Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   2   3   4   5   6   7   8   9   ...   25
!
! !
!
! ! !
! !
! !
!
! ! !
! !
! !
! !
!
! ! !
! !
! !
! !
!
!
!
! !
! !
!
!
! ! !
!
!
! ! !
!
! !
! ! !
!
! !
! ! !
!
!
! !
! ! !
!
!
! !
! ! !
! !
! !
! ! !
! !
! !
! ! !
! !
!
! !
! ! !
! !
!
! ! !
! !
MDR-Vərəm  qlobal  epidemiologiyasını  təsvir  edən  ən  rəsmi  sənədlər  ÜST/İUATLD  tərəfindən  çap 
olunmuş Vərəm əleyhinə dərman rezistentliyinə nəzarət barədə bir sıra monoqrafiyalardır. 2007-cü il üçün qlobal 
tədqiqatın dörd mərhələsi başa çatdı və onların hamısı online şəkilində mövcuddur :
•  Birinci hesabat 1994-1996 – ci illər 
•  İkinci hesabat 1996-1999 – cü illər 
•  Üçüncü hesabat 1999-2002-ci illər
•   Dördüncü  hesabat 2002-2007-ci illər 
Cəmi 116 ölkə və ya ölkə içində olan regionlar gözdən keçirilib və müəyyənləşdirilib. 250 000-dən çox xəstə 
1994 və 2007-ci illər arası sınaqdan keçib. Qırx eddi ölkə dərman rezistentliyinin təyin olması istiqamətində bir 
çox tədqiqatlarda iştirak edib.
Xüsusi narahatlıq Vərəm situasiyası ağır olan dünyanın bir çox olkələrində (Çin, Hindistan, keçmiş Sovet 
İttifaqı, Nigeriya və İndoneziya) dərmana qarşı rezistentlik həcminin bilinməməsindəndir. Bu boşluqlar dərman 
rezistentliyinin həcmi tam bilinməsindən qabaq doldurulmalıdır.  Buna baxmayaraq, dünya xalqlarının yarısının 
təsdiqinə əsasən MDR-Vərəm bir çox ölkələrdə ciddi problem olaraq qalır.
ÜST  –  ün  tədqiqatlarının  nəticələri  MDR-Vərəm  probleminin  hər  yerdə  mövcud  olduğunu  göstərib, 
xüsusən Çin, İndiya və Russiya Federasiyanın ərazisində MDR vərəm xəstəlik hallarının sayı ən yüksək səviyyədə 
qeyd edilib.  
•  Yeni xəstələr arasında, MDR-Vərəmin orta yayılma dərəcəsi ÜST-ün axırıncı hesabatında (2007) 2.9 
% olub.    
•  Vərəm əleyhinə əvvəldən müalicə almış xəstələrdə MDR-Vərəmin orta yayılma dərəcəsi 15.3 % olub.
MDR-Vərəmin  dünyada  coğrafi  yayılmasını  ÜST-ün  dördüncü  hesabatında 
Dünyada  vərəm  əleyhinə 
dərmanlara  qarşı  rezistentlik  –  də    tapa  bilərsiniz,  Siz  burada  görəcəksiniz  ki,  bir  çox  ərazilərdə  endemik  və 
epidemik MDR-Vərəm halları həyacan doğuracaq dərəcədə yüksək göstəricələrlə qeyd edilib.
ÜST hesablayıb ki, MDR-Vərəm hallarının insident sayı (yeni və təkrar müalicə alanlar daxil olmaqla) 2003-cü 
ildə ümumdünyada 424 000 təşkil edib (95% etibarlılıq intervalı 297 000-dən 639 000-nə gədər hallar). MDR-
Vərəm xəstələri, xəstəliyə baxmayaraq, çox vaxt illərlə yaşayıllar.  Buna görə, MDR-Vərəmin yayılması onun insident 
halından üç dəfə yüksək ola bilər, MDR-Vərəm hallarının aktual sayı bu gün dünyada bir milyona yaxın və ya artıqdır.
152,018
114,967
65,853
48,141
18,330
11,301
10,449
1,681
1,462
Qərbi Pasifik Regionu
Cənubi-şərq Asiya, 
Şərqi Avropa
Afrika yüksək HİV insidenti
Şərqi Aralıq Regionu
Latin Amerikası
Afrika az HİV insidenti
Təşkil olunan Bazar İqtisadiyyəti
Mərkəzi Avropa
Region üzrə bütün MDR-Vərəm halları (2003)
Qlobal yük:
424 203 xəstəlik halı

Səhifə 34   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Yeni Vərəm xəstəlik halları arasında MDR-in əmsalı 1994-2007
Təkrar müalicə olunan Vərəm xəstəlik halları arasında MDR-in əmsalı 1994-2007
< 3%
3-6%
>6%
Hesablanmayıb
< 6%
6-20%
20-40%
>40%
Hesablanmayıb
Bu xəritədə istifadə olunan işarələr və göstərilən sərhədlər və adlar ÜST tərəfindən hər hansı bir ölkənin, ərazinin, şəhərin və ya sahənin hüquqi statusuna və ya 
onların rəhbərliyinə və ya onların sərhədlərin müəyyənləşdirilməsinə dair heç bir fikri ifadə etmir. Xəritədə olan nöqtəli xəttlər hələdə tam razılığı olmayan təxmini 
sərhədləri göstərir. © WHO 2008. Bütün hüquqlar qorunur, təkrar çap olunmasına icazə verilib
Bu xəritədə istifadə olunan işarələr və göstərilən sərhədlər və adlar ÜST tərəfindən hər hansı bir ölkənin, ərazinin, şəhərin və ya sahənin hüquqi statusuna və ya 
onların rəhbərliyinə və ya onların sərhədlərin müəyyənləşdirilməsinə dair heç bir fikri ifadə etmir. Xəritədə olan nöqtəli xəttlər hələdə tam razılığı olmayan təxmini 
sərhədləri göstərir. © WHO 2006. Bütün hüquqlar qorunur, təkrar çap olunmasına icazə verilib.

Bölmə 2  
MDR-Vərəm epidemiologiyası
   •   Səhifə 35
Bu  problemin  ictimayi  və  iqtisadi  yükü  artıq  təsdiq  olunub,  MDR-Vərəm  halının  müalicə  qiyməti  sadə 
dərmanlara həssas Vərəm halının müalicə qiymətindən 100 dəfə artıqdır.  
Çoxlu müəyyən edilmiş MDR-Vərəm xəstəlik halları rifampisin və izoniaziddən başqa digər dərmanlara da 
qarşı rezistentdir. Qlobal araşdırma nəticəsində məlum olmuşdur ki, MDR-Vərəm halların üçdə biri sınaqdan 
keçmiş bütün dörd birinci sıra dərmanlara (izoniazid, rifampisin, streptomisin və etambutol) qarşı rezistent olur.  
1990-ci illərdən etibarən dünyanın müxtəlif regionlarında çox vaxt HİV infeksiya ilə yanaşı gedən MDR-
Vərəmin  yayılması  barədə  bir  neçə  hesabat  daxil  olmuşdur.  Bir  çox  ölkələrdə  əldə  edilən  təcrübə  göstərir  ki, 
aktiv, müalicə olunmayan MDR-Vərəm ilə xəstələr HİV-müsbət şəxslərin əksəriyyətini yoluxdura bilər, və buda  
yüksək dərəcədə ölüm hallarına malik olan MDR-Vərəmin sürətlə yayılmasına gətirib çıxara bilər. Epidemioloji 
və genetik tədqiqatlarla dərmanlara qarşı rezistent Vərəmin ötürülməsi təsdiq edilib və HİV infeksiya ilə birləşən 
MDR-Vərəmin  nozokomial  ötürülməsi  sənədləşdirilib.  Lakin  HİV  MDR-Vərəm  üçün  müstəqil  risk  amili 
kimi göstərilməsədə, suboptimal Vərəm nəzarəti, HİV epidemiyasının sürətlə yayılması ilə birgə, MDR-Vərəm 
ötürülməsi  üçün  bir  çox  ölkələrdə  əlverişli  mühit  yaradıb.  Ümumdünya  səviyyəsində  MDR-Vərəm  problemi 
hələdə qalmaqda davam edir. 
2006-ci ildə CDC və ÜST tərəfindən ikinci sıra dərmanlara qarşı rezistenliyinin həcmini təyin etmək üçün 
rezistentlik barədə araşdırma aparılmışdır. Araşdırmaya ÜST/İUATLD AMİL-rın şəbəkəsi  və 49 ölkədən 17 
000 –dən artıq əldə olunmuş ştammlar daxil olub. Bütün nümunələrin ikinci sıra dərmanlardan ən azı üçünə qarşı 
rezistenliyi yoxlanılıb. Cox ölkələrdə ikinci sıra dərmanlara qarşı testlər gündəlik edilmir və ona görə də bu barədə 
lazımi məlumat mövcud deyil. Araşdırma zamanı məlum olub ki, 49 iştrakçı ölkələrdən olan ikinci sıra dərmanlara 
qarşı yoxlanan nümunələrin arasında 20 % MDR-Vərəm və 2 % XDR-Vərəm tapılıb. (7). XDR-Vərəm ştammları 
dünyanın hər bir regionunda tapılıb və onunla yanaşı MDR ştammlarının 19 % XDR olduğu aşkar olunub. Bəzi 
sahələrdə 2000-ci ildən etibarən XDR-Vərəmin proporsiyası üçqat artıb. Laboratoriyanın səviyyəsi imkan verirsə,  
MDR-Vərəm arasında XDR-Vərəmin proporsiyasını təyin etmək üçün bu təlimatlar bütün MDR-Vərəmin əldə 
olunmuş  ştammlarının  florxinolona  və  ikinci  sıra  inyeksion  dərmanlara  qarşı  rezistentliyini  yoxlamaq  tövsiyə 
edirlər. 
Əvvəlki  müalicə  ilə  əlaqənin  olmasına  baxmayaraq,  xüsusilə  HİV-in  yüksək    dərəcədə  yayılan  əhali 
təbəqəsinin    dərmana  rezistent  olan  vərəm  mikobakteriyanın  ştammlarına,  XDR-Vərəm  daxil  olmaqla,  tez  
yoluxması  və  epidemiyanın  sürətlə  yayılması  barədə  məlumat  verilib.  Kwazulu-Natalda  müşahidə  olan  XDR-
Vərəmin  epidemiyası  zamanı  xəstələrin  yarısı  heç  vaxt  vərəm  əleyhinə  müalicə  almamışdırlar.  HİV  və  Vərəm 
epidemiyaların üst-üstə düşməsi ilə yanaşı XDR-Vərəmin olması HİV-ə yoluxan xəstələrdə daha yüksək və daha 
tez ölum hallarına rast gəlməsinə səbəb olur. Laboratoriya resursları və müalicə imkanları məhdud olan yerlərdə 
XDR ştammların aşkarlanması çətin olduğu üçün, bu cür ştammların olması qlobal Vərəm nəzarətinə ciddi bir 
təhlükə yaradır.
5.  MDR-Vərəm r sk am llər
ÜST-ün Qlobal Hesabatları MDR-Vərəm üçün aşağıdakı mühüm risk amillərini müəyyənləşdirib:
•  Vərəm əleyhinə təkrar müalicə 
•  MDR-Vərəm xəstələrlə təmasda olmaq  
•  Dərmana qarşı rezistentliyin yüksək yayılma dərəcəsinə malik olan coğrafi sahələrdən köçm
3-cü Bölmə MDR-Vərəm üçün risk amilləri və xəstəlik hallarının aşkarlama strategiyaları barədə təfsilatlı 
məlumatla təmin edir.

Səhifə 36   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
MDR-Vərəm ep dem olog yası 
1. MDR-Vərəm infeksiyanın yayılması və tezliyi, xəstəliyi və ölümü barədə məlumatla təmin edən:
a) Analitik epidemiologiya
b) Prediktiv epidemiologiya
c)  Əhali epidemiologiyası
d) Təsviri epidemiologiya  
e)  Modelləşdirmə epidemiologiyası
2. Aşağıdakı fikirlərdən hansları düzgündür:
a) Dünyada hesablanmış MDR-Vərəm xəstəlik hallarının ən yüksək sayı Qərbi Pasifik regionundadır
b)  Ümumilikdə  MDR-Vərəmin  səviyyəsi  təkrar  müalicə  olan  xəstəlik  hallarına  nisbətən  yeni  Vərəm  xəstəlik 
hallarında daha yüksək olacaq  
c) MDR-Vərəmli xəstələrin çoxusu digər Vərəmə qarşı dərmanlara da davamlı olurlar
d) Yuxarıdakıların hamısı
e) a və c bəndləri
3. Düz/Səhv:
(   ) MDR-Vərəm dünyada eyni dərəcədə yayılıb      
(   ) HİV yüksək yayılma dərəcəsi olan ölkələrdə MDR-Vərəm insidentlərinə daha çox rast gəlinir 
(   ) MDR-Vərəm üçün ən ciddi risk amili Vərəm əleyhinə təkrar müalicədir
(   ) HİV infeksiyasının olması MDR-Vərəmə yoluxmanı asanlaşdırır
(   ) MDR-Vərəm insidenti yayılma dərəcəsindən həmişə daha az olur 
1:  d
2:  d
3:  S,S,D,D,D.
Cavablar

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 37
Bölmə 3
Xəstəl k hallarının aşkarlanma strateg yaları və tər flər  

Səhifə 38   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə nət cələr
Bu bölməni bitirdikdən sonra siz:
•  MDR-Vərəm üçün risk qruplarını müəyyənləşdirə biləcəksiniz  
•  Müxtəlif  resurslu  yerlərdə  xəstəlik  hallarının  aşkarlanma  strategiyalarını 
istifadə edə biləcəksiniz
•  Xəstəlik hallarının təriflərinin məqsədini anlayacaqsınız
•  Xəstəlik hallarının tərifləri və qeydiyyat kateqoriyalarını işlədə biləcəksiniz
•  Kohort analizlərin məqsədini və konsepsiyasını anlayacaqsınız
Bölmə 3
Xəstəl k hallarının aşkarlanma 
strateg yaları və tər flər  

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 39
2  G r ş
Bu  kursda  xəstəlik  hallarının  aşkarlanması  və  aktiv  Vərəm  diaqnozunun  qoyulması  barədə  ümumi  anlayşı 
mənimsəyəcəksiniz.  Bu  məlumatlara  ÜST-ın  Vərəmə  aid  nəşrləri  də  (
Treatment  of  tuberculosis:  Guidelines  for 
national programmes, 3
rd
 edition) daxil olmaqla, Vərəmə aid kitablarda rast gəlmək olur.  Bu bölmə səhiyyə işçilərinə 
MDR-Vərəm ola bilən Vərəm xəstələrini müəyyənləşdirilməyə kömək edə biləcək aspektləri özündə birləşdirir.
MDR-Vərəm hallarının aşkarlanmasında bir strategiyadan istifadə olunmur. MDR-Vərəm hallarının sayına və 
mövcud resurslara əsasən ölkəyə məxsus strategiyalar yaradılmalıdır.  
3  MDR-Vərəm üçün r sk qrupları
Spesifik  risk  qruplarında  MDR-Vərəmin  yayılması  yerləşdiyi  yerdən  asılı  olaraq  çox  fərqlənə  bilər.  Risk 
qruplarının  dəqiq  təsviri  üçün  ən  yaxşı  yol  yerli  məlumatlardan  istifadə  etməkdir,  məsələn,  bir  ölkədə  Vərəmli 
məhkumlar arasında MDR-Vərəm yüksək səviyyədə ola bilər, lakin başqa ölkələrdə Vərəmli məhkumların MDR-
Vərəmə yoluxma riski başqa Vərəm xəstələrinə nisbətən heç bir fərq etməz. 
Vərəmə nəzarət proqramlarının əksəriyyətində bütün Vərəm xəstələri üçün kulturanı əkmək və dərmanlara 
həssaslıq  testini  (DHT)  aparmaq  üçün  resurslar  yoxdur;  bu  sınaqlar  dəqiq  tərtib  edilmiş  xəstəlik  anamnezinin 
əsasında MDR-Vərəm riski olan xəstələrdə selektiv istifadə oluna bilər.  
Sual
Vərəmə yoluxmuş xəstənin xəstəlik anamnezində hansı xüsusiyyətlər MDR-Vərəm barədə sübhə yaradır?
a.  Vərəmə qarşı müalicə zamanı daimi ürəkbulanma. 
b.  Özəl sektorda Vərəmə qarşı müalicənin uğursuzluğu. 
c.  Vərəm dərmanlarının absorbsiyasına təsir edən başqa dərmanlar
d.  Qısamüddətli kimyaterapiya müalicəsinin ilk 5 ay ərzində və ya sonra müalicə kursu zamanı bəlğəm 
yaxması müsbət olan xəstələr.  
e.  Eyni ailədə aktiv Vərəmə yoluxmuş birdən artıq şəxsin olması.
 
Cavab
b, c və d düzgündür.
Özəl sektorun Vərəm rejimləri çox dəyişik ola bilər. İstifadə olunmuş dərmanlar haqqında ətraflı 
məlumatın əldə edilməsi zəruridir. Əgər izoniazid və rifampisinin hər ikisi istifadə olunubsa, 
MDR-Vərəmin olması şansı çox yüksəkdir. Bəzi vaxtlar ikinci sıra Vərəm əleyhinə dərmanlardan 
istifadə oluna bilər və bu, MDR-Vərəm müalicə rejiminin planını hazırlamaq üçün çox 
vacib məlumatdır. 
Alüminium və ya maqnezium tərkibli antasidlər Vərəm əleyhinə dərmanlarla selektiv rəqabət apa-
rırlar, xüsusilə izoniazid və florxinolonlarla.  
Vərəmli xəstənin xəstəlik anamnezində MDR-Vərəm barədə sübhə yaradan ən vacib xüsusiyyət 5 
ay ərzində və ya sonra müalicə kursu zamanı bəlğəmi müsbət olan xəstədir
Dərmana rezistentlik riskini artıran xəstəlik anamnezinin spesifik elementlərinin siyahısı Cədvəl 1 – də tərtib olunub

Səhifə 40   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 1.   MDR-Vərəmin risk amilləri
Risk amili
İzahatlar
Təkrar müalicə rejimlərinin uğursuzluğu və 
xroniki Vərəm halları 
Təkrar müalicə rejiminin sonunda bəlğəm yaxması müsbət olan xəstələr 
xroniki Vərəm halları kimi müəyyən olunur. Bu xəstələrdə, başqa qruplar-
dan fərqli olaraq, MDR-Vərəmin miqdarı ən yüksək şəkildə olur, çox vaxt 
80 %-dan artıqdır.  
Məlum MDR-Vərəm halının təsirinə məruz 
qalmaq 
Tədqiqatların əksəriyyəti MDR-Vərəmli xəstələrlə yaxın təmasların olması 
səbəbindən MDR-Vərəmin çox yüksək miqdarını göstərir. 13-cü Bölmədə 
MDR-Vərəm təmaslarının necə müəyyən edilməsi barədə izahat verilir.  
Birinci qısamüddətli kimyaterapiyanın 
(QMK) uğursuzluğu   
QMK uğursuz olan xəstələr müalicədə olduğu 5 ay və ya daha artıq bir 
müddət ərzində bəlğəm yaxması müsbət olan xəstələrdir. Rejimi uğursuz 
olan bütün xəstələrdə MDR-Vərəmin olması zəruri deyil və onun faizi bir 
sıra amillərdən asılı ola bilər, bu amillərə ya davamlı fazada rifampisinin, ya 
müalicə kursu zamanı DOT-un istifadəsi daxildir. 
Özəl sektorun Vərəm əleyhinə müalicəsinin 
uğursuzluğu.  
Özəl sektorun Vərəm rejimləri çox dəyişik ola bilər. 
İstifadə olunmuş dərmanlar haqqında ətraflı məlumatın əldə edilməsi 
zəruridir. Əgər izoniazid və rifampisinin hər ikisi istifadə olunubsa,
MDR-Vərəmin olması şansı çox yüksəkdir. Bəzi vaxtlar ikinci 
sıra Vərəm əleyhinə dərmanlardan istifadə oluna bilər və
bu, MDR-Vərəm müalicə rejiminin planını hazırlamaq üçün çox 
vacib məlumatdır.
Son müalicə uğursuz olmadan, yarım-
çıq müalicədən sonra residiv və yenidən 
müalicəyə qayıtma halları  
Bəzi faktlara görə yarımçıq müalicədən sonra residiv və yenidən müalicəyə 
qayıtma hallarının əksəriyyətində MDR-Vərəm qeyd olunmayıb. Hər 
halda, bəzi xəstəlik tarixçələrində MDR-Vərəmin mümkün olmasına daha 
güclü əlamətlər ola bilər, məsələn, dərmanların dəyişkən qəbulu və ya erkən 
residivləri. Müalicədən sonra ilk altı ay ərzində residivlər uğursuzluqlar kimi 
eyni MDR-Vərəm əmsalına malik ola bilər. 
MDR-Vərəmin yayıldığı və ya MDR-Vərəm 
səviyyəsinin yüksək olduğu müəssisələrdə 
təmasa məruz qalma 
Daimi evsiz xəstələr, bir çox ölkələrdə məhkumlar, xəstəxana və klinika 
səhiyyə işçiləri MDR-Vərəm əmsalının yüksək olmasına meyli olurlar.
Yüksək MDR-Vərəmin yayılma təhlükəsi 
olan yerlərdə yaşam
MDR-Vərəm əmsalı dünyanın çox yerlərində bütün yeni hallarda rutin 
MDR-Vərəm sınaqlarını təsdiqləmək üçün kifayət qədər yüksək ola bilər.  
Aşağı və ya bilinməyən keyfiyyətdə Vərəm 
əleyhinə dərmanların istifadəsi
Aşağı keyfiyyətli dərmanların istifadəsi nəticəsində əmələ gələn MDR-
Vərəmin faizi bilinmir, lakin əhəmiyyətli dərəcədə olur. Keyfiyyətsiz 
dərmanların bir çox ölkələrdə istifadəsi məlumdur. Yalnız milli Vərəm 
proqramında olduğuna görə dərmanların keyfiyyətinə əmin olmaq olmaz. 
Bütün dərmanların keyfiyyətinə zəmanət verilməlidir.
Vərəm dərmanlarının absorbsiyası-
na müdaxilə edən başqa müalicələr 
(dərmanlar)
Alüminium və ya maqnezium tərkibli antasidlər Vərəm əleyhinə dərman-
larla selektiv rəqabətə girirlər, xüsusi ilə izoniazid və florxinolonlarla.
Vərəm əleyhinə dərmanların mübadiləsini 
dəyişdirən və ya rəqabətə girən dərmanların 
istifadəsi qanda vərəm əleyhinə dərmanların 
miqdarının azılması ilə nəticələnir.
Azol ailəsindən olan antifunqal dərman vasitələri bir- birinə təsir edir; 
rifamisinlər azol qrupunun dərman vasitələrin qanda səviyyəsini aşağı 
salacaq. Əlavə olaraq, ketokonazol rifampisinin qanda səviyyəsini 40-50 % 
aşağı sala bilər.
Proqramda yaxşı aparılmayan müalicə 
(xüsusilə anbarda yeni və /və ya tez-tez 
dərman çatışmazlığı)
Bu adətən qeyri-DOTS və ya dərmanların menecmenti və paylanma sistemi 
zəif olan DOTS proqramlarıdır 
Malabsorbsiya və ya sürətli tranzit ishal 
ilə assosiyasiyada olan xəstəliklə yanaşı 
vəziyyətlər
Malabsorbsiya qanda dərmanların selektiv aşağı miqdarı ilə nəticələnə bilər 
və ya HİV-mənfi və ya –müsbət xəstələrdə müşahidə oluna bilər.
Bəzi HİV olan yerlərdə 
MDR-Vərəmin coxsayda yayılması qeyd olunub. HİV xəstələri və dunyanın 
HİV infeksiyası yayılan əraziləri MDR-Vərəm ucun bir risk amilidir (10-cu 
Bölməyə bax)
(Mənbə:  Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş 
versiyası (ÜST/HTM/Vərəm/2008.402), Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı, 2008)

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 41
Müxtəlif yerlərdən asılı olaraq spesifik risk qruplarında MDR-Vərəmin yayılması çox dəyişkən ola bilər
4  Xəstəl k hallarının aşkarlanma strateg yaları 
MDR-Vərəmli  və  ya  MDR-Vərəm  yüksək  riski  olan  xəstələrin  müalicəsi  və  müəyyən  olunması  bir  sira 
strategiyaların əsasında ola bilər. Əslində in vitro DHT bütün bu strategiyalarda əsas rol oynayır və MDR-Vərəm 
müalicəsini başlamaq tövsiyyə edilən baxım standartına görə laboratoriya tərəfindən təsdiqlə oluna bilər; lakin, 
bu, resursların məhdud və ya laboratoriyanın imkanları aşağı olan sahələrdə həmişə mümkün olmaya bilər. Hüsusi 
diqqət həmişə MDR-Vərəmi identifikasiya edən DHT aparılma imkanına malik olan proqramlara yetirilməlidir 
və bu cür proqramların olmadığı yerlərdə, çalışıb onları yaratmaq lazımdır. Əgər bütün MDR-Vərəmə şübhəli 
xəstələrə DHT-in aparılmasına dair müvafiq laboratoriya infrastrukturu və resursları yoxdursa, onda xəstələrə 
MDR-Vərəmin empirik müalicə strategiyaları seçilə bilər (müalicə planların qurulmasına dair məlumatlara 5-ci 
və 6-ci Bölmələrə müraciət edə bilərsiniz). 
4.1 DHT- n tətb q ed lməyən proqramlar üçün strateg yalar 
Sual 
DHT-nin tətbiq edilməyən yerlərdə hansı xəstəlik hallarının aşkarlanma strategiyalarını yerinə yetirmək 
olar?
a.  Bütün birinci sıra dərmanlarla təkrar müalicənin uğursuzluqlarını və Vərəm xroniki hallarını 
MDR-Vərəm kimi qiymətləndirmək
.
b.  Bütün Vərəmli HİV ilə olan xəstələri MDR-Vərəm kimi qiymətləndirmək. 
c.  Düzgün fəaliyyət göstərən DOTS proqramlarında birinci sıra dərmanlarla uğursuz təkrar müalicə
 
alan
 xəstələrdə demək olar ki, həmişə MDR-Vərəm olur və bir çox hallarda birbaşa MDR-Vərəm 
müalicəsi ilə onların müalicəsinə başlamaq olar.
d.  Birinci sıra dərmanlarla QMK-nın uğursuzluğu MDR-Vərəm kimi hesab oluna bilər
.
e.  Bütün Vərəmli məhkumlar MDR-Vərəmli hesab olunmalıdır.
Çoxlu sayda insanların 
toplanma yerləri MDR-Vərəm 
xəstəliyinin yayılmasına gətirib 
çıxara bilər
HELP Design Group

Səhifə 42   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cavab:
a, c və d düzgündür.
•  Bütün birinci sıra dərmanlarla təkrar müalicənin uğursuzluqları və xroniki Vərəm halları MDR-
Vərəmin yaranmasına münbit şərait yaradır. 
•  Çox güman ki, MDR-Vərəm halları ilə yaxın simptomatik təmaslar tez bir zamanda MDR-Vərəmlə 
nəticələnir.  
•  Birinci sıra dərmanlarla QMK-ın uğursuzluqları:  Bu qrup xəstələrdə MDR-Vərəmin miqdarının 
çox dəyişkən olması səbəbindən, DHT olmadan xəstəni MDR-Vərəm müalicəsinə daxil etmək 
qərarına gəlməzdən əvvəl birinci sıra dərmanlarla QMK-ın uğursuzluqlarında MDR-Vərəm sayının 
sənədləşdirilməsi çox vacibdir.
 
 
 
 
 
Bütün xəstələrdə DHT-in aparması üçün lazimi qədər laborator həcmi və ya resursları olmayan proqramlar 
yüksək MDR-Vərəm riski olan xəstələri fərdi DHT olmadan MDR-Vərəm proqramına daxil etmək strategiyasını 
nəzərə ala bilərlər. Bu strategiya üçün üç qrup nəzərə alına bilər:    
•  Bütün birinci sıra dərmanlarla təkrar müalicənin uğursuzluqları və xroniki Vərəm halları:
  
•  MDR-Vərəm  halları  ilə  yaxın  simptomatik  təmaslar:
  MDR-Vərəm  halları  ilə  yaxın  simptomatik 
təmaslar üçün rejimlər məsləhət görülür. Daha ətraflı məlumat və yaxın təmasların tərifləri üçün 13-cü 
Bölməyə müraciət edə bilərsiniz. 
•  Birinci sıra dərmanlarla QMK-nın uğursuzluqları: 
Bu qrup xəstələrdə MDR-Vərəmin miqdarı çox 
dəyişkən  olur,  buna  görə  də  DHT  olmadan  həmin  xəstələri  MDR-Vərəm  müalicəsinə  daxil  etmək 
qərarını  verməzdən  əvvəl  birinci  sıra  dərmanlarla  QMK-ın  uğursuzluqlarında  MDR-Vərəm  sayının 
sənədləşdirilməsi lazımdır.  
Yuxarda qeyd olunmuş üç qrupdan savayı başqa qruplarda DHT olmadan MDR-Vərəm müalicəsinə qoşulacaq 
dərəcədə  yüksək  MDR-Vərəm  səviyyəsinin  olması  mümkün  deyil.  Aşağı  və  ya  orta  MDR-Vərəm  miqdarı  olan 
qruplarda MDR-Vərəm proqramına daxil etməzdən əvvəl ən azı MDR-Vərəm sənədlərini skrininq etmək lazımdır.  
4.2  DHT- n tətb q ed ld y  proqramlar üçün strateg yalar
4.2.1 Ümumi fikirlər
Kultura əkilməsi üçün ikidən az olmayan bəlğəm nümunəsi alınmalıdır və DHT ən yaxşı kultura ilə olunmalıdır. 
DHT-in iki dəfə olunmasına rutin qaydada ehtiyac yoxdur. Kultura və DHT üçün nümunələrin yığılma və nəzarət 
prosedurları  4-cü  Bölmədə  izah  olunub.  Kultura  və  DHT-ə  aid  olan  müxtəlif  texniki  üsullar,  məhdudiyyətlər, 
keyfiyyət zəmanəti üçün tələblər və digər məsələlər barədə həmçinin 4-cü Bölməyə müraciət edə bilərsiniz.   

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin