Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə159/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   155   156   157   158   159   160   161   162   ...   174
Nizamidə  azərbaycançılıq

Ay könül yandıran, odundan istilənmədim 

Gecə-gündüz istisindən kor oldum.

Nizaminin  əsərlərində  Azərbaycan  dilində  səbrlə  bağlı 

«Səbr  edən  muradına  çatar»,  «Səbr eləyənin  ağzı  bal  dadar», 

«Səbr  ilə  halva  bişər ey  qora  səndən»,  «Səbr  acıdır,  meyvəsi 

şirin»,  «Səbr  cənnət  açandır»,  «Səbr  açarı  hər  bağda 

göyərməz»  kimi  hikmətli  sözlər  vardır.  Nizami  bu  cür 

hikmətli  sözləri  müvafiq  variantlarda)  «Səbr  edəni  heç  kəs 

peşman  görməyib», 

«Ovda  səbrsiz  olan  şəxsin  oxu 

nişangahdan  uzaq  düşər»  işlədir.1  Nizaminin  əsərlərində, 

həmçinin,  «Qurddan törəyən  qurd  olar»  atalar sözünün «Qurd 

balası qurd olar», «Ölənin dalınca danışmazlar» atalar sözünün 

«Ölünün  dalınca  bəd  (pis)  danışmazlar»,  «Axtaran  tapar» 

atalar 


sözünün 

«Axtaranlar 

taparlar», 

«Əslini 


danan 

haramzadadır»  hikmətli  sözü  «Zatı  pis  olan  səninlə  dostluq 

etsə  də  əslini  itirməz»,  «Heç  kəs  öz  ayranına  turş  deməz» 

hikmətli  sözü  «Heç  kəs  deməz  ki,  mənim  ayranım  turşdur», 

«İtlə  dostluq  elə,  ağacını  əldən  qoyma»  hikmətli  sözü 

«Köpək  dərviş  paltarı  geysə  də  xasiyyətini  itirməz»,  «Oddan 

törəyən  kül  olar»  atalar sözü  «Odun  balası  hər vaxt  kül  olar», 

«Üz  üzdən  utanar»  atalar  sözü  «Gündüz  isti  od  qalamazlar, 

çünki  üz  üzdən  utanar»,  «Nə  əkərsən,  onu  biçərsən»  atalar 

sözü  «  Dəvə  sahibi  nə  əkibsə,  onu  da  biçəcək»,  «Söz 

qılıncdan  iti  kəsər»  atalar  sözü  «Sözdən  tez  ən  incə  nöqtələri 

yaran  yoxdur»,  «Yaxşılığa  yaxşılığ  hər  kişinin  işidir, 

yamanlığa yaxşılıq ər kişinin  işidir»,  «Yaxşılığa yamanlıq, kor 

eşşəyə  samanlıq»  zərbi-məsəlləri  «Yaxşılıq,  yaxşılıq  edənin 

özünə  qayıdacaq»,  «Bəxtini  qozda  sına»,  «Çox  yemək  adamı 

az  yeməkdən  də  qoyar»  deyimi  «Az  yesən  rahatlığın 

çoxluğunu  görərsən, 

çox  yesən  xəstəliyin  çoxluğunu 

görərsən» variantlarında ifadə olunur.2

1

  Bax:  Tağı Xalisbəyli. Adı göstərilən əsər, s.  275.



Tağı  Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqlan.  Bakı,  «Azərbaycan 

Dövlət Nəşriyyatı»,  1991, s.280-284.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin