Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”


Qurani- Kərimdə "Dində məcburiyyət yoxdur” ideyası



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

Qurani-
Kərimdə "Dində məcburiyyət yoxdur” ideyası.
Qurani-
Kərimdə
“ Dində məcburiyyət yoxdur” ayəsini nümunə gətirərək insanların 
dinsiz, dindar v
ə ya istənilən dini, məzhəbi seçmə hüququnun olması fikrini müdafiə edirdi. 
Göst
ərmək lazımdır ki, məqalədə qeyd edilən babillik və onların davamı olan bəhai dini 
icmalarının rəhbərlərinin, xüsusilə Əbdülbəhanın 1922 – ci ildə Bakıda nəşr olunan “ Vəhdəti – 


kainat haqqında nitq” əsərində də bütün insanların bir ailənin üzvü olduğu kimi multikultural 
ideyalar müdafi
ə edilirdi. Görkəmli islamçünas olan Əhməd bəy “Kavkaz” qəzetində nəşr etdirdiyi 
“ Şərqşünasların konqresində” məqaləsində qədim fars, hind mədəniyyətlərinin islama təsiri 
mövzusunu t
ədqiq edir, “Kaspi” qəzetində yazdığı “ Müsəlman xalqlarının vəziyyəti” başlıqlı silsilə 
m
əqalələrində müsəlman xalqlarının birliyi və ictimai tərəqqisi ideyasının qızğın tərəfdarı kimi 
çıxış edir, islam vəhdətinin milli inkişafa səbəb olacağını irəli sürüdü. Ə.Ağaoğlu “Həyat” qəzetinin 
ilk nömr
əsindən etibarən yazdığı məqalələrində isə islamda türkçülüyün sintezini irəli sürürdü. Bu 
dövrün 
əsas problemlərindən biri də sünni – şiə ixtilafı idi. Quranın “bütün möminlər qardaşdır” 
ay
əsinin prinsipini öz əsərlərində müdafiə edən Ə.Ağaoğlu “İran və inqilabı” əsərində Nadir Şahın 
m
əzhəbçiliyinə qarşı mübarizəsini, sünni və şiə məzhəblərini birləşdirməyə çalışşasını təqdir edir, 
“İrşad” qəzetindəki məqalələrində də müsəlmanlar arasındakı təriqət,məzhəb ixtilaflarını pisləyir, 
dini t
əfəkkürün vəhdəti ideyasına üstünlük verirdi. Əli bəy Hüseynzadənin “ türkləşmək, 
islamlaşmaq və müasirləşmək” ideyası Ə.Ağaoğlu tərəfindən “ İrşad” qəzetində təbliğ edilir, milli 
ideologiya kimi q
əbul edilirdi. Bu ideya multikultural mahiyyətdə olub, özündə islam əxlaqı və 
m
ənəviyyatını, müasir Qərb elmi dünyagörüşünü və türk mədəniyyətini ehtiva edirdi. 
Ə.Ağaoğlunun yaradıcılığında azərbaycanlıların qonşu xalqlarla əlaqələri məsələsi də tədqiq 
edilmiş, “ Sankt – Peterburqskie vedomosti” qəzetində “ Bakı haqqında həqiqətlərə dair” başlıqlı 
m
əqaləsində erməni və azərbaycanlıların tarixən dost olduğu vurğulanaraq, bu iki xalq arasında 
münaqişə yardanlar pislənmişdi. Mütəfəkkirin “ Rus ədəbiyaytına ümumi səciyyələri” adlı 
Türkiy
ədə “Cümhuriyyət” qəzetində nəşr olunan sisilə məqalələrində isə rus ədəbiyyatının keçdiyi 
tarixi m
ərhələləri, böyük rus klassikləri və əsərləri haqqında geniş məlumatlar Azərbaycan 
oxucusuna çatdırılırdı 
Dövrün dig
ər görkəmli ziyalısı Əli bəy Hüseynzadənin yaradıcılığı da multikulturalizmin 
t
ədqiqi, milli və dini vəhdətin öyrənilməsi baxımından maraqlıdır. Ə.Hüseynzadə “Həyat” 
q
əzetindəki “Nümunə məktəbi” kimi məqalələrində türk millətçiliyi prinsipini əsas götürsə də onu 
islamın ayrılmaz bir parçası kimi təqdim edir və müsəlmanlığı da ən az türklük kimi həyatının 
qay
əsi sayılırdı. Ə.Hüseynzadənin redaktorluğu ilə çıxan “ Füyuzat” jurnalında türkçülük 
ideologiyası, Qərb elmi metodologiyasının təbiliği əsas yerlərdən birin tutsa da, Ə.Hüseynzadə 
dini maarifçiliy
ə də böyük önəm veridi. O, “Tərəqqi” qəzetində çap olunan “ Yazımız, dilimiz, ikinci 
ilimiz”, “Füyuzat” jurnalında çap olunan “ İntiqad ediyoruz, intiqad olunuyoruz” kimi məqalələrində 
islam dünyasının xilas yolunu müsəlman etiqadlı, lakin Avropa elmini, texnologiyasını 
m
ənimsəmiş fədailərdə görürdü. O, Avropalılaşmaq deyərkən müsəlmanların assimilyasiya 
olmasını yox, Avropanın elmi – texniki nailiyyətlərinin öyrənilməsini nəzərdə tuturdu. O, Nadir 
şahın öz hakimiyyəti dövründə sünilərlə şiələri bir məzhəb altında birləşdirib bu ixtilafa son 
qoymaq ist
əməsini də öz yazılarında təqdir edirdi. 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin