİDS olmayan xəstə) 
Flükonazol, klotrimazol həbləri  
İshal 
Loperamid
Depressiya 
Serotoninin təkrar udulmasının selektiv inhibitorları 
(flüoksetin, sertralin), trisiklik antidepressantlar 
(amitriptilin)
Həyəcan
Lorazepam, diazepam, klonazepam 
Yuxusuzluq
Dimenhidrat
Psixoz
Qaloperidol, torazin, risperidon (ekstrapiramidal əlavə 
təsirlərinin qarşısını almaq üçün benzotropin və ya biperi-
den qəbulu nəzərdədir)
Tutmalar
Fentoin, karbamazepin, valproik turşusu, fenobarbital
Sikloserin\terizidonun nevroloji ağırlaşmaların 
profilaktikası 
Piridoksin (vitamin B6)
Periferik neyropatiya 
Amitriptilin
Vestibulyar əlamətlər 
Meklizin, dimenhidrat, proxlorperazin, prometazin
Əzələ ağrıları, artralgiya, baş ağrıları
İbuprofen, parasetamol, kodein
Dəri reaksiyaları, qaşınma
Qidrokortizon kremi, kalamin, kaladril losyonları
Sistematik hipersenstiv reaksiyalar
Antiqistaminlər (difenhidramin, xlorfeniramin, dimenhid-
rat), kortikosteroidlər (prednizolon, deksametazon)
Bronxospazm
İnhalyasiyalı beta-aqonistlər (albuterol, və s.), 
kortikosteroidlər (beklometazon, və s.), peroral steroidlər 
(prednizolon), inyeksion steroidlər  (deksametazon, 
metilprednizolon)
Hipotireodizm
Levo-tiroksin 
Elektrolitlərin itirilməsi 
Kalium və maqneziumun səviyyəsinin bərpa olunması 
(Ümumdünya Səhiyyə Təşkilatı. 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası 
(ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008)).

Səhifə 108   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
 B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
Dərmanların əlavə təs rlər
1.  MDR-Vərəm dərmanlarının qəbulu zamanı ən çox rast gəlinən əlavə təsirlər: 
a)  Mərkəzi sinir sisteminin təsirləri 
b) Periferik neyropatiya 
c)  Eşitmə qabiliyyətinin zəifləməsi 
d) Qastrointestinal təsirlər
e)  Hepatit 
2.  Qanda kreatininin səviyyəsi təyin olunmalıdır:
a)  Müalicə kursu müddətində hər həftə
b) İnyeksion dərman vasitəsi edilən müddətində hər həftə 
c)  İnyeksion dərman vasitəsi edilən müddətində hər ay 
d) Müalicə kursu müddətində hər iki ay 
e)  Müalicə kursu müddətində hər 6 ay  
3.  Hipokaliemiyaya (çox vaxt kliniki əlamətlər olmadan) ən çox aşağıdakı dərmanların qəbulu zamanı rast 
gəlinir:
a)  Florxinolonlar 
b) Tioamidlər 
c)  İnyeksion dərman vasitələri 
d) Etambutol 
e)  Sikloserin/Terizidon 
1:  d
2:  c
3:  c
Cavablar

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 109
Xüsus  s tuas yalar 
Bölmə 9

Səhifə 110   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə nət cələr  
Bu bölməni bitirdikdən sonra siz:
•  Xüsusi sit uasiyalarda MDR-Vərəmli xəstələrə yardım göstərə biləcəksiniz 
•  MDR-Vərəmli xəstələrdə yanaşı xəstəlikləri idarə edə biləcəksiniz 
•  MDR-Vərəm müalicəsi uğursuz olmuş xəstələrə yardım edə biləcəksiniz
•  Tamamlanan müalicə üçün göstərişlər barədə məlumat əldə etmiş olacaqsınız
•  Həyati dəstək tədbirlərini anlayacaqsınız 
Bölmə 9
Xüsus  s tuas yalar 

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 111
2  G r ş 
Mövcud olan və ya yanaşı gedən xəstəliklər çox vaxt MDR-Vərəm müalicəsini daha da çətinləşdirir. Müalicə 
üçün nəzərdə tutulmuş MDR-Vərəmli xəstələrdə aşağıdakı situasiyalar xüsusi diqqət tələb edir: 
3  Peroral kontrasept vlər n  st fadəs  
MDR-Vərəm  müalicəsini  qəbul  edən  bütün  qadınlarda  doğuşa  güclü  nəzarət  məsləhət  görülür

çünki  dərmanların  tez  rast  gəlinən  və\və  ya  ağır  əlavə  təsirləri  həm  ana,  həm  döl  üçün  potensial  mənfi 
nəticələr törədə bilər. 
MDR-Vərəm rejimi dairəsində peroral kontraseptivlərin qəbulu üçün heç bir əks-göstəriş yoxdur; lakin, 
peroral kontraseptivlər güclü dərmanarası təsirlərə malik olduqlarına görə müalicənin effektini azalda bilər və bu 
səbəbdən digər seçim medroksiproqesteron (Depo-Provera) əzələdaxilinə hər 14 həftə və ya maneə üsullardan 
(məsələn, diafraqma və ya kondom) MDR-Vərəm müalicə kursu müddətində istifadəsindən ibarətdir.
Peroral  kontraseptivlərin  qəbulundan  sonra  qusma  olan  xəstələrdə  effektivliyin  azalması  ilə  nəticələn 
absorbsiyanın  daha  sonra  azalma  riski  ola  bilər.  Xəstələrə  bu  barədə  məlumat  verilməlidir  və  vərəmə  qarşı 
müalicənin nəticəsində qusmaları olanda öz kontraseptivlərini başqa vaxt qəbul etmək məsləhət verilir.  Əgər 
xəstənin anti-kontraseptiv həbləri qəbul etdikdən və ya birinci iki saatdan sonra hər dəfə qusması olursa, onda 
o, anti-kontraseptiv həblərini tam bir ay qusmasız qəbul etmək qabiliyyətində olmayanadək, kontraseptiyanın 
maneə üsulundan istifadə etməlidir.  
Sual:
MDR-Vərəmin idarəedilməsində kontrasepsiya və həmiləliyə aid aşağıdakı fikirlərin hansıları düzgündür?
a.  MDR-Vərəm müalicə rejimi daxilində peroral kontraseplərin qəbuluna ciddi əks göstərişlər var
b.  Alternativ seçimə medroksiproqesteronun (Depo-Provera) hər 14 həftə əzələdaxilinə istifadəsi aiddir;
c.  MDR-Vərəm müalicəsini qəbul edən bütün qadınlara hamilə olmamaq ciddi tövsiyə edilir;
d.  Peroral kontraseptiv həbi qəbul etdikdən sonra dərhal qusma halları olan xəstələrdə absorbsiyanın daha 
sonra azalma riski ola bilər; 
e.  Hamiləlik aktiv MDR-Vərəm müalicəsi üçün əks göstərişdir.
Cavab:
Düzgün cavablar: b, c və d -dir.
•  MDR-Vərəm müalicə rejimində olan xəstələrdə peroral kontrasepsiya əks göstəriş deyil.
•  Hamiləlik özü MDR-Vərəm müalicəsinin təyini üçün əks göstəriş deyil.
4  Ham ləl k 
Uşaq doğmaq yaşında olan MDR-Vərəmli qadınlarda ilkin qiymətləndirilmədə hamiləliyin olub-olmaması 
müəyyən edilməlidir. Hamiləlik aktiv MDR-Vərəmin müalicəsinə əks göstəriş deyil, lakin aktiv, müalicə olunmayan 
MDR-Vərəm həm ananın, həm dölün həyatına böyük təhlükə törədir.  
Hamilə xəstələri hamiləlik dövrünü və MDR-Vərəmin ağırlıq dərəcəsini nəzərə alaraq diqqətlə müəyyən 
etmək  lazımdır.  MDR-Vərəm  müalicəsinin  risklərinə  və  üstünlüklərinə  diqqətlə  baxılmalıdır.  Aşağıda  qeyd 
edilənlər tövsiyyə edilir:
•  MDR-Vərəm  müalicəsi  ikinci  trimestrə  qədər  taxir  salınmasını  nəzərə  alın: 
  Teratogen  təsirlərin 
əksəriyyəti  birinci  trimesterdə  əmələ  gəldiyindən  həyat  üçün  təhlükəli  əlamətlərin  baş  verməsindən 
başqa terapiya ikinci trimestrə qədər təxirə salına bilər.  Müalicənin taxirə salınması barədə qərar həm 

Səhifə 112   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
xəstə, həm həkim tərəfindən razılaşdırılmalıdır. Bu əsasən xəstəliyin ağırlaşması və ya kəskinliyi (adətən 
bədən çəkisinin azalmasında və əvvəlki həftələrdə rentgen şəkilində özünü biruzə verir) və həyat üçün 
təhlükəli əlamətlərin analizlərinin nəticələrindən olan kliniki qərara əsaslanır. Risk və faydalara dair 
müzakirələr xəstənin müalicənin gecikdirilməsi və ya hamiləlik vaxtı dərmanlardan istifadə ilə bağlı 
narahatlığını aradan qaldırmalıdır.  Əgər qərar müalicəni başlamaqdırsa, onda effektliyi təsdiq olunan 
üç və ya dörd peroral dərman istifadə etmək və sonra müalicə rejimini inyeksion dərman vasitəsi və 
bəlkə də postnatal dövrdən dərhal digər dərmanlar ilə gücləndirmək lazımdır.  
•  İnyeksion  dərman  vasitələrindən  istifadə  etməyin: 
Embrional  qulağın  inkişafına  toksik  təsir 
göstərdiyinə görə, əksərən hamilə xəstələrin müalicəsində aminoqlikozidlər istifadə olunmamalıdır. 
İnyeksion dərman vasitələrinin istifadəsinin qaçılmaz olduğu hallarda, eyni ototoksiki təsirli olmasına 
baxmayaraq, kapreomisindən istifadə etmək məqsədəuyğundur.  
•  Etionamidin qəbulunundan çəkinin:  
 Etionamid hamiləliklə bağlı qusma və ürəkbulanma riskini artıra 
bilər  və  heyvanların  üzərində  aparılan  tədqiqatlarda  teratogen  təsirləri  müşahidə  olunub.  Mümkün 
olduqca, hamilə xəstələrə etionamidi təyin etməyin.
Cədvəl  1-də  hamiləlik  zamanı  MDR-Vərəm  müalicəsində  istifadə  olunan  dərmanların  təhlükəsizliyinin 
siyahısı verilir.  
Cədvəl 1.  Hamiləlik zamanı MDR-Vərəmə qarşı dərmanların təhlükəsizliyi
Dərman
Təhlükəsizliyin 
kategoriyaları*
İzahatlar
Etambutol
B
Hamilə xəstələrdə olan təcrübə təhlükəsizliyi təlqin edir
Pirazinamid
C
Ehtiyatla istifadə edin. Əksər mənbələr istifadənin təhlükəsiz olması-
nı göstərir.
Streptomisin
Kanamisin
Amikasin
Kapreomisin 
D
İstifadədən çəkinin. İnkişaf edən embrionun qulağına təsdiq olunmuş 
toksiklik. Risklərə və üstünlüklərə diqqətlə baxılmalıdır. Mümkün 
olduqca, istifadə etməyin
Florxinolonlar
C
Ehtiyatla istifadə edin. Qısa müddət ərzində istifadə edən (2-4 həftə) 
şəxslərdə heç bir teratogen təsirlər müşahidə olunmayıb.  Cavan 
heyvanların istinad oynaqlarında qığırdaqların daimi zədələnməsi 
müşahidə olunur. Hamilə xəstələrdə uzunmüddətli istifadənin 
təcrübəsi məhduddur, lakin bakterisid fəaliyyəti nəzarə alsaq, 
üstünlüklər risklərə üstün gələ bilər.
Etionamid
Protionamid
C
Ehtiyatla istifadə edin. Heyvanlar üzərində aparılan tədqiqatlarda 
teratogen təsirlər müşahidə olunub; hamiləliklə bağlı ürəkbulanma 
ciddi şəkildə ağırlaşır.
Cycloserine 
Terizidone
C
Hamilə xəstələrdə zərurui təcrübələr: heyvanlar üzərində aparılan 
tədqiqatlarda təsdiq olunmuş toksiklik.
* A=İnsanlar üzərində aparılan tədqiqatlar nəticəsində təhlükəsizliyi təsdiq edilmişdir
B=Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən təhlükəsiz olduğu güman edilir
C=Tam dəqiq olmayan təhlükəsizlik, heç bir insan və heyvan üzərində aparılan tədqiqatlarda əlavə təsirlər müşahidə olunmayıb 
D=Təhlükəlidir, risk yalnız müəyyən kliniki vəziyyətlərdə mümkün ola bilər.
(Səhiyyə Partnyorları Təşkilatı. 
Multi Dərmanlara qarşı rezistent Vərəmin Tibbi İdarəEdilməsi ilə bağlı SPT-ın Kitabçası. Boston, Massaçusets: Səhiyyə Partnyorları 
Təşkilatı, İnfeksion Xəstəliklər və Sosial Dəyişikliklər üzrə Proqram, Harvard Tibb Məktəbi, İctimai Tibb və Səhiyyə Bərabərsizlikləri Bölməsi, Brigham və Qadın 
Xəstəxanası; 2003).

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 113
5  Ana südü  lə q dalanma 
Südlə  əmizdirən  analar:
  Südlə  əmizdirən  və  aktiv  MDR-Vərəmi  olan  qadın  müalicənin  tam  kursunu 
almalıdır, çünki vaxtında və düzgün edilən kimyəvi terapiya onun uşağına MDR-Vərəmin ötürülməsinin qarşısını 
almaqda ən yaxşı yoldur. 
Südəmər  uşaqlar:
  Müalicə  altında  olan  süd  verən  anaların  südündə  əksər  vərəm  əleyhinə  dərmanların 
uşaqlarda istifadə olunan terapevtik dozalarla müqayisədə yalnız az miqdarda konsentrasiyaları tapılır.  Lakin, 
tam MDR-Vərəm müalicə kursu zamanı bu cür təmasa məruz qalmış uşaqlarda heç bir effektə rast gəlinməyib. Bu 
səbəbdən, uşaq formulasından istifadə qeyri - məlum əlavə təsirlərdən kənar olmağın ən ağıllı yoludur. Lakin, uşaq 
formulasından istifadə bir çox amillərdən asılı olacaq, bura xəstənin resursları, su təchizatının təhlükəsizliyi və 
ananın bakterioloji statusu daxildir.  Əgər uşaq formulası üçün uyğun şərait yoxdursa, onda ana südü ilə qidalanma 
barədə fikirləşmək olar.  
Ana  ilə  uşağı  məcburi  ayırmaq  olmaz.  Əgər  ana  yaxma-müsbətdirsə,  o  mənfi  olunana  kimi,  ailə  üzvləri 
tərəfindən  uşağa  göstərə  bilən  qayğı  barədə  fikirləşməlidir.  Lakin,  ana  yaxma  mənfi  olana  kimi,  ona  95N-li 
respiratordan  istifadə  etmək  kimi  seçmə  hüququ  həmişə  təklif  olunmalıdır  (respiratorlar  barədə  daha  ətraflı 
məlumat üçün 14-cu Bölməyə bax) və çalışmaq lazımdır ki, uşaqla yaxşı ventilyasiyalı sahələrdə, hətta çöldə, vaxt 
keçirsin.  
6  Uşaqlar
Uşaqlarda  MDR-Vərəm  adətən  MDR-Vərəmli  böyüklərlə  təmas  nəticəsində  yaranan  ilkin  xəstəlikdir. 
Uşaqlarda  çox  vaxt  oliqobasilyar  xəstəlik  olduğuna  görə,  onlar  nadir  hallarda  kultura-müsbət  olurlar.  Buna 
baxmayaraq, uşaqlarda MDR-Vərəmin bakterioloji təsdiqi üçün hər bir səy göstərilməlidir.  
Aktiv Vərəmin kliniki sübutu və təsdiqlənmiş MDR-Vərəmlə yaxın təmasda olan kultura-mənfi uşaqların 
müalicəsi DHT-in nəticələri və təmasda olan xəstənin Vərəmə qarşı dərman tarixçəsi ilə istiqamətləndirilməlidir 
(həmçinin 4, 5 və 6-ci Bölməyə bax).
Cako (şəkildə daldan, 
ortada olan oğlan) bir 
palatada yatan uşaqlar ilə. 
Cakonun 14 yaşı var və o 
MDR-Vərəm xəstəsidir. O 
xəstəxanada yeddinci aydıkı 
müalicə olunur. Bruklin 
Pulmonologiya xəstəxanası, 
Keyptaun.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 114   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Uşaqlarda ikinci sıra dərmanların uzadılmış istifadə dövrünə dair təcrübə məhduddur. Hər bir dərmanın 
təhlükəsi və xeyri diqqətlə nəzərə alınmalıdır. Xəstə və ailə üzvləri ilə xüsusən də terapiyanın əvvəlində səmimi 
danışıqlar əsasdır. MDR-Vərəmin həyati təhlükəsini nəzərə alaraq qeyd etmək olar ki, ikinci sıra dərmanların heç 
biri uşaqlarda tam əks göstərişli deyil
.   
Qeyd olunmalıdır ki, təcrübələr nəticəsində məlum olmuşdur ki, florxinolonlar tazı küçüklərdə qığırdaqların 
inkişafını  gecikdirir,  lakin  sidik  kisəsinin  fibrozu  ilə  uşaqların  müalicə  təcrübəsi  insanlarda  eyni  təsirləri 
göstərməyib.    İndi  belə  hesab  edilir  ki,  uşaqlarda  MDR-Vərəmin  müalicəsində  florxinolonların  xeyri  onların 
təhlükəsindən çoxdur.  Əlavə olaraq, etionamid, PAS, sikloserin və terizidon uşaqlarda effektli şəkildə istifadə 
oluna bilər və onların yaxşı tolerantlığı var. 
Ümumilikdə,  Cədvəl  2-də  qeyd  olunduğu  kimi,  dərmanlar  bədən  çəkisinə  əsasən  təyin  olunmalıdır.  Bu 
səbəbdən pediatrik xəstəlik halları olanda bədən çəkisinin aylıq yoxlanması xüsusilə vacibdir, uşağın bədən çəkisində 
artım olsa dərmanların dozası ona tənzimlənməlidir. Florxinolonlar da daxil olmaqla, bütün dərmanların dozaları 
mümkün olduqda tövsiyyə edilən ən yüksək həddə uyğun olaraq təyin edilməlidir (etambutol istisna olmaqla). 
Uşaqlarda optik nevritə nəzarət daha çətin olduğundan, etambutol bəzi vaxtlar MDR-Vərəmli böyüklərdə istifadə 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin