Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə166/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   162   163   164   165   166   167   168   169   ...   174
Nizamidə  azərbaycançılıq

Nizami  fars  dilində  yazmış  olsa  da  təfəkkür milli  Azərbaycan 

ruhundan  gəlir.  Bel sözü  isə  fars  dilində də  elə  «bil»  şəklində 

işlədilir.1  Buradan  da  belə  məlum  olur  ki,  fars  dilinə  bu  söz 

Azərbaycan dilindən keçmişdir.

Tutuq. 

Tutuq 

sözü  Nizamidə  pərdə 

mənasında 

işlədilmişdir:

Ta tərəməş dər totoq-e nur bud 

Xar ze qol  ney ze şəkər dur bud 

Onun lütfü işığın tutuğunda (pərdəsində)

Olarkən tikan güldən,  qamış şəkərdən məhrum idi.

(Rəsulzadə, 225,7)

Fars dilində  də örtük mənasında çiriş,  rutəxti2 və pərdə3 

sözləri  olsa  da  Nizami  bunların  heç  birini  mətnə  daxil 

etməmişdir. 

Mətndə 

məna 


Nizaminin 

ana 


dilindəki 

düşüncəsinə  uyğun  gəlməsi  üçün  şair  qədim  Orxon-Ycnisey 

abidələrində  işlədilmiş  və  maneə,  əngəl,  ilişik  mənasında 

işlənmiş  tıdığ  sözünü  yenidən  dirildib  tutuq  şəklində  onu 

həyata  qaytarır.  Mətndən  də  aydın  olur  ki,  tikana,  gülə, 

qamışa düşən  işığın qarşısını  pərdə  ilə və ya başqa bir örtüklə 

kəsmək,  maneə  yaratmaq  mümkün  deyildir.  O  işığın  qarşısını 

da bulud ala bilər,  ya da gecənin qaranlığı.  Buradan aydın  olur 

ki,  Nizami  sözləri  necə  gəldi,  məna  oxşarlığına  əsasən 

işlətmir.  O  seçir,  axtarır,  ən  dəqiq  və  aydın  sözlər  axtarıb 

mətnə  daxil  edir.  Fars  dilində  belə  söz  yoxdursa,  Nizami  öz 

ana  dilinin  qədimlərdən  bəri  formalaşdırdığı  və  hansıa 

mənbədə  qalmış  milli  sözlərindən  istifadəyə  meyl  göstərir. 

Bununla,  bəlkə  də  Nizami,  Azərbaycan  dilində  lazım  olan 

ifadələri  çatdırmaq  üçün  müvafiq  söz  tapmaq  çətindir, 

deyənlərə  cavab  verir  ki,  belə  sözlər  var,  sadəcə,  zəhmət 

çəkib axtarmaq lazımdır.

1

  Русско -персидский словарь.  M., «Русский язык»,  1975, с. 303.



2

 Русско -персидский словарь, с. 488.

3

 Русско -персидский словарь, с. 221.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin