Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə167/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   163   164   165   166   167   168   169   170   ...   174
Mübariz  Yusifov

Tutuq  (totoğ)  sözünün  Səfəvilər  dövrü  fars  dilində 

çadır,  çadra,  örtük, gizlilik,  göy (səma) mənalarında işlədildiyi 

də  qeydə  alınmışdır  (Zərinəzadə,  209).  Görünür,  Nizami 

dövründə  bu  söz  onun  poemalarına  daxil  olduqdan  sonra  fars 

dilində ümumişlək leksik vahidlər sırasına daxil olmuşdur.

Tutmac.  Tutmac  sözü  yemək  adıdır.  Nizamidə  bu  söz 

belə işlədilmişdir:

Ari anra ke dər şekəm dohal əst 

Bərge totmac ben ze bərg-e qol əst.

Aclıqdan qamı təbil kimi guruldayana 

Gül yarpağmdansa tutmac yaxşıdır.

(Rəsulzadə, 225,  8).

Tutmac  sözü  qədim  türk  xalqlannda  undan  hazırlanan 

bir  yeməyin  adıdır.  Nizaminin  vətəni  Gəncədə  indi  də 

məişətdə  həmin  yeməkdən  hazırlanır.  Tutmac  əsas  etibarı  ilə 

soyuq aylarda mədə-bağırsağı  yumşaltmaq üçün hazırlanan və 

yeyilən  süfrə  nemətidir.  Tutmac  yemək  adı  Mahmud 

Kaşqarinin  Divanında da qeydə alınmışdır.  (DTS,  592, МК I, 

452).

İylaq-süvari.  İylaq  sözü  Azərbaycan  dilindəki  yaylaq 

sözünün  fars  dilindəki  variantıdır.  Süvari  isə  atlı  döyüşçü 

mənasındadır.  İylaq  sözü  yaylaq  mənasında,  süvari  isə  atlı 

mənasında Nizamidə aşağıdakı kimi işlədilmişdir:

Borun şod əz iylaqiyan sərkeşi 

Səvari şetabənde çun atəşi 

Yaylaqlardan (dağlardan) bir süvari 

Od kimi meydana atıldı

(Rəsulzadə,  225,  14)

Yaylaq  sözü  həm  bu  variantda,  həm  də yaylıq  şəklində 

qədim  mənbələrdə yay  istırahətgahı  mənasında  işlədilmişdir: 

«Yaşıl  qaya  yaylağım»  (Yaşıl  qayalıqlı  (yer)  yaylağımdır); 

«Ol  qoym  yaylaqda  yazlattı»  (O  qoyunu  yayda  yaylaqda




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin