Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


Azərbaycan tarixinin öyrənilməsində yardımçı elmlərin rolu



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

Azərbaycan tarixinin öyrənilməsində yardımçı elmlərin rolu. Azərbaycan tarixinin 
öyrənilməsində bir sıra yardımçı elmlər böyük əhəmiyyət kəsb edir. Onlar aşağıdakılardır:
• Arxeologiya (yunanca “arxoyos” – qədim, “loqos” elm) qədim dövr haqqında elm 
deməkdir. Bəşər tarixi arxeoloji qazıntılar zamanı tapılan maddi mənbələr (bina qalıqları, qab-
qacaq qırıqları, əşyalar, insan və heyvan sümükləri və sairə) əsasında öyrənilir;
• Antropologiya (yunanca “artropos”- insan, “loqos” elm) insan haqqında elm deməkdir. 
Ən qədim insan skeletləri əsasında insanların fiziki quruluşunu, onların qadın və ya kişi 
olduğunu və yaxud hansı irqə, etnosa mənsub olduğunu öyrənir;  
• Etnoqrafiya (yunanca “etnos” – xalq, “qrafo”- yazmaq) müxtəlif xalqların həyatını və 
mənşəyini öyrənən elmdir;  
• Poleoqrafiya (yunanca “paleo” – qədim, “qrafo” yazıram) qədim yazıları
öyrənən elmdir;  
• Linqvistika (latınca “lingua”- dil deməkdir) qədim insanların dil proble- 
mini öyrənən elmdir;  
• Fizika və kimya elmləri. Fiziki aşınmalar və kimyəvi reaksiyalar vasitəsilə qədim dövrə 
aid tapıntıların yaşı təyin edilir;  
• Xronologiya (yunanca “xronos” – zaman, “loqos”- elm) zaman haqqında elmdir, tarixdə 
baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.  
Azərbaycan tarixinin xronologiyası və dövrlərə bölünməsi. Qeyd edildiyi kimi
xronologiya fənni tarixi hadisələrin vaxtını müəyyənləşdirir və onların ardıcıl izahını təmin edir.
Tarix elminin əsas prinsiplərindən biri xronoloji-ardıcıllıq prinsipidir. Yəni, tarix elmi 
hadisələrin baş verdiyi vaxtın mümkün qədər dəqiq və ardıcıllıqla verilməsini tələb edir. Əks 
halda tarix eklektik faktlar yığımına çevrilər, tarixi biliklərin əldə edilməsi çətinləşərdi.
Müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə tarixin hesablanması adətən müəyyən 
başlanğıc nöqtəsindən aparılmışdır. Bu cür başlanğıc nöqtəsinə “era” adı verilmişdir. Ən qədim 
zamanlardan onlarla “eralar” mövcud olmuş, lakin heç biri kütləvi olaraq insan cəmiyyəti 
tərəfindən qəbul edilməmişdir. Adətən era həqiqi və qeyri-həqiqi tarixi hadisə ilə bağlanılırdı. 
Məsələn, qədim yunanlar öz tarixlərini e.ə.776-cı ildən, yəni birinci Olimpiya oyunlarının 


~ 8 ~ 
başlanmasından, qədim romalılar isə e.ə.773-cü ildən, yəni Roma şəhərinin salınmasından 
hesablayırdılar.
Hal-hazırda dünya xalqlarının böyük əksəriyyətinin işlətdiyi təqvim üçün eranın başlanğıcı 
kimi tarixi şəxsiyyət olmayan və xristian dininin banisi İsa peyğəmbərin doğulduğu il 
götürülmüşdür.
Era xristian din xadimlərinin təbliği və rəsmiləşdirilməsi nəticəsində vaxtilə
Avropada işlədilmiş, sonra isə başqa ölkələrdə yayılmışdır. Eranın başlanğıcı İsusun (İsanın) 
təvəllüdü, yəni doğum günü kimi qeyd edilir. Həmin gün, həmçinin, “milad” (anadanolma) kimi 
də adlandırılır. Günəş ili hesabına əsaslanan Miladi təqvimə görə bir il 365 gün 6 saatdan 
ibarətdir.
Müasir dünyamızda tarixi hesablama eradan (miladdan), yəni başlanğıc nöqtəsindən 
müasir dövrə doğru hesablanır. Bu başlanğıc nöqtəsindən qabaq baş vermiş hadisələr “bizim 
eradan əvvəl” və yaxud “miladdan öncə” anlayışları ilə qeyd edilir. Ən qədim və qədim 
dövrlərin hadisələri xronoloji ardıcıllıqla eramızın başlanğıcına doğru hesablanır və başlanğıca 
yaxınlaşdıqca say kiçilir. Əksinə, bizim eranın başlanğıcından sonra baş verən hadisələr müasir 
dövrə yaxınlaşdıqca say böyüyür. Azərbaycan tarixinin hadisələri də bu xronologiya üzrə 
aparılır.
Müasir dövrdə Azərbaycanda Miladi təqvimdən istifadə edilir. Ancaq orta əsrlərdə uzun 
müddət bizim ölkəmizin tarixi də bəzi İslam ölkələrində indi də istifadə olunan Hicri təqvimə 
görə hesablanmışdır.
Hicri təqvimin başlanğıcı kimi Miladi təqvimin 622-ci ilində Məhəmməd Peyğəmbərin 
Məkkədən Mədinəyə köçməsi, yəni “hicrət etməsi” götürülür. Hicri təqvimdə Ay ili əsas 
götürülür ki, o da 354 gündən ibarətdir. Miladi təqvimdə baş verən hadisənin Hicri təqvimin 
neçənci ilində baş verməsini hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar: Hicri = 
Miladi–622+(Miladi – 622):33. Məsələn, Azərbaycan Respublikasının dövlət müstəqilliyi Miladi 
təqvimlə 1991-ci ildə bərpa edilmişdir. Hicri təqvimi ilə bu hadisə neçənci ildə baş vermişdir? 
1991 – 622 +(1991 – 622) :33=1411. Deməli, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
Hicri təqvimi ilə 1411-ci ildə bərpa edilmişdir.  
Bəzi hallarda Azərbaycan tarixinin qədim dövrlərə aid hadisələrinin xronoloji vaxtını, yəni 
hadisələrin illərini dəqiq vermək mümkün olmur. Çox hallarda bu illər təxmini göstərilir. 
Məsələn, qədim Azərbaycanda mövcud olmuş Kuti və Lullubi dövlətlərinin hakimiyyəti 
dövründəki yazılı məlumatların müqayisəsi, həmçinin Manna dövlətinin hökmdarı İranzunun, 
Uallinin hakimiyyəti illəri, Mannanın süqutu ilə təxmini müəyyənləşdirilmişdir. III-V əsrlərdə 
Albaniyanı idarə etmiş hökmdarların da hakimiyyət illəri bəzən mübahisə doğurur və bu dövrə 
aid hadisələrin də tarixi müxtəlif qaynaqların məlumatlarına uyğun olaraq dəqiqləşdirilmişdir.
Müasir dövrdə hər hansı ölkənin tarixinin dövrlərə bölünməsində sosial-iqtisadi 
formasiyalar, sivilizasiya, industrial, post-industrial cəmiyyətlər və s. yanaşmalar tətbiq edilir. 
Azərbaycan tarixinin dövrləşdirilməsində əsas meyar kimi sosial-iqtisadi münasibətlər və 
istehsal vasitələri götürülmüşdür. Digər təlimlərdən fərqli olaraq, bəşəriyyət tarixinin ictimai-
iqtisadi formasiyalara bölünməsi tarixi prosesin qanunauyğun inkişafına daha uyğun gəlir. 
İctimai-iqtisadi quruluşa daxil olan hadisələr də müxtəlif dövrlərə bölünür.
Dərslikdə Azərbaycan tarixi xronoloji ardıcıllıq prinsipi ilə əsrlər üzrə dövrləşdirilmiş, bu 
zaman bütün tarixi Azərbaycan ərazilərində gedən tarixi proseslər sistemli şəkildə, bir-biri ilə sıx 
əlaqədə baxılmışdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin