Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin pedaqoji ustalığının psixo­loji əsasları



Yüklə 69,17 Kb.
səhifə3/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   2   3   4   5   6   7   8   9   ...   52
Mövzu 12.

Müəllim şəxsiyyətinin psixologiyası və müəllimin pedaqoji ustalığının psixo­loji əsasları




Müəllimin cəmiyyətdə yeri və funksiyaları. Müəl­limin qarşısına qoyduğu tələbləri aid etmək olar. Sosial-psixoloji amillərə gəldikdə, buraya ətrafdakı adamların müəllmin şəxsiyyəti və fəaliy­yəti ilə bağlı sosial gözləmə­ləri, özünün pedaqoji fəaliyyəti sahəsində onun öz gözləmə və ustanovka­larını aid etmək olar.


Müəllimin cəmiyyətdəki mövqeyi və funksiya­ları. Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amil­lərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Bu cür sosial amillərə müəllimin cəmiyyətdəki mövqeyi və funksiyalarını, cəmiyyətin gənc nəslin tərbiyəsi işinə, tərbiyə sisteminin və onun özəyini təşkil edən ümumtəhsil məktəblərinin inkişafı və təkmilləşdirilməsinə verdiyi böyük əhəmiyyətlə mü­əy­­­yənləşir.

Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla, həm də şərəfli və xeyirxah fəaliyyətidir. Bu fəaliyyətin özünəməxsus vəzifələri vardır. Hər şeydən əvvəl, bu fəaliyyət prosesində şagirdlər müvafiq bilik, bacarıq, vərdişlərə, elmlərin əsas­larına yiyələnirlər. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdud­laşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır. Bu prosesdə şagirdlər zəruri dav­ranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir.

Müəllimin pedaqoji fəaliyyəti və bu zaman qarşısına qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə həyata keçir. Müəllimin vəzifələri məktə­bin qarşısında duran ümumi vəzifələrdən doğur. Müasir məktəbin isə ən mühüm, daimi vəzifəsi böyü­məkdə olan nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrü­bədə tətbiq etmək vərdişləri və bacarıqları aşı­lamaqdan ibarətdir. Burada həlledici rolu müəllim oynayır.

Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiy­yətlə yerinə yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılı olur. Müəllimin pedaqoji fəaliyyətinin təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra funksiyalardan ibarətdir. Həmin funksiyaların hə­yata keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin formalaşmasını təmin edir.

Psixoloji ədəbiyyatda məktəbdə hər bir fənn müəl­liminin fəaliyyəti üçün xarakterik olan aşağı­dakı pedaqoji funksiyalar qeyd olunur: inkişafet­dirici, tərbiyəedici, kom­munikativ-öyrədici, qnos­tik, konstruk­tiv, təşkilat­çılıq.

Şübhəsiz bu cür funksiyaların sayını artır­maq olardı. Lakin elə qeyd etdiyimiz bu altı funk­siya haqqında biliyə malik olmaq və həmin funksi­yaları həyata keçirməyi bacarmaq hər bir fənn müəl­liminin pedaqoji ustalığının göstəri­ci­si ola bi­lər. İndi də həmin funksiyaların mahiy­yətinə nəzər salaq.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin