Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə171/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   166   167   168   169   170   171   172   173   174
Mübariz  Yusifov

4. Nizamini  iranlı  hesab  edənlər onda yanılırlar ki,  onun 

əsərlərində  iranlılığa  aid  olan  elə  bir  ciddi  rəğbət  görünmür. 

Firdovsi  ilə  müqayisədə  onu  demək  olar  ki,  Firdovsinin  türk 

etnosuna  münasibəti  nədirsə,  Nizaminin 

də  iranlılığa 

münasibəti 

və 


rəğbəti 

qədərdir. 



Başqa 

xalqların 

nümayəndələrinin  Nizamini  özününküləşdirmək  cəhdinə 

gəlincə  onu  demək  lazımdır  ki,  onlar  Nizamini  düzgün  başa 

düşmək  üçün 

onun 


əsərlərinin 

məzmununa 

diqqətlə 

yanaşmalıdırlar.  Nizaminin  öz  əsərləri  onun  şəxsiyyəti, 

vətəni,  milliyyəti,  ailəsi  haqqında  bütün  məlumatları  tam əks 

etdirdiyi  halda  Nizami  barədə  nə  cür  gəldi  fikir  söyləyən 

tədqiqatçıların  doğruya  bənzəməyən  yalanlarına  istinad 

etməyə yol verilməməlidir.

5.  Nizaminin  «Leyli  və  Məcnun»  əsərindəki  «Kitabın 

yazılma  səbəbi»  hissəsindən  görünür  ki,  onun  Azərbaycan 

dilində  böyük  divanı  var  imiş.  Şair,  bəlkə  də  «Leyli  və 

Məcnun»unu  elə  Azərbaycan  dilində  yazmaq  istəyirmiş. 

Lakin  tələb  başqa  cür  olmuşdur.  Nizami  tədqiqatçılarının  ən 

əsas vəzifələrindən biri,  əvvəla,  onun Azərbaycanca divanını 

müəyyənləşdirməkdən 

ibarətdir. 

İkincisi, 

Nizamidə 

Azərbaycan  sözlərinin,  Azərbaycan  atalar  sözlərinin,  zərbi- 

məsəllərinin,  hikmətli  sözlərin  araşdırılması  həlli  vacib  bir 

məsələ  kimi  qarşıda  durur.  Üçüncüsü,  Nizaminin  əsərlərində 

Azərbaycan nağıl-dastanlarının,  əfsanələrinin və  digər folklor 

növlərinin  qaynaqları  araşdırılmalıdır.  Nəhayət,  Nizaminin 

əsərlərinin 

tərcüməsi 

məsələsinə 

gəlincə, 

tərcümənin 

orijinala yaxınlığı  dəqiqləşdirilməlidir.  Nizami  doğma  vətəni 

Azərbaycana  öz  ölməz  əsərləri  ilə  adı  tarixlərin  yaddaşında 

yaşayan  əzəmətli bir abidə qoymuşdur.

Vətən  övladları  bu  borcun  müqabilində  Nizami  irsinin, 

həmçinin,  Nizami  həqiqətlərinin  tədqiqi  və  təbliğini  Nizami­

yə layiq şəkildə yerinə yetirmək üçün maddi,  mənəvi və intel­

lektual qüvvələrini səfərbərliyə almaqdan çəkinməməlidirlər.

166



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin