Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə7/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   2   3   4   5   6   7   8   9   10   ...   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Şimali Amerika regionu ümumdünya maşınqayırma məhsu­lunun 30%-dən artığını verməklə burada ABŞ liderlik edir.

Xarici Avropa regionu məhsul istehsalında heç də 1-ci regiondan geri qalmır. Əksinə, Şimali Amerika regionu ilə birinci - ikinci yerləri bölüşdürürlər. Burada AFR, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya tanınır.

Şərqi və Cənubi-Şərqi Asiya regionu ümumdünya maşınqayırma məhsulunun 1/5-ni verməklə Yaponiya burada üstün yer tutur. Ümumiyyətlə, Yaponiya maşınqayırma məh­sulları ixracatında dünyada liderlik edir. O, məhsulların - 2/3-ni ixrac edir.

Göstərilən regionlar sırasına MDB məkanına daxil olan döv­lət­ləri də əlavə etmək olar. Düzdür, hələlik burada elmtu­tumlu ma­şın­qayırma sahələri özünə o qədər də yer tapma­mışdır. Lakin Ru­siyanın bu sahədə dünya ixracatında xüsusi çəkisi - 1,0% təşkil edir.

Dünya avtomobil maşınqayırması yeni sahə hesab edilməklə XIX əsrin sonlarında meydana gəlmişdir. Onun dünya təsərrüfatının inkişafında rolu ölçüyəgəlməzdir.

Dünyada ABŞ-ın tanınmış "Ceneral Motors", "Ford Motor", Yaponiyanın "Toyota", "Nissan", "Xonda"; Alma­niyanın "Folks­vaqen", alman-amerikan "Daymler Kraysler"; İtaliyanın "FİAT"; Fransanın "Reno", "Pejo-Sitroen"; "Cənubi Ko­reyanın "Deu" avtomobil korporasiyaları fəaliyyət gös­tərirlər. ABŞ xarici ölkələrdəki müəssisələrinin verdiyi məh­sul da daxil olmaqla ildə 19,0 mln ədəd avtomobil buraxır. Öl­kədə 26 ştatın 150-dən artıq şəhə­rində avtomobil zavodları fəaliyyət göstərir. Miçiqan "avtomobil ştatı", habelə Detroyt "avtomobil paytaxtı" - fəaliyyətdədir.

Avtomobil dünya ticarətində aparıcı yer tutur. Onun ixra­cat kvotası - 40%-dən artıqdır. İxracatda Yaponiya - 4,6 mln ədəd, Almaniya - 3,5 mln ədəd və Fransa seçilirlər. Alma­ni­yada, Fransada, Koreya Respublikasında ayrı-ayrılıqda adam­başına - 50 avtomobil istehsal olunursa, bu Yaponiyada daha çoxdur.

Elektron sənayesini haqlı olaraq ETİ-nin pioneri hesab edirlər. Onun məhsul istehsalını dörd qrupa ayırmaq mümkündür: 1) infor­masiya işləmələri üçün gərək olan və­saitlər; 2) rabitə vasitələri; 3) məişət aparatları istehsalı; 4) elektron komponentləri istehsalı.

İnformasiyanın işlənməsində elektron vəsaitlərinə xüsusi kompyuterlərin və ya EHM-nin böyük rolu vardır. Bunlara mikro-EHM, mini -EHM, eləcə də super EHM-ri daxildir. Dünyada mövcud olan yüzlərlə kompyuter firmaları içərisində ABŞ-ın İBM firması dünyada qabaqcıl yer tutaraq istehsal olunan kompyuterlərin yarıdan çoxunu verir. ABŞ-da buraxıl­mış kompyuterlərin ümumi qiyməti - 100 mlrd dollardan artıqdır. Əsas EHM- ı verən Yaponiya bu sahədə dünyada ABŞ-dan sonra 2-ci yeri tutaraq ildə - 60 mlrd dollarlıq məhsul istehsal edə bilir.




Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin