Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə162/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   158   159   160   161   162   163   164   165   ...   174
Nizamidə  azərbaycançılıq

olar.  Ancaq  hər  bir  dilin  öz  qrammatik  qaydaları  əsasında 

düzələn  sözlər  arasında  oxşar variantlar tapmaq  çətindir.  Ona 

görə  də  Nizaminin  dilində  Azərbaycan  sözlərinin  tədqiqi 

millilik  baxımından  mühüm  rol  oynayır.  Nizaminin  dilində 

Azərbaycan  sözlərinin  tədqiqi  sahəsində  mühüm  addımlar 

olan yazılar bu  istiqamətdəki  araşdırmalar üçün açılan yolların 

başlanğıcı kimi  olduqca təqdirəlayiqdir.1

Nizaminin dilində işlənən sözlər kəmiyyətcə Nizaminin 

özündən  əvvəl  və  sonra  fars  dilində  yazılması  əsərlərdə 

işlədilən 

Azərbaycan 

sözlərindən 

qat-qat 


artıqdır. 

Nizamişünas  tədqiqatçı  Cahan  Ağamirov  Nizamidə  işlənmiş 

118 Azərbaycan sözünün siyahısını vermişdir.*

 2

Məmməd  Əmin  Rəsulzadə  Nizami  əsərləri  üzərində 



tədqiqat  apararkən  40-dan  artıq  sözü  təhlil  edir,  onları  fars 

dilində  işlədilən  beytlərin  içərisində  araşdıraraq  tərcümə 

variantlarını  da  verir.  Görünür,  Azərbaycan  sözlərini  təhlil 

etmək  tədqiqatçının  birbaşa  məqsədi  olmamışdır.  Odur  ki, 

həmin sözləri əsərin «Əlavələr» hissəsində  qeydə alır və belə 

bir izahat da  verir:  «Nizaminin şeirlərində  bir çox türk  sözləri 

vardır.  «Xəmsə»ni  bu  baxımdan  xüsusi  araşdırmadıq.  Yalnız 

rast gəldiklərimizi nümunə olsun deyə, qismən qeyd etdik».3

Nizaminin  milliliyini,  onun  Azərbaycançılıq  ideyalarını 

konkret,  dəqiq,  aydın  faktlarla  canlandırmaq  baxımından  bu 

nümunələrin 

müəyyən 


qisminin 

təhlilini 

vermək 

məqsədəuyğun  olardı.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu 

sözlər  ta  qədimdən  Azərbaycan  dilində  işlənmiş  ifadə 

vasitələri  olduğundan  onların  bir  çoxuna  qədim  dil  mətnləri 

əsasında  tərtib  edilmiş  lüğətlərdə  də  rast  gəlmək  olur.  Bəzi 

sözlər indi  də  işlək olduğu  halda onların bir qismi köhnələrək

'  Bax:  Həmid  Araslı.  Nizamidə  xalq  sözləri  və  xalq  ifadələri.  «SSRİ  EA  Azərbaycan 

lilialı  xəbərləri».  1942,  №

8

,  s.  34;  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi 



Nizami  Gəncəvi.  Bakı,  «Azərbaycan  Dövlət  Nəşriyyatı»  1991,  s.  224-228;  Cahan 

Ağamirov.  Nizami  yaradıcılığında  işlədilən  türk  sözləri  və  Azərbaycan  zərbi- 

məsəlləri. Gəncə, 2005,  65 s.

2

 Cahan Ağamirov. Nizami və türklük.  Gəncə, 2008,  s. 40-43.



3

 Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami.  Bakı, «Azərbaycan Dövlət 

Nəşriyyatı»,  1991, s.  224.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin