Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə5/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Əlvan metallurgiya, çuqun və polad əridilməsi kimi dünya sənayesinin qədim sahələrindən hesab edilir. O, əlvan metal filizləri­nin və ərintilərinin hasilatını, saflaşdırılmasını, eləcə də onların əridilməsini özündə birləşdirir. Əlvan metallar əsas və qeyri-əsas qruplara ayrılırlar. Bunlarda da ağır - mis, qalay, qurğuşun, sink, nikel; yüngül - alüminium, maqnezium, titan; qiymətli - qızıl, gümüş, platin; çətin əriyən - volfram, molibden; nadir - uran, germanium və sairləri mövcuddur.

Dünyada 70-dən artıq əlvan metal növü istehsal olunur.

Yüngül, yaxşı elektrikkeçirmə qabiliyyətinə malik olan və "qanadlı" metal adlanan alüminium filizləri dünyada ən çox yayılmış xammallara malikdir. Belə ki, alüminium əldə edil­məsi üçün boksitdən, alunitdən, nifelindən, sienitdən, kaolin­dən xammal kimi istifadə olunur. Son illərdə dünyada 40 mln tona qədər alüminium istehsal olunmaqdadır. Alüminium sənayesi ərazi cəhətdən biri-birindən ayrı düşmüş 3 istehsal mərhələsi ilə təmsil olunur. Birinci mərhələdə xammal-alüminium filizi, ikinci mərhələdə alüminium oksidi əldə edilir. Enerji tutumlu üçüncü mərhələ, yəni alüminium istehsalı ucuz elektrik enerjisi ilə zəngin olan yerlərə istiqamətlənir.

Müasir dünyada ABŞ - 3,7 mln t, RF - 3,2 mln t, Çin - 2,6 mln t, Kanada - 2,4 mln t, Avstraliya - 1,8 mlnt, CAR - 0,7 mln t alüminium istehsal edirlər.

Beynəlxalq valyuta metalı sayılan qızılın rolu ölçüyəgəl­məzdir. Müasir dövrdə dünyanın 100-dən çox ölkəsində qızıl hasil olunur. Bunlardan - CAR - 450 t, ABŞ - 350 t, Avstraliya - 310 t, Kanada - 170 t, Çin - 160 t, Rusiya - 130 t, Peru - 130 t, Azər­baycan Respublikası — 1,6 t illik qızıl hasilatına malikdir. Son illərdə Avstraliyada, Çində İndoneziyada qızılın illik hasilatı görünməmiş şəkildə artmaqdadır.


Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin