Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə6/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Maşınqayırma metal emalı kompleksi

Maşınqayırma dünya emal sənayesinin aparıcı sahələ­rindən biri olmaqla əsası 200 il əvvəl İngiltərədə baş verən sənaye inqilabından sonra qoyulmuşdur. O, elmi-texniki tərəq­qinin inkişaf səviyyəsini, ölkənin müdafiə qüdrətinin səviy­yəsini, habelə digər təsərrüfat sahələrinin inkişafını özündə əks etdirir

Müasir maşınları hazırlamaq üçün metal ilə yanaşı plastik kütlə, rezin, parça, boya, taxta və sair tələb olunur. Onlar yüzlərlə, minlərlə hissələrdən hazırlanır. Məsələn, avtomobil 30 min, təyyarə 120 min hissədən ibarətdir. Energetika, elektrotexnika, avtomobil, təyyarə, dəzgah və cihaz­qayırma istehsalı sahələri əmək və elm tutumlu sayılırlar. Bunun­la əlaqədar olaraq maşınqayırma müəssisələrinin yerləşdiril­məsində işçi qüvvəsi, ixtisaslı fəhlə və elmi-texniki kadrların mövcud­luğu da nəzərə alınır.

Müasir maşınqayırmanın ən yeni sahəsi aviaraket-kosmik sənayesi sayılır. Burada müasir raketlər, kosmosda uçan müxtəlif aparatlar, mühərriklər, müxtəlif növ cihazlar və sairə istehsal olunur. Bu sahə elektronika ilə birlikdə daha çox elmtutumlu, əməktutumlu növlər istehsalı kimi tanınır. Belə maşın­qayırma növləri istehsalı eləcə də daha çox kapital­tutumlu olmaları ilə də məşhurdurlar. Başlıca xüsusiy­yət­lərindən biri də onların hərbi sənaye kompleksləri ilə sıx bağlılığıdır. Kompleksin ABŞ-da "Makdonnel-Duqlas", "Lokxid Martin", "Boinq", "Nortron", "Yunaytet Texnolodjiz", Qərbi Avropada isə "Aerospasial", "Britiş Eyrspeys", "Daym­ler-Bents" kimi nəhəng konsern və korporasiyaları fəaliyyət göstərir. Onlar hər il 1000-dən çox hava gəmiləri, eləcə də 1000-nə qədər vertolyot buraxırlar.

Dünyanın 20-dən artıq ölkəsi, o cümlədən ABŞ, RF, Fransa illik vertolyot istehsalında liderlik edirlər. Son vaxtlar bu cərgəyə Braziliya, Argentina, Hindistan, Pakistan da qo­şulmuşlar.

Raket və müxtəlif kosmik aparatlar istehsalı coğrafi nöqteyi-nəzərdən hələ də kiçik areallara malik olmaqla ABŞ, Rusiya, Fransa və Böyük Britaniya dövlətləri üçün səciy­yəvidir. İldən-ilə aviaraket-kosmik maşınqayırma sənayesinin məhsulu artmaqdadır.



Dəzgahqayırmaya metal emalı üçün gərəkli sayılan müxtəlif növ dəzgahlar, dəmirçi-pres sexlərində istifadə olu­nan ləvazimatlar, eləcə də sənaye robotları aid edilir.

Gəmiqayırma maşınqayırmanın qədim tipik növlərindən biridir. Bu sahədə Koreya Respublikası, Yaponiya, Çin, Almaniya, Polşa, İtaliya, İspaniya, Tayvan, Danimarka, Nider­land, Böyük Britaniya seçilir.

Dünya maşınqayırmasında bütün nomenklaturaya malik olan Qərbin İEO-indən ABŞ-ı, AFR-i, Böyük Britaniyanı, ha­belə Yaponiyanı göstərə bilərik. Bu sahədə onların xüsusi çə­kiləri - 38% təşkil edir. İxracatda isə bu çəki - 50%-dən çox­dur.

Deyilənləri yekunlaşdırarkən dünyada 3 nəhəng maşın­qayırma regionunun ayrıldığının şahidi oluruq. Bunlar Şimali Amerika - ABŞ, Kanada, Meksika, Xarici Avropa, Şərqi və Cənubi-Şərqi Asiya regionlarıdır.


Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin