Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər



Yüklə 69,17 Kb.
səhifə8/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
Mövzu 12.

Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər. Müəllim şəxsiyyəti onun peşə fəallığı­nın mənbəi və hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümüdini, öz gələ­cəyini müəllimə etibar edir. Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini” pedaqoji fəaliyyət prose­sində yetişdirir, cəmiyyət üçün bir yararlı vətəndaş kimi formalaşdırır. Ona görə də gənc şəxsiyyəti formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə formalaşmalıdır.

Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin bi­liklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiy­yətlərə də malik olmalıdır. Psixoloji ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olu­nur: 1) Hər bir müəllim öz fənninə dərindən yiyə­lənməli; 2) idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli; 3) ayrı-ayrı anlayışlar ara­sındakı əlaqə və münasibətləri açmağı bacarmalı; 4) şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə isti­qamət, məna verir. Müəllim şəxsiyyətinin struk­turuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlə­rin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və moti­vasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur.

Müəllim şəxsiyyətinin istiqaməti birinci növbədə özünün motivləşmə sferası (aləmi), ideya­ları, sərvət meylləri, əqidə və inamı və s. ilə müəyyən edilir. Burada müəllimin yüksək ideyalılığı və inamının, öz peşəsində oynadığı sosial rolu anla­manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ müəllim şəxsiyyətinin keyfiyyətini təşkil edirlər.

Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyət­lərlə yanaşı onun fərdi-psixi xassələri də həll­edici yer tutur. Buraya müəllimin pedaqoji qabiliy­yətlərini, maraq və meylini, xarakterini, emosional iradi və əqli xüsusiyyətlərini daxil etmək olar. Pe­daqoji qabiliy­yətlər fərdi psixi xassə kimi müəl­limi özünün peşə fəaliyyəti üçün daha çox yararlı edir.

Müəllim şəxsiyyəti eyni zamanda özünün yara­dıcılıq mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.

Bütün bunlarla yanaşı olaraq müəllim şəxsiy­yəti pedaqoji əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir. Təcrübə göstərir ki, obyektiv tələblə şərtlənən eyni bir məqsəd müxtəlif müəllimlər tərəfindən müxtəlif əməliyyatlardan istifadə yolu ilə həyata keçirilir. Bu, həmin müəllimin fərdi üslubu kimi xarakterizə olunur. Müəllim əməyinin fərdi üslubu onun fəaliyyətinin elə davamlı tərzləri birliyidir ki, o yalnız həmin şəxsin yerinə yetirdiyi işlərin müvəffəqiyyətini təmin edir. Müəllimin fərdi üslubunun səmərəli­liyi onun yetirdiyi şagirdlərin tərbiyəlilik və yüksək mənimsəmə səviyyəsi ilə ölçülür. Müəllim hansı üslubla işlədiyini dərk etməlidir. O, həmin üslubun qüsurlarının nədən ibarət olduğunu və bu qüsurları necə aradan qaldırmaq mümkün olduğunu bilməlidir. Bir cəhəti də nəzərə almaq lazımdır ki, müəllimin yiyələndiyi fərdi üslub nisbətən ləng dəyişilə bilir.

Müəllim şəxsiyyətinin strukturunda özünü göstərən psixi halətlərə və proseslərə gəldikdə onlar epizodik, struktiv xarakter daşıyır, bir növ şəxsiyyətin yaranmasında ehtiyat rolunu oynayırlar.

Nəhayət, müəllim şəxsiyyətinin strukturunda təcrübə, bilik, bacarıq, vərdiş və adətlər də özünə­məxsus yer tutur və onun fəaliyyətinin səmərəli­liyində mühüm rol oynayır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müəl­lim şəxsiyyətinin struktur komponentləri içəri­sində ən az dəyişməyə meyli olan onun istiqamətidir. Bu cəhəti dəyişmək, tərbiyə etmək nisbətən çətindir. Ona görə də hələ əvvəlcədən müəllim şəxsiyyətinin istiqamətinin düzgün formalaşması həlledici əhəmiyyətə malikdir.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin