Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Pedaqoji kollektiv və ona rəhbərliyin bəzi psixoloji məsələləri



Yüklə 69,17 Kb.
səhifə47/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   44   45   46   47   48   49   50   51   52
Mövzu 12.

Pedaqoji kollektiv və ona rəhbərliyin bəzi psixoloji məsələləri


Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim kollektivinin yaxşı düşü­nülmüş və möhkəmlənmiş iş sistemi onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz şərtdir.

Müəllim kollektivinin işindəki məqsədyönlü­lüyü və mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi üçün ən mühüm keyfiyyətdir.

Pedaqoji kollektiv özünün fəaliyyətinin məz­munu ilə müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşı­lıqlı asılılıq, qarşılıqlı nəzarət münasibətlə­rini müəyyənləşdirir. Bu struktur dairəsində pedaqoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir.

Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və kooperasiya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sin­fin rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmə­lərə, cəmiyyətlərə, şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə aparılan tər­biyəvi işin müəyyən sahəsi və ya istiqamətinə cavab­deh olan müəllimlər arasında və s. bölünür.

Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin əmək kooperasiyasının düzgün təşki­lindən asılıdır. Bu isə müəllimlərdən birgə əmək­daşlıq vərdişlərinə yiyələnməyi tələb edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.


Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin