Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

Ərəb qaynaqlarında Azərbaycan haqqında verilən məlumatlar xronoloji baxımdan VII 
əsrdən başlayır. Ərəb müəlliflərinin əsərlərini (Bəlazuri, İbn Xordadbeh, İbn Havgəl, Təbəri, 
Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) fərqləndirən başlıca cəhət onlarda Azərbaycan 
haqqında daha müfəssəl məlumatların əks olunmasıdır. Bu mənbələrdə Azərbaycanın şəhərləri, 
əhalisi, əhalinin dili, dini, etnik mənsubiyyəti, siyasi hadisələr və sairə haqqında çox geniş 
bilgilər verilir. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud mülahizələr əks 
olunmuş, Azərbaycanın tarixən qədim zamanlardan türklər ölkəsi olduğu göstərilmişdir.
Orta əsr yazılı qaynaqları (XI-XVIII əsrlər). Bu dövrün ərəb, fars və türkdilli 
qaynaqlarında Azərbaycan tarixinə aid qiymətli məlumatlar əks olunmuşdur. Ərəb 
müəlliflərindən İbn Əl-Əsir Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatlar qeydə 
almışdır. Həmdullah Qəzvini orta əsr Azərbaycan şəhərləri, dağları, çayları və təbii sərvətləri, 
əhalisinin etnik tərkibi, məşğuliyyəti barədə məlumat verir. Fəzlullah Rəşidəddin də əsərlərində, 
Hülakilər dövləti dövründə Azərbaycanın iqtisadi, siyasi, demoqrafiq məsələlərini 
işıqlandırmışdır. Sədrəddin Hüseyninin əsəri isə Səlcuq sülaləsinə, səlcuqların Azərbaycana 
yürüşləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. Əslən Bakıdan olan Rəşid Əl-
Bakuvinin əsərlərində Azərbaycanın coğrafi şəraiti və əhalisi haqqında qiymətli məlumatlar 
verilir.
Orta əsrlərdə yazıb yaratmış Cuveyni, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Ən-
Nəsəvi, Xondəmir (Qiyasəddin Hüseynli), Mir Yəhya Qəzvini, Şərəfxan Bitlisi, İskəndər Münşi, 
Hüseyn Bürhan, Mirzəbəy Həsən Hüseynli, Məhəmməd Tahir, Əylisli Zəkəriyyə, Mustafa 
Əfəndi, Övliya Çələbi və sair müəlliflərin yazdığı əsərlərdə də Azərbaycan tarixinin müxtəlif 
məsələlərinə dair fraqmentar məlumatlar verilmişdir.
Orta əsr yazılı mənbələrinin bir qismini avropalı müəlliflərin əsərləri təşkil edir. 
Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Yan Şardın, Kempfer, J.Lerx, 
Tomas Herbert, Jan Batist Tavernye, Rafael dü Man və başqalarının əsərlərində Azərbaycanın 
siyasi, iqtisadi və mədəni həyatına dair müxtəlif məlumatlar yer almışdır.


~ 7 ~ 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin