Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
üçün IV-ciKateqoriyanın müalicəsinə başlayın
•  DHT nəticələrinə uyğun müalicə rejimini 
nizamlayın 
Sənədləşdirilmiş 
XDR-Vərəmli xəstə
H, R, İDV və FLX –na qarşı 
sənədləşdirilmiş rezistentlik
•  XDR-Vərəm üçün IV-ci Kateqoriyanın 
müalicəsinə başlayın (7.14 hissəyə bax)
a. Cədvəl 7.2 –də verilən strategiyaların aparılması  DHT-ri etmək üçün az imkanlı, resurslarla məhdud olan yerlərdə nəzərdə tutulur. Bu, az, orta və ya yüksək rezistentlik üçün tam başlanğıc 
deyil. Proqramlar mütəxəssisə rezistentlik səviyyəsi və mövcud olan resursları nəzərə alaraq cədvəl 7.2 –də tövsiyyə edilən strategiyaların seçilməsi barədə məsləhət verirlər.
b. Hər dəfə mümkün olanda, əgər  MDR-Vərəm təsdiq olunubsa, inyeksion dərman vasitələrə (inyeksion dərmanlar, aminoqlikozidlər və ya kapreomisin) və florxinolonlara qarşı DHT 
edin .
c. 5 ay ərzində davamlı müsbət yaxma nəticələri I-ci Kateqoriyanın uğursuz müalicəsi kimi təyin edilir; lakin bəzi həkimlər  xəstənin ümumi kliniki vəziyyətinə əsasən DHT-nin erkən 
edilməsini istiyə bilərlər, məsələn əgər xəstə HİV-ə qarşı müsbətdirsə.
Cədvəl 3-də verilən bir neçə prinsiplər aydınlaşdırma tələb edir. Birinci, xəstələrin müxtəlif qrupları (yeni, 
I-ci Kateqoriyanın uğursuz müalicəsi, II-ci Kateqoriyanın uğursuz müalicəsi, residiv və yarımçıq müalicə və  IV-
ci  Kateqoriyanın uğursuz müalicəsi) üçün edilən DHT üzrə nəzarət məlumatları MDR-Vərəmin və digər vərəm 
əleyhinə  dərmanlara  qarşı  rezistentlik  sayının  müəyyən  edilməsində  çox  böyük  kömək  edəcək.  Bu,  müvafiq 
müalicə  strategiyaların  inkişafı  və  nəzarət  proqramın  müdaxilə  təsirinin  qiymətləndirilməsi  üçün    əsasdır. 
Lazımı  imkanlar  və  resurslar  mümkün  olanda,  bütün  MDR-Vərəm  ştammlarının  ikinci  sıra  dərmanlara  qarşı 
rezistentliyinin yoxlanması tövsiyə edilir. Aminoqlikozidlərə, polipeptidlərə və florxinolonlara qarşı DHT-nin 
nisbətən yaxşı etibarlılığına və bu dərmanlara qarşı rezistentliyinin XDR-Vərəm kimi müəyyən olmasına görə, bu 
dərmanlara qarşı DHT edilməsi nəzarət və müalicə üçün birinci növbədədir (4-cü Bölməyə bax).
5  Ekstrapulmonar MDR-Vərəm n müal cəs    
Ekstrapulmonar MDR-Vərəm
 pulmonar MDR-Vərəmin eyni strategiya və vaxt müddətini istifadə edərək 
müalicə olunur.  
Əgər MDR-Vərəmli xəstədə mərkəzi sinir sistemi ilə əlaqəli əlamətlər varsa, rejimin mərkəzi sinir sisteminə 
müvafiq  təsiri  olmalıdır.  Pirazinamid,  etionamid,  sikloserin  və  terizidon  yaxşı  penetrasiyaya  malikdirlər; 
kanamisin, amikasin və kapreomisin yalnız meningial iltihab olan zaman penitrasiya edirlər; PAS və etambutol 
zəif penitrasiyaya malikdir, bəzən isə bu penetrasiya ümumiyyətlə olmur.
6  XDR-Vərəm n müal cəs  
Birinci dəfə təsvir olunandan sonra, XDR-Vərəm bütün MDR-Vərəm ştammların 10%-nı təşkil edərək, 6 
qitənin ən azı 37 ölkəsində aşkar olunub. Təsdiq edilib ki, MDR-Vərəmdən fərqli olaraq, bu növ vərəmi müalicə 
etmək  daha  çətin,  HİV-müsbət  şəxslərdə  isə  son  dərəcədə  çətindir.  Baxmayaraq  ki,  XDR-Vərəm  kimi  aşkar 
olunan və müvafiq müalicə rejiminə yerləşdirilən HİV-ə müsbət olan şəxslərin hesabatları bu günə mövcüd deyil, 
HİV-ə mənfi xəstə kohortaların hesabatları sağalma hallarının sayı 50 %-dan keçməsini göstərir. Diaqram 2 –də 
mütəxəssislərinin XDR-Vərəmi necə idarəedilməsi barədə ən son fikirlərini yekunlaşdırır. Bu diaqramda XDR-
Vərəmə dair müxtəlif kliniki yanaşmalar üzrə çox məhdud məlumatlar tapa bilərsiniz. (Daha ətraflı məlumat üçün 
ÜST. 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq 
yenidən işlənmiş versiyası-na bax).

Bölmə 6  
MDR-Vərəm müalicə rejimlərinin planlaşdırılması
   •   Səhifə 87
Diaqram 2. Sənədləşdirilmiş və ya demek olar ki, müəyyən olunmuş XDR-Vərəmli xəstələrin 
idarəolunmasına dair təlimatlar
1.  Effektiv ola bilən 1-ci Qrupdan hər hansı bir dərman vasitəsindən istifadə edin. 
2.  Mikobakteriya ştammın həssas olduğu inyeksion dərman vasitəsindən istifadə edin və 
uzunmüddətli istifadəsini nəzərə alın (12 ay və ya bütün müalicə vaxtı). Əgər bütün inyeksion 
dərman vasitələrinə qarşı rezistentlik varsa,  xəstənin heç vaxt istifadə etmədiyi bir inyeksion 
dərman vasitəsindən istifadəsi tövsiyə edilir. 
3.  Moksifloksasin kimi yeni nəsil florxinolonlardan istifadə edin.
4.  Əvvəlki müalicə rejimində geniş istifadə olunmayan və ya effektiv olmaq ehtimalı olan bütün 4-ci 
Qrup dərman vasitələrdən istifadə edin. 
5.  5-ci Qrupdan iki və ya daha artıq dərman vasitəsindən istifadə edin. 
6.  Əgər zəif rezistentlik aşkar olunubsa, yüksək dozada izoniazidlə müalicəni nəzərə alın.
7.  Lokallaşan xəstəlik olan zaman, əlavə cərrahiyyədən istifadəni nəzərə alın.
8.  Güclü infeksiyaya nəzarət tədbirlərini təmin edin. 
9.  HİV-i müalicə edin (10-cu Bölməyə bax). 
10.  Tam nəzarət və hərtərəfli dəstəyi təmin edin. (11-ci Bölməyə bax).
Source: World Health Organization. Guidelines for the programmatic management of drug-resistant tuberculosis: Emergency update 2008 (WHO/HTM/
TB/2008.402). Geneva, Switzerland: World Health Organization; 2008.)
Sual:
MDR-Vərəm müalicə rejimlərinin qurulmasında istifadə olunmalı ümumi prinsipləri yekunlaşdırın. 
Cavab: 
MDR-Vərəm müalicəsi insan səhəttinə mürəkkəb şəkildə müdaxilə deməkdir və bütün xəstəlik halları 
üçün müvafiq bir strategiya mövcud deyil. Həkimlər strategiyanı seçən zamanı epidemioloji, maliyyə və 
praktiki amilləri nəzərə almalıdırlar. Rejimlərin qurulmasına dair qısa yekunu Cədvəl 4-də tapa bilərsiniz.
Cədvəl 4. MDR-Vərəm rejimlərinin quruluşunun ümumi prinsiplərinin yekunu   
Əsas prinsiplər
İzahatlar
1.  
Effektli olduğu güman 
edilən ən azı 4 dərmandan 
istifadə edin. Əgər ən azı 
4 dərmanın effektli olması 
zənn edilmirsə, xüsusi 
dərmanlardan və qeyri-
müəyyənlik səviyyəsindən 
asılı olaraq 5 – 7 sayda 
dərmandan istifadə edin.
Dərmanların effektli olması bir sıra amillərdən (xəstədə nə qədər çox olsalar, 
dərmanın o gədər effektli olmaq ehtimalı yüksəkdir) asılıdır:
•  DHT-in nəticələri həssaslığı ğöstərir 
•  Dərmanla daha öncə müalicənin aparılmaması 
•  Dərmana qarşı rezistentliyi olan xəstə ilə yaxın təmas hallarının olmaması 
•  Nəzarət hesabatlarında qeyd edilir ki, eyni xəstələrdə rezistentlik nadir 
hallarda olur 
•  Dərmanlar adətən ərazidə ümumi şəkildə istifadə olunmur.
2. 
 Kross-rezistentlik olan 
dərmanlardan istifadə 
etməyin 
•  Bütün rifamisinlər kross-rezistentliyə malikdir (rifampisin, rifabutin, 
rifapentin, rifalazil).
•  Güman edilir ki, florxinolonlar arasında yüksək kross-rezistentlik var.  
•  Aminoqlikozidlərin hamısı kross-rezistentlik göstərmir; ümumilikdə, 
yalnız kanamisin və amikasin tam kross-rezistentdirlər.  
4. 
 Xəstə üçün təhlükəli olan 
dərmanları istifadə etməməyə 
çalışın
•  Ağır dərəcəli alergiya və ya idarə olunmayan intolerantlıq.
•  Ağır əlavə təsirlərin (böyrək çatışmazlığı, karlıq, hepatitlər, depressiya və\
və ya psixoz) baş verməsi riski  
•  Dərman keyfiyyətinin bilinməməsi.

Səhifə 88   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 4. MDR-Vərəm rejimlərinin quruluşunun ümumi prinsiplərinin yekunu   
5.  
1-ci qrupdan başlaya-
raq 5-ci qrupadək müalicə 
effektinə əsasən dərmanları 
iyerarxiya nizamı ilə daxil 
edir. 
•  1-ci Qrupdan (peroral birinci sıra dərmanlar) effekti hələ də olan hər 
hansı dərmanı istifadə edin 
•  Effektli inyeksiyanı istifadə edin (2-ci Qrup) 
•  Florxinolonlardan istifadə edin (3-ci Qrup) 
•  4-ci Qrupda qalan dərmanlardan istifadə edərək ən azı 4 effektli 
dərmandan ibarət rejim qurun. < 4 effektli dərmandan ibarət rejimlər 
üçün effektli ola bilən ikinci sıra dərmanlardan əlavə edib, ümumi 
dərmanların sayını 5-7-ə çatdırın. Dərmanların sayı qeyri-müəyyənlik 
dərəcəsindən asılı olacaq. 
•  5-ci Qrup dərmanlardan ehtiyac olduqda istifadə edin. 
6.  
Hər seçilmiş dərmanın 
əlavə təsirlərinin qarşısının 
alınması, nəzarəti və idarə 
edilməsi üçün hazır olun.
•  Hematologiya, biokimya, serologiya, audiometriya kimi laborator 
xidmətlər tələb olunur.
•  Dərmanların qəbuluna başlamaqdan əvvəl əsas xətti qurun. 
•  Müalicəni təcridən başlayın: gündəlik dozaları bölərək. 
•  Əlavə təsirlərə nəzarət etmək üçün ambarda köməkçi dərmanlar olmalıdır.
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
MDR-Vərəm müal cə rej mlər n n planlaşdırılması 
1. Düz/Səhv:
a)  MDR-Vərəm müalicə rejimləri qəbul edilən dərmanların tarixçəsinə əsaslanmalıdır 
b) MDR-Vərəm rejimi ən azı dörd effektli dərmandan ibarət olmalıdır 
c)  Bütün MDR-Vərəm dərmanların dozası hissələrə bölünmüş şəkildə verilməlidir 
d) İnyeksion dərman vasitəsi dörd ay ərzində vurulmalıdır
e)  MDR-Vərəm müalicəsi xəstənin çəkisinə uyğun nizamlanmalıdır 
2. Dərmanın effektli olmasına aşağıdakılar kömək edir:
a) 
In vitro dərmana həssaslıq 
b) Əvvəlki istifadənin olmaması 
c)  Xüsusi sahədə dərmanın məhdudlaşdırılmış istifadəsi 
d) Müşahidə altında qeyd olunmuş aşağı rezistent səviyyəsi  
e)  Yuxarıda qeyd olunanların hamısı 
3. Düz/Səhv:
a)  İlkin və yeni nəsil  florxinolonlar arasında 100 % kross-rezistentlik var 
b) MDR-Vərəmin müalicəsində rifampisindən başqa rifamisinlər istifadə olunmalıdır
c)  Ekstrapulmonar MDR-Vərəm üçün müalicə uzadılmalıdır 
d) Bütün MDR-Vərəm dərmanlar mərkəzi sinir sisteminə yaxşı penetrasiya edirlər 
e)  Bütün aminoqlikozidlər kross-rezistentliyə malikdir 
1:  D,D,S,S, D
2:  e
3:  S,S,S,S,S
Cavablar

Bölmə 7  
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
   •   Səhifə 89
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkç  Müal cələr

Səhifə 90   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər  
Bu bölməni bitirdikdən sonra siz:
•  MDR-Vərəm müalicəsi üçün müvafiq əlavə dərmanları və köməkçi müalicələri 
təyin edə biləcəksiniz 
•  MDR-Vərəm müalicəsində cərrahiyyənin rolunu anlayacaqsınız 
Bölmə 7
ƏLAVƏ DƏRMANLAR VƏ KÖMƏKÇİ 
MÜALİCƏLƏR

Bölmə 7  
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
   •   Səhifə 91
2  G r ş
Əlavə  dərmanlar  və  köməkçi  müalicələr  dərmanların  əlavə  təsirlərini  və  xəstəliyin  ağırlaşmasını  aradan 
qaldırmaq və MDR-Vərəm müalicəsinin nəticələrini yaxşılaşdırmaq üçün istifadə olunur.
3  Əlavə dərmanlar və köməkç  müal cələr
Kortikosteroidlər:
  Kortikosteroidlərdən  köməkçi  müalicə  kimi  istifadə  MDR-Vərəmli  xəstələrin 
müalicəsində ölüm dərəcəsinin artmamasına və kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi 
və qırtlaq Vərəmi ilə bağlı əlamətləri azaltmağa yardım edir.  Bir kortikosteroidin digərindən daha yaxşı olmasına 
dair təsdiq yoxdur. Adətən prednizolon istifadə olunur, təxminən 1 mq\kq dozası ilə başlayaraq, tədricən hər 
həftə doza 10 mq azaldılır.  Kortikosteroidlərdən asılı olan xəstələrdə prednizolon qəbulunun ani olaraq kəsilməsi 
təhlükəli ola bilər. Kəskinləşən obstruktiv ağ ciyər xəstəliklərinin əlamətləri olan xəstələrdə kortikosteroidlər də 
kömək edə bilər. Bu hallarda prednizolon bir- iki həftə ərzində təxmini 1 mq\kq dozası ilə başlayaraq və gündə 
dozanı 5-10 mq azaldaraq verilə bilər. 
Digər  hallar  üçün  artıq  kortikosteroidlərdən  istifadə  edən  xəstələr  onları  qəbul  etməkdə  davam 
etməlidirlər.  
Piridoksin: 
  Sikloserin  və  terizidon
  ilə  birlikdə  əlavə  dərman  kimi  verilən  piridoksin  onların  nevroloji 
toksiki təsirlərinin qarşısını alır və sikloserinin istifadə edilən hər 250 mq-ma (və ya terizidonun istifadə edilən hər 
300 mq-ma) gündə 50 mq dozasında qəbul olunmalıdır. Sikloserin və ya terizidon ilə əlaqəli əlavə təsirlər olduğu 
zaman gündə 200 mq-dək maksimal dozanı istifadə etmək olar.
Vitamin  və  mineral  əlavələr:
 
Vitaminlər  (xüsusən  vitamin  A)  və  mineral  əlavələr  xəstələrdə  onların 
çatışmazlığı olanda təyin edilə bilər. Əgər minerallar təyin olunubsa, onların qəbulu florxinolonların qəbulundan 
bir saat əvvəl və ya sonra olmalıdır, çünki sink, dəmir və kalsium florxinolonların sorulmasına təsir edə bilər.   
Ağrıya nəzarət: 
 Xroniki ağrı ilə müşahidə olan hallar ya Vərəmin (plevrit), və ya da dərmanların keçmiş və 
ya indiki əlavə təsirlərinin (neyropatiya, baş ağrıları) nəticəsi kimi Vərəmlə yanaşı ola bilərlər. Baş ağrısına MDR-
Vərəm müalicəsinin əlavə təsiri kimi tez-tez rast gəlinir. Baş ağrıların digər səbəblərinin (meningit, miqren və 
klaster tipli baş ağrıları) istisna olunması vacibdir. Kodein ilə asetaminofen orta ağrını kəsib, həmçinin öskürəyi 
nəzarətdə saxlamağa kömək edir. Güclü ağrıkəsicilər müvafiq şəkildə istifadə olunmalıdır.
Tənəffüs çatışmazlığı: 
Oksigen tənginəfəsliyi azaltmaq üçün istifadə oluna bilər. Adətən, o, pO
2
 < 55mmHg 
və ya O
2
Sat < 89% olan xəstələrə təyin olunur və  O
2
Sat –in 90 % -dan artıq olmasına qədər titrlənməlidir. Oksigen 
adətən 2-4 l\dəq-dən başlayaraq  burun kanula vasitəsi ilə verilir. Əgər dəqiqədə 5 L-dən artıq oksigen lazımdırsa, 
bu proses maska vasitəsi ilə yerinə yetirilməlidir. Bəzi xəstələrdə CO
2
 –in retensiyası  müşahidə oluna bilər və 
oksigeni  verməyə  başlayanda  və  ya  miqdarını  artıranda  bunu  yoxlamaq  lazımdır.  Kortikosteroidlər  və  morfin 
tənəffüs çatışmazlığını əhəmiyyətli dərəcədə yüngülləşdirir.
Bronxodilyatatorlar:
 
Bronxodilyatatorlar  tənginəfəsliyi  azaldıb,  öskürəyə  təsir  edə  bilir.  MDR-Vərəmli 
xəstələrin  ağ  ciyərlərində  rezidual  əlamətlərin  yüksək  dərəcədə  olmasına  görə,  MDR-Vərəm  müalicəsi 
tamamlandıqdan sonra bronxodilyatatorların təyini davam etdirilməlidir.
Qidalanma:
   
MDR-Vərəm  zəif  qidalanma  nəticəsində  daha  da  ağırlaşa  bilər.  İkinci  sıra  dərmanların 
qəbulu  nəticəsində  müvafiq  qidalanma  ciddi  problemə  çevrilərək,  iştahanı  daha  da  azalda  bilər.  Qida  dəstəyi 
əsas məhsullarla pulsuz təmin etmə şəkilində ola bilər və buraya mümkün qədər zülal mənşəli məhsullar daxil 
edilməlidir. 
Vərəmə  qarşı  dərmanların  əlavə  təsirlərini  müalicə  etmək  üçün  köməkçi  dərmanlar: 
Vərəmə  qarşı 
dərmanların əlavə təsirlərini müalicə etmək üçün köməkçi dərmanlar 8-ci Bölmədə müzakirə olunur.

Səhifə 92   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual:   
Aşağıdakı fikirlərin hansı düzgündür ? 
a.  Kortikosteroidlərdən köməkçi kimi istifadə MDR-Vərəmli xəstələrin müalicəsində ölüm dərəcəsini 
artırır, lakin kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi və qırtlaq Vərəm ilə bağlı 
əlamətləri azaltmağa yardım edir. 
b.  Kəskinləşən obstruktiv ağ ciyər xəstəliklərinin əlamətləri olan xəstələrdə kortikosteroidlər də kömək 
edə bilər.
c.  Kortikosteroidlərdən asılı olan xəstələrdə prednizolon qəbulunun birdən kəsilməsi təhlükəli ola bilər. 
d.  Streptomisinlə birgə köməkçi müalicə kimi istifadə olunan piridoksin onun nevroloji toksiki 
təsirlərinin qarşısını almaq üçün təyin edilir.  
e.  Əgər minerallar təyin olunubsa, onlar florxinolonlar ilə birgə qəbul olunmalıdırlar.
 
 
 
 
Cavab:
Düzgün cavablar b və c bəndləridir.
•  MDR-Vərəm müalicəsi alan xəstələrdə kortikosteroidlərin köməkçi istifadəsi ölüm dərəcəsinin 
artmamasına
 səbəb olur və kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi və qırtlaq 
Vərəmlə bağlı əlamətlərin azalmasına yardım edə bilər. 
•  Piridoksinin nevroloji toksiki təsirinin qarşısını almaq məqsədilə köməkçi terapiya kimi sikloserin və 
terizidon
 ilə birgə təyin olunur.  
•  Əgər minerallar təyin olunubsa, onların qəbulu florxinolonlardan bir saat əvvəl və ya sonra olmalıdır, 
çünki sink, dəmir və kalsium florxinolonların sorulmasına təsir edə bilər.   
Sual: 
MDR-Vərəmin idarəedilməsində əlavə dərmanlar barədə aşağıdakı fikirlərin hansıları düzgündür? 
a.  Antasidlərdən istifadə etmək olmaz, çünki onlar florxinolonların sorulmasını azalda bilər
b.  Depressiyanın qarşısını almaq üçün serotoninin təkrar sovrulmasının selektiv inhibitorları 
(flüoksetin,sertralin) istifadə olunmamalıdır.
c.  İbuprofen, parasetamol və ya kodein əzələ ağrısı, artralgiya və baş ağrılarının müalicəsində təhlükəsiz 
vasitələrdir. 
d.  Bronxospazmın müalicəsində inhalyasiyalı beta-aqonistlərdən (albuterol, və s.), inhalyasiyalı 
kortikosteroidlərdən (beklometazon, və s.), peroral steroidlərdən (prednizolon), və inyeksion 
steroidlərdən (deksametazon, metilprednizolon) istifadə edilməməlidir. 
e.  Teqretol periferik neyropatiyasının müalicəsində istifadə olunur.
 
Cavab:
Düzgün cavablar a və c bəndləridir.
•  İnhalyasiyalı beta-aqonistlər (albuterol, və s.), inhalyasiyalı kortikosteroidlər (beklometazon, və s.), 
peroral steroidlər (prednizolon),  inyeksion steroidlər (deksametazon, metilprednizolon) bronxospazm 
zamanı  istifadə olunmalıdır. 
•  Serotoninin selektiv inhibitorları trisiklik antidepressantlar kimi depressiyanın qarşısını almaqda 
istifadə oluna bilərlər. 
•  Amitriptilin, lakin Teqretol yox, perefirik neyropatiyanın müalicəsində istifadə olunur.
 
4  Cərrah yyə  
MDR-Vərəmin müalicəsi ilk növbədə və hər şeydən əvvəl kimyaterapiyadan ibarətdir. Lakin, cərrahiyyə üçün 
məhdudlaşmış ğöstərişlər var;  xəstəliyin əsasən unilateral və müvafiq kardiopulmonar rezervin olması güman 
edilir. Lokallaşmış xəstəlik zamanı peşəkar şəkildə döş qəfəsi cərrahiyyə əməliyyatı aparılarsa və əməliyyətdan 
sonra xəstəyə lazımi qulluq edilərsə, aparılan cərrahiyyə əməliyyatı müalicə nəticələrini yaxşılaşdıra bilər 

Bölmə 7  
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
   •   Səhifə 93
Sual:
Nə vaxt MDR-Vərəmli xəstədə cərrahiyyə əməliyyatına göstəriş olur?
a.  Altı ay müvafiq müalicə nəticəsində rentgenoloji və klinik yaxşılaşmanın və müalicəyə riayətin 
olmaması, kultural müsbət hallar zamanı.
b.  Müalicəyə tam riayət edərək adekvat kimyavi terapiya kursu almış xəstədə residiv halları.
c.  Yaxma konversiyası olmuş, lakin rezidual kaverna və ya ağ ciyərin və ya böyük payının destruksiyası 
olan və potensial residiv olma ehtimalı olan xəstələr.
d.  Cərrahiyyə əməliyyatından əvvəl ən azı on iki ay müalicə aparılmalıdır.
e.  MDR-Vərəmə qarşı müalicənin birinci uğursuz nəticəsindən sonra.
 
Cavab:
 Düzgün cavablar a, b və c bəndləridir.
•  Cərrahiyyə əməliyyatından əvvəl ən azı altı ay müalicə aparılmalıdır.
Sual:
Nə vaxt MDR-Vərəmli xəstədə cərrahiyyə əməliyyatına göstəriş olur?
Cavab: 
Müəyyən göstərişlər:
•  Bəlğəmdən davamlı müsbət kulturalar alınarsa və altı aylıq müalicədən sonra rentgen və kliniki 
müayinəsi zamanı yaxşılaşma olmazsa.  
•  Müalicəyə tam riayət edərək adekvat kimyavi terapiya kursu almış xəstədə residiv halları.
Kiçik göstərişlər:
•  Yaxmanın konversiyası gedən xəstədə, dərmanlara qarşı rezistenlik çeşidi çox geniş olarsa (geniş və ya 
son dərəcədə rezistentlik, məsələn, dördən artıq dərmana qarşı), və bu səbəbdən də, yenidən xəstələnsə 
yaxma-kultura konversiyasını almaq çox çətin ola bilər. 
•  Yaxma konversiyası olmuş, lakin rezidual kaverna və ya ağ ciyərin və ya böyük payının destruksiyası 
olan və potensial residiv olma ehtimalı olan xəstələr.
İdeal bir halda cərrahiyyə  əməliyyatdan əvvəl bəlğəm yaxmasının konversiyasının olması və terapiya kursunun 
əvvəlində , adətən 2 və 6 ay arasında, cərrahiyyə  əməliyyatın aparılmasıdır. Əgər konversiya mümkün deyilsə, xəstəyə 
cərrahiyyə  əməliyyatdan əvvəl ən azı üç ay müalicə verilməlidir.  
Cərrahiyyə əməliyyatının edilməsi və həcmi (lobektomiya və ya pnevmonektomiya) barədə qərarı KT-da 
skan vasitəsilə xəstəliyin anatomik yeri təyin ediləndən sonra verilməlidir. Çox vaxt aşağı payın ucu yuxardakı pay 
ilə birgə zədələnir və onda o da əməliyyat olunmalıdır. Perfuzion müayinələr nə qədər funksional ağ ciyərin kəsilib-
götürülməsini təqribi təyin etmək üçün əhəmiyyətlidir. Spirometriya FEV1 (gücləndirilmiş ekspirator hava həcmi) 
və FVC (gücləndirilmiş həyati hava tutumu) xəstələrin əksəriyyətində ağ ciyərin funksiyasının qiymətləndirməsində 
qənaətbəxşdir. Uyğun xəstələrdə FEV1> 0,8 olmalıdır. Əgər FEV1 münasibdirsə, hematokrit (HCT), arterial qanda 
qazların mıqdarı (ABG), elektrolitlər, sidik cövhəri və kreatinin qan müayyinələri əməliyyatdan əvvəl olunmalıdır.  
Cərrahiyyə əməliyyatına qeyri-göstəriş olan pulmonar hipertenziyanı kənarlaşdırmaq üçün EKQ etmək lazımdır. 
50 yaşdan yuxarı və şəkərli diabet olan xəstələrdə əməliyyatdan əvvəl EKQ edilməlidir.

Səhifə 94   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Yaxma  konversiyası  olmayan  xəstədə  cərrahiyyə  əməliyyatı  yalnız  müvafiq  kimyaterapiya  rejiminin 
mümkünsüz olduğu halda aparılmalıdır. 
Rezeksiya  olunmuş  nümunə  histologiya,  kultura  və  dərmanlara  həssaslıq  testinin  edilməsi  üçün 
göndərilməlidir.  Əməliyyatdan  sonra  dərhal  yaxmadan  kultura  əkilməlidir  və  sonra  iki  ardıcıl  mənfi  kultura 
alınana kimi, hər ay təkrar olunmalıdır. Əgər əməliyyat zamanı kultura-mənfi olubsa, kultura konversiyasından 
sonra müalicə ən azı 18 ay davam etdirilməlidir. Əgər xəstədə kultura-müsbət olubsa, müalicə əməliyyatdan sonra 
kultura konversiyası olan tarixdən başlayaraq 18 ay davam etdirilməlidir. 
.
Seçilmiş MDR-Vərəm 
xəstələrdə cərrahiyyə 
əməliyyatı dərman 
müalicəsinə əlavə kimi 
istifadə oluna bilər
Rezeksiya olunmuş 
nümunə histologiya, 
kultura və dərmanlara 
həssaslıq testin edilməsi 
üçün göndərilməlidir 
HELP Design Group
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri (CDC))

Bölmə 7  
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
   •   Səhifə 95
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
ƏLAVƏ DƏRMANLAR VƏ KÖMƏKÇİ MÜALİCƏLƏR
1. MDR-Vərəm müalicəsində istifadə olunan əlavə dərmanlar aşağıdakılardır:
a)  Kortikosteroidlər
b) Bronxodilyatatorlar
c)  Piridoksin 
d) Ağrıkəsicilər 
e)  Yuxardakıların hamısı
2.  Piridoksin  aşağıdakı  hansı  dərmanı  qəbul  edən  bütün  MDR-Vərəmli  xəstələrə  rutin  şəkildə  təyin 
olunmalıdır:
a)  Kanamisin
b) Etionamid
c)  Sikloserin 
d) Ofloksasin 
e)  Pirazinamid 
3.  Davamlı kultura müsbət olan MDR-Vərəmli xəstələrə cərrahiyyə əməliyyatından əvvəl ən azı bu müddətlik 
müalicə aparılmalıdır:
a)  İki aylıq MDR-Vərəm müalicəsi 
b) Üç aylıq MDR-Vərəm müalicəsi 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin