Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə164/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   160   161   162   163   164   165   166   167   ...   174
Nizamidə  azərbaycançılıq

Ekdeş.  Bus  öz  Nizamidə  iki  maddənin  qatışığı  kimi 

mənalandırılır:

Gerami ekdeşəst in nəqş-e dəmsaz 

Pedər hindu-vo-madər tork-e tənnaz.

Atası hindu, anası nazlı türk olan 

Bu xoşagəlimli nəqş çox ekdeş bir şeydir.

(Rəsulzadə, 224,  3).

Ekdeş  sözü  qədim  mənbələrdə  «ögdəş»  şəklində  qeyd 

edilmiş,  mənası  «anabir  qardaşlar»  kimi  göstərilmişdir: 

«Qandaş quma urur, ögdəş özü tartar (Atabir qardaşlar didişər, 

anabir qardaşlar birləşər) (DTS,  379).



Ekdeş  sözünü  Həsən  Zərinəzadə  də  qeydə  almışdır. 

Həsən Zərinəzadə bu sözün  həm iki  irqdən olan (irqdaş), həm 

də 

ögey 


qardaşlar 

mənasında 

işləndiyini 

göstərir. 

(Zərinəzadə,  143).

Bu  söz  hazırda  Azərbaycan  dilində  işlənmir.  Onun 

əvəzinə  ögey sözü  işləkdir.  Ancaq Nizami  dövründə  ona tanış 

olmuş bu söz tarixi  leksikologiya baxımından maraqlıdır.



Beyrəq.  Beyrək  sözü  Nizamidə  bayraq  mənasında 

işlənmişdir.

Pərvin ze hərir-e zərd-o əzrəq 

Bər səncəq-c zər keşide  beyrəq.

Pərvin ulduzu san ipəkdən olan bayrağı 

Qızıl  bir sancağa çəkmişdir.

(Rəsulzadə,  224, 4).

Bu  beytdəki  sərıcəq  (sancaq)  sözü  «Kitabi-Dədə 

Qorqud»da iki  mənada işlənir:

1) bayraq;  2) vilayət,  el.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin