Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

 
2. Y
əhudilik 
Y
əhudilik (digər adları: iudaizm, musəvilik, yəhudi dini) dünyanın ən qədim monoteist 
dinl
ərindən sayılır. İbrahimi (yaxud səmavi) dinlər qrupunda yer alan iudaizm, eyni zamanda 
y
əhudi xalqının dini-etnik kimliyini ifadə edir. Hazırda dünyada iudaizmin mənsubları hesab 
olunan y
əhudilərin sayı 14 milyondan yuxarıdır.
Y
əhudiliyin ilk dövrü ilə bağlı yeganə mənbə “Tövrat”dır. Bu müqəddəs kitaba əsasən, 
y
əhudiliyin kökləri İbrahim peyğəmbərə gedib çıxır. Belə ki, Mesopotamiyanın Ur şəhərində 
yaşayan İbrahim Tanrının istəyi ilə Kənan diyarına (hazırda Fələstin və İsrailin yerləşdiyi 
torpaqlar) köçmüşdür. “Tövrat”ın “Yaradılış” kitabına görə, yəhudilərin Misirdəki tarixi Yaqub 
peyğəmbər və onun oğullarının bu ölkəyə köçməsi ilə başlayır. On iki qəbiləyə bölünən yəhudi 
xalqı Misirdə bir müddət firavan yaşamış, lakin sonradan qula çevrilmişlər. “Tövrat”a əsasən, 
Misird
ə yəhudiləri köləlikdən Musa peyğəmbər xilas etmişdir. Rəvayətə görə, Horeb dağında 
Tanrı Musaya səslənmiş və ona İsrail övladlarını Misirdəki əsarətdən xilas etmək tapşırığını 
vermişdir. Bu hadisə Musanın peyğəmbərliyinin başlanğıcı hesab olunur. Rəbbin əmrini insanlara 
çatdıran Musa peyğəmbər bu işdə qardaşı Harunu özünə köməkçi götürmüşdür.
İudaizm - monoteist dindir. Bu dinin mənsubları tək, vahid, əbədi, əzəli, qüdrətli, hakimi-
mütl
əq, hər şeyi bilən və idarə edən Tanrının varlığına inanırlar. “Tövrat”a görə, tək Tanrının adı 
“Yahve” və ya “Yahova”dır. Əhdi-Ətiqdə bu ada 7 mindən yuxarı yerdə rast gəlinir. Müqəddəs 
Kitabda Tanrını təsvir və vəsf edən başqa ad və epitetlərdən (məs.: “Adonay” (“Bizim Rəbb”), 
“Elohim” (“Tanrı”) və s.) də istifadə olunur.
Y
əhudiliyə görə, kainatın yaradıcısı və idarəçisi olan Tanrı insanı öz surətində yaratmışdır. 
O, salehl
əri mükafatlandırır, günahkarları isə cəzalandırır. Burada onu vurğulamaq lazımdır ki, 
y
əhudilikdə tanrı anlayışı vaxtilə milli səciyyə daşımışdır. Yəni keçmişdə tanrı Yahova sırf 
y
əhudilərə məxsus sayılırdı. Lakin dini inancın çoxəsrli təkamülü nəticəsində yəhudiliyin tanrısı 
Yahova kainatın yaradıcısına və ümumbəşəri tanrıya çevrilmişdir. Yəhudi dininə görə, Tanrı öz 
ist
ək və buyruqlarını insanlara çatdırmaq, onları gələcək barədə xəbərdar etmək məqsədilə 
xüsusi seçilmiş insanları, yəni peyğəmbərləri göndərmişdir. İudaizmdə bu çoxsaylı ilahi elçilər 
arasında Musa, Davud və Süleymana daha böyük ehtiram göstərilir. 

Y
əhudilikdə Müqəddəs Kitab ümumilikdə “Tanah” adlanır. Tanah üç hissədən ibarətdir: 1. 


İbrani dilində “təlim”, “qanun” mənasına gələn “Tora” (Musanın Beş Kitabı); 2. “Neviim” 
(Peyğəmbərlər); 3. “Ktuvim” (Yazılar). 
Az
ərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar 
arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə 
bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir. 
Y
əhudilik Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan faydalanan 
xalqlardan biri d
ə yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib 
çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-
seçkiliy
ə məruz qalmalarına dair heç bir fakt yoxdur. Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl 
bu 
ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada 


formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu 
ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri 
bizim eradan 
əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində 
v
ətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. Azərbaycanda üç yəhudi icması 

dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 
t
əxminən 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i 
Qubada, min n
əfəri isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi 
diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti 
Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi 
əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf edir. Bir fikrə görə, ən qədim yəhudi 
icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən 
F
ələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların 
əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq 
y
əhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib 
ed
ənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri 
altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat 
dilind
ə danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı 
Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, 
şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. 
Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik 
ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, 
imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli 
əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub 
saxlamışlar. Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha 
ortodoksaldırlar. Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət 
göst
ərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin 
kompakt yaşadıqları yeganə yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi 
icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini 
m
əktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar. 2003-
cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoq açılmışdır. Yəhudi dininə mənsub 
insanlar t
əkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki, 
onlara münasib
ət hər yerdə eyni deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi 
dövrl
ərdə münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss 
etm
əyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və inkişafı üçün 
çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə 
oluna bil
ər. Bu fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa 
dövl
ətlərin, o cümlədən İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir
.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin