Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Kommunikativ öyrədici funksiya



Yüklə 69,17 Kb.
səhifə6/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   2   3   4   5   6   7   8   9   ...   52
Mövzu 12.

Kommunikativ öyrədici funksiya bir tərəfdən müəllimin kommunikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır. Müəllimin kommunikativ fəaliyyəti düzgün qurulduqda tədris etdiyi elmin əsaslarını öyrədə bilir, şagirdlərin maraq və ehtiyaclarını ödəyir, real şəraitdən asılı olaraq təlim və tərbiyə metodlarından səmərəli şəkildə istifadə etməyi bacarır. Kommunikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə və ayrı-ayrı şagirdlərlə, ayrı-ayrı müəllim­lərlə və bütün müəl­lim kollektivi ilə, məktəb rəhbərləri ilə, şagird­lərin valideynləri ilə tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.

Müəllimin pedaqoji fəaliyyətindəki qnostik funk­siyaya gəldikdə, o, hər şeydən əvvəl məktəbdə bu və ya digər fənnin öyrədilməsinin son məqsədini dərindən dərk etməyə əsaslanır. Bununla yanaşı, həmin funksiya müəl­limdən həmin tədris fənninin spesifik cəhətlərini, məzmu­nunu, tədris metodla­rını bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini ayırmaq bacarığını, eləcə də proq­ramda və dərslikdə verilmiş tədris materialını şagirdlərin mənimsəmə, dərk etmə imkanları və mənim­səmədəki çətinliklərin səbəbləri barədə biliyə malik olmağı tələb edir.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin