Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə165/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   161   162   163   164   165   166   167   168   ...   174
Mübariz  Yusifov

Bayraq  mənasında:  «Qazan bəyin  qardaşı  kafərin tuğilə 

sancağı  qılıcdadı, yerə  saldı.  (KDQİL,  151)*.



Vilayət,  el  mənasında:  «Yügirmi  dörd  çancaq  bəyi 

gəlsin,  dedi.  (KDQİL,  151).

Həsən  Zərinəzadə  sancaq  sözünün  fars  dində  bir  neçə 

mənada  işlədildiyini  göstərir:  1)  bayraq;  2)  vilayətin  bir 

hissəsi,  mahal;  3)  qolun  hissəsi;  4)  sancaq  (alət)  (Zərinəzadə, 

319).  Görünür,  sancaq  sözü  daha  qədimdən fars  dilinə  keçmiş 

və sonradan əlavə mənalarla birlikdə işlədilməyə başlamışdır.

Bayraq  sözünün isə  fars  dilindəki  adekvatları  bunlardar: 

1) beyrəq; 2) ələm;  3) pərçim.1

Nəzərə  aldıqda  ki,  ələm  sözü  ərəb,  bayraq  və pərçim 

(sancmaq) sözləri isə Azərbaycan dilinə məxsusdur, belə fikrə 

gəlmək  olur  ki,  farslar  elə  fars  dilində  olmayan  sözləri  başqa 

dillərdən  almağa  məcbur  olmuşlar.  Nizami  isə  Azərbaycanlı 

olduğu  üçün  bir  beyt  daxilində  həm  bayraq,  həm  də  sancaq 

sözlərini  işlətmiş,  ərəb  mənşəli  ələm  sözünü  işlətməyə 

ehtiyac duymamışdır.

Bilək,  bel.  Bilək  sözü  Azərbaycan  dilində  işləkdir. 

Nizaminin  dilində  də  əlin  dirsəkdən  aşağıya  qədər  olan 

hissəsi  mənasında işlənmişdir:  Bel sözü də işlək sözlərdəndir:

Həman bilzən  mərd-e alət-şcnas 

Könəd biləkəş-ra be bili  qiyas 

(Rəsulzadə,  224)

Bel vuran usta 

Biləyini bel zənn  edər



Bilək  sözü  fars  dilində  «(pənce)  dəst»  şəklindədir.1

 2 


Nizami  mətnə  uyğun  olaraq  Azərbaycan  dilində  mənanı  daha 

doğru və  dürüst  ifadə  edən bilək  sözünü  işlətmişdir.  Görünür,

*  Kitabi-Dədə Qorqudun izahlı lüğəti. Bakı, «Elm», 

1999


1

 Русско-персидский словарь. M., «Русский язык», 

1975

  c  228  748



2

 Русско-персидский словарь, с. 265.

160


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin