Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”


Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   2   3   4   5   6   7   8   9   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir. 
Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya 
nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji 
düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin 
kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont və Emil Durkheymin çalışmalarına, 
Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır. 
Azərbaycanda dini tolerantlığın formalaşmasının tarixi şərtləri.
Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə malik Azərbaycan bütün dövrlərdə 
c
əlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki, Azərbaycan ərazilərində müxtəlif tarixi 
dövrl
ərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük rol oynayıb. Amma 
inkaredilm
əz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə amil deyil. Müxtəlif xalqlara və dinlərə 
m
ənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların 
m
ədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Səmavi dinlərə 
q
ədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, 
xüsusil
ə, oda, suya, ağaca və səma cisimlərinə inam daha güclü olmuşdur. Min illərin keçməsinə 
baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat 
t
ərzində özünü büruzə verir. Məsələn, ilk insandan üzü bəri oda bütün dövrlərdə qoruyucu
müq
əddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər cür çirkinliyi yox etdiyinə və insanlara 
t
əmizlik gətirdiyinə inam bəslənmişdir. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas 
komponentl
ər kimi od, su, torpaq və hava İslamın yayılmasına qədər Azərbaycan ərazilərində 
yaşayan insanların etiqadında önəmli yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı 
inanclar z
əminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir 
qismi odu müq
əddəsləşdirmiş, ona sitayiş etmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan 
od ayin v
ə mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. 
Az
ərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və 
L
ənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə 
xidm
ət üçün XVIII əsrdə tikilmişdir. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən 
t
əqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə 
at
əşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır. Bütpərəstlik Çoxallahlılıqla bağlı 
inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan 


əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını 
daşıyan latın sözü “anima”dan əmələ gəlmişdir. Ruhların mövcudluğuna, heyvanların, bitkilərin, 
cansız cisimlərin, təbiət qüvvələrinin ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik olduğuna 
etiqad animizm adlanır), fetişizm (cansız cisimlərə, qayalara, ağaclara, gildən düzəlmiş bütlərə, 
insanab
ənzər təsvirlərə sitayiş fetişizm adlanır) totemizm (bir soya, tayfaya mənsub adamlarla bir 
heyvan v
ə ya bitki növü, bəzən də hansısa təbiət hadisəsi arasında əlaqə, mənşə və qan 
qohumluğu olduğuna inanc), şamanlıqdan (sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək 
ruhlara 
əlaqə girməsi, şər ruhları qovması) tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva 
edir. Filoloji v
ə etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa 
imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, 
İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud 
dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür. Bütpərəstliklə bağlı 
ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri 
dig
ərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin 
t
əşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, 
qayalara v
ə ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş 
güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. 
Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı 
çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat vermişdir. 

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin