Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


§ 3. Azərbaycanın ərazisi, əhalisi və təbii və coğrafi şəraiti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

  
§ 3. Azərbaycanın ərazisi, əhalisi və təbii və coğrafi şəraiti  
  
Azərbaycan ölkəsinin tarixi əraziləri Cənubi Qafqazın şərq və cənubi-qərb hissəsini və 
indiki İran dövlətinin şimali-qərbini əhatə edir. Ümumi sahəsi 410 min km
2
, əhalisinin sayı 60 
milyondan artıq olan bu ölkənin şimal hüdudları Dərbəndə, cənub hüdudları isə Həmədana qədər 
uzanır. Şərqdə Xəzər dənizi və Qazvin şəhəri, qərbdə isə indiki Gürcüstan və Türkiyə ilə 
həmsərhəddir.
1813-1828-ci illərdə Çar Rusiyası ilə İran Qacarlar dövləti arasında baş vermiş 
müharibələr nəticəsində Araz çayından şimaldakı Azərbaycan torpaqları (130 min kv. km) 
Rusiya tərəfindən işğal edildi. İşğal nəticəsində təxminən 410 min kv. km olan ərazimiz iki 
hissəyə bölündü.
Hazırda bu tarixi ərazinin yalnız 86,6 min km
2
hissəsində müstəqil Azərbaycan 
Respublikası fəaliyyət göstərir ki, onun da əhalisinin sayı artıq 9,8 milyonu keçmişdir. Yerdə 
qalan Azərbaycan torpaqlarının böyük bir hissəsi - Cənubi Azərbaycan indiki İran İslam 
Respublikasının tərkibindədir ki, onun da ərazisi 280 min km
2
və əhalisi - 35 milyondan artıqdır. 
Bundan savayı 28 min km
2
Azərbaycan torpaqları indiki Ermənistan, 8 min km
2
- Gürcüstan və 
7 min km
2
-dən artıq ərazilərimiz Rusiya Federasiyasının Dağıstan Respublikasının tərkibində 
qalmaqdadır. İraqın şimalında Kərkük və Türkiyənin şərqində bir neçə vilayət də tarixən 
Azərbaycan türklərinin yaşadığı ərazilərdir. Araz çayı Azərbaycan ərazilərini iki hissəyə bölür.
Arazdan başqa şimaldan Kür, cənubdan isə Qızıl Üzən (farslar ona Səfidrud deyirlər) 
Azərbaycanın ən böyük çaylarıdır. Bundan əlavə, ölkədə 200-dən artıq çay vardır ki, onların 
hamısı başlanğıcını dağlardan götürür. Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşir. 
Onun sahəsi 5900 kvadrat kilometr, uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün 
sutoplayıcı hövzəsinin ümumi sahəsi 50 min kvadrat kilometrdir. Maksimal dərinliyi 15 metr 
olan bu gölün səviyyəsi yalnız yağmurlu payız və yaz aylarında qalxır. Yayda isə su səthinin 
intensiv buxarlanması nəticəsində gölün su səviyyəsi kəskin azalır. Son zamanlar İran dövlətinin 
bu bölgədə apardığı ekoloji siyasət Urmiya gölünü tam qurumaq təhlükəsi qarşısında 
qoymuşdur.
Azərbaycan relyefinə görə dağlıq ölkədir. Azərbaycanın ərazisinə daxil olan
Böyük Qafqaz dağlarının şərq qolu sonra cənub istiqamətində uzanır və Kiçik
Qafqaz dağ silsiləsini təşkil edir. Silsilə cənuba doğru uzanaraq indiki İran və İraqın sərhəddini 
təşkil edən Zaqros dağları ilə bitir. Azərbaycan ölkəsinin cənubqərb sərhədləri Zaqros 
dağlarından keçir. Azərbaycanda Şahdağ, Qarabağ yaylası,
Murovdağ, Talış, Qaradağ, Savalan, Səhənd və sair dağlar, Kür-Araz, Lənkəran, Ərdəbil, 
həmçinin Urmiya gölü hövzəsi dərinliyi, Sulduz, Miyanə, Zəncanrud vadiləri və sairə kimi 
böyük ovalıqlar vardır. Dağlar arasında yerləşən çay vadiləri yararlı torpaqlara malikdirlər və bu 
ərazilərdə hələ qədim zamanlardan əkinçilik və maldarlığın inkişafı üçün əlverişli şərait mövcud 
olmuşdur. Azərbaycanın dağlıq relyefə malik olması səbəbindən tarixən geniş miqyasda suvarma 
sisteminin yaradılması mümkün olmamış, ayrı-ayrı vadi və ovalıqlarda yerli əhəmiyyətə malik 
olan xırda suvarma şəbəkələri mövcud olmuşdur. Bu səbəbdən, Azərbaycan ərazisində yaranmış 
ilk qədim dövlətlərin siyasi təsir dairəsi ayrı-ayrı regionların sərhəddindən kənara çıxaraq bütün 
Azərbaycan ərazilərini əhatə edə bilməmişdir.
Müasir Azərbaycan iqlimi 4-5 min il öncəki iqlimdən fərqlidir. İndiki dövrdə Azərbaycana 
daha çox kontenental iqlim xasdırsa, ən qədim zamanlarda ölkəmizdə əsasən rütubətli, isti iqlim 
mövcud olmuşdur. Azərbaycan ərazisində qışı yumşaq keçən subtropik regionlarda hələ yanvar-
fevral aylarından torpaq göy otla örtülürdü ki, bu da hələ Mezolit dövründən erkən maldarlığın 
yaranmasına və inkişafına imkan vermişdir.


~ 5 ~ 
Tarixən Azərbaycan iqtisadiyyatının inkişafını dağ ilə aranın qarşılıqlı əlaqəsi, mal 
mübadiləsi təmin etmiş, dağlarda yerləşən otlaqlar, yaylaqlar köçəri və yarım köçəri maldarlığı 
əhalinin bir qisminin ənənəvi təsərrüfat formasına çevirmişdir.
Azərbaycanın zəngin flora (heyvanat) və fauna (bitki) aləmi vardır. Meşələri, xüsusilə dağ 
meşələri ov heyvanları ilə zəngin olmuşdur ki, bu da qədim insanların bu ərazilərdə erkən 
məskunlaşmasına şərait yaratmışdır. Meşələrdə bitən qarağac, dəmirağac, dağdağan və başqa 
nadir ağaclardan qədim zamanlardan başlayaraq qab-qacaq, nəqliyyat vasitələri, qoşqu 
ləvazimatı, bəzi silahların, tikinti materiallarının hazırlanmasında istifadə olunurdu.
Azərbaycan faydalı qazıntılarla zəngin ölkədir. Hələ qədim mixi yazı abidələrində ölkədə 
dəmir, mis, qurğuşun, sink, arsen, qiymətli metallardan qızıl, gümüş, minerallardan müxtəlif 
rəngli çaxmaq daşı, yəşəm daşı, mərmər, daş və duz yataqları və sairənin olması haqqında 
məlumatlar verilir. Azərbaycan ərazisində hasil edilən qızıl, gümüş, qurğuşun, müxtəlif mineral 
daşlar və rənglər (duz, ametist, arsen, civə, oxra) lacivərd, mərmər, tikinti daşları qonşu ölkələrə 
ixrac edilirdi. Zəngin təbii sərvətlərə məxsus Azərbaycan daim işğalçı qüvvələrin diqqətini 
çəkmişdir.
Beləliklə, Azərbaycanın təbii-coğrafi şəraiti - iqlimi, yer quruluşu, yeraltı və yerüstü təbii 
sərvətləri, yerləşdiyi coğrafi mövqeyi onun keçdiyi tarixi yola mühüm təsir etmiş və etməkdədir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin