Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


“Azərbaycan tarixi” fənninin metodları



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

“Azərbaycan tarixi” fənninin metodları. Azərbaycan dilindəki “metod” sözü yunan 
sözü “metodos”dan yaranmışdır və tərcümədə “tədqiqat yolu”, “tədqiqat üsulu” mənasını verir. 
Eyni məzmunlu metodların toplusu yanaşma adlanır. Metodlar yaranır, dəyişir, yəni daim 
inkişaf edir. Metodların öyrənilməsi və hazırlanmasına yönəlmiş elmi dərketmə fəaliyyətinin 
nəzəriyyəsi metodologiya adlanır. Tarixin metodologiyası tarixi biliklər və tarixi tədqiqat 
metodlarının xüsusiyyətinə uyğun olaraq formalaşmışdır. Əgər tarixi keçmiş haqqında biliklər 
zəruridirsə, onlar bütün nəsillər tərəfindən öyrənilməlidir. Müasir tarix elmində “tarixi metod” 
dedikdə tarixi reallığı öyrənən bütün metodlar nəzərdə tutulur. Ancaq tarixi tədqiqat zamanı 
əsasən dörd klassik metoddan – tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji və tarixi-sistemli 
metodlardan istifadə edilir.
Tarixi-genetik metod tarixi tədqiqatlarda ən geniş istifadə olunan metoddur. Bu metod 
tədqiq olunan obyektiv tarixi reallığın xüsusiyyətlərinin, funksiyalarının və dəyişikliklərinin 
tarixi dinamikada araşdırılmasını nəzərdə tutur. Elmi təfəkkürün ən geniş yayılmış tətbiqi 
metodlarından biri tarixi-müqayisəli metoddur. Bu metoddan demək olar ki, bütün tarixi 
tədqiqatlarda istifadə olunur. İctimai-tarixi inkişafın təkrarlanması və daxilən müəyyənləşmiş 
qanunauyğun proses olması tarixi-müqayisəli metodun əsasını təşkil edir. Tədqiq edilən tarixi 
obyekt haqqında bütün məlumatların toplanması və bu məlumatların sistemləşdirilməsi tarixi-
müqayisəli metodun tətbiqinə şərait yaradır. Tarixi-tipoloji metodun obyektiv əsasını ictimai-
tarixi inkişafda bir-biri ilə qarşılıqlı əlaqədə olan tək, xüsusi və ümumi cəhətlərin mövcudluğu 
təşkil edir. Çox zaman tədqiqatçılar bütün tarixi proses və hadisələrin daxili mahiyyətini 
şərtləndirən ümumi xüsusiyyətlərin aşkarlanmasına daha çox üstünlük verirlər. Tarixi-sistemli 
metod tədqiq edilən ob-yektiv tarixi reallığın nisbətən tam əhatə olunmasına, onun daxili 
fəaliyyət mexanizminin araşdırılmasına imkan verir və onun əsasını tarixi inkişafda vahid, 
xüsusi və ümuminin birliyi prinsipi təşkil edir.
“Azərbaycan tarixi” fənninin öyrənilməsi zamanı həmçinin, riyazi metodlardan, 
ekstrapolyasiya, ümumiləşdirmə və sair metodlardan da istifadə edilir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin