Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə14/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   ...   7   8   9   10   11   12   13   14   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Tikinti materialları istehsalı sənayesi

Dünya təsərrüfatının aparıcı sahələrindən biri də tikinti mate­rial­ları sahəsidir. Dünyanın ayrı-ayrı regionlarında, iri və nəhəng sement, kərpic, gips, şüşə və sair verə bilən müəssisələr yaradılmışdır ki, onlar da müxtə­lif növ xammalların olmasına əsas­lanırlar. Onların məhsulları əsasında iri evtikmə kombinatları, yığma iri dəmir-beton, beton konstruksiyaları, divar blokları, tikinti materialları hissələri, şifer, tikinti izolyasiya materialları və s. istehsal olunmaqdadır.

Deyilənlərlə yanaşı elmi-texniki tərəqqinin müasir in­kişa­fından yeni-yeni tikinti materialları növləri istehsal olun­maqdadır.

Tikinti materialları sahəsində hər növ özünəməxsus xüsusi çəkiyə malik olsalar da sement istehsalı sahəsi aparıcı sayılır. Müasir dövrdə RF-də 50 mln t-a, Azərbaycan Respub­lika­sın­da — 1,3 mln tondan çox sement istehsal olunur. Yerli mənbələr hesabına Azərbaycan Respublikasında sementə olan illik tələbatın 44%-ə qədəri ödənilir. Dünya ölkələri üzrə Çin, ABŞ, Fransa, Yaponi­­ya, Avstraliya, Kanada və digər ölkələr bu sahədə fərqlənirlər.

Tikinti materialları istehsalı sahəsində dəmir-beton konstruksi­yaları, divar materialları buraxılması əsas rol oy­nayır. İri şəhərlər belə məhsulların bir çox saylı zavod və müəs­sisələri ilə tanınırlar. Bu istehlakın gündən-günə artması ilə bağlıdır.

Yüksək mexanikləşdirilmiş istehsal sahəsindən digəri tikinti şüşələri verə bilən müəssisələrin mövcudluğudur. RF-də, Dağıstanda (Dağıstan ulduzları zavodu), Vladimirdə (Qus-Xristalnı), Ukrayna­da, Konstantinovkada, Lvovda, Lisi­çanskidə, Mərkəzi Astyada Çirçikdə, Aşxabadda, Azər­baycan Respublikasında, Sumqayıtda və s. bölgə­lər­də belə müəs­sisə­lər istehlakın mövcudluğuna, xammalın varlığına əsaslanırlar.

Dünyada kərpic, şifer və digər növ dam örtükləri, tol, asbest buraxılışı sahəsi tikintinin müstəqil bir sahəsi kimi hələ qədimdən tanınmaqdadır. Asbest ehtiyatına görə MDB ölkələri dünyada 1-ci sayılsalar da istehsalında Kanadanın tayı-bərabəri yoxdur.

Qeyd etmək yerinə düşərdi ki, əsas tikinti materiallarına se­ment, tikinti və divar daşı, şifer, mərmər, qranit, qum, gil, aspest, keramik dam örtüklər, şüşə, müxtəlif boru məmulatları, dəmir-beton konstruk­si­yaları, beton və s. hesab olunsalar da meşə material­larından tikintidə gərəkli sayılan yardımçı tikinti material­ları kimi geniş istifadə olunmaqdadır.




Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin