Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə163/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   159   160   161   162   163   164   165   166   ...   174
Mübariz  Yusifov

wm

dilin  işlək  fondundan  çıxmışdır.  Buna  görə  də  Nizaminin 

dilində  işlədilmiş  Azərbaycan  sözlərinin  tədqiqi  bir  tərəfdən 

onun 


«Xəmsə»sində 

milliliyin 

və 

Azərbaycançılıq 



ideyalarının 

canlandınlmasmm 

təhlili 

baxımından 

maraqlıdırsa,  digər  tərəfdən,  türk  dillərinin,  eləcə  də 

Azərbaycan  dilinin  tarixi  leksikologiyasma  aid  tədqiqatların 

dərinləşdirilməsi  baxımından  etibarlı  bir  mənbə  kimi 

əhəmiyyətlidir.  Nizaminin  dilində  işlənmiş  aşağıdakı  kimi 

sözlər bu gün də Azərbaycan dilində işlənməkdədir:

Alaçuq.  Alaçuq  (alaçıq)  sözü  öz  mənasını  Azərbaycan 

dilində  indi  də  itirməmişdir.  Bu  söz,  eyni  zamanda, 

dilimizdəki  «dəyə»  sözünün  bir  variantı  kimi  işlənir.  Alaçıq 

əvvəllər keçə  örtüklə  örtülürdü.  Güman ki,  alaçıq  rəngbərəng 

(göy  və  ya  qara)  rəngli  keçələrlə  örtüldüyü  üçün  ona  alaçıq 

adı  verilmişdir.  Dəyə  hazırlanmasında  isə  daha  çox  çadırdan 

istifadə  edilir.  Ancaq  istisna  deyildir  ki,  dəyə  örtüyündə 

keçədən də istifadə olunmasın.

Nizamidə alaçıq sözü belə işlənir:

Çe konəd be pa-ye pilan alaçuq-e torkmani?

Fil ayağı qarşısında türkmən alaçığı  necə dayana bilər?.

(Rəsulzadə, 224,*  1.)



Alaçıq  sözü  xeymə,  çadır,  alaçıq,  dəyə  mənasında 

Mahmud  Kaşqaridə  və  başqa  qədim  türk  mənbələrində  də 

qeydə  alınmışdır:  «Braman  körkin  belgürtip  qariçantri 

t(eginniq)  alaçu  tuşusunta  yoriyur  erkən».  (Tanrı  İndira) 

brəhmən  görkəmində  şahzadə  hariçandranın  alaçığının 

qarşısından keçdi.) (DTS,  33)**.

Alaçıq  (aləçuq)  sözü  Həsən  Zərinəzadənin  «Fars 

dilində Azərbaycan sözləri» kitabında da qeydə alınmışdır.*

 1

*  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi  Nizami.  Bakı.  Azərbaycan  Dövlət 



Nəşriyyatı,  1991.

'  Древнетюркский словарь, Ленинград, «Наука»,  1969

Вах: Həsən Zərinəzadə. Fars dilində Azərbaycan sözləri.  Bakı, Azərb.  SSR EA nəşr.. 



1962, s.  147 (Bundan sonra: Zərinzadə).


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin