Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

 
3. 
Xristianlıq
M
ənsublarının sayına görə dünyanın ən böyük dini olan xristianlıq bizim eranın I əsrində 
F
ələstində yəhudi cəmiyyətində meydana gəlmişdir. Bu dinin yaranması İsus Xristosun (İsa 
M
əsih) adı ilə bağlıdır. Xristos yunanca “məsh edilmiş” deməkdir. “Xristianlıq” sözünün özü də 
“xristos” kəlməsindən törəmişdir.


F
ələstində meydana gəldikdən sonra xristianlıq Pyotr, Pavel və digər apostolların (İsa 
M
əsihin şagirdləri və ya həvarilər. – Red.), habelə onların davamçılarının təbliğatı sayəsində 
q
ədim Roma imperiyasının nüfuz dairəsinə daxil olan Aralıq dənizi sahilindəki şəhərlərdə yayılır. 
Erk
ən kilsələrdən biri Antioxiya şəhərində (indiki Türkiyənin Antakya şəhəri. – Red.) təşəkkül 
tapır. Burada İsa Məsihin davamçılarına ilk dəfə “xristian” adı verilir. Xüsusən apostol Pavelin 
f
əaliyyəti xristianlığın bütpərəst xalqlar arasında yayılmasında böyük rol oynayır.
Zaman keçdikc
ə xristian təlimi bütün qədim Roma imperiyası ərazisində özünə tərəfdar 
qazanır. İlk vaxtlar xristianlığı yoxsul və məzlum insanlar qəbul edirdi. Roma imperatoru Neronun 
(hakimiyy
ət illəri: 54-68) dövründə xristianları dövlət səviyyəsində təqib etməyə başladılar. Bu 
amansız təqiblər IV əsrədək davam etmişdir.
T
əqiblərə baxmayaraq, xristian dini Roma imperiyasının əyanları və varlıları arasında da 
y
ayılırdı. Nəhayət Roma imperatorları I Konstantin (hakimiyyət illəri: 306-337) və Lisiniy 
(hakimiyy
ət illəri: 308-324) 313-cü ildə Milan şəhərində görüşüb imperiya ərazisində dini 
dözümlülüyün elan edilm
əsi ilə bağlı razılaşma sənədi imzaladılar. “Milan edikti” adlanan bu 
s
ənəd qəbul edildikdən sonra xristianların nəinki təqiblərinə son qoyuldu, hətta xristianlığın hakim 
din
ə çevrilməsi istiqamətində addımlar atılmağa başlanıldı.
Xristianlığın nüfuzu artdıqca, onun mənsubları arasında ziddiyyətlər böyüyür, İsa Məsihin 
t
əbiəti ilə bağlı müxtəlif təlimlər ortaya çıxırdı. Bu ixtilafların aradan qaldırılması məqsədilə fərqli 
dövrl
ərdə kilsə məclisləri çağırıldı. Qeyd edək ki, tarixdə xristian ehkamının formalaşmasına 
böyük t
əsir göstərən aşağıdakı yeddi ümumdünya kilsə məclisi keçirilmişdir:
Artıq IX-X əsrlərdə bu monoteist din german və slavyan xalqları, X-XIII əsrlərdə isə baltik 
xalqları tərəfindən qəbul olundu. Bununla yanaşı, erkən orta əsrlərdə Qərb dünyasında katolik 
kils
əsinin başçıları mütləq hakimiyyət əldə etdilər. Roma Papası III İnnokentinin (hakimiyyət illəri: 
1198-1216) dövründ
ə isə Papalıq (752-1870-ci illərdə Roma Papaları tərəfindən idarə olunmuş 
teokratik dövl
ət. – Red.) Avropanın ən qüdrətli dövlətinə çevrildi. Lakin XVI əsrdə Roma Katolik 
Kils
əsinin nüfuzu xeyli sarsıldı. Həmin dövrdə qərb dünyasını katoliklik əleyhinə yönəlmiş 
reformasiya h
ərəkatı bürüdü, nəticədə xristianlığın yeni qolu – protestantlıq meydana gəldi.
Xristian t
əliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi dayanır. Bu inanca 
əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh.
Xristian inancına görə, İsa Məsih axır zamanda yer üzünə ikinci dəfə qayıdacaq, məhşərdə 
bütün insanları mühakimə edərək günahkarları cəzalandıracaq, salehləri isə xoşbəxt əbədi 
h
əyatla mükafatlandıracaqdır.
Bel
əliklə, xristian təliminin əsasında İsa Məsihin Tanrının oğlu olması və insanların xilası 
namin
ə özünü qurban verməsi ideyası dayanır.
Xristianlığın dini mətnlər toplusu “Bibliya” və ya “Müqəddəs Kitab” adlanır “Bibliya” yunan 
dilind
ə “kitab” mənasına gəlir. – Red.). Bu dini kitablar toplusu Əhdi-Ətiq və Əhdi-Cədid adlı iki 
böyük hiss
əyə bölünür. Əhdi-Ətiq və Əhdi-Cədidin özləri də çoxsaylı dini kitablardan ibarətdir.
Ümulikd
ə 39 kitabdan ibarət olan Əhdi-Ətiq qədim yəhudi dilində e.ə. XIII-V əsrlərdə qələmə 
alınmışdır. Yalnız Daniel peyğəmbərin və Ezranın kitablarının bəzi hissələri arami dilində 
yazılmışdır.
“Bibliya”nın ikinci hissəsini Əhdi-Cədid təşkil edir. Xristianlıqda Əhdi-Cədid Əhdi-Ətiqlə 
müqayis
ədə daha mühüm məqama malikdir. Adətən Əhdi-Cədid dedikdə, “İncil” başa düşülür. 
Halbuki Əhdi-Cədidə daxil olan 27 kitabdan yalnız ilk dördü, daha dəqiq desək, bu dörd kitabdan 
h
ər biri İncil və ya Yevangeliya (yunan dilində “xoş xəbər”, “müjdə” deməkdir) adlanır.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin