Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Kollektivin fəaliyyətinin təkmilləşdiril­məsi



Yüklə 69,17 Kb.
səhifə52/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   44   45   46   47   48   49   50   51   52
Mövzu 12.

Kollektivin fəaliyyətinin təkmilləşdiril­məsi. Fasiləsiz olaraq müəllimlərin pedaqoji usta­lığını artırmaq, kollektivdə hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hər­tərəfli inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin yaradılmasından ibarətdir.

Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir: 1) şəxsiyyətlər­arası inteqrasiya-kollektivin sosial-psixoloji strukturunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funksional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ­rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına qarşı vahid müsbət münasibətlərin for­malaşması, kollektiv əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət və rəftarla­rını qiymətləndirmək üçün vahid norma və meyarla­rın hazırlanması; 3) təşkilati birlik ─ müəllim­lərdə öz məktəblərində yaşamaq və işləmək ustanov­kası, ona bağlılıq, ondan razılığın təşəkkülü.

Özünüidarəetmənin inkişafı - müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollek­tivinin təlim-tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı.

11 К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, 1953, сящ.98

11 К. Д.Ушинский. Собрание сочиненений. Т.2., М., 1948, с.63-64.

Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin