Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə169/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   166   167   168   169   170   171   172   173   174
Mübariz  Yusifov

daşıdığım  göstərir.  (Zərinəzadə,  337).  Görünür,  fars  dilindəki 



rəhnüma  sözü  bu  mənaları  əhatə  edə  bilməmişdir.  Ona  görə 

də Nizami,  haqlı  olaraq daha geniş məna əhatəsinə malik olan 

«qılavuz»  sözündən  istifadə  etmişdir.  «Qılavuz»  sözü  qədim 

mənbələrdə  də  bələdçi  mənasında  işlənmişdir:  «Bu  kökdəki 

yulduz  bir  ança  bezək.  Bir  ança  qulavuz  bir  ança  yezək.  (Bu 

göydəki ulduzların bəziləri bəzəkdir, bəziləri bələdçi, bəziləri 

gözətçi).  (DTS, 465).

Qılavuz  sözü  bələdçi,  yol  göstərən  mənasında  «Kitabi- 

Dədə Qorqud»da da işlədilmişdir.

Qaraqoçumun qulağı görünməz olsa 

Qeyri ərən qılavuzsuz yol yanılsa 



Qılavuzsuz yol başaran Qazan ər idim.

(KDT,  62,  143).

Nizaminin 

əsərləri 

diqqətlə 

oxunduğca 

orada 

Azərbaycan  sözlərini  axtarmaq,  tapmaq  elə  də  çətin  deyildir. 



Sadəcə  maraq  və  məqsəd  hər  şeyi  həll  edir.  Bəzi  sözlər 

Nizaminin  əsərlərində  müstəqil  bir  vahid  kimi  işlənir. 

Bəzilərini  isə  fars  sözlərinin  qovuşuğunda  müəyyən  etmək 

olur.  Bəzi  sözlər  də  var  ki,  onlar  fars  dilində  olsa  da  həmin 

sözlərin  tərkibində  Azərbaycan  dili  şəkilçiləri  işlədilir. 

Məsələn,  fars  dilindəki  noybətçi,1  şekarçi,1

 2  (ovçu)  miyançi 

(araçı,  aradüzəldən),3  sənglax4 (daşlıq) xacətaş5  (xacə yoldaşı) 

kimi  sözləri buna nümunə göstərmək olar.

Nizaminin  əsərləri  vətənpərvərlik  nümunəsi  olduğu 

kimi  Nizami  barəsində  aparılan  doğru,  düzgün,  qərəzsiz, 

həqiqi  elmi  əsərlərin  hər  birinin  müəllifinə  də  Nizami 

vətənpərvərliyindən müqəddəs bir pay düşür.

1

  Bax:  Cahan Ağamirov. Nizami Gəncəvi və türklük. Gəncə  2008  s  46



2

 Yenə orada, s. 46.

3

 Yenə orada, s.  55.



4

 Yenə orada, s.  61.

5

 Yenə orada, s.  61.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin