Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
olunan 25 mq/kq dozasında yox, 15 mq/kq dozasında təyin olunmalıdır. 
MDR-Vərəm müalicəsinə başlayarkən kultura-müsbət olmayan uşaqlarda uğursuzluğun qiymətləndirməsi 
çox çətindir. Döş qəfəsinin rentgenində daimi anormallıqların olması mütləq yaxşılaşmanın olmaması demək 
deyil.  Bədən  çəkisinin  artmaması  və  ya  azalması  (daha  az  rast  gəlinir)  xüsusi  narahatlıq  doğurur  və  adətən 
uğursuz müalicənin ilk (və ya yeganə) əlamətləri kimi qəbul edilir. Bu, uşaqlarda bədən çəkisinin yoxlanması üçün 
əsas səbəbdir.   
Bir sıra sübutlar göstərir ki, zəif müalicə nəticələrinin yüksək riski əsasən gənclərdə müşahidə edilir, ola 
bilsin ki, bunun səbəbi bioloji səbəblər (gecikmiş diaqnoz qoyulmasına görə, daha da inkişaf edən xəstəlik) və 
ya ictimai amillər (riayətlə bağlı daha çox çətinliklər, davranış, dərman qəbulu, hamiləlik, xəstəliyin zəif qəbulu) 
ola bilər. Erkən diaqnoz, güclü ictimai dəstək, fərdi və ailə məsləhətləri və tibb işçisi ilə yaxın münasibətin olması 
müalicə nəticələrinin yaxşılaşmasına köməklik göstərə bilər
.   
Ibuje Sağlamlıq 
Mərkəzində Vərəm 
xəstələri həkimi 
gözləyirlər
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 115
Cədvəl 2.  İkinci sıra dərmanların pediatrik dozaları 
Dərman
Buraxılış forması
Gündəlik doza-
sı mq/kq/gün
Tezlik
Maksimum 
gündəlik dozası
Streptomisin
Şüşə: 37.5, 250, 333, 500 mq/ml
20-40
Hər gün
1q
Kanamisin
Şüşə: 37.5, 250, 333, 500 mq/ml
15 – 30
Hər gün
1q
Amikasin
Şüşə: 50, 250 mq/ml
15 – 22.5
Hər gün
1q
Kapreomisin
Şüşə: 1q/ml
15 – 30
Hər gün
1q
Ofloksasin
Həblər: 200, 300, 400 mq
15 – 20
Gündə 2 dəfə
800mq
Levofloksasin
Həblər: 250, 500, 750 mq
7.5 – 10
Hər gün
750mq
Moksifloksasin Həblər: 400 mq
7.5 – 10
Hər gün
400mq
Etionamid
Həblər: 250 mq
15 – 20
Gündə 2 dəfə
1q
Protionamid
Həblər: 250 mq
15 – 20
Gündə 2 dəfə
1q
Sikloserin
Terizidon
Kapsula: 250 mq
10 – 20
Hər gün və ya 
gündə 2 dəfə 
1q
PAS
PASER® 4 q paketlər
150
Gündə 2 və ya 
üç dəfə
12 q
(Ümumdünya Səhiyyə Təşkilatı. 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası 
(ÜST/HTM/Vərəm/2008.402), Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008).    
Praktik çalışma: Pediatrik müalicə rejiminin planlaşdırılması
9 aydır ki MDR-Vərəm müalicəsini qəbul edən ana, indi 6 ay ərzində yaxma və kultura mənfi 
olub. O, öz uşağını sizə müayinədən keçirmək üçün gətirib. Uşaq 14 aylıqdır və bədən çəkisi 6.9 kq-
dır. Doğulduqdan sonra uşağa BCG olunub və artıq 4 aydır ki, uşaqda inkişafın zəifləməsi, iştahsızlıq 
və dəyişkən qızdırma müşahidə olunur. Təmizlənmiş protein derivatı (PPD) dəri sınağı 16 mm-dir, 
döş qəfəsinin rentgen şəkilində infiltratlar yoxdur, limfatik adenopatiya aşkar olunub.  Məlum olan 
digər təmaslar yoxdur. Uşaq doğulduqdan qısa bir müddət sonra anada ilk dəfə Vərəm aşkar olunub 
və ÜST kateqoriyası ilə I və II müalicə rejimləri uğursuz olan xəstədir. Onun DOTS-Plus müalicəsini 
başlayanda rezistent nümunəsi aşağıdakı kimidir   
H,R,E,Z,S-nə qarşı rezistendir  
Am, Cm, O, Eto-də həssasdır 
PAS və Cs-nə DHT-ı olunmayıb
.
Sual: 
Siz uşağa hansı məsləhətləri verib və müalicə rejimi təyin edəcəksiniz?
Cavab:
Anaya izah edilməlidir ki, çox güman ki uşaqda MDR-Vərəm var. Əgər mümkündürsə, DHT olunmalıdır 
(4-cu Bölməyə bax).  DHT-in nəticələrini gözləyərkən və ya əgər diaqnostik proseduru aparmaq mümkün 
deyilsə, uşaqda anasının DHT nümunəsinə əsasən empirik müalicə rejiminə başlamaq lazımdır. Aşağıdakı 
müalicə rejimi qeyd olunur: 

Səhifə 116   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
 
IA-Fq-Eto(Pto)-Cs    -və ya-  IA -Fq-PAS-Cs
İnyeksion dərman vasitəsi (İA) streptomisindən başqa hər hansı bir dərman ola bilər, bu halda Km, Cm və 
ya Am.  
Km-Of-Pt-Cs müalicə rejiminə aşağıdakı verilən doza hesablanmasının nümunəsi dərman dozalarının 
necə hesablanmasını göstərir.  Qısaca, uşağın bədən çəkisinə görə hər ikisi yüksək və aşağı doza hesablanır, 
sonra isə iki rəqəm arasında ən uyğun doza seçilir (əgər lazım olsa, əczaçı dəqiq dozanı hazırlaya bilər 
və beləliklə kim istəsə hər hansı bir milliqram miqdarında dərman dozasını seçə bilər və doza ¼ və ya ½  
həblərlə məhdud olmayacaq):  
Km: 
(15 mq x 6.9 kq = 103 və 30 mq x 6.9 kq = 207) iki rəqəm arasında dozanı seçin (dozanın ən yüksək 
həddini seçin), məsələn, gündə 200 mq, birdəfəlik doza.
 
Ofx: 
(15 mq x 6.9 kq = 103 və 20 mq x 6.9 kq = 138). Uyğun doza 100 mq/gündə. Bu tam gündəlik 
dozadır. Cədvəl 2-də göstərilir ki, gündəlik doza bölünür (gündə iki dəfə), beləliklə xəstə 50 mq (1/4 həb) 
səhər və 50 mq (1/4 həb) axşamlar qəbul etməlidir.
Pto: 
 (15 mq x 6.9 kq = 103 və 20 mq x 6.9 kq = 138). Uyğun doza 125 mq/gündə. Bu tam gündəlik 
dozadır. Cədvəl 2-də göstərilir ki, gündəlik doza bölünür (gündə iki dəfə), beləliklə xəstə 62.5 mq (1/4 
həb) səhər və 62.5 mq (1/4 həb) axşamlar qəbul etməlidir.
Cs:
 (15 mq x 6.9 kq = 103 və 20 mq x 6.9 kq = 138).  Uyğun doza 125 mq/gündə. Bu tam gündəlik 
dozadır.  Cədvəl 2-də göstərilir ki, gündəlik doza bölünür (gündə iki dəfə), beləliklə xəstə 62.5 mq (1/4 
kapsula) səhər və 62.5 mq (1/4 kapsula) axşamlar qəbul etməlidir.
UŞAĞIN BƏDƏN ÇƏKİSİNDƏ ARTIM OLSA DƏRMAN DOZALARI 
TƏNZİMLƏNMƏLİDİR (BƏDƏN ÇƏKİSİNİ HƏR AY YOXLAYIN)
Qermistonda olan Lifecare Knights 
xəstəxanasında Vərəm xəstələri.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 117
7  Şəkərl  d abet
Şəkərli diabetdə qlükozanın qanda səviyyəsinə yaxşı nəzarət olunmasa, MDR-Vərəm müalicəsi zəif nəticələrə 
gətirəcək. Bu səbəbdən, şəkərli diabetə yaxşı qayğı göstərmək məsuliyyəti MDR-Vərəmli xəstəni müalicə edən 
həkimin üzərinə düşür. Əlavə olaraq, şəkərli diabet dərmanların əlavə təsirlərini (xüsusilə böyrək disfunksiyası və 
periferik neyropatiya) gücləndirə bilər. Peroral hipoqlikemik dərman vasitələri MDR-Vərəm müalicəsində əks 
göstəriş deyil
. Etionamid və protionamid insulinin qanda səviyyəsinin nəzarətini daha da çətinləşdirə bilər.  
Sual:
MDR-Vərəmli xəstənin şəkərli diabetini idarəetməkdə kömək üçün hansı göstərişlərə riayət etmək 
lazımdır?
a.  Təzyiq və qlükozanın qanda səviyyəsinə yaxşı nəzarət olunmalıdır.
b.  Kapillyar qan yoxlamasının məqsədləri: yeməkdən əvvəl 140 mq/dl -dir
c.  Məqsədlərin saxlanmasını təmin etmək üçün hər həftə qlükozanın qanda səviyyəsini yoxlanaq olar 
d.  Şəkərli diabet olan hipertenzialı xəstələrdə müalicə beta-blokatorlar və tiazid diuretiklər (sidikqovucu 
dərmanlar)  ilə başlanmalıdır 
e.  Əgər qanda kreatininin səviyyəsi artırsa, kreatininin klirensi yoxlanmalıdır və MDR-Vərəmə qarşı 
dərmanların dozaları tənzimlənməlidir.
Cavab:
Düzgün cavablar a və e-dir.
•  Qanda qlükozanın səviyyəsi yeməkdən əvvəl 80 və 120 mq/dl arasında olmalıdır 
•  Qanda şəkərin səviyyəsi müntəzəm intervallarla gün ərzində müəyyən edilməlidir və insulin dozası 
uyğun olaraq hesablanmalıdır. Xəstə stabil insulin dozasını qəbul edirsə, qarşıya qoyulan məqsədə nail 
olmaq üçün qanda şəkərin yoxlanması həftədə dörd dəfə aparıla bilər  
•  Şəkərli diabeti olan hipertenziv xəstələrə müalicə AÇF-ingibitorların təyini ilə başlanması daha üstün 
hesab edilir.
MDR-Vərəmli xəstənin şəkərli diabetini idarəetməkdə kömək üçün aşağıdakı göstərişlər təklif olunur:
•  Tibb nəzarəti:
  Müalicə zamanı şəkərli diabetə ciddi şəkildə nəzarət olunmalıdır. 
•  Xəstənin maarifləndirilməsi: 
Diabetik pəhrizin əsasları, bədən çəkisinə nəzarət, fiziki məşqlər və ayaqlara 
qayğı  haqqında  xəstəyə  məsləhətlər  verilməlidir.  Xəstələr  hipo-  və  hiper-qlikemiya  əlamətləri  barəsində 
maarifləndirilməlidirlər.
•  Qlükozanın yoxlanması  
•  Kapillyar qan yoxlamasının məqsədləri: 80-120 mq/dl yeməkdən əvvəl; 100-140 mq/dl yatmazdan 
əvvəl; əgər xəstədə hipoqlikemiya olubsa, rəqəmlər arasındakı interval daha yüksək olmalıdır;
•  Bu nəticələrə gəlmək üçün xəstələrdə bir müddət intensiv qlükoza yoxlamasına ehtiyac ola bilər;
•  Xəstə  stabil  insulin  dozasını  qəbul  edirsə,  qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  qanda  şəkərin 
yoxlanması həftədə dörd dəfə aparıla bilər;
•  Əgər xəstə peroral şəkərli diabetə qarşı dərman vasitələr qəbul edirsə, şəkər həftədə iki dəfə yoxlanıla 
bilər. 
•  Müntəzəm yoxlanmalar 
•  Kreatinin və kalium birinci ay həftəlik yoxlanmalıdır və ondan sonra ən azı hər ay;
•  Əgər kreatininin səviyyəsi artırsa, kreatininin klirensi yoxlanmalıdır və Cədvəl 3-ə əsasən MDR-Vərəm 
dərman vasitələri tənzimlənməlidir. Dozanı uyğunlaşdırdıqdan sonra, kreatinin stabilizə olunana kimi 
həftəlik yoxlanmalıdır;
•  Əgər  müalicə  dəyişirsə  və  ya  xəstədə  müalicə  məqsədlərinə  nail  olunmursa  HbA
1C 
hər  üç  ayda 
yoxlanmalıdır; əgər stabildirsə, hər altı ay; Məqsəd HbA
1C
<7 olması;
•  Gözün torlu qişasının illik müayinəsi;

Səhifə 118   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
•  Hipertenziya üçün skrininq və müalicə
•  Qan təzyiqi hər ay yoxlanılır;
•  Şəkərli diabeti olan hipertenziv xəstələrə müalicə AÇF-ingibitorların təyini ilə başlanmalıdır.
•  Diabetik neyropatiyanın qarşısını almaq 
•  İnyeksiya dərman vasitələrinin dozaları Cədvəl 3-ə əsasən təyin olunur.  
•  Albuminuriya olan xəstələrdə (>300 mq/24 saat) AÇF ingibitorların istifadəsini müzakirə edin.
8  Böyrək çatışmazlığı
Uzunmüddətli vərəm infeksiyasının özü və ya aminoqlikozidlərin əvvəlki istifadəsinə görə böyrək çatışmazlığı 
qeyri-ümumi hal deyil. Böyrək çatışmazlığı olan xəstələrdə ikinci sıra dərmanların qəbuluna xüsusi diqqət yetirmək 
lazımdır və dərman dozası və/və ya dozalar arası intervallar Cədvəl 3-ə əsasən tənzimlənməlidir.
 Cədvəl 3.   Böyrək çatışmazlığı zamanı dərmanların tənzimlənməsi       
Dərman
Tezlikdə 
dəyişiklik 
Kreatininin klirensi < 30 ml/dəq və ya hemodializ alan xəstələr üçün 
dərmanın məsləhət görünən dozası 

 və tezliyi.
İzoniazid
Dəyişilmir
300 mq gündə bir dəfə, və ya 900 mq həftədə üç dəfə
Rifampisin
Dəyişilmir
600 mq gündə bir dəfə, və ya 600 mq həftədə üç dəfə
Pirazinamid 
Bəli
25–35 mq/kq/doza həftədə üç dəfə (hər gün yox)
Etambutol
Bəli
15–25 mq/kq/doza həftədə üç dəfə (hər gün yox)
Ofloksasin
Bəli
600-800 mq dozasında həftədə üç dəfə (hər gün yox)
Levofloksasin 
Bəli
750–1000 mq dozasında həftədə üç dəfə (hər gün yox)
Moksifloksasin
Dəyişilmir
400 mq gündə bir dəfə
Qatifloksasin
Bəli
400 mq dozasında həftədə üç dəfə (hər gün yox)
Sikloserin/
Terizidon
Bəli
250 mq gündə bir dəfə və ya 500 mq/doza həftədə üç dəfə*
Protionamid
Dəyişilmir
250-500 mq dozasında hər gün 
Etionamid
Dəyişilmir
250–500 mq/doza gündəlik
p-Aminosalisilik 
turşusu**
Dəyişilmir
4 q/doza, gündə iki dəfə
Streptomisin 
Bəli
12–15 mq/kq/doza həftədə iki və ya üç dəfə (hər gün yox)***
Kapreomisin
Bəli
12–15 mq/kq/doza həftədə iki və ya üç dəfə (hər gün yox) ***
Kanamisin
Bəli
12–15 mq/kq/doza həftədə iki və ya üç dəfə (hər gün yox)***
Amikasin
Bəli
12–15 mq/kq/doza həftədə iki və ya üç dəfə (hər gün yox) **
† Bir çox vərəmə qarşı dərmanların konsentrasiyadan asılı bakterisid effektini nəzərə alaraq, qeyri-tolerantlıq istisna olana gədər standart dozalar verilir. Böyrək 
çatışmazlığı zamanı 5-ci Qrup dərmanların tənzimlənməsi üçün istehsalçının tövsiyyələrinə müraciət edin.
* 250 mq-ın gündəlik dozaların müvafiqliyi təsdiq olunmayıb. Neyrotoksiklik əlamətlərinə dair diqqətli yoxlanma olmalıdır (mümkün olsa qanda konsentrasiyanı 
ölçüb, uyğun şəkildə tənzimləmək).
** Natrium duzlu PAS natriumun artıq yüklənməsinə səbəb ola bilər; bunun qarşısı alınmalıdır. Natrium duzu istifadə olunmayan PAS-ın tərkibi (məsələn, Jacobus 
PASER®) natriumun ləngimə təhlükəsi olmadan istifadə oluna bilər. 
***Böyrək funksiyasının zəifləməsi müşahidə olunan xəstələrdə ototoksikliyin və nefrotoksikliyin hər ikisinin yüksək təhlükəsi olduğuna görə, inyeksion dərman 
vasitələri ehtiyatla istifadə olunmalıdır
(Ümumdünya Səhiyyə Təşkilatı. 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası 
(ÜST/HTM/Vərəm/2008.402), Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008)

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 119
9  Qara c yər xəstəl klər
Birinci  sıra  vərəmə  qarşı  dərmanların  (izoniazid,  rifampisin  və  pirazinamid)  qəbulu  hepatit  xəstəliyi  ilə 
yanaşı olur. İkinci sıra dərmanlardan etionamid, protionamid və PAS da hepatotoksik ola bilər, lakin hər hansı 
birinci sıra dərmanlardan fərqli olaraq daha az toksikliyə malikdirlər.  Florxinolonları istifadə edərkən hepatitlər 
nadir hallarda olur, lakin baş verməsi mümkündür. Ümumilikdə, xroniki qara ciyər xəstəlikləri olan xəstələr 
pirazinamidi qəbul etməməlidirlər
. Bütün digər MDR-Vərəm dərmanları istifadə oluna bilər, lakin qara ciyərin 
enzimlərinin diqqətlə yoxlanması məsləhət görülür və əgər qara ciyər iltihabı əhəmiyyətli dərəcədə ağırlaşsa, onda 
buna səbəb olan dərmanın qəbulunun dayandırılması lazım ola bilər. 
Hepatit virusunun daşıyıcıları və xəstəlik tarixində kəskin hepatit və ya artıq içki qəbulu olan xəstələr xroniki 
qara ciyər xəstəliyinin kliniki əlamətləri olmasa, MDR-Vərəm müalicəsini qəbul edə bilərlər; lakin, bu xəstələrdə 
hepatotoksik reaksiyalara daha çox rast gəlmək olar və bunu əvvəlcədən təxmin etmək lazımdır.  
Nadir hallarda, xəstədə MDR-Vərəm və onunla əlaqəsi olmayan yanaşı kəskin hepatit ola bilər. Bu misalda 
xüsusilə  kliniki  baxılmaya  ehtiyac  var  –  bəzi  hallarda  kəskin  hepatit  çəkilənə  kimi,  MDR-Vərəm  müalicəsini 
ləngitmək mümkün olacaq; digər hallarda, kəskin hepatitlə birgə MDR-Vərəmi də müalicə etmək lazım olacaq və 
onda dörd qeyri-hepatotoksik dərmanların kombinasiyası ən təhlükəsiz bir seçimdir. 
Kreatininin  klirensini  (KrKl)  və  ya  qlomerular  filtrasiya  səviyyəsini  (QFS)  hesablanması  üçün  formula 
aşağıdakı kimidir:
Hesablanmış Qlomerular Filtrasiya Səviyyəsi (QFS)  = 
(140 – yaşı) x (ideal bədən çəkisi kq)
Kişi: 
 
 
 
 
 
72 x (qanda kreatininin miqdarı, mq/dl)
Qadın: 
 
 
 
 
 

0.85
Kreatininin klirensi üçün normal göstərişlər:
Kişi: 
97-dən 137 - dək ml/dəq
Qadın: 
88-dən 128 – dək ml/dəq
Praktik çalışma: Böyrək çatışmazlığında dərman dozasını tənzimləyin :
Sual: 
Kişi xəstəsində qanda kreatininin miqdarı = 2.4, yaşı = 59, ideal bədən çəkisi = 53 kq. Kanamisinin dozası 
nə qədər olmalıdır?
Cavab: 
Addım 1:  
Qlomerular Filtrasiya Səviyyəsi (QFS) hesabla  
 
 

(140 – yaşı) x (ideal bədən çəkisi kq)
 
 
 
72 x (qanda kreatininin miqdarı, mq/dl)
 
 

(140 – 59) x (53)
 
 
 
             72 x 2.4
 
 

24.8 ml/dəq
Addım 2:
 Cədvəl 3-ə müraciət et və dozanı uyğun şəkildə tənzimlə. Bu halda 24.8 ml/dəq 30 ml/dəq-dən 

Səhifə 120   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
aşağı düşür. Cədvəl 3-də kanamisinin verilən dozası 12-15 mq/kq. Təyin olunan doza (12)(53) = 636 mq 
və (15)(53) = 795 mq arasında olacaq. Bu iki rəqəm arasında dərman şüşəsindən rahat çəkilə bilən dozanı 
seçmək daha uyğun olacaq. Bu halda həftədə üç dəfə 750 mq məntiqli bir seçımdir. 
Addim 3:
 Kreatininin səviyyəsini periodik şəkildə yoxlayın (ağır böyrək çatmazlığı olan xəstədə çox vaxt 
hər həftə və ya daha tez) və hər hansı bir dəyişiklikdə dərmanları tənzimləyin.
Qeyd: Bu xəstə üçün əgər lazımdırsa, müalicə rejimininin hər dərmanı yoxlanıb, tənzimlənməlidir. 
Əgər bu qadın olsa, onda QFS = 24.8 x 0.85 = 21.1 ml/dəq-dir.
10  Tutmalar
MDR-Vərəm müalicəsinə ehtiyacı olan bəzi xəstələrin keçmiş və ya hal-hazırki tibb anamnezində tutma 
əlamətlərinin olması qeyd olunacaq. Birinci addım tutmaların nəzarət altında olub-olmaması və xəstənin tutmalara 
qarşı dərmanlardan istifadə edib-etməməsini müəyyən etməkdən ibarətdir. Əgər tutmalar nəzarət altında deyilsə, 
onda MDR-Vərəm terapiyasından əvvəl tutmalara qarşı dərmanların qəbulunu başlamaq və ya tənzimləmək lazım 
olacaq. Əlavə olaraq, əgər tutmaların olmasına dair digər səbəblər və ya onun əsasını təşkil edən vəziyyətlər varsa, 
bu hallar da aradan qaldırılmalıdır. 
Dərmanlarla yaxşı nəzarət oluna bilməyən aktiv tutmalı xəstələrə sikloserin və terizidon təyin olunmamalıdır. 
Lakin, başqa bir seçım olmayan hallarda sikloserin/terizidon verilə bilər və lazım olduqca tutmalar tutmalara qarşı 
dərmanlarla tənzimlənməlidir. Sikloserin/terizidon istifadəsi ilə bağlı risk və faydalar nəzərə alınmalıdır və onların 
istifadəsinə dair qərar xəstə ilə birgə verilməlidir.   
Əgər  MDR-Vərəm  müalicə  zamanı  tutmalar  birinci  dəfə  baş  verirsə,  çox  güman  ki,  onlar  vərəmə  qarşı 
dərmanlardan birinin qəbulu ilə bağlıdır.  Əlavə təsirlərlə əlaqədər xüsusi strategiyalar və protokollar barədə daha 
ətraflı məlumatı 11-ci Bölmədə ÜST-ın 
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair 
təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası-nda tapa bilərsiniz
Bir çox MDR-Vərəmli 
xəstələrdə xüsusi idarəçilik 
tələb edən yanaşı hallar 
ola bilər. Huançayo, Peru. 
Vərəmli xəstəyə venadaxili 
sistem köçürülür.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 121
11  Narkoman ya
Narkomaniya problemi olan xəstələrin müalicəsi böyük bir çətinlik kəsb edir. Narkotiklərdən müalicə təklif 
olunmalıdır. Xəstələri içki və ya narkotik qəbulundan çəkindirmək üçün onlara güclü dəstək olmaq lazımdır, 
lakin içkilərin və ya narkotiklərin istifadəsi müalicə üçün əks göstəriş deyil. Əgər müalicə xəstənin narkoman 
olduğuna görə, təkrarən dayandırılarsa, onda riayəti təmin etmək üçün narkomaniyaya qarşı uğurlu müalicə və ya 
tədbirlər müəyyən edilənə kimi, vərəm terapiyasını dayandırmaq lazımdır.   
Sikloserin və terizidon içkidən və ya narkotiklərdən asılı xəstədə yüksək dərəcədə əlavə təsirlərə və tutmalara 
səbəb olacaq. Lakin, əgər sikloserinin və ya terizidonun müalicə rejimində istifadəsi vacibdirsə, o təyin olunmalıdır 
və xəstədə müalicə müddətində baş verən əlavə təsirlər sıx şəkildə yoxlanmalı və əgər lazım olarsa müvafiq müalicə 
təyin edilməlidir
12  Ruh  xəstələr
MDR-Vərəm müalicəsinə başlamazdan əvvəl xəstəni psixiatriya üzrə treyninq keçən tibb işçisi tərəfindən 
müayinə etmək çox yaxşı olar.  İlkin qiymətləndirmə sənədlərində hər hansı bir əvvəldən olan psixiatrik hal qeyd 
olunur və əgər xəstədə müalicə zamanı yeni psixiatrik əlamətlər özünü biruzə verirsə, onda onları əvvəlki hal ilə 
müqaisə etmək olar. Müalicənin əvvəlində və ya müalicə zamanı hər hansı bir müəyyən edilmiş ruhi xəstəlik 
aradan tam qaldırılmalıdır. MDR-Vərəmli xəstələrdə əvvəlcədən depressiya və həyacanlıq yüksək dərəcədə qeyd 
olunur, bu çox vaxt xəstəliklə bağlı xroniki və ictimai-iqtisadi stress amilləri ilə əlaqəlidir.  Əgər psixiatriya üzrə 
treyninq keçən tibb işçisi yoxdursa, müalicə edən psixiatr xəstənin ilkin qiymətləndirilməsində ola bilən hər hansı 
bir psixiatrik halı sənədlərdə qeyd etməlidir. 
Psixiatrik halından və ya dərmanların qəbulu nəticəsində əlavə psixiatrik təsirdən əziyyət çəkən xəstəni idarə 
etmək üçün psixiatrik dərmanlarla, fərdi məsləhət verməklə və/və ya qrup terapiyası ilə müalicə etmək lazım ola 
Lissabonun Casal 
Ventosada venadaxili 
narkotikdən istifadə edən 
narkoman 
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 122   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
bilər. Qrup terapiyası MDR-Vərəmli xəstələr üçün dəstək mühitinin yaranmasında çox uğurlu olub, psixiatrik 
halları olan və ya olmayan xəstələrə kömək edə bilər (qrup terapiyası keçirilən yerdə infeksiya riskinin qarşısını 
almaq üçün müvafiq tədbirlər aparılmalıdır). 
Sikloserin  və  ya  terizidonun  ruhi  xəstədə  istifadəsi  tam  əks  göstəriş  deyil.  Sikloserin/terizidonun  əlavə 
təsirləri ruhi xəstədə daha çox rast oluna bilər, lakin onların faydaları çox vaxt əlavə təsirlərin yüksək potensial 
riskinə nisbətən üstünlük təşkil edirlər.  Əgər ruhi pozğunluğu olan xəstələrdə sikloserin və ya terizidon istifadə 
olunursa, onda onları vaxtaşırı yoxlamaq məsləhət görülür.   
MDR-Vərəmi  müalicə  edən  bütün  həkimlər  psixiatr  ilə  sıx  əlaqələr  əsasında  işləməlidirlər  və  psixiatrik 
problemlərin ortaya çıxdığı hallar üçün təşkil olunmuş sistemləri olmalıdır. Psixiatrik problemlərin ortaya çıxdığı 
hallara psixoz, özünü öldürmək (suiqəsd) fikirləri və xəstəni özünə və ya başqalarına qarşı təhlükəli olmasına 
dair hər hansı bir vəziyyət daxildir. Təhlükəli psixiatrik hallarla bağlı mexanizmlər (çox vaxt psixiatrik stasionar 
xəstəxanaya  qəbullar)  günün  24  saatı  açıq  olmalıdır.  Hospitalizasiya  tələb  edən  yaxma-müsbət  MDR-Vərəmli 
xəstə üçün xüsusi infeksiyaya nəzarət tədbirləri aparılmalıdır. 
13  MDR-Vərəm müal cəs n n uğursuzluqları
MDR-Vərəm müalicəsi nəticə verməsə, müalicə rejiminin və planının təkrar qiymətləndirilməsi və fəaliyyətin 
yeni planının qurulması lazımdır.  Əgər bakterioloji konversiya müşahidə olunmursa və ya kliniki ağırlaşma baş 
verirsə, müalicədə dəyişiklər ən erkən 4-6 ayda lazım ola bilər.  Çalışın həmişə aydın şəkildə uğursuz olan rejimə 
bir və ya iki dərmanın əlavə olmasının qarşısını alasınız
; əksinə çalışın rejimi dörd effektli dərmanlarla yenidən 
təyin edəsiniz (6-ci Bölməyə bax).  
13.1 Uğursuz MDR-Vərəm müal cəs nə şübhəl  xəstələr 
Davamlı aktiv xəstəliyin kliniki, radioqrafik və ya bakterioloji sübutları və ya müalicədən dörd ay sonra xəstəlik 
əlamətlərinin yenidən qayıtması müşahidə olunan xəstələr mümkün olan uğursuzluğu yoxlamaq üçün müayinə 
olunmalıdırlar. Əlavə olaraq, 4 – cü aydan əvvəl kəskin kliniki ağırlaşma olan xəstələr də qiymətləndirilməlidir.    
Sual:
Uğursuz MDR-Vərəm müalicəsinə şübhəli xəstələr üçün fəaliyyət hansı istiqamətdə aparılmalıdır?
a.  Xəstənin riayətinin təsdiqi üçün müalicə kartını gözdən keçirmək lazımdır

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin