Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

“Qurani-Kərim”
son ilahi kitabdır. Həmçinin Məhəmməd 
peyğəmbərin ən böyük möcüzəsidir. Çünki “Quran” ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub 
xüsusiyy
ətləri və ehtiva etdiyi üstün hikmətləri ilə digər kitablardan seçilir. İslam mənbələrinə görə, 
“Quran” Məhəmməd peyğəmbərə vəhy yolu ilə 23 il ərzində tədricən nazil olub.
“Oxumaq” mənasına gələn “Quran” 114 surədən, yəni bölümdən ibarətdir. Hər surə isə 
ay
ələrə bölünür. “Quran”ın ən uzun surəsi Bəqərə (286 ayə), ən qısası isə Kövsər surəsidir (3 
ay
ə).


“Quran”dan sonra İslam dininin ikinci əsas mənbəyi hədislərdir. Hədis - Məhəmməd 
peyğəmbərin kəlam və davranışlarını, eləcə də ətrafındakı insanların hərəkətlərinə göstərdiyi 
münasib
əti ifadə edən termindir. Şiə məzhəbinin ardıcılları Məhəmməd peyğəmbərin qızı Fatimə 
v
ə on iki imamın kəlam və davranışlarını da hədis olaraq qəbul edirlər.
“İbadət” kəlməsi ərəb dilində hərfən “tapınmaq”, “boyun əymək”, “itaət etmək” deməkdir. 
İslam dinində ibadətlər yalnız Allahın razılığını qazanmaq məqsədilə yerinə yetirilir. Ondan 
başqasına sitayiş etmək Allaha şərik qoşmaq kimi qəbul olunur.
B
ədənlə icra olunan ibadətlər içində ən əsası namaz (fars dilində “ehtiram göstərmək” 
dem
ək) sayılır. Namaz fars mənşəli sözdür, “ehtiram göstərmək”, ehtiramla əyilmək”, “ibadət” 
m
ənasına gəlir. Bu sözün Qurani- Kərimdəki qarşılığı ərəb dilində “dua”, “ibadət”, “qulluq”, “din” 
kimi müxt
əlif mənalara gələn “salət” kəlməsidir.
Dini istiqam
ətlər: 
I. Sünnilik  
İslam dünyasında mənsublarının sayı baxımından ən böyük dini istiqamət sünnilik sayılır. 
Dünyadakı müsəlmanların təqribən 85-90 faizini sünni təmayüllü məzhəblərin mənsubları və ya 
sünnil
ər təşkil edir. Tədqiqatçılar sünniliyi ən qısa şəkildə “dinin əsas mövzularında Məhəmməd 
peyğəmbərin və onun səhabələrinin (yəni silahdaşlarının – Red.) tutduğu yolu mənimsəyənlər” 
kimi xarakteriz
ə edirlər.
Sünni m
əzhəbinə görə, İslamın şərtləri, yəni etiqadi əsasları və ya əqidə prinsipləri bunlardır: 
1. Allaha inam; 2. M
ələklərə inam; 3. Allahın göndərdiyi kitablara inam; 4. Peyğəmbərlərə inam; 
5. Axir
ətə inam; 6. Qəza və qədərə inam (yəni xeyir və şərin Allahdan olduğuna inanmaq – Red.). 
H
əmçinin sünni məzhəbinə əsasən, İslam dininin sütunları sayılan əməllər bunlardır: 1. Kəlmeyi-
şəhadət; 2. Namaz; 3. Oruc; 4. Zəkat; 5. Həcc.
Onu da qeyd ed
ək ki, müasir dövrdə din pərdəsi altında gizlənib Yaxın Şərq və dünyanın 
dig
ər qaynar nöqtələrində terror aktları törədərək, dinc sakinləri qətlə yetirən, guya böyük İslam 
xilaf
ətinin qurulması uğrunda müqəddəs müharibə apardıqlarını elan edən “İŞİD” (“İraq Şam 
İslam Dövləti”), “əl- Qaidə” kimi terrorçu qruplaşmalar da özlərini sələfi ideologiyasının 
davamçıları olduğunu bəyan edirlər.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin