Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə4/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   2   3   4   5   6   7   8   9   ...   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Qara metallurgiya dünya sənayesinin qədim və aparıcı sahələrindən biri olub filiz və qeyri-filiz xammallarının hasi­latından, onların saflaşdırılmasından, çuqun, polad, prokat, ferro­ərintilər, habelə bir sıra digər son məhsullar əldə edil­məsindən ibarətdir.

Müasir metallurgiya üçün xarakterik olan cəhət metalın əsas hissəsinin metallurgiya kombinatlarında istehsal olun­masıdır. Kombinat dedikdə, müxtəlif sənaye sahələrinə aid, texnoloji proses cəhətdən biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan bir neçə istehsalın bir müəssisədə birləşdirilməsi başa düşülür. Yüksək keyfiyyətli polad əldə etmək üçün legirləyici (metalların key­fiyyətini yaxşılaşdıran) metalların — xromun, nikelin, titanın, vanadiumun, volframın dəmirlə ərintisi şəklində olan ferroərintilər tətbiq olunur. Bunların əridilməsi isə çoxlu miqdarda elektrik enerjisi tələb edir. Metal istehsalının ən yeni üsulu - domnasız metal əldə etmək üsuludur. Deyilənlərlə yanaşı qara metallurgiyada istehsalın təmər­küzləşməsi arası kəsilmədən artır. Belə ki, hazırda iri bir domna xeyli sayda olan xırda müəssisələrin verdiyi məhsuldan artıq çuqun verir.

Metallurgiya bir qrup istehsalların, o cümlədən koks-kimya və maşınqayırma istehsallarının inkişafı üçün baza rolunu oynayır.

Metallurgiya müəssisələri bütün məhsul növlərini verə bilən tam dövriyyəli - silsiləli və ya bir neçə məhsul isteh­saletmə qüvvəsinə malik olan natamam-yarım dövriyyəli növ­lərə ayrılırlar.

Qara metallurgiyanın əsas xammalı sayılan dəmir filizi ehtiyatı dünyada 800 mlrd ton olmaqla Rusiyada, Braziliyada, Avstra­liyada, Kanadada, Hindistanda, Çində, CAR-da, ABŞ-da, Liberiyada, Venesuelada, İsveçdə zəngin ehtiyata malik olan yataqlar aşkarlanmışdır. İldə dünyada 1,06 mlrd tondan çox dəmir filizi hasilatında Çin, Braziliya, Avstraliya, Rusiya, Ukrayna, ABŞ, Hindistan, Kanada, CAR və s. ölkələr seçi­lirlər. Son illər Avstraliya, CAR, Braziliya və Liberiyanın zəngin filizlərindən geniş istifadə olunması ABŞ və Qərbi Avropada bir sıra hasilat rayonlarının tənəzzülünə səbəb olmuşdur.

Dəmir filizinin başlıca ixracatçıları Braziliya, Avstraliya, Hindistan, RF, Ukrayna sayılırsa, əsas idxalatçılar Yaponiya, ABŞ və Avropa ölkələridir.

Polad istehsalında Xarici Asiya regionu ölkələri aparıcı yer tuturlar. Burada Çin dünyada liderlik edərək ildə 330 mln ton polad istehsal edir. Çində Xalq Respublikası elan olunan - 1949-cu ildə qara metallurgiyadan əsər-əlamət belə yox idi. Hal-hazırda Yap­oniya - 111 mln ton, Koreya Respublikası - 50 mln tondan çox, Hin­distan 40 mln tondan artıq illik polad məhsulu istehsalı ilə fərqlənirlər.

Lüksenburq hər mərkəzə düşən polad istehsalında liderlik edir.

Regionlar arasında polad istehsalında Xarici Avropanın AFR, İtaliya, Fransa, Böyük Britaniya dövlətləri də tanınırlar.

Əlbəttə, qara metallurgiya məhsulları istehsalında MDB ölkələrinin adlarını çəkməmək olmaz. Burada RF, Ukrayna, Qazaxıstan fərqlənir.

Regionların illik polad istehsalında xüsusi çəkiləri - Xarici Asiya - 42,4%, Xarici Avropa - 22,9%, Şimali Amerika - 14,1%, MDB - 11,8%, Latın Amerikası ölkələri - 6,5%, Afrika - 1,0%, Avstraliya və Okeaniya - 0,9% təşkil edir.

Dünya bazarına hər il 250-300 mln tondan çox qara metal prokatı daxil olur. Başlıca məhsul ixrac edən ölkələrdən Yapo­ni­yanı, Almaniyanı, Fransanı, İtaliyanı, Koreya Respubli­kasını, Bö­yük Britaniyanı, Benilüks ölkələrini, idxalatda isə ABŞ-ı, Çini gös­tərə bilərik. Qeyd etmək lazımdır ki, Yaponiya qara metal məh­sulları ixracatında dünyada qabaqcıl yer tutaraq ildə 35,0 mln xüsusi çəkiyə malikdir. Göstərmək yerinə düşərdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişində istifadə olunan borular Yaponiya qara metallurgiya müəssisələrinin məhsul­larındandır.




Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin