349
cü ilin oktyabrın 4-də Yunanıstan faktiki olaraq alman
qoşunlarından azad olduqdan sonra buraya ingilis qoşunları
daxil oldular. Tezliklə İngiltərə komandanlığı ELAS dəstə-
lərinin tərksilah edilməsi haqqında əmr verdi.
1945-ci ilin aprelin 9-da yunan hökumətinin başında
mühafizəkar Pulqaris durdu və vətənpərvərlərə qarşı kütləvi
təqibə başladı. Daxili siyasi vəziyyət
vətəndaş müharibəsinə
gətirib çıxartdı. İqtisadi çətinlik və antifaşistlərə qarşı terror və
təqiblər buna səbəb oldu. 1945-ci ildə kommunistlərin başçılığı
ilə Afina, Pirey, Solonikdə kütləvi çıxışlar oldu. Yunan
xalqının təzyiqi və beynəlxalq ictimai rəyi əsasında 1945-ci ilin
noyabrında mötədil burjua partiyalarının nümayəndələrindən
ibarət hökumət təşkil olundu. Hökumətə liberal partiyanın
lideri Sofulis başçılıq edirdi. Lakin monarx-faşist dairələri
yunan demokratlarını məhv etməyə başladılar. Təkcə 1945-ci
ildə 1289 vətənpərvər öldürüldü.
1946-cı ilin martın 31-də Sofulis hökuməti parlament
seçkiləri təyin etdi. Vəziyyət daha da gərginləşdi. Bununla
əlaqədar bir neçə nazir istefa verdi.
Kommunistlər və digər
demokratik təşkilatlar seçkiləri baykot etməyi qərara aldılar.
Seçkilərdə «xalq» (monarxist) partiyası qələbə çaldı və onun
lideri Saldaris 1946-cı il aprelin 18-də yeni hökumət təşkil etdi.
Ölkədə vətəndaş müharibəsi başlanmış oldu. Seçkilərdən
bir qədər sonra vətənpərvərlərlə hökumət qoşunları arasında
toqquşma baş verdi. 1946-cı ilin oktyabrında Markos Vafiadis
başda olmaqla partizan dəstələri Yunanıstan Demokratik
Ordusu ilə birləşdi.
1947-ci il aprelin 1-də Yunanıstan kralı II Georq öldü və
taxta onun qardaşı Pavel keçdi. 1947-ci ilin yanvarından yunan
hökumətinə xalq partiyasının lideri D.Maksimos başçılıq etdi.
O, qanlı rejim yaratdı. 1947-ci ildə Türkiyə və Yunanıstanla
əlaqədar Trumen doktrinası verildi. 1947-ci
ildə Mərkəzi
Yunanıstanda hökumət 60 min ordu topladı. Demokratik ordu
isə 15 min idi. Lakin buna baxmayaraq hökumət qoşunlarının
350
keçirdiyi əməliyyat baş tutmadı. Rumeliya və Qərbi
Makedoniyada xalq silahlı qüvvələri onlara sarsıdıcı zərbə
vurdular. 1947-ci ilin mayında Qramos rayonunda hökumət
qoşunları məğlubiyyətə uğradılar. Bununla əlaqədar olaraq
Maksimos hökuməti istefaya getdi. 1947-ci ilin sentyabrın 7-də
liberal və xalq partiyasının nümayəndələrindən ibarət hökumət
təşkil edildi.
1947-ci ilin dekabrında kommunist
və digər demokratik
təşkilatlar qanundankənar hesab edildilər, 62 demokratik qəzet
bağlandı. 1947-ci ilin sonunda 30 min vətəndaş, 20 min əsgər
və zabit hərbi düşərgələrə göndərildi. 15 min adam həbs edildi.
5322 adam edam edildi. Silahlı mübarizə zamanı azad edilmiş
yerlərdə xalq hakimiyyət orqanları təşkil edilmişdi. Orada
1947-ci ilin dekabrın 23-də başda
general Markos Vafiadis
olmaqla Müvəqqəti Demokratik hökumət təşkil edilmişdi. Bu
hökumətdə kommunistlər əksəriyyət təşkil edirdi.
Yunanıstan Azadlıq Ordusuna (YAO) qarşı növbəti
hücum əməliyyatı 1948-ci ilin yazında başladı. İyunda onlar
hücuma keçdilər. Xalq silahlı qüvvələri mühasirəyə alındığı
üçün Vitsi rayonunda toplaşdılar. 1949-cu il avqustunda
hökumət qoşunları Vitsini tutdular. 1949-cu ilin avqustun
sonunda YAO-nun dəstələri Qramos rayonunda məğlubiyyətə
uğradılar və onların qalıqları Yunanıstanı tərk etdilər.
Bununla mühafizəkar qüvvələr amerikan-ingilis
imperializminin köməyi ilə demokratik qüvvələri üzərində
qələbə çalmış oldular.
Yunanıstanın xarici imperializmin təsiri altına
düşməsi. Vətəndaş müharibəsindən
sonra ölkədə iqtisadi
vəziyyət daha da pisləşdi. 47 min yaşayış evi, 240 sənaye
müəssisəsi, 15 min kənd təsərrüfatı obyekti dağıldı.
Heyvanların sayı 1,5 milyon baş azaldı, 1800 kənd dağıldı. 400
min adam həbs edildi və hərbi düşərgələrə göndərildi. 6 min
vətənpərvər güllələndi. 60 min nəfər ölkəni tərk edib xaricə
getdi.
351
Lakin bütün bunlara baxmayaraq demokratik qüvvələr
daxili irticaya və beynəlxalq imperializmə qarşı mübarizəni
davam etdirirdilər.
1949-cu ilin oktyabrında tətillər başlandı və 1951-ci ilə
qədər fasilələrlə davam etdi. Nətiəcədə fəhlələr əmək haqqının
artmasına, iş şəraitinin yaxşılaşmasına, işsizlərə köməyə nail
oldular.
Sülh uğrunda, ölkənin milli suverenliyi uğrunda mü-
barizə də gücləndi.
Ölkənin siyasi həyatında
mühafizəkar və demokratiya
qüvvələri arasında ciddi mübarizə başlandı. 1950-ci ilin martın
5-də olmuş parlament seçkilərində liberallar müvəffəqiyyət qa-
zandılar. General Plastirasın sədri olduğu liberallar partiyası və
Suderosun başçılıq etdiyi Mərkəz partiyasının birgə təşkil et-
dikləri Milli-mütərəqqi ittifaq hakimiyyətə gəldi. Müharibədən
sonra Yunanıstan uzun müddət geridə qalmış aqrar ölkə olaraq
qaldı. Bu ölkənin iqtisadiyyatında sənayenin payı 19% idi.
1951-ci ildə Vahid demokratik partiya (VDP) təşkil
olundu. Bu partiya kommunistlər,
sosialistlər, sol demokratları
birlişdirirdi. 1951-ci ilin parlament seçkilərində onlar 180 min
səs topladılar. 1951-ci ildə sağ mühafizəkar qüvvələrdən
general Papaqosun başçılığı altında monarxist «Yunan yığımı»
Dostları ilə paylaş: