Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   2   3   4   5   6   7   8   9   10   ...   25
ştammlar həssas, 2-dən çox olanlar isə rezistent kimi qəbul olunur.  
SMİL-ın şəbəkəsində bir neçə keyfiyyət yoxlamaları yuxardakı üç üsulun birinci sıra dərmanlar üçün olduqca 
etibarlı olduğunu və dəfələrlə istifadə edilə bildiyini göstəriblər və alınan nəticələr istifadə olunan üsullara görə 
fərqlənmir.   
Dərmana həssaslıq sinaqları üçün bulyon əsaslı üsullara aşağdakılar daxildir:
Bactec 460TB
 mikobakteriyanın artmasında 
14
C – işarəedilmiş palmitik turşu tərkibli bulyon qidalı mühit 
istifadə edilir. Əgər mikroorqanizmlər bulyonda artırsa, yağ turşuların mübadiləsi nəticəsində 
14
CO
2
 xaric olunur 
və cihaz bunu ölçür. 
14
CO
2
 konsentrasiyası artmaya proporsionaldır. Dərman tərkibli sınaq şüşələri dərmansız 
kontrol sınaq şüşələrindən hər ştamm üçün 100 dəfə artıq əkilən maddə alırlar, hətta 1 % -lik rezistentlik belə 
kliniki  cəhətdən  önəmli  hesab  edilir.  Nəticələr  dərman  tərkibli  sınaq  şüşələrində  dərmansız  kontrol  sınaq 
şüşələrində  olan  artım  ilə  müqayisə  əsasında  müəyyən  olunur.  Əgər  dərman  tərkibli  sınaq  şüşəsində  gündəlk 
artım kontrol artımdan üstündürsə, təcrid olunmuş nümunə rezistentdir. Əgər dərmandan sərbəst kontrol sınaq 
şüşəsində artım həddindən artıqdırsa, təcrid olunmuş nümunə həssasdır. Rezistent ştammlar proporsiya üsulu və 
ya molekulyar sınamalar ilə təsdiq olunmalıdır.  
Bactec  dəstələri  birinci  sıra  Vərəm  dərmanlarının  (streptomisin,  izoniazid,  rifampisin,  etambutol, 
pirazinamid) sınağı üçün yararlıdır. İkinci sıra dərmanlar bulyon sınaq şüşələrə fərdi vərəm əleyhinə dərmanların 
istinad edilən tozlardan ehtiyat məhlulları əlavə edərək sınaqdan keçə bilərlər; lakin, metodologiya beynəlxalq 
səviyyədə standartlaşdırılmayıb.
Radioaktiv maddələrin istifadəsindən və tullanmasından uzaq olmaq üçün radiometrik (
14
C) sistem yeni 
bulyon  üsulları  ilə  əvəz  olunur.  Yeni  bulyon  sistemlərinin  əksəriyyəti  tam  avtomatlaşdırılmışdır.  BACTEC 
MGIT 960
  sistemi  mikobakteriyanın  artması  nəticəsində  oksigendən  asılı  flüoresensiya  effektinin  sensorlarla 
təyin olunmasına əsaslanmışdır. Əgər mikobakteriyanın sistemdə artımı gedirsə, onlar oksigenı istifadə edirlər, 
flüoresensiya  artır  və  sistem  tərəfindən  aşkar  olunur.  BacT/ALERT  3D  sistemi  mikobakteriyanın  artımını 
göstərmək üçün CO
2
  istehsalınını kolorimetrik üsulu ilə aşkar edir. ESP Culture System II mikobakteriyanın 
artımı nəticəsində qaz istehsalı və ya sərf edilməsi səbəbindən olan təzyiq dəyişiklərini aşkar edir.
BacT/ALERT 3D aşkarlama sistemi
MGIT 960 aşkarlama sistemi
www.industry.biomerieux-usa.com/
Cənubi Afrika Milli Səhiyyə Laboratoriya Xidməti

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 61
Müxtəlif  elmi-tədqiqat  müəssisələrində  dərmana  həssaslıq  testlərinin  yeni  üsullarının  qiymətləndirilməsi 
gedir. Bura dərman olduğu yerdə mikobakteriyanın yaşamaq qabiliyyətinin olmasını aşkar edən göstərici rənglər ilə 
mikobakteriyanın mübadilə dəyişiklərinin ölçülməsi daxildir. Göstərici rənglərə Alamar blu, rezazurin və MTT 
(tetrazolium duzu) daxildirlər. TK qidalı mühit və Qris üsulu 
M. tuberculosis -ə xarakterik olan nitrat reduktaza 
reaksiyanın kolorimetrik aşkarlamasında əsaslanır. Lusiferaza ötürücü (reporter) üsulu kimi mikobakteriofaq 
əsaslı üsullar
 48 saat ərzində dərmanlara rezistent ştammların dərmanlara həssas ştammlardan fərqini göstərir. 
Əgər bakteriya hüceyrələri dərmana rezistentdirsə, bu dərmanın mövcud olduğu şəraitdə belə, onlar infeksion 
faqların  replikasiyasına  kömək  edir  və  nəticədə  faqda  kodlaşdırılmış  lusiferaza  genini  aktivləşdirir.  Bu  isə  öz 
növbəsində işıq emissiyasına səbəb olur və bunu fiksə edərək, kəmiyyətçə ölçmək olur. Ticarət adı Fast-Plaque 
RIF olan digər faq əsaslı sınağın mahiyyəti həyat qabiliyyətinə malik mikobakteriyaların mikobakteriofaqların 
replikasiyasını dəstəkləmək qabiliyyətinə əsaslanmışdır. Əgər kliniki təcrid replikasiya olunursa, faq hissəcikləri 
sürətlə çoxalır. Çoxalmış faq hissəcikləri sürətlə artan həssas ştamm kütləsində lizisə uğramış zonalar şəkilində 
aşkar olunur.
DHT  üçün  molekulyar  üsullar  dərmanlara  rezistentlik  zamanı  xüsusi  mutasiyaların  aşkarlanmasında 
əsaslanır. İdeal nişanlar dərmanlara rezistentliyin geniş əksəriyyəti üçün hesablanan mutasiyalar olan genlərdir, 
məsələn  rpoB  rifampisinə  və  pncA  pirazinamidə  rezistentlik.  Lakin,  yalnız  bir  neçə  istinad  laboratoriya  orta 
gəlirli ölkələrdə dərmanlara rezistentliyin sürətli diaqnoz qoyulması üçün molekulyar üsullardan gündəlik istifadə 
edirlər.   Üsullar xüsusi alətlər və ekspertiza tələb edirlər. Molekulyar sınamaların əsas üstünlüyü sürətli dövriyə 
vaxtıdır; qeyri-üstünlüklərə isə yüksək qiymət, əsas dərmanlara az həssaslıq, kross kontaminasiyaya görə səhv-
müsbət nəticələrə potensial və sınamaların standartlaşmaması daxildir. Hal-hazırda satışda olan molekulyar testlər 
məhdud saydadır.Onlara rifampisinin rezistentliyi üçün InnoGenetics Line Probe Assay (LiPA) və izoniazid və 
rifampisin üçün genetik rezistentlik müayinələri daxil edən Genotype MTRTB (Hain) aiddir.  
5.5  DHT-n n məhdud yyətlər  
Sual:
MDR-Vərəm müalicə rejimlərini təyin etmək üçün DHT səhvdən qoruyan bir yol kimi hesab oluna 
Answer:
DHT-ə məxsus olan dəqiqlik (ən yaxşı şərait altında həyata keçirilən) sınaq olunan dərmanlara görə 
fərqlənir: rifampisin və izoniazid üçün ən çox və streptomisin və etambutol üçün daha az dəqiq. 
İkinci sıra dərmanların DHT-i birinci sıra dərmanların DHT kimi sadə deyil. Bu qismən dərman 
rezistenliyini təyin edən dərmanların kritik konsentrasiyasının minimal inqibitor konsentrasiyalara 
(MİKlər) çox yaxın olduğuna görədir. Birinci sıra dərmanlar üçün əldə edilmiş keyfiyyət yoxlamalara 
bənzər DHT ikinci sıra dərmanlar üçün mövcud deyil
. Onlarsız ikincı sıra dərmanlara həssaslıq 
testinin etibarlılığı barədə çox az danışıla bilər. İkinci sıra DHT-i üçün dərmanlar heç vaxt müalicədə 
istifadə olunan dərmanlardan hazırlanmamalıdır. Onlar yalnız istehsalçıda mövcud olan saf tozlardan 
istifadə etməlidirlər.   
Həkim DHT-in məhdudiyyətləri barədə məlumatlı olmalıdır və buna əsasən nəticələri izah etməlidir.   
DHT-ə dərmanın effektli və ya effektsiz ehtimalı barədə məlumat verən kimi baxıla bilər. Həssaslıq 
kimi aşkar olunan dərmanların effektli olma ehtimalı rezistent kimi aşkar olunanlardan daha çoxdur. 
Fərqli nəticələr olanda, MDR-Vərəm üzrə təcrübəli həkim tərəfindən diqqətlə izah olunmalıdır. Modul 
4-də DHT-in kliniki izahatının necə olması qeyd edilib.
Hal-hazırda, ikinci sıra dərmanlar üzrə DHT-in həcmi MDR-Vərəm proqramları üçün mütləq deyil; 
lakin ikinci sıra dərmanlarından geniş şəkildə istifadə olunan proqlamlar üçün, ən azı rejimlərin 
hazırlanmasına kömək edən nəzarət forması kimi, yüksək dərəcədə tövsiyə edilir. XDR-Vərəm 
diaqnozunun qoyulması üçün ikinci sıra inyeksion dərman vasitələrə və florxinolonlara dair DHT 
–in aparılması tövsiyə edilir. İkinci sıra inyeksion dərman vasitələri və florxinolonlardan fərqli olaraq 
digər ikinci sıra dərmanların DHT-nin etibarlılıq və təkrar müayinəsinə az əhəmiyyət verilir. Çox vaxt 

Səhifə 62   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
proqramlar fərdi rejimlərin tərkibində ikinci sıra dərmanların DHT-nə böyük əhəmiyyət vermirlər, 
lakin inyeksion dərman vasitələr və florxinolonların etibarlılıq və təkrar müayinəsinə olduqca 
əhəmiyyət verilir. Müxtəlif müalicə strategiyaların və DHT nəticələrinin istifadəsinin üstünlükləri və 
qeyri-üstünlükləri barədə Bölmə 4-ə daha sonra müzakirə olunur.  
6  MDR-Vərəm proqramlarda laborator ya x dmətlər n n rolu 
MDR-Vərəmin optimal idarəedilməsi həm mikobakterial, həm kliniki laboratoriya xidmətlərini tələb edir. 
Ən azından, mikobakterial istinad laboratoriya kultura, bakteriya növünün 
M. tuberculosis olmasının təsdiqi və 
izoniazid və rifampisinə qarşı həssaslığın yoxlanmasını təmin etməlidir. Kliniki laboratoriya xidmətləri xəstələrin 
yaxşı  qiymətləndirilməsi  və  nəzarətini  (əsas  hemotologiya,  biokimyə,  serologiya  və  sidik  sınaqları)  tələb  edir. 
Daxili keyfiyyətə nəzarətin və xarici keyfiyyət yoxlamasının hərtərəfli, gündəlik sistemi mütləqdir.
Diaqnostik  xidmətlərlə  yanaşı,  laboratoriyalar  rezistentlik  nümunələrinin  yoxlanmasında  önəmli  rola 
malikdirlər.  Ali  Milli  İstinad  Laboratoriyaları  (AMİLlar)  ÜST\IUATLD  (Vərəm  və  Ağ  ciyər  Xəstəlikləri  ilə 
Mübarizə üzrə beynəlxalq birlik) şəbəkəsi dərman həssaslıq məlumatının təsdiqi əsasında olan xarici keyfiyyət 
təminatını  təşkil  edir.  MDR-Vərəm  proqlamlarını  dəstəkləyən  mərkəzi  istinad  laboratoriyalar  laboratoriya 
xidmətlərinin  keyfiyyətini  təmin  etmək  və  DHT-in  nəticələrini  təsdiqləmək  üçün  AMİL  ilə  rəsmi  əlaqələr 
yaratmalıdırlar.  AMİL-in  siyahısı  və  əlaqə  məlumatlarını  bu  elektron  ünvanda  tapa  bilərsiniz WHO  website 
(ÜST-ün vebsaytı).
Al  m ll   st nad laborator ya şəbəkəs  150 ölkən  b rləşd r r laborator es

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 63
Hər  MDR-Vərəm  proqramı  nümunələrinin,  kulturaların  yığılması  və  daşınması,  xəstə  və  həkimdən 
laboratoriya xidmətinə məlumat verilməsin və nəticələrin geri dönməsini təmin edən sürətli və etibarlı sistemə 
malik olmalıdır. Xəstə və MDR-Vərəm diaqnostik xidmətləri arasında heç bir maliyyə maneəçilik olmamalıdır. 
TDB-ın mikroskopiyasına hazır tətbiqi, kultura və DHT-in xəstə üçün pulsuz olması MDR-Vərəm nəzarətinin 
siyasi öhdəçiliyinin əsas elementidir. 
Hər  MDR-Vərəm  proqramında  DHT-i  ən  azı  izoniazid  və  rifampisin  üçün  lazımdır.  Spreptomisin 
və  etambutol  üçün  də  DHT  istənilir,  lakin  bu  o  qədər  də  vacib  deyil.  MDR-Vərəm  proqramının  həyata 
keçirilməsinin başlanğıc mərhələsində ikinci sıra dərmanlara DHT-in keçirilməsi AMİL-a və ya sənədləşdirilmiş 
həcmi, ekspertizası və təcrübəsi olan digər istinad laboratoriyalara verilməlidir. Birinci sıra dərmanların DHT –in 
müvafiq şəkildə yüksək təcrübə səviyyəsində aparılanda, ikinci sıra dərmanlara əhəmiyyətli dərəcədə məruz qalan 
əhaliyə  və  xəstələrə  xidmət  göstərən  laboratoriyalar  ikinci  sıra  dərmanlar  üçün  DHT-in  aparılması  barəsində 
fikirləşə bilərlər.   
Laboratoriya nəticələrinin dəqiqliyini, etibarlığını və dəfələrlə istifadə edilə bilməyini təmin etmək üçün, 
hər laboratoriyada hərtərəfli keyfiyyət nəzarəti/keyfiyyət təminatı (KN/KT) proqramı inkişaf etməlidir. KN/KT 
prosedurlar laborator əməliyyatların inteqral hissəsi olmaq üçün ardıcıl əsasda yerinə yetirilməlidirlər. Yaxmaların 
mikroskopiyasının, kultura və DHT üçün KN/KT prosedurlar ÜST nəşriyyatlarında ətraflı təsvir olunub:
Vərəm nəzarətində laboratoriya xidmətləri (1-ci hissə, 2-ci hissə, 3-cü hissə) 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq 
yenidən işlənmiş versiyası
.

Səhifə 64   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
MDR-Vərəm d aqnozu
1. MDR-Vərəmə şübhə aşağıdakı hallarda yaranmalıdır:
a)  Vərəmə qarşı müalicəyə riayət edən xəstə yaxma və ya kulturanın konversiyasını almaqda uğursuz olanda 
b) Vərəmə qarşı müalicəyə riayət etməyən xəstə qeyri-kafi kliniki nəticəyə malikdirsə 
c)  HİV-müsbət olan xəstə 
d) VOM xəstəliyi olan xəstə 
e)  Vərəmə qarşı müalicəyə riayət edən xəstədə qeyri-kafi döş qəfəsinin rentgeni olanda
2. Düz/Səhv:
a)  Aktiv MDR-Vərəmli xəstələrdə döş qəfəsinin rentgeni normal ola bilər  
b) Kavernaları göstərən döş qəfəsinin rentgeni aktiv MDR-Vərəmin təsdiqində əsasdır 
c)  Aktiv MDR-Vərəm həmişə ağ ciyər fibrozu ilə müşahidə olunur  
d) Pulmonar MDR-Vərəmli xəstələrdə mənfi yaxmalar ola bilər 
e)  MDR-Vərəm dərmanlara həssas Vərəmdən fərqli müxtəlif radioqrafik şəkillərə malikdir 
 
3. MDR-Vərəm kulturalarının uzunmüddətli inkubasiya vaxtı tələb edən səbəblər:
a)  Bakteriyaların artması üçün müvafiq nutrientlər daxilində olmayan qidalı mühit 
b) Mikobakteriyanın artma vaxtı xüsusilə uzun olur
c)  Dekontaminasiya prosedurları mikobakteriyanın DNT məhv edir 
d) Mikobakteriyanın artması üçün müxtəlif temperaturlar tələb olunur
e)  Vərəm basilləri bitmə zamanı mutasiyaya uğrayır 
4. Düz/Səhv:
a)  Müsbət kultura MDR-Vərəm diaqnozunu təsdiq edir
b) HİV-infeksiyalı MDR-Vərəm xəstələrində kulturalar həmişə müsbət olur
c)  MDR-Vərəm xəstələri əvvəlki Vərəm müalicəsinə əsasən kateqoriyalara bölünür
d) MDR-Vərəmin təsdiqi üçün ikinci sıra dərmanların həssaslıq testləri tələb olunur 
e)  Mənfi yaxmalar MDR-Vərəm diaqnozunu istisna edir  
 
5. Dərman həssaslıq testlərin nəticələri ən dəqiq aşağıdakı dərmanlar üçün olur:
a)  Hər hansı bir birinci sıra vərəmə qarşı dərmanlardan biri
b) Etambutol və Streptomisin
c)  Hər hansı bir ikinci sıra vərəmə qarşı dərmanlardan biri
d) İzoniazid və rifampisin 
e)  Kanamisin
1:  a
2:  D, S, S, D, S.
3:  b
4:  S, S, D, S, S.
5:  d
Cavablar

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 65
Bölmə 5
MDR-Vərəm n müal cə strateg yaları

Səhifə 66   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər  
Bu bölməni bitirdikdən sonra siz:
•  Müxtəlif MDR-Vərəm müalicə strategiyaları ilə tanış olacaqsınız 
•  MDR-Vərəm müalicəsinin əsas prinsiplərini öyrənəcəksiniz
•  MDR-Vərəm müalicə strategiyalarının modeli (standartlaşdırılmış, empirik 
və fərdləşdirilmiş) barədə məlumat əldə etmiş olacaqsınız
Bölmə 5
MDR-Vərəm n müal cə 
strateg yaları

Bölmə 5  
MDR-Vərəmin müalicə strategiyaları
   •   Səhifə 67
2  G r ş
Vərəmin  müasir  müalicəsində  birinci  sıra  dərmanlar  uzunmüddətli  yararlılıq  imkanına,  təsdiq  olunmuş 
effektə,  yaxşı  tolerantlıq  və  ucuz  qiymətə  malik  olmasına  görə  əsas  bünövrəni  təşkil  edir. Birinci  sıra  Vərəm 
əleyhinə dərmanlara aşağıdakılar aiddir:
Sual
Aşağıdakı birinci sıra Vərəm əleyhinə dərmanların hansıları ikinci sıra dərmanlarla müalicə zamanı da 
istifadə olunur:
a.  İzoniazid
b.  Rifampisin
c.  Pirazinamid 
d.  Etambutol
e.  Streptomisin
 
Cavab
Dərmanların beşi də birinci sıra Vərəm əleyhinə dərmanlar kimi istifadə olunur.  Pirazinamid və 
Etambutol həmçinin ikinci sıra dərmanlarla müalicə zamanı da istifadə edilir.
Ya kliniki səhv, ya proqram uğursuzluğu və ya xəstənin müalicəyə riayət etməməsi nəticəsində baş verən 
birinci  sıra  dərmanlarla  dəyişkən  müalicə  və/və  ya  yarımçıq  müalicə,  rezistentliyin  əmələ  gəlməsinə  (MDR 
daxildir) səbəb ola bilər.
MDR-Vərəmli xəstələrin müalicəsinə ikinci sıra, rezerv dərmanlar daxildir. Birinci sıra Vərəm dərmanlarından 
fərqli olaraq, bu dərmanlar daha bahalıdır, effekti nisbətən az, əlavə təsirləri isə daha çox olur.  
3  MDR-Vərəm üçün müvaf q dərmanlar
Ənənəvi  Mikrobiologiyaya  əsasən  antimikrobioloji  dərman  vasitələrin  təsiri  çox  vaxt  bakteriostatik 
(bakteriyanın artmasını azaldan) və ya bakteriosid (bakteriyanı öldürən) kimi təsvir olunub. MDR-Vərəm üçün 
müvafiq dərmanlar göstərdiyi effektə, istifadə təcrübəsi və dərman sinfi üzrə qruplaşdırılır. Bu qruplar aşağıdakı 
bölmələrə aiddir və rejim qurulması prosesində onlardan istifadə edilir.  Cədvəl 1-də müxtəlif qruplar təsvir olunub. 
MDR-Vərəmin 
müvafiq müalicəsi 
üçün yüksək keyfiyyətli 
ikinci sıra dərmanlar 
tələb olunur
HELP Design Group

Səhifə 68   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual
Aşağıdakı Vərəmə qarşı dərmanların hansıları inyeksiya şəkilində təyin olunur?
a.  Streptomycin,
b.  Kanamycin,
c.  Amikacin,
d.  Viomycin,
e.  Ethambutol.
Cavab:
Düzgün cavablar a, b, c və d -dir.
Streptomisin, Kanamisin, Amikasin və Viomisin inyeksiya şəkilində təyin olunur. Etambutol həb şəkilində 
təyin olunur.
Cədvəl 1. MDR-Vərəm dərman vasitələrinin sinifləri  
Qruplar
Dərmanlar
1- ci Qrup: 
Birinci sıra Vərəmə qarşı peroral dərman vasitələri
İzoniazid (H)
Rifampisin (R)
Etambutol (E) 
Pirazinamid (Z)
Rifabutin (Rfb)*
2-ci Qrup: 
Vərəmə qarşı inyeksiya şəkilində dərman vasitələri 
Streptomisin (S) 
Kanamisin (Km)
Amikasin  (Am)
Kapreomisin (Cm)
3-cü Qrup:
Florxinolonlar
Ofloksasin (Ofx)
Levofloksasin (Lfx)
Moksifloksasin (Mfx)
4-cü Qrup:
Peroral bakteriostatik ikinci sıra Vərəmə qarşı dərman 
vasitələri 
Etionamid (Eto)
Protionamid (Pto)
Sikloserin (Cs)
Terizidon (Trd)
Para-salisil turşusu  (PAS) 
5-ci Qrup:
Təsiri aydın olmayan və ya MDR-Vərəm müalicəsində 
aydın olmayan rol oynayan dərman vasitələri 
(ÜST tərəfindən MDR-Vərəm xəstələrdə gündəlik 
istifadəsində məsləhət görülünmür)
Klofazimin (Cfz)
Amoksisiklin/klavulanat (Amx/Clv)
Klaritromisin (Clr)
Linazolid (Lzd)
Tioasetazon (Thz)
İmipenem/Silastatin (İpm/Cln)
Yüksək dozada izoniazid (yüksək dozada H)**
* Rifabutin ÜST-ün Əsas Dərmanlar Siyahısına daxil deyil. O, bu cədvələ əlavə olunub, çünki bir çox müəssisələrdə rifabutin proteaz inqibitoru kimi xəstələrə 
müntəzəm şəkilində təyin olunur 
**Yüksək dozada İzoniazidin qəbulu - gündə 16-20 mq/kq qəbulu deməkdir. 
Ümumdünya Səhiyyə Təşkilatı.  Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş 
versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008)

Bölmə 5  
MDR-Vərəmin müalicə strategiyaları
   •   Səhifə 69
1-ci Qrup: Birinci sıra Vərəmə qarşı peroral dərman vasitələri  
MDR-Vərəmin  müalicəsində  izoniazid  və  rifampisindən  istifadə  faydalı  olmadığına  görə,  pirazinamid 
və  etambutol
  (onların  təsirlərin  effektiv  olmaları  güman  edilirsə)  ikinci  sıra  dərmanlarla  müalicədə  yenidən 
təyin olunur. Pirazinamidə rezistentlik asanlıqla baş vermir və dərman həssaslıq testi ilə təsdiqlənməsi də asan 
deyil. Etambutol digər aktiv dərmanlara rezistentliyin yaranmasının qarşısını almaq gücünə malik olan dəyərli 
bakteriostatik  dərman  vasitəsidir.  İzoniazidin  aşağı  konsentrasiyasına  rezistent,  lakin  yuxarı  konsentrasiyasına 
həssas ştammlar olan xəstələrə yüksək dozada izoniazidin təyinatı faydalı ola bilər (belə yüksək dozada qəbul 
olunan izoniazid 5-ci qrup dərmanlara aiddir, aşağıdakı verilən məlumata bax).Rifampisinə dair DHT-i rezistent 
olsa, onda rifabutin kimi yeni rifamisinlər qeyri-effektiv hesab olunmalıdırlar.  
2-ci Qrup: Vərəmə qarşı inyeksiya şəkilində dərman vasitələri  
Əgər bu qrup dərmanlara  həssaslıq sənədləşdırılıb və ya şübhə altındadırsa, onda bütün xəstələr 2-ci Qrup 
inyeksiya şəkilində dərman vasitələri qəbul etməlidirlər. Kanamisin və amikasin aminoqlikozidlərdir və adatən 
streptomisinə qarşı rezistent Dərmana rezistent Vərəmli (DR Vərəm) xəstələrdə birinci seçim inyeksion dərman 
vasitələridir. Bundan əlavə olaraq, bu dərman vasitələrin hər ikisi ucuz qiymətli, streptomisindən fərqli olaraq 
daha az ototoksikdir və dünya üzrə DR Vərəmin müalicəsində geniş istifadə olunurlar. Kanamisin və amikasin 
quruluşca çox oxşardırlar və çox vaxt kross-rezistentlik halları müşahidə olunur. Əgər təcrid olunan vərəm çöpü 
streptomisinlə  kanamisinə  qarşı  rezistentdirsə    və  ya  DHT-ri  amikasin  və  kanamisinə  qarşı  yüksək  dərəcədə 
rezistentlik göstərirlərsə, onda kapreomisin təyin olunmalıdır. Viomisin və kapreomisin quruluşca çox oxşardırlar 
və bu dərmanlarda da çox vaxt kross-rezistentlik müşahidə olunur. Kapreomisin və viomisin siklik polipeptid 
olduğuna görə kanamisin və amikasinin quruluşundan fərqlənirlər və aminoqlikozidlərlə oxşar kross-rezistenlik 
göstərmirlər.  
3-cü Qrup: Florxinolonlar  
Əgər bakteriya ştammı 3-cü Qrup dərmanlara qarşı həssasdırsa və ya dərman vasitəsinin effektli olmasının 
ehtimalı varsa, onda bütün xəstələr 3-cü Qrup dərmanlardan istifadə etməlidirlər. Dərmana həssaslı və ya dərmana 
rezistent Vərəmin müalicəsində siprofloksasinin təyinatı daha məsləhət görülmür. İndiki ən güclü mövcud olan 
florxinolanların in vitro fəaliyyətinə və heyvanlarda olan tədqiqatlara əsasən enmə qaydası ilə sıralanması bu cür 
verilir: moksifloksasin > levofloksasin > ofloksasin.
Adətən ucuz olduğuna görə ofloksasin daha geniş istifadə olunur, lakin florxinolonların yeni nəsildən olan 
moksifloksasin və levofloksasin daha effektli və eyni əlavə təsirlərə malikdirlər. 
Bundan  əlavə  də,  yeni  nəsil  florxinolonlar  ofloksasinə  rezistent  ştammlara  qarşı  bir  gədər  effektli  ola 
bilərlər. Vərəmə qarşı müalicədə təsiri moksifloksasinlə eyni olmasına baxmayaraq, qatifloksasinin qəbulu çox 
vaxt hipoqlikemiya, hiperqlikemiya və şəkərli diabetə gətirə bilər və bu səbəbdən ölkələrin çoxusunda onun satışı 
ləğv olunub. Buna görə də, bu kursun yuxardakı və heç bir cədvəlində onun qəbulu geyd olunmayıb və ÜST-
ün  Təlimatlarına  əsasən  DR-Vərəmin  müalicəsində  qatifloksasindən  istifadə  etmək  məsləhət  görülmür.  Əgər 
qatifloksasindən istifadə olunursa, onda xəstəyə ciddi nəzarət tələb olunur.  
Nəticədə, moksifloksasin və ya levofloksasin seçim florxinolonlardır. Resurslarla məhdud olan yerlərdə 
ofloksasinə  həssas  DR-Vərəmin  müalicəsində  ofloksasin  münasib  bir  seçimdir.  XDR-Vərəmin  müalicəsində 
digər florxinolonlar rezistent nəticə versələr (6-ci Bölməyə bax) yeni nəsil florxinolonların istifadəsi tövsiyə 
edilir, baxmayaraq ki, bu strategiyanın effektli olub-olmamasına dair əsaslar geyri-müvafiqdir.  Florxinolonların 
üzunmüddətli  istifadəsinə  dair  məlumatların  məhdud  olmasına  görə,  onları  təyin  edəndə  diqqətli  nəzarət 
tövsiyə edilir (8-ci Bölməyə bax).
4-cü Qrup: Peroral bakteriostatik ikinci sıra Vərəmə qarşı dərman vasitələri  
Etionamid  və  Protionamid 
M.  tuberculosis-sə  qarşı  bakteriosid  fəaliyyət  göstərən  tioamid  dərman 
ailəsindəndirlər. Hər iki dərmanın farmakokinetikası oxşardır, lakin protionamid daha tolerantlı ola bilər. Onlar 
tam kross-rezistentliyə səbəb olurlar və ona görə eyni dərman kimi qəbul edilməlidirlər.  
Terizidon sikloserinin iki molekulasından ibarət olduğununa görə onlara eyni dərman kimi baxılmalıdır. 
Terizidon və sikloserin adi dozalarda bakteriostatik təsir göstərirlər. Hər iki dərmanın yüksək sayda əlavə təsirləri 
var, lakin epizodik faktlar terizidonun daha tolerant olmasını göstərir.  Hər iki dərmanın mərkəzi sinir sisteminə 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin