Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə10/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   ...   7   8   9   10   11   12   13   14   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Kimya, neft-kimya kompleksi

Kimya sənayesi hər bir ölkənin iqtisadiyyatının müasirləşdirilməsini, ETT-nin nailiyyətlə­rindən istifadəetmə səviyyəsinin dərəcəsini göstərən etibarlı indikatordur. Onun məhsullarından - plastik kütlə­lərdən, şüşədən maşınqayırma; gübrələrdən, kimyəvi zəhərləyici mad­dələrdən kənd təsər­rüfatı; motor yanacağından, sürtkü yağla­rından, sintetik ya­nacaqdan, nəqliyyat, habelə tikinti sənayesi isti­fadə edir.

Təsərrüfatı xammallarla, digər materiallarla təchiz edən, başqa istehsalların tullantılarını emal edən kimya sənayesinin özü elektrik enerjisinə, ayrı-ayrı növ avadanlıqlara, nəqliyyata möhtacdır. Energetika və maşınqayırma kimi, o da xalq təsər­rüfatının demək olar ki, bütün sahələri ilə bilavasitə əlaqədə olub, onların inkişafına və daha düzgün yerləş­diril­məsinə güclü təsir göstərir. Onun bir sıra xüsusiyyətləri vardır. Belə ki, o, bir çox keyfiyyətlərə görə natural məhsullardan keyfiyyətli olan yeni növ məhsullar yaradır. Belə məhsulların ayrı-ayrı sahələrə tətbiqi insanların əməyinə, eləcə də kənd təsərrüfatı xammallarına qənaət etmiş olur. Natural ipəyə nisbətən kapron istehsalına insanların əmək məsrəfləri xeyli miqdarda azalır. Digər tərəfdən, kimya sənayesinin kombinələşmə baxımından böyük imkanları mövcuddur. Daha doğrusu, kömür, neft, qaz, şist, torf və başqa yanacaq növ­lə­rindən həm elektrik enerji, həm də çox qiymətli kimyəvi məhsullar sayılan benzin, parafin əldə etmək məqsədi ilə istifadə olunması enerji-kimya kombinatlarının yaradılmasına imkan yaradır. Kimyanı başqa təsərrüfat sahələri ilə kom­binələşdirdikdə koks-kimya, neft-kimya, meşə-kimya, şist-kimya kimi istehsal sahələri yaranır. Deyilənlərlə yanaşı kimya sənayesinin çox böyük xammal və yanacaq bazaları möv­cuddur. Belə ki, kimya müxtəlif mineral sərvətlərdən, odun­caq­dan, sudan, havadan, çox böyük istehsal tullan­tılarından geniş surətdə istifadə edir. Lakin kimya sənayesi üçün neftin emalından alınan yeni-yeni məhsullar, koks­laş­dırılmış kömür əsas və başlıca xammal sayılır.

Müasir kimyanın 200-dən artıq strukrunda 1,0 milyondan çox sayda assortiment alınır.

Kimya sənayesində müxtəlif xammallardan istifadə edilməsi, kombinələşdirmə imkanlarının hədsiz ölçüdə olması kimya müəs­sisələrini hər yerdə yaratmağa imkan verir. Lakin kimya istehsal­ları çox elektrik enerjisi və su işlətdiyindən, başlıcası isə ərazinin sani­tariya-gigiyena şəraitinə hədsiz mənfi təsir göstər­diyindən müəssisə­lərin hər yerdə tikilməsi məq­sədəuyğun sayılmır.

Kimya sənayesi mineral xammal hasil edən mədən kim­ya­­sından; duzların, turşuların, mineral gübrələrin əldə edil­məsinə yar­dımçı olan əsas kimyadan; karbohidrogen xammal­larını, yarımfab­rikatlar istehsalını zəruriləşdirən üzvi sintez kimyasından; plastik küt­lələr, kauçuk, müxtəlif liflərin əldə edilməsinə kömək edən poli­merlər kimyasından; avto­mobil şinləri, polietilen plyonkalarının ha­zır­lanmasını yaradan poli­mer materiallarının emalı kimyasından, habelə parfyumeriya, kosmetika, farmasebtika məhsulları verən zərif kimyadan ibarətdir.

Əsas kimyanın ən aparıcı məhsulları mineral gübrələr və müxtəlif turşular istehsalıdır. Kükürd turşusunu daşımaq çətin olduğundan onun müəssisələri istehlak rayonlarında yerləş­dirilir. Kükürd turşusunu bəzən metallurgiya kombi­natlarında da əldə edirlər. Burada xammal əlvan metalların əridilməsi zamanı ayrılan kükürdlü qazlar sayılır.

Kükürd turşusu istehsalı XX əsrin son illərində 120 mln tonu keçmişdir. Bu sahədə ABŞ, Kanada, Meksika, Yaponiya, Fransa, Polşa, Türkmənistan, AFR, İspaniya, RF, Ukrayna, Çin, Braziliya tanınırlar.




Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin